107
alaraq kasıbların ondan istifadə etmələri də nəzərə
alınmışdır. Varlılar Qurban bayramında kasıblara
qurban əti göndərir, onların ət yemələrinə köməklik
göstərirlər.
HaĢiyə: Qurban bayramında qoyun kəsilməsi,
kəsilmiş qoyunun ətinin üçdən iki hissəsinin
kasıblara və qonşulara verilməsi, üçdən bir hissəsinin
isə qurban kəsilən evdə saxlanılması adəti qədimdən
mövcuddur. Qurban ətindən bişirilən xörəklər (xam-
bozbaş, kabab, cızbız və s.) el arasında müqəddəs
sayılır və həmin xörəklərin yeyilməsi savab hesab edi-
lir. Bəzi şərab içən kişilər, hətta qurban ətindən bişən
xörəklərin yeyilməsindən imtina edirlər. Onlar belə
hesab edirlər ki, artıq şərab içdikləri üçün bir dəfə
günah qazanıblar, qurbanlıq ətin xörəyini yeməklə
ikinci dəfə günaha batmaq istəmirlər. (Yaxşı olardı
ki, ümumiyyətlə, şərab da içməsinlər. Ə-C.Ə.).
“Böyük Türkiyə tarixi” əsərində türklərin qədim-
dən basdırma, qovurma və sucuq şəklində əti aylarla
saxladıqlarını, digər millətlərin qurudulmuş ət hazırla-
mağı türklərdən öyrəndiyini oxuyuruq. Gündə 320 q ət
yeyilməsi (balıq əti də buraya daxildir) Islamda normal
hesab edilir. Ət haqqında türklərin məşhur bir atalar
sözü var: “Ət girən yerə dərd girməz”. Yəni kim
gündəlik qidasında ətdən istifadə edirsə, orqanizmi
xəstəliklərə qarşı müqavimətli olur.
Tarixi qaynaqlarda ətin insanların qidalanmasında
xüsusi yeri olduğu qeyd edilməklə, onun hansı forma-
da insan orqanizminə zərərli olduğu da göstərilmişdir.
“Qurani Kərim”- də buyururlar:
“O (Allah) sizə ölmüĢ heyvanı, (axar) qanı, do-
nuz ətini və Allahdan baĢqasının adı ilə (bütlərin və
108
s.adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmiĢdir…”
(Bəqərə, 2/173).
Bildiyimiz kimi, canlı varlıq öldüyü zaman orqa-
nizmdə mikroblar, bakteriyalar qaynaşmağa başlayır.
Bu zaman çürüdücü və parçalayıcı bakteriyalar cəm-
dəyə yayılır. Bakterioloji tədqiqatların aparılmasından
çox-çox əvvəllər “Qurani-Kərim” bizə ölü əti yeməyi
haram buyurmuşdur.
Dalaq haramdır. Axan qan haramdır. Donuzdan
insana keçən xəstəlik trixinellozdur. Donuz əti, ağ ayı
və sığır əti yeyənlərin 78%-də trixin xəstəliyi müşahidə
edilmişdir. Donuz əti ilə trixinozdan daha təhlükəli
xəstəliklər törənə bilir. Amerikada hər il 3300 uşaq ana
bətnində T.rongun almış, bunların yüzdə altısının qısa
bir müddətdə öldüyü məlum olmuşdur.
Araşdırmalar göstərir ki, hər üç donuzdan birində
T.gondi paraziti var. Donuzda çox önəmli toksik
amildən biri də qrip virusudur. London Virus Araşdır-
maları Institutunun professoru Shopca görə viruslar
donuzun ağciyərində yaşayır və bu yolla donuz ətindən
hazırlanan məhsullara keçir. Donuz əti yeməklə insana
daha bir çox xəstəlik keçməsi məlumdur. Ikinci Dünya
müharibəsi dövründə Quzey Afrika hərəkatında iştirak
edən alman əsgərlərinin ayaqlarında yara halında
görünən bir xəstəlik təsbit edilmişdir. Buna tropik
ülseq deyilirdi. Bu xəstəlik əsgərlərə müharibədə
iştirak etməyə mane olur, uzun müddət xəstəxanada
qalmaq məcburiyyətində qalır, hətta bu xəstəliyin qida
ilə yoluxması güman edildi. Çünki belə rahatsızlığa
yerli əhalidə rast gəlinmirdi. Sonradan yerli müsəlman
əhalisinin qidalandığı məhsulların yeyilməsi ilə
əsgərlərdə həmin xəstəlik tənzim edildi. Nəticədə
109
tropik ülseq dərdi tamamən ortadan qalxdı.
Yer üzündəki heyvanlar içində ən çox ürük asid
daşıyan donuzdur. Fəqət, donuzdan başqa heyvanlar bu
maddəni idrar yoluyla davamlı kənara atırlar. Insan
vücudu bu maddənin 90%-ni böyrəklərin köməyi ilə
kənara çıxarır (ifraz edirlər). Fəqət, donuz üçün ürük
asidin 2%-dən çoxunu çıxarmaq mümkün deyildir.
Geriyə qalan miqdar da qanın bir parçası olaraq
varlığını davam etdirir. Bu üzdən donuz daima bu
xəstəliklərə məruz qalır. Ətini yeyənlərdə diz ağrıları,
revmatizm kimi şikayətlər tez-tez müşahidə edilə bilir.
Donuz əti yalnız yumşaq kolbasa emalı üçün
əlverişlidir. Buna səbəb amino-şəkər, heksozamin isə
kükürdün birləşməsi əmələ gələn sulfid turşusu və
mikoitin sulfit turşusu kimi maddələridir.
Donuzun ən önəmli zərəri onun daxili orqan-
larında çoxlu yağın olmasından irəli gəlir. Başqa hey-
vanlara nisbətən donuz ətində yağın və xolesterinin
miqdarı daha çoxdur. Təfsirlərdə bu yağın daha təhlü-
kəli olduğuna dair fikirlər vardır. Xolesterolun pan-
kreatin, yoğun bağırsaq və mədə xərçəngi riskini
artıran səbəbi var.
Müsəlmanın həyatında halal və haram ət
məhsulları
Qədim zamanlardan Allah Təbarəkə Təala insanlara,
xalqlara yeməklərin halal və ya haram olması barədə
göstərişlər vermişdir, xüsusilə də ət yeməkləri haqqında.
Ət və balığın yeyilməsi qaydaları müxtəlif xalqlar-
da, icmalarda, dinlərdə bir-birindən fərqlənir.
Yeyilməsinə icazə verilmiş ət məhsullarına quruda
və suda yaşayan heyvanların əti aid edilir.
Dostları ilə paylaş: |