H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə237/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   232   233   234   235   236   237   238   239   240

run yeniləşməsi prosesinin zəif getməsi və sair də özünü göstərir. 

Fəlsəfə  qlobal  problemlərin  ümumi  prinsiplərini  və  onlara  yanaşmağın  konkret 

üsullarını  işləyib  hazırlayır.  O,  sübut  edir  ki,  qlobal  problemlər  bəşəri  inkişafın, 

elmi-texniki və sosial tərəqqinin qanunauyğun nəticəsidir. O, eyni zamanda göstərir ki, 

bəşəriyyət  bu  problemləri  həll  etməyə  qadirdir.  Bunun  uçün  onlara  yeni  şəkildə 

yanaşntaq,  müxtəlif  ölkələrin  və  xalqların  səylərini  və  fəaliyyətini  birləşdirmək, 

bəşəriyyətin ümumi vahid strategiyasını işləyib hazırlamaq tələb olunur. 

Qlobal problemlərin mahiyyət və əhəmiyyətini müəyyən edərkən elmi, sosial və 

humanist  səpkilər  vəhdətdə  götürülməli,  onların  həllinə  həm  elmi-nə-  zəri,  həm  də 

praktiki  siyasi  yanaşılmalıdır.  Başqa  bir  tələb  qlobal  problemlərə  sistemli,  kompleks 

yanaşılması, onların dialektik qarşılıqlı əlaqə və asılılıqda götürülməsidir. 

Fəlsəfə  gələcəyə  elmi  və  realist  yanaşmağın  dünyagörüşü  və  metodoloji əsasını 

təşkil edir. Bu nəzəriyyə gələcəyə optimist nəzərlə baxan ideya silahıdır. Fəlsəfənin bu 

keyfiyyəti insanlara təkcə mh yüksəldiyi gətirməklə məhdudlaşmır, 

0

 həm də çətinlik və 



təhlükə  şəraitində  düzgün  istiqamət  seçməyə,  elmi-  realist  nəticələr  çıxarmağa  kömək 

edir. Onları aradan qaldırmaq üçün səmərəli yollar və vasitələr axtarıb tapmağa sövq edir. 



4.

 

Bəşəriyyətin gələcəyi və real tarixi proses 

Fəlsəfə öyrədir ki, tarixi proses ümumi qanunauyğunluqlar üzrə daim irəliyə 



doğru yönəlir. Bu mənada bəşəriyyətin keçmişi, bu günü və gələcəyi bir-birilə ayrılmaz 

vəhdət təşkil edir. Belə ki, cəmiyyətin bugünkü həyatı onun keçmiş inkişafının nəticəsidir. 

Digər tərəfdən gələcəyin bünövrəsi indiki şəraitdə insanların praktiki yaradıcı fəaliyyəti 

ilə qoyulur. 

Lakin real tarixi prosesin gələcəyini, onun bu gününü, sadəcə olaraq keçmişinin 

təkrarı hesab etmək doğru olmazdı. Əslində gələcək özündə müəyyən qədər keçmişin və 

indinin  bəzi  cəhətlərini  əhatə  etməsinə  baxmayaraq,  tamamilə  yeni  keyfiyyətə  malik 

cəmiyyət  olacaq,  bəşəriyyətin  humanist  və  demokratik  quruluş  haqqındakı  çoxəsrlik 

sosial ideallarını təcəssüm etdirəcəkdir. 

Gələcəyin  elmi  uzaqgörənliyi  hər  şeydən  əvvəl  bütün  dünya  miqyasında  sosial 



tərəqqinin geridönməzliyi, qarşısıalınmazhğı qanımauyğunluğuna əsaslanır. Bu qanım 

sübut edir ki, özünün bütün mürəkkəbliyi, qeyri-bərabərliyi və ziddiyyətliliyi daxilində 

tarix  irəliyə  doğru  inkişaf  edir.  Bəzi  dövrlərdə  uzun  müddət  baş  verən  durğunluq  və 

tənəzzül  hallarına,  müxtəlif  cəmiyyətlərin  kortəbii  qüvvələrin  təsiri  və  ya  sosial 

toqquşmalar nəticəsində uzun illər davam edən geriliyinə baxmayaraq bütövlükdə tarixi 

proses yüksələn xətt üzrə irəliləyir. 

Müasir  dövrdə  sosial  tərəqqinin  digər  bir  mühüm  qanunauyğunluğu,  onun 

sürətinin  artmasında  ifadə  olunur.  Başqa  sözlə  deyilsə,  indiki  dövrdə  tarixin  ritminin 

artması hər şeydən əvvəl tarixdə xalq kütlələrinin rolunun, yaradıcı fəallığının artması ilə 

izah  edilməlidir.  Əlbəttə,  söhbət  təkcə  dünya  əhalisinin  sayının  artmasından  getmir 

(hərçənd bunun özü də mühüm amildir). Sosial tərəqqinin 

477 



sürətlənməsini  şərtləndirən  amillər  kompleksində  aşağıdakılar  mühüm  yer  tutur; 

insanların  elmi  biliklərinin,  təhsil  və  peşə  hazırlığının,  siyasi  şüurluğunun  artması, 

şəxsiyyətin  azadlığının  genişlənməsi,  getdikcə  daha  çox  xalqların  beynəlxalq  əlaqələr 

sisteminə  və  ünsİ

5

^ətə  cəlb  olunması,  sosial  iqtisadi,  siyasi  və  mədəni  proseslərin 



beynəlmiləlləşməsi və sair. İndi siyasi və sosial, iqtisadi, texniki texnoloji dəyişikliklərin, 

elmi  və  mədəni  nailiyyətlərin  beynəlxalq  mübadiləsi  əvvəlki  dövrlər  ilə  müqayisə 

olunmayacaq dərəcədə sürətlə baş verir. 

Burada belə bir sual qarşıya çıxır. Sosial tərəqqinin bu cür sürətli inkişafı nə vaxta 

qədər  davam  edəcəkdir?  Qərbin  bir  çox  tədqiqatçıları  sübut  etməyə  çalışırlar  ki,  yaxın 

gələcəkdə  əhali  artımı,  iqtisadi  yüksəliş,  insanların  intellektual  və  psixoloji 

qabiliyyətlərinin  inkişafı  tükənəcəkdir.  Onların  sosial  proqnozlannda  göstərilir  ki,  XXI 

əsrin  ortalarında  bərpa  olunmayan  təbii  ehtiyatlann  sonu  çatacaq,  ətraf  mühitin 

çirklənməsi  ekoloji  fəlakət  yaradacaq,  bütövlükdə  bəşəriyyətin  iqtisadi  inkişafı 

dayanacaqdır. Bu baxımdan Roma klubu təşkilatı üzvlərinin işləyib hazırladığı və hazırda 

geniş  yayılan  "yüksəliş  hədləri"  konsepsiyası  səciyyəvidir.  Onun  tərəfdarları  iqtisadi, 

elmi-texniki və demoqrafik inkişafın müasir eyllərini olduğu kimi gələcəyə tətbiq edərək 

qlobal  modellər  yaradırlar.  Bu  ədellər  nöqsanlıdır.  Çünki  onlar  nəzərə almırlar ki,  indi 

fəaliyyət  göstərən  miyyət  dəyişmələri  toplanaraq  gələcəkdə  əsaslı  keyfiyyət  yenilikləri 

yaradacaqdır.  "Yüksəliş  hədləri"  konsepsiyasının  nümayəndələri  ictimai  inkişafda 

yaranacaq bu yeni keyfiyyətin əhəmiyyət və mahiyyətini lazımınca qiymətləndirmir, onu 

kəmiyyət  dəyişmələrinin  sadəcə  olaraq  sürətli  artımı,  eksponent  inkişafı  kimi  qələmə 

verirlər.  Beləliklə  də  cəmiyyətin  ekstensiv  inkişafı  müt-  ləqləşdiıilir,  intensiv  inkişafın 

roluna məhəl qoyulmur. 

Ümumdünya  tarixi  sübut  edir  ki,  cəmiyyətdə  inkişafın  təkamül  və  inqilab 

formalarının  nisbəti  cansız  təbiətdə,  fiziki  və  kimyəvi  aləmdə  olduğundan  prinsipcə 

fərqlənir.  Belə  ki,  burada  əmək  alətlərinin  təkmilləşməsi  və  istehsalın  aparılması 

metodlarının inkişafı nəticəsində iqtisadi yüksəlişin hüdudları fasiləsiz surətdə genişlənir. 

Digər  tərəfdən,  baş  verən  texnoloji  inqilablar,  iqtisadi  fəaliyyətin  əvvəllərdə  məlum 

olmayan prinsipcə yeni sahələrini yaradır. EMi və texniki kəşflər sayəsində tam^amilə 

yeni  təbii  ehtiyatlar  yaranır  və  iqtisadi  yüksəlişin  təbii  ehtiyatlarla-təmin  edilməsi 

məsələsi də yeni şəkildə qoyulur. Buradan aydın olur ki, təbiətdə və cəmiyyətdə eksponent 

sistemlər  üzrə  inkişaf  bir-  birindən  əsaslı  surətdə  fərqlənir.  Əgər  təbiətdə  bu  inkişaf 

doğrudan  da  müəyyən  hədlər  ilə  məhdudlaşırsa,  cəmiyyətdə  bunun  əksinə  olaraq 

ekstensiv inkişafın hüdudları onun yüksəlişi üçün nəinki maneə yaratmır, əksinə, sözün 

müəyyən  menasında  iqtisadi  yüksəlişin  obyektiv  stimulu  rolunu  oynayır.  Bunu  tarixə 

müraciət etməklə də yəqin etmək olar. Məsələn, ibtidai cəmiyyətdə ovçuluq və təbiətin 

hazır məhsullarının yığılması uzun müddət genişlənmiş və müəyyən həddə çatdıqda zəruri 

surətdə yeni keyfiyyətə əkinçiliyə keçidi hazırlamışdır. Yaxud da insanın yaddaşı və fiziki 

keyfiyyətləri məhdudluqlara malik olduğuna görə onu əvəz edən yeni keyfiyyət yazı, kitab 

çapı və infoımasiya vasitələri meydana gəlmişdir. Spnralar isə saniyədə milyonlarla riyazi 

əməliyyat aparmağa qadir olan EHM, kompyuterlər yaranmışdır. Beləliklə, bəşəriyyətin 

intellektual 



478 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə