Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.

səhifə1/88
tarix06.02.2018
ölçüsü192 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   88
26642

HACI SƏBUHİ  İBRAHİMOV
HEYDƏR ƏLİYEV

ƏXLAQİDƏYƏRLƏR
NAXÇIVAN -  2013


Biz Azərbaycanda
öz milli-mənəvi dəyərlərimizə söykənərək, 
eyni zamanda xalqımızın elminin
, 
mədəniyyətinin inkişafına
, 
milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə
zənginləşməsinə və vəhdətinə 
xüsusi əhəmiyyət veririk,
HEYDƏR ƏLİYEV
jıt>)  tCüh 
nİt» 
t j f c  
ıCfifr  «■$£>!  ı 
rib )  t 
«j&j  (<&*


f / v
“MƏN
HƏYATDA  YALNIZ
• •
UÇ ŞEYƏ ARXALANIRAM: 
YARADANIMA, ZƏHMƏTİMƏ
VƏ BIR DƏ XALQIMA
УУ
HEYDƏR ƏLİYEV


Naxçıvan Dövlət  Universitetinin Elmi Şurasının  19 fevral 2013-cii il 
tarixli (protokol №-05) iclasının qərarı ilə nəşr olunmağa tövsiyə
edilmişdir.
Nailə Vəlixanlı
AMEA-nm vitse-prezidenti,  akademik
Məmməd  Rzayev
Fəlsəfə  elmləri doktoru, professor
Möhsün Zeynəlabidin oğlu  Nağısoylu
Filologiya elmləri doktoru, professor 
Qoşqar Cəlal  oğlu  Əliyev 
Fəlsəfə elmləri doktoru, professor.
Sənan Məmmədəli oğlu İbrahimov
Filologiya elmləri doktoru, professor
Dünya  siyasi  arenasında  böyük  nüfuza  malik  olan  dahi 
şəxsiyyət  Heydər  Əliyev  Azərbaycan  xalqının  sönməz  məşəlidir. 
IÜmummilli  liderin  milli  mədəniyyətə,  milli-mənəvi  dəyərlərə  və 
əxlaqı  dəyərlərə  verdiyi  töhfələr  xalqımız  üçün  əvəzsizdir.  Məhz 
bu baxımdan  da əxlaqi dəyərləri zənginləşdirən  Naxçıvanın  milli- 
mənəvi  sən'əti  olan  əlyazma  mətnlərindən  geniş  istifadə  edilmiş 
və  əsas  zəruri  hesab  edilən  məqamlara  aydınlıq  gətirilmişdir. 
[Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  doğma  Naxçıvan  öz 
zəngin  tarixi  keçmişini,  dahi  şəxsiyyətlərini  və  əxlaqi  dəyərlərini 
daim qorumuş və bu gün də qorumaqdadır.
Bu  baxımdan  təqdim  olunan  monoqrafiya  bir  çox  mə­
qamlara işıq salır.  Əsər əsasən  elmi işçilər,  aspirantlar,  tələbələr, 
həmçinin xalqın dahi şəxsiyyəti,  onun əxlaqi dəyərlərimizə göstər­
diyi  qayğı  və  Naxçıvan  əlyazmalarının  zənginliyi  ilə  maraqlanan 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Hacı  Səbuhi  İbrahimov.  Heydər  Əliyev  və  əxlaqi  dəyərlər.  Naxçıvan-2013, 
“Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi..  280 səh.
4700000000
053-2013
© “Əcəmi” 2013.
Baş məsləhətçi
Elmi  redaktor:
Rəyçilər:


Azərbaycan xalqının ümummilli lideri 
Heydər Əlirza oğlu Əliyevin doğum gününün 
“90 illiyi” münasibətilə dahi şəxsiyyətin  ölməz ruhuna
və əziz xatirəsinə Allah sevgisilə ithaf edirəm
Hacı Səbuhi  İBRAHİMOV
Ön  söz
M illi-m ənəvi və  əxlaqi  dəyərlərə 
lider  m ünasibətinin fəlsəfi tədqiqi
Sosial  zaman  ictimai  proseslərin,  cəmiyyətin,  dövlətin  və  in­
sanların  həyatındakı  tarixi  dəyişikliklərin  ölçüsüdür.  Onun  gələcəyə 
doğru  inkişaf  istiqaməti  tarixi  prosesdə  görkəmli  şəxsiyyətlərin 
rolunu  zəruri  edir.  Cəmiyyətin  yüksək  xətt  üzrə  inkişafı,  eləcə  də, 
keçid  mərhələlərində  tarixi  hadisələrin  mürəkkəbliyi  və  ziddiyyətli 
xarakteri bu  şəxsiyyətlərin aparıcı və həlledici rolunu  ön plana çəkir.
Tarixi  prosesdə  filosoflar  cəmiyyətin  inkişafını  «mütləq 
«mən»də,  «böyük şəxsiyyətlər»də,  «fövqəl-insan»da,  «görkəmli  şəx­
siyyətlər»,  «texnokratik  elita»və  başqa  amillərdə  axtarmışlar.  Sosial 
zaman  kəsiyində  tarixi  inkişaf prosesi  bizə  müxtəlif mənəviyyata  və 
zəkaya  malik  şəxsiyyətlər  vermişdir.  Onlar  tarixi  zərurət  və  ya 
təsadüf  üzündən  hakimiyyətə  gələrkən  ictimai  hadisələrin  gedişinə 
müxtəlif  istiqamətlərdə  təsir  göstərmişlər.  Bu  zaman  ya  obyektiv 
inkişaf ləngimiş, xaos  və özbaşınalıq yaranmış,  ya da  cəmiyyət tərəq­
qi  və  yüksəliş  yoluna  düşmüş,  ictimai  sabitlik  formalaşmışdır.  Bu 
baxımdan  Hegelin  şəxsiyyət  haqqındakı  fikri  çox  səciyyəvidir: 
«Siyasi  tənəzzülə  doğru  sürətlə  yaxınlaşmaqda  olan  xalqın  taleyini 
yalnız dahi xilas edə bilər».
Bu  bir  həqiqətdir  ki,  tarixi  şəxsiyyətlərə  əsl  düzgün  qiymət 
müəyyən  zaman  keçdikdən  sonra  verilir.  Lakin  elə  şəxsiyyətlər  var 
ki,  onlardan  nə  qədər  yazılırsa,  yazılsın,  yenə  də  həyat  və  fəaliy­
yətlərini  olduğu  kimi  əks  etdirmək  mümkünsüzdür.  Azərbaycan 
xalqının  ümummilli  lideri  möhtərəm  Heydər  Əliyev  də  məhz  belə 
dahi  şəxsiyyətlərdən  idi.  Heydər  Əliyev  şəxsiyyəti  və  onun  ömrü 
siyasi-mənəvi  tariximizdə  elə  uca  bir zirvədir  ki,  biz  o  zirvənin  əzə­
mətini  gələcək  nəsillərə  çatdırmaq  üçün  əlimizdən  gələni  əsirgəmə­
məliyik.
5




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   88


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə