136
247-1.
Bu sortun kolu yığcam olub, hündürlüyü 70 sm-ə kimidir,
Gövd
əsi düzduran, zəif budaqlanan və kifayət qədər sıxdır. Gövdə və
yarpaqları açıq yaşıl rənglidir. Çiçəkləri açıq çəhrayı rənglidir. Çətiri
olduqca sıxdır. Mərkəzi çətirində toxumların sayı 55-ə kimi olur,
Toxumları iri və yumru – kürəvi formalı, rəngi isə açıq-bozumtul
r
ənglidir, Orta hesabla 1000 ədəd toxumun kütləsi 6,4 qramdır. Orta
gecyetişən sortdur, Ərzaqlıq yetişkənliyinədək 73-80 gün, fizioloji
yetişkənliyinə kimi 84-105 gün vaxt tələb edir.
Yerli Gəncə. Bu sortun kolunun hündürlüyü 65 sm olur. Gövdə-
si
əsasən düz duran və orta dərəcədə budaqlanandır. Gövdə və yar-
paqlan tutqun-
yaşıl rənglidir. Qrup yarpaqları kök boğazından olduq-
ca sıx əmələ gəlir, Rəngi tutqun qonuru antosian piqmentliyə çalır.
Qrup yarpaqları demək olar ki, torpaq səthində üfüqi vəziyyətdə
yerl
əşir, Yarpaq və saplaqları bir çox sortlara nisbətən qalın, ətirli,
h
əm də xoşagələn dada malikdir. Ərzaqlıq hissəsi olan saplaq, yarpaq
v
ə zəif zoğunu biçdikdən sonra bir neçə gün təravətini itirmədən yax-
şı qalır, Çiçəkləri cəzbedici ağımtıl-çəhrayı rəngli və çətiri iri həm də
sıx yerləşir. Mərkəzi çətirində toxumların sayı 40-60 ədəd arasında
d
əyişir, Toxumları orta irilikdə olub, əsasən kürəvi formalı və tutqun
q
əhvəyi-boz rəngə çalır. 1000 ədəd toxumun kütləsi 5,2- 6,5 q olur.
Ən tez yetişən sort olub, ərzaqlıq yetişkənliyinədək 35-45 gün,
fizioloji yetişkənliyinə kimi 60-90 gün vaxt tələb edir.
Torpağın seçilməsi. Səbzə tərəvəz bitkiləri torpağın münbitliyi-
nə, strukturuna çox tələbkar olduğundan, bitkiləri peyinlə (və ya di-
gər üzvi gübrə ilə) yaxşı gübrələnmiş və ya üzvi çürüntülərlə zəngin,
yaşayış məntəqələrinə yaxın alaqsız, su ilə təmin olunmuş və bərabər
suvarıla bilən sahələrdə yerləşdirmək lazımdır. Baş soğan, sarımsaq,
xiyar, kartof, paxlalı və bostan bitkiləri keşniş bitkisi üçün ən yaxşı
sələflərdir.
Torpağın hazırlanması. Keşniş səpiləcək torpaq sahəsi sələf
bitkilərindən azad olan kimi, bitki qalıqlarından təmizlənməli və
üzləmə aparılmalıdır. Üzləmədən 15-20 gün sonra hektara 25-30 ton
peyin çürüntüsü, 300-350 kq superfosfat, 100-150 kq
kalium gübrəsi
verilir və 25-30 sm dərinliyində dondurma şumu aparılır. Тorpaq qa-
tının qalınlığı imkan vermədikdə şumun dərinliyi onun qalınlığına
137
uy
ğunlaşdırılır. Erkən yazda tarlaya çıxmaq mümkün olan kimi sahə
dişli mala ilə malalanır və kultivatorla yumşaldılır. Payız-qış müddə-
tində torpaq çox sıxlaşmış olarsa, səpinqabağı ikiləmə aparılır. Sahə
çox kəltənli olduqda kultivasiyadan əvvəl və ya ikiləmədən sonra
diskli mala
ilə kəltənlər əzilməlidir.
Yay və payızda keşniş toxumunu səpmək üçün ayrılmış sahə
sələfdən azad olan kimi suvarılır, torpaq yetişdikdə (arat çıxan kimi)
25-30
sm dərinliyində şumlanır. Sələf bitkisi altına peyin və fosfor
gübrəsi verilməmişsə şum qabağı hektara 25-30 ton peyin çüruntüsü,
300- 350 kq superfosfat
və 100-150 kq kalium gübrəsi verilir. Sələf
bitkisi gübrələnmiş olduqda göstərilən miqdar 40-50% azaldılır.
Hər iki səpin muddətində səpinqabağı hektara 1,5-2,0 sentner
ammo
nium şorası verilib, kultivatorla 10-12 sm dərinliyində torpağa
qarışdırılır və sahə dişli mala ilə malalanır.
Тoxumun hazırlanması və səpin. Səpin üçün ayrılmış toxumun
təsərrüfat yararlılığı hökmən müəyyənləşdirilməlidir. Cücərmə fai-
zin
dən asılı olaraq səpin normasına düzəliş verilir və səpinə 10-15
gün
qalmış qranozan və ya ТMТD ilə quru halda dərmanlanır.
Kiçik sahələrdə keşniş əvvəlcədən hazırlanmış ləklərə əl ilə və
ya əl toxumsəpənləri ilə cərgəvi üsulla səpilir. Geniş sahələrdə toxum
traktora qoşulan səpici maşınlarla 4-6 cərgəli lent üsulu ilə səpilir.
Lentdə cərgəaraları 29 sm, lent araları isə 60-70 sm saxlanır.
İlboyu arası kəsilmədən məhsul almaq keşniş toxumu fevralın
ikinci yarısı-martın əvvəlindən başlayaraq oktyabrın axırınadək hər
10-15
gündən bir səpilir.
Erkən yazda məhsul almaq üçün keşniş toxumunu noyabrın
ikinci
yarısı və dekabr ayında (qışqabağı) da səpmək olar.
Göstərilən səpin müddətləri respublikanın aran rayonlarına aid-
dir. Dağətəyi və dağlıq rayonlarda keşnişin yaz səpini 15-25 gün gec,
yay-
payız səpini isə 10-12 gün tez aparılır.
Keşniş bitkisindən keyfiyyətli məhsul almaq üçün onun toxum-
larının səpin normasına riayət edilməlidir. Birinci sinif toxum keyfiy-
yətlərini nəzərdə tutmaqla hektara səpin norması 12-16 kiloqramdır.
Тoxumlar 1,5-2,0 sm dərinliyə səpilməlidir.
138
Qulluq işləri. Keşniş əkinlərinə qulluq cərgəaralarında torpağın
yumşaldılmasından, alaq otlarının təmizlənməsindən, suvarmadan və
yemləmədən ibarətdir. Cərgəaralarında torpaq yumşaldılmalıdır ki,
torpaqda nəmlik saxlansın və su ilə hava nisbətinin pozulmasına yol
verilməsin. Yumşaltma hər dəfə suvarmadan və güclü yağışlardan
sonra
aparılır. Əkinlər bitkilərin tələbatıia uyğun olaraq optimal nəm-
likdə saxlanmalıdır. Suvarmaq lazım gəldikdə lent aralarında şırımlar
açılır (şırımaçanla) və lentlər ləklərdə olduğu kimi suvarılır. Keşniş
bitki
ləri az su hopdurma üsulu ilə suvarılmalıdır. Bitkilər zəif böyu-
dükdə azotlu və kaliumlu gübrələrin qarışığı ilə yemləmə aparılır.
Kalium güb
rəsi həmdə bitkilərin xəstəliklərə qarşı müqavimətini ar-
tırır. Yemləmə məqsədilə hektara cərgəaralarına 200 kq ammonium
şorası və 100 kq kalium gübrəsinin qarışığı verilir, torpaqla qarışdırı-
lır və sahə suvarılır. Bu iş məhsul yığımına azı 15-20 gün qalmış gö-
rül
məlidir.
Yığım. Keşniş, bitkilərinin boyu 15-18 sm-ə çatdıqda məhsul yı-
ğımına başlanmalı və çiçək zoğu əmələ gələnə qədər qurtarmalıdır.
Bu
bitkilər kök boğazından bir qədər aşağıdan biçilir, torpaqdan və
yararsız yarpaqlardan təmizlənir, 200-250 qr.-lıq dəstələrə bağlanır.
Səliqə ilə təmiz yeşiklərə və ya kisələrə doldurularaq satışa göndəri-
lir. Dəstə bağlayarkən ehtiyatlı olmaq lazımdır ki, bitkilər əzilməsin.
K
eşniş bitkisinin hektardan yaşıl yarpaq məhsuldarlığı orta he-
sabla 90-150 sen.
arasında olur. Lakin, qranulometrik tərkibcə yün-
gül olan münbit torpaqlarda, vaxtında və yaxşı qulluq edildikdə daha
artıq məhsul görürmək olar. Toxum almaq üçün bitkinin yerüstü his-
səsi, meyvəsi yetişən vaxt əllə biçilib, dərz-dərz bağlandıqdan sonra
açıq havada qurudulur və yaxud iri təsərrüfatlarda kombaynla biçilir.
Quru
dulmuş hissələrin döyülüb təmizlənməsi nəticəsində meyvələr
başqa hissələrdən ayrılır və xüsusi kisələrə doldurulub tədarük mən-
təqələrinə təhvil verilir. Toxum məhsuldarlığı 6-10 s/ha təşkil edir.
2. 2. R A Z Y A N A
Xalq t
əsərrüfat əhəmiyyəti. Razyana meyvələri bütöv halda ye-
yinti s
ənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tər-
Dostları ilə paylaş: |