H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə234/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   230   231   232   233   234   235   236   237   ...   240

irəliyə doğru böyük sıçrayış etmişdir. Müasir kvant mexanikası, nüvə fizikası, polimerlər 

kimyası,  kibernetika,  informatika,  molekulyar  biologiya,  gen  mühəndisliyi  və  digər 

sahələr  son  onilliklərdə  böyük  inkişaf  yolu  keçmiş,  yeni-yeni  müddəa  və  kəşflərlə 

zənginləşmişdir. 

Elmi-texniki inqilabın təsiri ilə maddi istehsal əsaslı sürətdə yeniləşir, elmi kəşflər 

ilə onların praktikk istifadə edilməsi arasındakı müddət qısalır; Əməyin strukturunda da 

ciddi irəliləyişlər baş verir, biliyin maddiləşmiş qüvvəsi kimi çıxış edən texnikanın rolu 

artır.  Fiziki  əməyin  intellektual  məzmunu  çoxalır,  elmi  əmək  ilə  bilavasitə  istehsal 

sferasındakı əmək arasmdara əlaqələr möhkəmlənir. 

Elm və texnikanın tərəqqisi ilə insanın özünün inkişafı arasında dialektik qarşılıqlı 

əlaqə mövcuddur. Onun mexanizmi aşağıdakı kimidir. Bir tərəfdən insan öz fəaliyyətində 

elmi-texniki  inqilabın  müxtəlif  istiqamətli  təsirini  getdikcə  daha  çox  hiss  edir.  Digər 

tərəfdən isə elmi texniki tərəqqinin maddi istehsala və mənəvi həyat sferalarına nüfuzu 

dərinləşdikcə  bu  prosesin  yaradılmasında  bilavasitə  iştirak  edən  insanların  da  sayı 

durmadan çoxalır. Sonra elmin texnoloji tətbiqi artdıqca, əmək prosesində insanın mənəvi 

əxlaqi  keyfi)^ətlərinin  rolu  yüksəlir.  Yüksək  şüurluluq,  əməyə  vicdanlı  münasibət, 

intizam və məsuliyyət işçinin uğurlu əməyinin çox vacib şərtinə çevrilir. 

Gələcəkdə  elmi-texniki  inqilabın  sürəti  daha  da  artacaq  və  cəmiyyətə  təsir 

dairəsi  genişlənəcəkdir.  Xüsusilə  də  yüksək  elektronika  texnikasına  əsaslanan 

informatika  daha  üstün  sürətlə  artır.  O,  XXI  əsr  texnologiyasının  başlıca  hövlərindən 

birinə  çevrilir.  Mikroelektronikanın  inkişafı  insanın  istehsal  fəaliyyətini  və  bütövlükdə 

həyat şəraitini əsaslı surətdə dəyişdirir, bəşəriyyəti robotlar və informatika erasına gətirib 

çıxarır. Elmi-texniki inqilabın perspektivi baxımından yanaşdıqda biotexnologiyanın da 

sürətlə inkişaf edəcəyini göstərmək lazımdır. insanın əqli fəali>yətinin yüksək səviyyəli 

elektron  hesablama  maşınlarının  yeni,  daha  mükəmməl  nəsilləri  ilə  modelləşdirilməsi, 

süni intellekt yaradılması yolunda cəhdlər getdikcə daha çox uğurla nəticələnməkdədir. 

Mikroelektroni-  kanın  nailiyyətləri əsasında  istehsalın  biolojiləşdirilməsi artdıqca  həyat 

haqqında elmdə inqilabi kəşflər yaranacaqdır. 

Elmi-texniki inqilabın genişlənməsi onun sosial nəticələri, sivilizasiyanın taleyinə 

təsiri ilə bağlı məsələlərə xüsusi diqqət və qayğı göstərilməsini ön plana çəkir. 

Elmi-texniki  inqilab  sayəsində  istehsalın  texnologiya  səviyyəsi  və  bütövlükdə 

insan fəaliyyəti  nə  qədər 

3

niksəlirsə,  cəmiyyətin,  insanın  inkişafı,  habelə  onun təbiətlə 



qarşılıqlı təsiri səviyyəsi də bir o qədər sürətlə inkişaf etməlidir. Başqa sözlə deyilsəelm 

və  texnikanın  gələcək  inkişafı  ona  uyğun  surətdə  insanın  da  inkişafını,  humanist 

prinsiplərə  əsaslanan  yeni  sivilizasiyanın  yaradılmasını  tələb  edir.  Elmi-texniki 

inkişaf ilə sosial inkişaf arasında yüksək səviyyədə təmas yaradılmasının əsl qayəsi məhz 

budur.  O,  bir  tərəfdən  yeni  texnologiyanın  səmərəli  tətbiq  etməyin,  digər  tərəfdən  isə 

bütövlükdə  sivilizasiyanın 

0

  cümlədən  hər  bir  insanın  mövcudluğunun,  onunla  təbiət 



arasında ahəngdar münasibətlər yaratmağın zəruri şərti kimi çıxış edir. 

Müasir fəlsəfi-sosioloji fikirdə elmi-texniki inkişafı bəşəriyyətin gələcə 

471 



yinə təsiri məsələsinin təhlilində iki xətt açıq aydın görünməkdədir. Bunlardan birincisi 

elmi-texniki inkişafın rolunu mütleqləşdirən, onu sosial amillərdən təcrid olunmuş halda 

götürən  texnokratik  baxışlardır.  Onlar  müasir  elmi-texniki  tərəqqinin  nailiyyətlərini 

həddən artıq şişirdir və guya elmi-texnki inqilabın bəşəriyyətin bütün problemlərini həll 

edəcəyini iddia edirlər. Bu mənada müxtəlif texnokratiya nəzəriyyələrinin (Z.Bzejinski, 

D.Bell,  Q.Kann,  O.Toffler  və  başqalan)  və  "informasiya  cəmiyyəti"  konsepsiyası 

tərəfdarlanmn baxışları səciyyəvidir. Onlar müasir dövrdə elmi-texniki tərəqqinin rolunu 

mütləqləşdirir  və  göstərirlər  ki,  guya  o,  tarixi  prosesi  vahid  istiqamətdə  inkişaf  etdirir. 

Texnokratik  konsepsiya  tərəfdarlarının  fikrincə  elmi-texniki  tərəqqi  dünya  miqyasında 

vahid  "sintetik  sivilizasiya"nın  formalaşmasına  doğru  aparır.  Onlar  müasir  elmi-texniki 

tərəqqinin informasiyada yaratdığı yeni dəyişiklikləri həddən artıq şişirdirlər. Guya müasir 

informatika,  mikroelektronika  və  robot  texnikası  ictimai  həyatdakı  nöqsanları 

"müvəffəqiyyətlə" aradan qaldırır. 

Elmi-texniki  tərəqqini  yanlış  izah  edən  digər  bir  xətti  texniki  pessimizm, 

texnofobiya  mövqeyində  duranlar  təmsil  edirlər.  Onların  fikrincə  elmi-texniki  inkişaf 

bəşəriyyəti  fəlakətə  doğru  aparır.  Hər  iki  mövqe  birtərəfli  və  məhduddur.  Fəlsəfə 



bəşəriyyətin  perspektivi  baxımından  elmi-texniki  inqilabın  böyük  rolunun 

göstərməklə yanaşı, bu prosesin gələcəkdə törədə biləcəyi mənfi nəticələri də mütləq 

nəzərə almağı tələb edir. Buna görə uzunmüddətli sosial proqnozlar, tarixi perspektivdə 

elmi-texniki  tərəqqi  ilə  onun  törədəcəyi  sosial  nəticələrin  vəhdətinə  əsaslanmalıdır.  Bu 

mənada qeyd olunmalıdır ki, elmi- texniki inqilabın yaratdığı geniş miqyaslı imkanlardan 

humanist  məqsədlər  üçün  istifadə  edilməlidir.  Əks  halda,  yəni  texnokratik  metodların 

hökmranlığı  şəraitində  insan  nəinki  öz  mahiyyət  qüvvələrini  hərtərəfli  inkişaf  etdirə 

bilmir, hətta onun texnoloji sistemin əlavəsinə çevrilməsi təhlükəsi yaranır. Buna görə də 

istehsalın texnologiyası yüksəldikcə ictimai inkişafın əsas məqsədi olan insanın hərtərəfli 

fəaliyyət  göstərməsi  üçün  humanist  mədəniyyətə  əsaslanan  yeni  sivilizasiyanın 

fonnalaşması zəruridir. 

Elm və texnikanın inkişafı düzgün istiqamətləndirilməzsə o, bəşəriyyətin gələcəyi 

üçün çox böyük fəlakətlər törədə bilər. Buna görə də artıq indidən elmi- texniki inqilabın 

törətdiyi  arzuolunmaz  nəticələri  aradan  qaldınnaq,  bəşəriyyətin  mənafeyi  baxımından 

zəruri  tələbatdır.  Bu  baxımdan  aşağıdakılar  xüsusilə  mühümdür:  elmi-texniki  inqilabın 

bəşəriyyəti istilik-nüvə müharibəsinə, ekoloji və sosial fəlakətlərə təhrik edən nəticələrini 

irəlicədən  görmək  və  onların  qarşısını  almaq;  elmi-texniki  tərəqqi  nailiyyətlərindən 

istifadə  olunması  üzərində  nəzarəti  gücləndirmək,  bu  nailiyyətlərdən  sırf  texnokratik 

məqsədlər naminə istifadə olunmasına imkan verməmək. 

Elmi-texniki  inqilab  nailiyyətlərindən  bütövlükdə  cəmiyyətin  və  eləcə  də  aynca 

götürülmüş hər bir şəxsin mənafeyi üçün istifadə edilməsi sosial tərəqqinin yüksəlişinə 

böyük  təsir  göstərir.  Lakin  bu  nailiyyətlərdən  gələcəkdə  hansı  istiqamətdə  istifadə 

olunacağı dövlət rəhbərlərinin, alimlərin mənəvi məsuliyyət dərəcəsindən, geniş kütlələrin 

siyasi şüurluluq səviyyəsindən çox asılıdır. 

Müasir dövrdə elmi tədqiqatların humanist məqsədlər üçün istifadə edil 

472 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə