146
Gübrələnməsi. Zirə səpini zamanı gübrələnmiş payızlıqlardan
sonra hektara 30-40 kq azot, 40-50
kq fosfor, 20
kq kalium veril-
məlidir. Əgər sələf bitkisi gübrələnməyibsə onda göstərilən mineral
gübrələrlə yanaşı hektara 20-30 ton peyin verilir. Cərgə aralarının
axırıncı payız becərilməsi zamanı 30 kq fosfor, 20 kq kalium, qışla-
madan sonra isə malalamada 20-30 kq azot gübrəsi verilir.
Torpağın becərilməsi. Torpağın əsas becərilməsi kövşənliyin
üzlənməsi və 25-27 sm dərinlikdə şum aparılmasından ibarətdir.
Torpa
ğın yaz becərilməsi isə erkən yaz malalanmasından və 4-5 sm
dərinlikdə səpinqabağı kultivasiyadan ibarətdir.
Səpin. Zirənin ən yaxşı səpin müddəti yazlıq taxıllarla bir vaxtda
səpilməsidir. Zirəni gen cərgəli üsulla yəni cərgə araları 45 və ya 60
sm olmaqla səpirlər. Səpin norması 8 kq/hek-a yaxın, səpin dərinliyi
2,0-
2,5 sm, yüngül qranulometrik tərkibli torpaqlarda isə 3-5 sm -ə
qədərdir.
Əkinə qulluq. Birinci il alaqlara və kök qalıqları ilə mübarizə
məqsədi ilə yüngül mala ilə malalama və yaxud cərgə aralarında kor
kultivasiya aparılır. Cücərtilər əmələ gəldikdən qaşqabağı becərməyə
qədər cərgə aralarının becərilməsi və alaqların vurulması işləri apa-
rılır. Yazda isə cərgələrin eninə malalama aparılır. Bitkilər uzanmağa
başladıqda isə cərgə aralarının becərilməsinə başlanılır.
Bu becərmələr cərgə araları qovuşana qədər davam etdirilir.
Alaqlarla mübarizə məqsədi ilə səpinqabağı kultivasiyada zirə
bitkisinə treflan (8 l/ha), cücərtilər əmələ gələnə qədər pirometrin (4-
5 kq/ha), üç -
beş yarpaq fazasında linuron (4 kq/ha) və ya pirometrin
(4-
5 kq/ha) və b. herbisidlər tətbiq edilir. Zirə bitkisinə ikinci il
gövdələnmə fazasının əvvəlində linuron (4 kq/ha) çilənir.
Zirənin əsas zərərvericiləri zirə gənəsi, zirə güvəsi, yarpaqyeyən
sovkalar və b. hesab edilir. Onlarda mübarizə məqsədi ilə aqrotexniki
üsullardan başqa insektisidlər də tətbiq olunur. Zirə gənəsinə qarşı
əkinlərə 25-30 kq/ha norması ilə kükürd tozu səpilir.
Yığım. Zirənin meyvələri eyni vaxtda yetişmir. Yetişmiş meyvə-
lər asan tökülür. Hissə-hissə yığım üsulunda meyvələrin 35-40 %-i,
birbaşa kombaynla yığımda isə 50 - 60 %-i qonurlaşmalıdır. Kom-