mehribanlığın yaranması mümkün olur və heç zaman ailə
münaqişəsi yaranmn. Məhz bu münasibət nəslin artırılmasına və
uşaqların tərbiyəvi böyüməsinə təsir edirdi.
Qadına hər zaman müstəqillik verən islam dini onun hər
bir hərəkəti üçün ciddi və yüksəldici tələblər irəli sürür, qadının
evdə və ictimaiyyətdə azad vəziyyətinə bəraət qazandırır. Hər
zaman Azərbaycan qadınları da cəmiyyətin bərabər hüquqi
üzvülərinə və fədakar qurucularına çevrilmişlər.
Qadınların böyük əksəriyyəti dinə bağlı olmuş, dini
əxlaqın normalarına riayət etməklə məşğul olmuş, öz hərəkət və
davranışında İslam əxlaqının prinsiplərini - mehribanlıq, ismət,
namus, qarşılıqlı yardım, müqəddəs ana torpaq vətənpərvərliyi,
humanizm, əməyə şüurlu münasibət və s. prinsipləri əldə rəhbər
tuturlar. İndi din bir dünyagörüşü halında olmaqla, ağıllı və
düşüncəli qadınların şüurunda tarixi keçmişin yiyələnməsi üçün
mövcud irəliləyişdir.
Hazırda müxtəlif səbəblərə görə çox az qism adamların
şüurunda dinin, eləcə də hərəkət və davranışında dini əxlaqın
zəifləməsinə rast gəlirik. Hər halda dindarlar dini əxlaqın bu və ya
digər tələbinə - normasına, dini əxlaqın hər hansı tələbindən irəli
gələn hərəkət və davranış qaydalarına əməl etməklə hələ də bu
dini yaşatmışlar. Həmişə olduğu kimi dindar adamlar namaz qılır,
oruc tutur, məscid və pirlərə gedirlər. Dini əxlaqın qanunları
özünü xüsusilə qadına münasibətdə daha açıq şəkildə büruzə verir.
Bütün yerlərdə olduğu kimi Azərbaycanda da dini nigaha -
kəbinə, qadınların çadra örtməsi, yaylıq bağlaması, yaşmaq vurma
halları davam edir və onlar tərəfindən qorunur.
Geniş milli mədəniyyət quruculuğu dövründə dini əxlaqın
qorunmasına yardım etmək, onların milli mənliyimizə müsbət
təsir göstərməsinə nail olmaq üçün müntəzəm, ardıcıl, elmi
biliklərə əsaslanan mədəni təbliğ yolu təşkil etmək bütün
ictimayyətin, o cümlədən bütün ziyalıların mühüm vəzifəsidir.
244
i n s a n
u ç u n
ə n
g ö z ə l
ə m ə l
N A M A Z V Ə O R U C D U R
Naxçıvan olyama mətnlərinin mühüm xüsusiyyətlərindən
biri də “Risalə” adı ilə bağlıdır. Risalə şəriət qanunları ilə yanaşı,
həmçinin İslamda olan vacib əməllərin yerinə yetirilməsində
zəruri olan namaz və oruc barədə də ehkamlar qeyd edilir.
Azərbaycan xalqının əksər insanları dini etiqadla yaşayıb yaratmış
və öz adət-ənənələrin Risalə hökmləri ilə qoruyaraq saxlamışlar.
Xalqımızın əksər insanları uşaqlıqdan göz açıb ata və analarımızın
din və şəriət içində görmüşük, din və şəriətə qulluq edən
görmüşük, dinə və şəriətə sözsüz əməl edən görmüşük. Ona görə
namaz ibadətin elə vacib ayinidir ki, onu icra edən vaxt hətta
danışmaq belə günah sayılır və namazı batil edir. Müdriklərin
etdiyi ibrətamiz nəsihətlər bütün insanların ləyaqətini və nicatını
din və şəriətin müəyyən etdiyi qayda-qanuna əməl etməkdə
görürdülər. Bu insanlarda Allaha olan məhəbbətdən və axirət
qorxusundan əmələ gələn bir hal idi. Məsəl var deyərlər
müsəlmanlar vacib namazları qılmaqla yetmiş peyğəmbərin qətlə
yetirilməsindən, min dənə Quranın yandırılmasından və yetmiş
dəfə zina eyləyənin günahından qorunması deməkdir. İslam
dinində söz sahibi olan üləma, fazil və müctəhidlər qeyd edirlər
ki, Allah tərəfindən müəyyən edilmiş vacib namazların icra
edilməsi vacibdir. İnsan xəstələnib yataqda yatsa belə bu fəzilətə
çatmaq üçün vacib namazları yatdıq yerdə qılması məsləhət
görülür. Əgər hər hansı bir şəxs yatdığı yerdə namaz qılmağa
taqəti olmasa, başı ilə işarə eyləyə-eyləyə namazını qılmalıdır.
Əgər o, başı ilə də işarə eləməyə aciz olsa, o vaxt gözləri ilə işarə
eyləyə-eyləyə namazını qılmalıdır. Əgər gözü ilə işarə eyləməyə
imkanı olmasa, o vaxt namazın ibarələrini xatirinə gətirmək və
beləliklə, namazı öz könlündə qılmaq kifayət edər buyurmuşlar.
Bunları hökm kimi bildirən Qurani-Kərim öz ayə və
surələrində bu barədə söyləmişdir: “Mənəm Allah! Məndən başqa
245
Tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”
(Taha surəsi-14). "Günəş doğmamışdan və batmamışdan əvvəl
Rəbbinə şiikr edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl),
gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta
radələrində də Rəbbini təqdis et (şam, gecə və günorta
namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük
savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail
etməsindən) razı olasan!” (Taha surəsi-130). Müsəlman üçün hər
gün yerinə yetirəcək vacibi namaz 17 rəkətdir: 2 rəkət sübh, 4
rəkət günorta, 4 rəkət ikindi, 3 rəkət şam və 4 rəkət xiftən
namazlarından ibarətdir. “İslamın ən mühüm ibadətlərindən biri
namazdır” (77, 102).
Azərbaycanın görkəmli dramaturq və satirik yazıçısı Cəlil
Məmmədquluzadə də öz əsərlərində namazın qılınmasına tənqidi
yanaşsada onun nə qədər cazibəli xarakter daşıdığmı fərz olaraq
hansı halda olursa olsun yerinə yetirilməsini qeyd edərək yazırdı:
“Onunçun da hər növ ilə olmuş olsaydı, mənim haman
vətəndaşlarım və dindaşlarım labüd gərək namazlarını əda edə
idilər. Əgər sihhət halında idilər - ayaq üstə gərək əda edə idilər;
Əgər bimar idilər gərək oturduqları yerdə namaz qıla idilər...” (62,
s. 389). Həmçinin ədib öz ailə mühitinin əxlaqi dəyərlərlə tərbiyə
olunmasını, ata və anasının hansı inanclara etiqat etməsini də
xatırladaraq yazırdı: “...uşaqlıqdan gözümü açıb ata və anamı din
və şəriət içində görmüşəm, din və şəriətə qulluq edən görmüşəm,
dinə və şəriətə qul görmüşəm” (62, s. 402-403).
Namazın əlamətlərindən biri də azan və dəstəmazdır.
Namazın özü kimi onun hazırlıq mərhələləri olan azan və
dəstəmaz da şəriət tərəfindən savab iş və xeyir əməl cərgəsinə
yazılır. Şəriətin göstəricisi belədir ki, azan demək, azan çağırmaq,
namaz qılmağa bərabər savab bir ibadətdir. Namaz kimi azan da
zəhmətkeşləri işin səmərəli keçməsinə yardım edir. Azanın sübh
tezdən verilməsi və zəhmətkeş insanları yuxudan oyatması böyük
əhəmiyyət tələb edirdi. Təbii ki, azanın verilməsi namazın
vaxtının yetişməsindən xəbər verir. Həm zəhmətkeş insanlar üçün,
həm də ticarət edən şəxslərin vaxtın bilinməsi üçün olduqca zəruri
246
Dostları ilə paylaş: |