110
Quruda yaşayan heyvanlardan “Qurani-Kərim”
yalnız donuz ətini, ölmüş heyvan ətini və Allahın adına
kəsilməmiş heyvanın ətini və qanını qadağan edir.
Müqəddəs Quran Muhəmməd Peyğəmbər(s.ə.v.)
vasitəsilə bizi xəbərdar edir: “… (O peyğəmbər) onla-
ra yaxĢı iĢ görməyi buyurar, pis iĢləri qadağan
edər, təmiz (pak) nemətləri halal, murdar (napak)
Ģeyləri haram edər…”. (Əl-Əraf, 7/157).
Murdar, natəmiz, pak olmayan insanlarda ikrah
hissi yaradan şeydir.
Mömin xəlifələr deyirlər ki, “cəsədində vəhşi hey-
vanın dişlərinin və ya vəhşi quşun caynağının izi olan
heyvanın ətini yeməyi Allah qadağan etmişdir. Başqa
heyvanın bədənini parçalaya bilən yırtıcılara şir, pə-
ləng, canavar və s. heyvanlar aid oluna bilər. Yırtıcı
quşlara qartal, şahin, qırğı və digər bu qəbildən olan
quşlar aiddir.
Ölü heyvan ətinin qadağan olunması onun qida ki-
mi qəbul edilməsinin qadağanı deməkdir. Onun dərisi,
buynuzu, sümükləri, tükü çox lazımdır və insana xeyir
verə bilər.
Bir dəfə Ibn Əbbas Möminə xatına zəkat olaraq
qoyun verir. Qəflətən qoyun ölür. Peyğəmbər (s.ə.v.)
onlara yaxınlaşıb deyir: “Heyvanın dərisini soyun, tə-
mizləyin, aşılayın və istifadə edin”. Onlar Rəsulüllaha
belə deyirlər: “Bu ki, ölü heyvandır!”. Peyğəmbər
(s.ə.v.) cavab verir ki, bu qoyunun yalnız ətini yemək
olmaz. O, Ibn Əbbasa və Möminəyə qoyunun dərisinin
soyulması və aşılanması qaydasını göstərir. “Əgər dəri
aşılanıbsa, o, pak hesab olunur” - deyə mömin xəlifələr
təsdiq edirlər. Bu, bütün dərilərə aiddir, istər it dərisi,
istərsə də hətta donuz dərisi olsun.
111
Nəcib yeməklərə izn verilir
“Ey insanlar! Yer üzündəki Ģeylərin təmiz,
halal olanlarını yeyin. ġeytanın izi ilə getməyin! Hə-
qiqətən, o (Şeytan) sizinlə açıq-açığına düĢməndir”.
(əl-Bəqərə, 2/168).
Xudavəndi-aləm insanları onlar üçün yer üzündə
yaratdığı nemətlərdən istifadə etməyə və şeytana qulaq
asmayıb, Onun qadağan etdiklərini yeməməyə dəvət
edir.
Allah möminlərə bu sözlərlə müraciət edir: “Ey
iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və)
halalından yeyin! Allaha ibadət edirsinizsə, (bu
nemətlərə görə) Ona Ģükr edin”. (əl-Bəqərə, 2/172).
“O (Allah) sizə ölmüĢ heyvanı, (axar) qanı, do-
nuz ətini və Allahdan baĢqasının adı ilə (bütlərin və
s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmiĢdir.
Lakin naəlac qaldıqda (başqasının malını) zorla mə-
nimsəmədən və həddini aĢmadan (zəruri ehtiyacı
ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kim-
sənin heç bir günahı yoxdur. Allah bağıĢlayandır,
mərhəmətlidir!” (əl-Bəqərə, 2/173).
Yemək üçün qadağan olunan şeylər haqqında “əl-
Maidə” surəsinin 3-cü ayəsində buyurulur:
“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan,
qan, donuz əti, Allahdan baĢqasının adı ilə (bis-
millah demədən) kəsilmiĢ, boğulmuĢ (küt alət və ya
silahla) vurulmuĢ, (bir yerdən) yıxılaraq ölmüĢ,
(başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiĢ,
vəhĢi heyvanlar tərəfindən parçalanıb yeyilmiĢ –
canı çıxmamıĢ heyvanlar müstəsnadır – dikinə
qoyulmuĢ daĢlar (bütlər və ya Kəbənin ətrafındakı
112
bütpərəst qurbangahlar) üzərində kəsilmiĢ heyvanlar
və fal oxları ilə pay bölmək sizə haram edildi.
Bunlar günahdır... Kim aclıq üzündən naçar
qalarsa, (çətinliyə düşərsə) , günaha meyl etmək
niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək
qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah
bağıĢlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3)
Habelə “əl-Ənam” surəsinin 145-ci ayəsində
deyilir: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içəri-
sində murdar olduqları üçün ölü heyvan, axar qan,
donuz əti və ya Allahdan baĢqasının adı ilə (bismil-
lah deyilmədən) günah olaraq kəsilmiĢ heyvanlar
istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər
içərisində haram buyurulan bir Ģey görmürəm.
Bununla yanaĢı, hər kəs məcburiyyət qarĢısında
qalsa, həddini aĢmadan, zəruri ehtiyacını ödəyəcək
qədər (bunlardan yesə, Allah ona cəza verməz). Çünki
sənin Rəbbin, həqiqətən, bağıĢlayandır, rəhm
edəndir!”. ( əl-Ənam, 6/145).
Islam ölmüş heyvan ətini, qanı, donuz ətini, Allah-
dan başqasının adı ilə kəsilmiş heyvan ətini qadağan
edir.
Ölü heyvan əti nə üçün haramdır?
Quran ayələrində müsəlmanın qidalanması məsə-
lələrində birinci olaraq ölü heyvan ətinin qadağan
olunması göstərilir, yəni əgər heyvan və ya quş öz
ölümü ilə ölübsə (insan tərəfindən kəsilməyibsə,
ovlanmayıbsa və s.) bu heyvanın əti murdardır. Bəs
bunun mənası nədədir?
Islam bu qadağanı nə ilə izah edir?
Birincisi – şüur, heyvan cəsədinə ikrahla yanaşır,
Dostları ilə paylaş: |