Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə77/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   73   74   75   76   77   78   79   80   ...   88

Q A D I N   Ə X L A Q I N I N   H Ü Q Ü Q İ
N O R M A L A R I
“Ey  iman  gətirənlər!  Qadınlara  zorla  varis  çıxmaq  sizə 
halal  deyildir!  (Qadınlar)  açıq  -   aşkar  pis  bir  iş  görməyincə, 
özlərinə  verdiyiniz şeylərin  (mehri)  bir  hissəsini geri  qaytarmaq 
məqsədilə  onlara  əziyyət  verməyin.  Onlarla  gözəl  (  Allahın 
buyurduğu kimi)  rəftar edin” (16, Nisa -1 9 ).
Naxçıvan 
əlyazma 
mətnlərində 
rast 
gəldiyimiz 
məqamlardan  bir  əsası  da  ondan  irəli  gəlir  ki,  nüsxələrin  əksər 
hissəsi  qadına  verilən  hüquq  qaydalarının  tənzimlənməsidir.  Şeyx 
Bəhaəddin  Amili  “Came-Abbas” əsərində qadın əxlaqının  mühüm 
xüsusiyyətlərin  xatırladaraq  öz  mülahizələrin  irəli  sürür.  Bundan
ш
əlavə  müqəddəs  islam  dinində  qadına  verilən  ən  önəmli  hüququn 
verilməsi  məhs  Qurani-Kərimin  yüz  yetmiş  altı  ayəli  (176)  olan 
“Nisa”  (“Qadınlar”)  surəsidir  ki,  bu  surədə  daha  çox  qadından, 
cəmiyyət  içində qadınların hüququ və ictimai yer və dəyərlərindən 
bəhs  edilir.  Hicrətdən  sonra  Mədinədə  nazil  olmuş  surə  əsasən 
yeniliklərlə və  hadisələrlə  bir  başa  bağlı olmaqla  hüququ hökmləri 
zəruri  olduğu  üçün  Nisa  surəsində  ailədən,  qadından  və  qadın 
haqlarından,  müşriklərin  və  əhli-kitabın  əvvəlki  inanclarından, 
savaş  səbəbiylə  atalarını  itirən  yetimlər  ilə  dulların  hüququndan, 
miras hökmlərindən geniş  bəhs edilmişdir.  İslam qaydalarında ailə 
hüququna görə  evlənərkən  mehr  verəcək,  toy  xərcləri  edəcək  olan 
kişi tərəfidir.
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 
analara,  qadınlara  xüsusilə  ağbirçəklərə  hörmətin  və  ehtiramın 
daim olduğunu  qeyd  edərək  el  məsəlimizin  köksündə  duran  “qanı 
qan  ilə  yox,  su  ilə  yuyarlar”  prinsipi  ilə  yanaşaraq  deyirdi: 
“Analar,  bacılar cəmiyyətdə sülh yaranması  iiçiin  həmişə  böyük 
vasitəçi  olmuşlar.  Ağbirçək  analar  həmişə  öz  övladlarına  öyüd- 
nəsihət  verməklə  onları  düz  yola  dəvət  etmiş,  bu  yolla 
getmələrinə çalışmışlar” (9, s.  68).
241


Bu  baxımdan  da  dini  əxlaqi  dəyərlər  də  öz  növbəsində 
qadına  müsbət münasibət  bəsləyir,  onun şəxsiyyətini və  ləyaqətini 
daha da yüksək məqama çatdırır.
Qurani-Kərimdə  göstərilir  ki,  qadın  və  kişi  -  Adəm  və 
Həvvadan  ilk  olaraq  yaradılmışlar,  onlar  əqli  və  fiziki  cəhətdən 
kişilərdən  çoxda  geri  qalmırlar.  Bütün  yaxşı  əməllərin  baş 
verməsinin  əsas  səbəbkarı  kimi  təsvir  olunan  qadınlar  həqiqətdə 
hər cəhətlə kişilərlə eyni səviyyədə dururlar.
Qadına  belə  bir  düzgün  münasibət  ictimai  həyatın  bütün 
sahələrində  -  mülki,  hüquqi,  dini  və  s.  münasibətlərdə  özünü 
göstərir.
Şeyx  Bəhaəddin  Amilinin  adı  çəkilən  əsərlərində  vərəsəlik 
üzrə  keçirilən  bölgüdə  qadın  kişiyə  düşən  hissənin yarısını  alır  və 
bunun da müəyyən səbəbləri var.  O  cümlədən məhkəmədə  bir kişi 
şahidini  ancaq  iki  qadın  əvəz edə  bilər.  Öldürülmüş  qadına  kişiyə 
nisbətən  daha  az  “əvəz”  verilir.  Dini  ayinləri  icra  edərkən 
qadınların  kişilərlə  bir  sırada  durması  olmasa  da,  arxa  sırada 
durmasının heç bir eybi yoxdur.
Müqəddəs  İslam  dini  həqiqi  insan  dedikdə  əslində  hər  iki 
cinsə məxsus olan adamları nəzərdə tutur.  Qadına azad seçim kimi 
baxan  İslam  dini  onun  həyat  qurması  üçün  bütün  təminatları 
ödəyir  və  əsl  hüquq  sahibi  olduğunu  bildirərək,  onun  başlıca 
mənasının  ərə  getməkdə  görür,  ictimai  bir  varlıq  kimi  qadını  son 
dərəcə yüksəldərək qiymətləndirir.
İslam  dininin  həmişəyaşar  sevimli  peyğəmbəri  həzrəti 
Məhəmməd  əleyhis-salam  buyurmuşdur:  “Subay  oğlan  və 
qızlarınızı 
evləndirin. 
Həqiqətən, 
miitəal  Allah 
onların 
əxlaqlarını yaxşı,  ruzilərini bol,  abır-şərəflərini artıq edər”.
Evlənməyi  insan  həyatında  ən  yaxşı  hal  hesab  edən  İslam 
dini  əxlaqı  eyni  zamanda  qız  uşaqlarının  və  oğlan  uşaqlarının 
həddi  buluğa çatmaqla evləndirilməsini  lazım  bilir.
Adı  çəkilən  əsərdə  müəllif  maddə-maddə  dini  qanunları 
izah  etməklə  yanaşı  müsəlmanın  kəbin  hüquqinin  də  bir  əsas 
forması  olmaqla  xüsusi  əhəmiyyət  kəsb  etdiyini  bildirir. 
Eylənmək  istəyən  oğlan  qızın  valideyinləri  ilə  məsləhətləşdikdən
242


#
sonra  qızla  həyat  qurur.  Beləliklə,  qız  kişiyə  ömürgün  yoldaşı 
olur.  Hətta  kəbində  yazılan  “mehriyyə”  (qadma  çatan  halal 
məbləğ)  maddi  mülahizəyə  əsaslanan  müsəlman  qanununun  əsas 
prinsiplərindəndir.
Sevgiyə,  qarşılıqlı  hissə  əsaslanan  kəbində  tərəflərin, 
xüsusilə  qadının  fəal  iştirakı  mümkün  olur.  Bir  qayda  olaraq 
valideynlər  öz  övladlarının  xoşbəxt  olmalarına  razılıq  verməklə 
məsələni  həll  edirlər.  Doğrudur,  İslam  dini  kəbin  zamanı  hər  iki 
tərəfin razılığını lazım bilir.  Ciddi məsuliyyət xarakteri daşıyan bu 
tələb  hər  bir  əsassız  səbəbdən  pozula  bilməz.  Kəbin  prosesində 
qızın aydm  cavabı,  öz rəyini  bildirməsi  razılıq  əlaməti kimi  qəbul 
edilir.  Valideynlərin  iradəsinə  tabe  olan  qızlara  mehribanlıq, 
hörmət  edilir,  onlar  arxeyin  olur,  həvəs  və  könüllü  olaraq  ərə 
gedilir.
İslam  dini  bir-birini  yaxından  tanımaqla,  üzün  görməklə, 
səsin  eşitməklə  iki  gəncin evləndirilməsini  qanuni  və  əxlaqi  bir  iş 
saymaqla  insanın  təbii  hissləri  ilə  bağlı  olan  məhəbbət  hissini 
yüksəyə qaldırır.  Bu din nəcib  sevgi duyğularına,  mənafe  birliyinə 
əsaslanan məhəbbəti həmişə yaşadır.
Evlənməyin  iqtisadi  çətinlikləri  ilə  bərabər,  ailə  qurmaqda 
qarşılıqlı  meylin  nəzərə  alınması  qızları  hüquqi  bir  şəxs  kimi 
qiymətləndirmək,  onları könüllü həyat qurmasına səbəb olmuşdur.
İslam  dini  əxlaqının  məhəbbət  məsələlərinə,  azad  sevgiyə, 
qadın  hüququna  müsbət  münasibəti  özünü  həyatda  yaşayacaq 
həyatyoldaşına  olan  sadiqliyi  daha  aydın  göstərir.  Baxmayaraq 
müqəddəs  Qurani-Kərim  hər  bir  müsəlmanın  4  arvad  almağa 
hüquqi  olduğu  halda  qadınların  öz  istəklərilə  kişi  birinci  arvadın 
razılığı  ilə  ikinci,  ikinci  arvadın  razılığı  ilə  üçüncü,  üçüncü 
arvadın  razılığı  ilə  dördüncü  arvadı  ala  bilər.  Bu  heç  də  ailədə 
soyuq  münasibətlərin  yaranmasına  səbəb  olmur,  əksinə  kiçik  ailə 
cəmiyyətinin  mehribanlaşmasına  gətirib  çıxarır.  Bu  münasibət 
qadınlar  arasında,  onların  valideyinləri  və  qohumları  arasında  isti 
münasibət  yaradır,  düşmənçiliyi  aradan  aparır.  Kişi  bütün 
arvadlarına  eyni  dərəcədə  xidmət  göstərməklə  ailənin  möhkəm 
əsaslar  üzərində  qurulmasını  təmin  edir,  hər  bir  sahədə
243


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə