103
heç bir dərman yoxdur”. Gecə olduqda həmin şəxs
yenidən Imam Sadiqin (ə) yanına gəldi. Həzrətin
süfrəsində pendir gördükdə dilləndi:
- Sənə fəda olum, səhər səndən pendir haqqında
soruşanda mənə dedin ki, o, dərddir, dərmanlığı
yoxdur, amma indi süfrəndə pendir görürəm?!
Həzrət dedi:
- Pendir səhərlər ziyanlı, axşamlar isə faydalıdır. O
belin suyunu artırır.
104
ƏT YEYILMƏSININ ISLAMI ġƏRTLƏRI
Insan orqanizminin bütün funksiyalarının normal
getməsi, canlıların artması və bədənin cansağlığı zülal-
larla bağlıdır. Zülalların tərkibində karbon, hidrogen və
oksigenlə yanaşı azot da vardır. Zülalların əsasını
aminturşuları təşkil edir. Bunların bir qismi yalnız ətdə
olur (əvəzedilməz aminturşuları) və ət yeməyi ilə insan
orqanizminə keçir. Canlı orqanizmdə gedən bütün pro-
seslərdə, hüceyrənin metabolik funksiyalarını tənzim-
ləyən fermentlər də zülallardan təşkil olunmuşdur.
Insan bədəninin bütün hüceyrələrinin böyük bir qismi
zülallardan ibarətdir və bu hüceyrələr sürətlə dəyişib
yeniləşməkdədir. Bu cəhətdən hər gün qida ilə zülal
qəbul etmək zərurəti vardır. Zülal çatışmadıqda insan
böyümədən qalır, halsızlıq, qansızlıq hiss olunur.
Yaraların sağalması gecikir, zərərli mikroblara qarşı
müqavimət azalır. Qaraciyər yağlanır. Bədən üçün
lazım olan zülalların əsas mənbəyi isə ətdir.
“Qurani-Kərim”-də halal və haram barədəki
göstərişlərdə ət yeməkləri xüsusi olaraq qeyd olunur.
“Qurani-Kərim”-də insan orqanizmi üçün mühüm qida
maddəsi olan ət haqqında bir çox ayələr vardır.
“Qurani-Kərim”-in 14 surəsinin 25 ayəsində ət və
ət məhsulları haqqında Allah kəlamları buyrulmuşdur.
Bu ayələrdə hansı heyvanların ətinin halal və ya
haram olması, onların kəsilməsi qaydası, ətin saxlanıl-
ması, təmizliyi, kəsilən heyvanların digər bədən orqan-
larının və qanın istifadə olunması və digər məsələlər
müsəlmanlara təlqin olunmuşdur.
105
“Qurani-Kərim”-də ət haqqında ayələr
Sıra
sayı
Surənin
nömrəsi
Surənin adı
Ayələrin nömrəsi
1
2
əl- Bəqərə
168,172,173,259
2
5
əl-Maidə
3, 96
3
6
əl-Ənam
118,119,121,145
4
11
Hud
69
5
16
ən- Nəhl
5,14,115
6
22
əl- Həcc
5,37
7
23
əl-Muminun
14
8
35
Fatir
12
9
36
Yasin
72
10
40
əl-Mumin
79
11
49
əl-Hucurat
12
12
51
əz-Zariyat
24,27
13
52
ət-Tur
22
14
56
əl-Vaqiə
21
“Bunları (bu davarları) onların ixtiyarına ver-
dik. Onlardan mindikləri də var, ətini yedikləri də”
(Yasin, 36/72).
( Ya Rəsulum!) De ki: “Mənə gələn vəhylər
içərisində murdar olduqları üçün ölü heyvan, axar
qan, donuz əti və ya Allahdan baĢqasının adı ilə
(bismillah deyilmədən) kəsilmiĢ heyvanlar istisna
olmaqla, hər hansı bir kəsin yediyi yeməklər
içərisində haram buyurulan bir Ģey görmürəm. Bu-
nunla yanaĢı, hər kəs məcburiyyət qarĢısında qalsa,
həddi aĢmadan zəruri ehtiyacını ödəyəcək qədər
(bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki
sənin Rəbbin, həqiqətən bağıĢlayan və rəhm
edəndir. (Əl-Ənam, 6/145).
Peyğəmbərimiz (s.ə.v.) – “Ət dünya və axirətin ən
106
üstün yeməyidir” ifadəsini bildirmişdir. Çünki kimyəvi
tərkibinə və qidalılığına görə ətin üstün olması müasir
elmi tədqiqatlarla sübuta yetirilmişdir. Peyğəmbəri-
mizin (s.ə.v.) qoyun, toyuq, dəvə, keçi, kəklik, balıq əti
yediyini qaynaqlardan oxuyuruq.
Həzrəti Əli (ə) isə – “Ət yeyiniz. Çünki o ət bitirir.
Gözə də qüvvət verir” buyuraraq ətin orqanizmə
xeyirli olduğunu söyləmişdir. Həzrəti Əli (ə) demişdir:
“Ət yemək bədənin rəngini saflaşdırır və insanı
gözəlləşdirir”. Müasir elm ətin qanazlığının qarşısını
alan bir dəmir və vitamin mənbəyi olduğunu sübut
etmişdir. Imam Şafi də “ət yemək ağlı ziyadə edər” de-
mişdir. Zülal və aminturşu (əvəzolunmaz amintur-
şuları) mənbəyi olan ətin zəka üzərindəki müsbət rolu
müasir dövrdə elmi əsaslarla sübuta yetirilmişdir.
Lakin qaynaqlarda heyvani piyin zərərli olması
haqqında məlumatlar vardır. Gerçəkdən də heyvani
yağı çox yedikdə insanda bəzi xəstəliklər, o cümlədən
qan-damar xəstəlikləri, qan təzyiqi və ateroskleroz baş
verir. Həzrəti Əlinin (ə) “Iç yağı xəstəlikdir” deməsi
bərk heyvanat yağlarının insan orqanizminə zərərini
göstərir. Müasir elmi biliklər də bərk heyvanat yağının
qida üçün istifadə olunmasını münasib saymır.
Ətdən sonra islamda ən dəyərli qida sayılan kə-
silən ev heyvanlarının qaraciyəridir. Çünki qaraciyərin
tərkibində vitamin və dəmir çoxdur. Əbubəkir Razinin
qaraciyərlə bağlı söylədiyi fikirlər belə ifadə olunur:
“Qidası yaxşıdır. Ciyərdən meydana gələn qan sağlam
və sağlıqlı bir qandır”. Bugünkü tibb elmində də qanı
az olanlara və görmə qabiliyyəti zəifləyənlərə qara-
ciyər yemək tövsiyə olunur.
Islamda ətin insan üçün əhəmiyyətini nəzərə
Dostları ilə paylaş: |