Q A D I N Ə X L A Q I N I N H Ü Q Ü Q İ
N O R M A L A R I
“Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə
halal deyildir! (Qadınlar) açıq - aşkar pis bir iş görməyincə,
özlərinə verdiyiniz şeylərin (mehri) bir hissəsini geri qaytarmaq
məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl ( Allahın
buyurduğu kimi) rəftar edin” (16, Nisa -1 9 ).
Naxçıvan
əlyazma
mətnlərində
rast
gəldiyimiz
məqamlardan bir əsası da ondan irəli gəlir ki, nüsxələrin əksər
hissəsi qadına verilən hüquq qaydalarının tənzimlənməsidir. Şeyx
Bəhaəddin Amili “Came-Abbas” əsərində qadın əxlaqının mühüm
xüsusiyyətlərin xatırladaraq öz mülahizələrin irəli sürür. Bundan
ш
əlavə müqəddəs islam dinində qadına verilən ən önəmli hüququn
verilməsi məhs Qurani-Kərimin yüz yetmiş altı ayəli (176) olan
“Nisa” (“Qadınlar”) surəsidir ki, bu surədə daha çox qadından,
cəmiyyət içində qadınların hüququ və ictimai yer və dəyərlərindən
bəhs edilir. Hicrətdən sonra Mədinədə nazil olmuş surə əsasən
yeniliklərlə və hadisələrlə bir başa bağlı olmaqla hüququ hökmləri
zəruri olduğu üçün Nisa surəsində ailədən, qadından və qadın
haqlarından, müşriklərin və əhli-kitabın əvvəlki inanclarından,
savaş səbəbiylə atalarını itirən yetimlər ilə dulların hüququndan,
miras hökmlərindən geniş bəhs edilmişdir. İslam qaydalarında ailə
hüququna görə evlənərkən mehr verəcək, toy xərcləri edəcək olan
kişi tərəfidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
analara, qadınlara xüsusilə ağbirçəklərə hörmətin və ehtiramın
daim olduğunu qeyd edərək el məsəlimizin köksündə duran “qanı
qan ilə yox, su ilə yuyarlar” prinsipi ilə yanaşaraq deyirdi:
“Analar, bacılar cəmiyyətdə sülh yaranması iiçiin həmişə böyük
vasitəçi olmuşlar. Ağbirçək analar həmişə öz övladlarına öyüd-
nəsihət verməklə onları düz yola dəvət etmiş, bu yolla
getmələrinə çalışmışlar” (9, s. 68).
241
Bu baxımdan da dini əxlaqi dəyərlər də öz növbəsində
qadına müsbət münasibət bəsləyir, onun şəxsiyyətini və ləyaqətini
daha da yüksək məqama çatdırır.
Qurani-Kərimdə göstərilir ki, qadın və kişi - Adəm və
Həvvadan ilk olaraq yaradılmışlar, onlar əqli və fiziki cəhətdən
kişilərdən çoxda geri qalmırlar. Bütün yaxşı əməllərin baş
verməsinin əsas səbəbkarı kimi təsvir olunan qadınlar həqiqətdə
hər cəhətlə kişilərlə eyni səviyyədə dururlar.
Qadına belə bir düzgün münasibət ictimai həyatın bütün
sahələrində - mülki, hüquqi, dini və s. münasibətlərdə özünü
göstərir.
Şeyx Bəhaəddin Amilinin adı çəkilən əsərlərində vərəsəlik
üzrə keçirilən bölgüdə qadın kişiyə düşən hissənin yarısını alır və
bunun da müəyyən səbəbləri var. O cümlədən məhkəmədə bir kişi
şahidini ancaq iki qadın əvəz edə bilər. Öldürülmüş qadına kişiyə
nisbətən daha az “əvəz” verilir. Dini ayinləri icra edərkən
qadınların kişilərlə bir sırada durması olmasa da, arxa sırada
durmasının heç bir eybi yoxdur.
Müqəddəs İslam dini həqiqi insan dedikdə əslində hər iki
cinsə məxsus olan adamları nəzərdə tutur. Qadına azad seçim kimi
baxan İslam dini onun həyat qurması üçün bütün təminatları
ödəyir və əsl hüquq sahibi olduğunu bildirərək, onun başlıca
mənasının ərə getməkdə görür, ictimai bir varlıq kimi qadını son
dərəcə yüksəldərək qiymətləndirir.
İslam dininin həmişəyaşar sevimli peyğəmbəri həzrəti
Məhəmməd əleyhis-salam buyurmuşdur: “Subay oğlan və
qızlarınızı
evləndirin.
Həqiqətən,
miitəal Allah
onların
əxlaqlarını yaxşı, ruzilərini bol, abır-şərəflərini artıq edər”.
Evlənməyi insan həyatında ən yaxşı hal hesab edən İslam
dini əxlaqı eyni zamanda qız uşaqlarının və oğlan uşaqlarının
həddi buluğa çatmaqla evləndirilməsini lazım bilir.
Adı çəkilən əsərdə müəllif maddə-maddə dini qanunları
izah etməklə yanaşı müsəlmanın kəbin hüquqinin də bir əsas
forması olmaqla xüsusi əhəmiyyət kəsb etdiyini bildirir.
Eylənmək istəyən oğlan qızın valideyinləri ilə məsləhətləşdikdən
242
#
sonra qızla həyat qurur. Beləliklə, qız kişiyə ömürgün yoldaşı
olur. Hətta kəbində yazılan “mehriyyə” (qadma çatan halal
məbləğ) maddi mülahizəyə əsaslanan müsəlman qanununun əsas
prinsiplərindəndir.
Sevgiyə, qarşılıqlı hissə əsaslanan kəbində tərəflərin,
xüsusilə qadının fəal iştirakı mümkün olur. Bir qayda olaraq
valideynlər öz övladlarının xoşbəxt olmalarına razılıq verməklə
məsələni həll edirlər. Doğrudur, İslam dini kəbin zamanı hər iki
tərəfin razılığını lazım bilir. Ciddi məsuliyyət xarakteri daşıyan bu
tələb hər bir əsassız səbəbdən pozula bilməz. Kəbin prosesində
qızın aydm cavabı, öz rəyini bildirməsi razılıq əlaməti kimi qəbul
edilir. Valideynlərin iradəsinə tabe olan qızlara mehribanlıq,
hörmət edilir, onlar arxeyin olur, həvəs və könüllü olaraq ərə
gedilir.
İslam dini bir-birini yaxından tanımaqla, üzün görməklə,
səsin eşitməklə iki gəncin evləndirilməsini qanuni və əxlaqi bir iş
saymaqla insanın təbii hissləri ilə bağlı olan məhəbbət hissini
yüksəyə qaldırır. Bu din nəcib sevgi duyğularına, mənafe birliyinə
əsaslanan məhəbbəti həmişə yaşadır.
Evlənməyin iqtisadi çətinlikləri ilə bərabər, ailə qurmaqda
qarşılıqlı meylin nəzərə alınması qızları hüquqi bir şəxs kimi
qiymətləndirmək, onları könüllü həyat qurmasına səbəb olmuşdur.
İslam dini əxlaqının məhəbbət məsələlərinə, azad sevgiyə,
qadın hüququna müsbət münasibəti özünü həyatda yaşayacaq
həyatyoldaşına olan sadiqliyi daha aydın göstərir. Baxmayaraq
müqəddəs Qurani-Kərim hər bir müsəlmanın 4 arvad almağa
hüquqi olduğu halda qadınların öz istəklərilə kişi birinci arvadın
razılığı ilə ikinci, ikinci arvadın razılığı ilə üçüncü, üçüncü
arvadın razılığı ilə dördüncü arvadı ala bilər. Bu heç də ailədə
soyuq münasibətlərin yaranmasına səbəb olmur, əksinə kiçik ailə
cəmiyyətinin mehribanlaşmasına gətirib çıxarır. Bu münasibət
qadınlar arasında, onların valideyinləri və qohumları arasında isti
münasibət yaradır, düşmənçiliyi aradan aparır. Kişi bütün
arvadlarına eyni dərəcədə xidmət göstərməklə ailənin möhkəm
əsaslar üzərində qurulmasını təmin edir, hər bir sahədə
243
Dostları ilə paylaş: |