H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


oriyentasiyasına ciddi təsir edir



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə231/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   227   228   229   230   231   232   233   234   ...   240

oriyentasiyasına ciddi təsir edir. Həm də bu təsir öz xarakterinə görə birmənalı olmur. 

Başqa sözlə deyilsə, bazar münasibətləri bir tərəfdən şəxsiyyətin təşəbbüskarlığım artırır, 

fəallığını  və  enerjisini  gücləndirir,  onun  öz  qabiliyyətlərini  və  yaradıcılığım  inkişaf 

etdirmək üçün geniş imkanlar açır. 

Digər tərəfdən bazar ilə əlaqəli deyərlər şəxsiyy'ətin formalaşmasına həm də mənfi 

təsir edir. Müasir qərb mütəfəkkirlərinin böyük *bir qismi (K.Xomi, E.From, C.Xomans 

və  R.Merton)  məsələnin  bu  tərəfmə  diqqət  yetirərək  göstərirlər  ki,  bazar  qanunlarının 

fəaliyyəti  nəticəsində  şəxsiyyətin  mənəviyyatı  ikiüzlü  xarakter  alır,  onun  özgələşməsi 

artır,  psixiki  pozuntular, nevroz  vəziyyəti  özünü  göstərir. Məsələn,  E.From  göstərir  ki, 

bazar münasibətlərinin mövcudluğu ilə səciyyələnən indiki dövr həm də "yeni tipli insanı" 

əmələ gətirir. O, bu insan tipini «bazar xarakterli insan" adlandırır. From yazır ki, bazar 

xarakterinə malik insan hər şeyi əmtəə kimi qavrayır. Təkcə əşyalar deyil, şəxsiyyətin özü 

də, onun fiziki eneıjisi, vərdişləri, biliyi, rəyləri, hissləri, hətta gülümsəməyi də əmtəə kimi 

qəbul olumu. Hər cür şəraitdə əlverişli sövdələşmək insanın başlıca məqsədinə çevrilir.' 

Deyilənlər sübut edir ki, müasir şəraitdə şəxsiyyətin dəyərləri bazar prizmasından 

keçərək  fəaliyyət  göstərməyə  başlayır  və  bazar  dəyərləri  xarakteri  kəsb  edir.  Bazar 

münasibətlərinin  hökmranhğj  şəraitində  şəxsiyyət  çox  vaxt  onun  həyatımın  mənasım 

təşkil  edən  yüksək  dəyərləri  itirir.  Bı  İ 



İSƏ  yuXanda 

qeyd  olunan  ekzistensial  vakuuma 

gətirib çıxara biliı. Buradan aydın olur ki, bazar münasibətləri və onunla əlaqəli dəyərlər 

özü-özlüyündə  yüksək  mahiyyət  kəsb  edə  bilməz.  Bu  dəyərlər  həmişə  insanın  özünün 

inkişafı  üçün  vasitə-dəyər  rolunu  oynayır.  Əlbəttə,  maddi  qazanc  əldə  etmək  məqsədi 

güdən dəyərlər də insan üçün lazımdır. Lakin unudulmamalıdır ki, onların arxasında daha 

vacib, şəxsiyyətin mənəvi inkişafı üçün daha zəıuri olan dəyərlər vardır. Bu gün onların 

qorunub saxlanılması və inkişaf etdirilməsi həmişəkindən daha çox aktualdır. Göstərilən 

vəzifənin  yerinə  yetirilməsində  fəlsəfə  də  əhəmiyyətli  rol  oynayır.  Müasir  dövrün 

görkəmli mütəfəkkirlərindən' olan A.Uatxeyd bu münasibətlə yazır ki, fəlsəfənin başlıca 

funksiyası  insanları  ölümdən  xilas  etməyə  qadir  olan  dünyagörüşü  axtarıb  tapmaqdır. 

Unudulmamalıdır  ki,  insanlar  üçün  adi  heyvani  tələbatlar  çərçivəsindən  kənara  çıxan 

dəyərlər çox əzizdir.^ 

Yuxanda  deyilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar;  bazar  münasibətlərinin 

yaradılması  lazımlı  və  zəruridir.  Lakin  dövlət  strukturları  bu  prosesin  formalaşmasını 

tənzim etməlidirlər. Əsas məqsəd iqtisadi inkişafı sosial və mənəvi təkmilləşməyə doğru 

yönəltməkdir.  Yalnız  bu  əsasda  iqtisadi  liberalizmin  və  rəqabətin  şəxsiyyətin  dəyərlər 

oriyentasiyasında yaratdığı neqativ təsirləri aradan qaldırmaq mümkündür. 

Qeyd  olunmalıdır  ki,  cəmiyyətin  müxtəlif  sosiomədəni  tipləri  özünəməxsus 

dəyərlərə malikdir. Onlar şəxsiyyətin dəyərlər oriyentasiyasını və davmışmı, habelə onun 

sosiallaşması üsullannı şərtləndirən mühüm amil rolunu oynayırlar. Bu 

‘ Bax; Фром Е, Гитлер А. Клинический случай некрофилии, М, 1992, с. 27 ’ 

Вах: Уайтхед А. Избранные работы по философии. М, 1990, с. 560 

465 



mənada  bir-birilə  yaxın  Şərq  və  Qərb  regionlarının  malik  olduğu  dəyərlərə  diqqət 

yetirmək məqsədəuyğundur. Onların hər biri öz həyat tərzinin spesifikliyi ilə bağlı olan 

dəyərləri  əks  etdirir.  Məsələn,  Şərq  üçün  cəmiyyət  ilə  şəxsiyyət  əlaqələrinin  möhkəm 

olması, şəxsiyyətin davranışında ədalət, humanizm, səmimiyyət, insanlıq, valideynlərə və 

böyüklərə  hörmət  kimi  normalar  və  qaydalar  mühüm  yer  tutur.  Burada  şəxsiyyətin 

sosiallaşması prosesində ailənin rolu böyükdür. Cəmiyyətin özünə də çox vaxt böyük ailə 

kimi  baxılır.  Odur  ki,  şəxsiyyətin  tərbiyəsi  və  sosiallaşmasmda  dünyam  dəyişdirmək 

deyil, insanın öz- özünü təkmilləşdirməsi əsas istiqamət hesab olunur. Qərb regionu isə 

şəxsiyyət ilə cəmiyyətin qarşıdurması, fərdi dəyərlərin ictimai dəyərlərdən üstünlüyü ilə 

səciyyələnir. Odur ki, burada şəxsiyyətin sosiallaşması hər şeydən əvvəl sosial mühitin 

dəyişdirilməsi  ile  əleqedardır.  Müasir  Azərbaycan  cəmiyyəti  hər  iki  regionun 



sərhəddində yerləşir. Buna görə də burada şəxsiyyətin sosiallaş- ması prosesində hər 

iki  regiona  xas  olan  müsbət  dəyərləri  əlaqələndirmək  zəruridir.  Məsələn,  Şərq 

xalqlarının mentalitetində ənənəvi olaraq kollektivçilik dəyərləri geniş yer tutur. İnsanlar 

arasında  sosial  əlaqələrin  möhkəmləndirilməsində  onlara  söykənmək  faydalıdır.  Digər 

tərəfdən qərb üçün səciyyəvi olan fərdiyyətin rolunun genişləndirilməsi, onun fəallığı və 

müstəqilliyinin  artırılması  ilə  bağlı  dəyərlərə  xüsusi  diqqət  yetirilməlidir.  Deyilənlərlə 

əlaqədar  belə  bir  sual  qarşıya  çıxır;  müasir  azərbaycan  cəmiyyəti  şəxsiyyətinin 

sosiallaşmasmda  hansı  tərəf  üstünlük  təşkil  etməlidir-şərq  üçün  səciyyəvi  olan 

özünütəkmilləş- dirme, yoxsa qərbdə əsas yer tutan sosial mühiti dəyişdirmə? Bu suala 

cavab  verərkən  göstərilməlidir  ki,  ən  yaxşı  yol  onların,  hər  ikisini  düzgün 

əlaqələndirməkdir.  Belə  ki,  şəxsiyyətin  normal  inkişafı  üçün  həm  onun  özünün 

təkmilləşməsi, həm də sosial mühiti dəyişdinnəsi tələb olunur. 

Təkcə birinci tərəf ilə məhdudlaşmaq sosial mühitə kor- koranə uyğunlaşmağa, 

konformist (müti) davranışa gətirib çıxarır. Eynilə də ikinci tərəf (fərdi dəyərlərin rolunun 

şişirdilməsi)  yolverilməzdir.  Əks  halda  əsassız  eqoizm  özünü  göstərir  və  şəxsiyyətin 

cəmiyyətdən özgələşməsi güclənir. 

Müasir dövrdə şəxsiyyətin sosiallaşması prosesinə irrasional və uydurma dəyərlər 

də müəyyən təsir göstərməkdədir. Söhbət ondan gedir ki, bu gün şəxsiyyət çox böyük 

miqdarda  informasiya  axını  ilə  üzləşir.  Onun  məzmununda  isə  rasional  və  elmi 

məlumatlarla yanaşı həm də mistika, astrologiya, magiya, cadu- gərlik və sair də özünü 

göstərir. Belə şəraitdə bəzən qeyri-şüuri səviyyədə, gerçəkliyi kor-koranə və qeyri-tənqidi 

qavrayan təfəkkür formalaşır. Nəticədə ra- sionalizm irrasionalizm ilə əvəz oluna bilir, 

bəzi  mifoloji  təsəvvürlər  isə  rasional  formada  qəbul  olunur.  Qeyd  oirman  vəziyyətdə 

formalaşan şüur tipi real həyatdakı ziddiyyətlərə məhəl qo

3

mıur, obyektivlik prinsipini 



subyektivizm ilə əvəz edir, zəkanın yerinə inam və etiqad yaradır. Bütövlükdə isə mifoloji 

şüurun əlamətləri qərarlaşır. 



466 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə