Haci səbuhi İbrahimov heydəR ƏLİyev


MÜSTƏQİLLİK DÖVRÜNDƏ ULU ÖNDƏR



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə5/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   2   3   4   5   6   7   8   9   ...   88

MÜSTƏQİLLİK DÖVRÜNDƏ ULU ÖNDƏR 
HEYDƏR  ƏLİYEV VƏ  MİLLİ-MƏNƏVİ
DƏYƏRLƏRİMİZ
Müstəqilliyimizin  20  illik tarixi  müşahidələri göstərir ki,  heç 
bir  xalq  öz  mütərəqqi  mənəvi  dəyərlərini  nəinki  kənara  atmır, 
əksinə  keçmiş  mədəniyyətdə  qiymətli  nə  varsa  onları  mənimsəyiö 
yeniləşdirərək,  zənginləşdirir.  Bu  baxımdan  ümummilli  lider 
Heydər  Əliyevin  xalqımıza  olan  misilsiz  xidmətləri  nəticəsində 
müstəqilliyə, 
azadlığa, 
demokratiyaya  nail  olmuş  və  bu 
proseslərdə  də  milli-mənəvi  dəyərlərimiz,  adət-ənənələrimiz geniş 
vüsət alaraq inkişaf etmişdi.
Milli-mənəvi  dəyərlər,  adət-ənənələr  milli  mədəniyyətin 
bir  növü  kimi  keçmişlə  gələcək  arasında  bir  körpü  salır,  varislik 
yaradır.  Mənəvi  tərəqqiyə  yeni  yollar  açır.  Gənc  nəslin  milli 
mədəniyyət,  milli  adət-ənənələr  ruhunda  tərbiyəsi  ilə  yanaşı 
qloballaşma  prosesində  mədəniyyət  sahəsində  meydana  çıxan 
görkəmli  nailiyyətlər  onları  zənginləşdirir  və  gələcək  bəşəri 
inkşafa  hazırlayır.  Gənclərdə  Azərbaycançılıq  məfkurəsinin, 
vətəndaşlıq  şüurunun formalaşdırılması,  milli-mənəvi  dəyərlərin 
milli  adət-ənənələrin,  dini-əxlaqi  keyfiyyətlərin  onlar  tərəfindən 
mənimsənilməsi ilə bilavasitə bağlıdır.
Hər  bir  xalq  özünün milli-mənəvi  dəyərləri köksündə  tərəqqi 
tapır, 
dünyada 
öz 
adət-ənənələrini 
həyata 
keçirməklə 
zənginləşdirir  və  daim  yaşadır.  Adət-ənənələrin  əsas  həyatiliyi 
yeni  fəlsəfi  tarixi  şəraitdə  yeni  nəsillər  tərəfindən  müəyyən edilir. 
Adət-ənənələrə  kor-koranə  münasibət  ictimai  həyatda  durğunluq 
yaradırsa,  onlara  səhlənkarlıq  tarixi  və  mədəni  inkşafda  irsiyyətin 
pozulmasına,  fəlsəfi  və  mənəvi  sahələrdə  dəyərlərin  itirilməsinə 
səbəb  ola  bilər.  Öz  dinin  müqəddəs  uca  olduğunu  dərk  edən  hər 
bir  azərbaycanlı  bilməlidir  ki.  bu  din  bizim  milli-mənəvi,  dini- 
əxlaqi,  adət-ənənələrimizi  yaradan  və  qoruyub  saxlayan  bir
15


I
inancdır.  Bunun  bariz  nümunəsini  ulu  öndər  Heydər  Əliyevin 
söylədiyi  kəlamla  desək  “Biz  bir  dövlət  kimi  İslam  dininin  son 
dövrdə geniş və çox sürətlə inkişaf etməsini bəyənirik  və bundan 
sonra  da  Azərbaycan  Respublikasında,  nıiistəqil Azərbaycanda 
hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və 
onlardan  istifadə  etməsinə  bütiin  imkanları  yaradacağıq.  ... 
İslam  Azərbaycan  xalqının,  bütün  İslam  aləminə  mənsub  olan 
insanların,  məxluqun  ən yüksək  mənəviyyat  mənbəyidir”  (1,  s.
5)  lap yerinə düşər.
“Hər  bir  xalqın  adət-ənənələri,  milli-mənəvi  dəyərləri 
həmin  xalqın  mentalitetini,  fəlsəfi-psixoloji  xüsusiyyətlərini 
səciyyələndirir”  (12,  s.  14)  deyən  ulu  öndər  Heydər  Əliyev  bir 
daha  Azərbaycan  xalqının  yaşadığı  əsas  psixoloji  xüsusiyyətləri 
dəyərləndirmişdir.  Deməli,  onların  itirilməsi  həmin  xalqın  milli 
varlığının,  onun özünəməxsusluğunun (mentalitetinin)  itirilməsinə 
gətirib  çıxara  bilər.  Ümummilli  lider  Heydər  Əliyev  2001-ci  il 
noyabrın  9-da  tarixi  bir  gün  Dünya  Azərbaycanlılarının  1-ci 
qurultayında  azərbaycançılıq  məfkurəsi  haqqında  demişdir:  * 
“Müstəqil 
Azərbaycan 
dövlətinin 
əsas 
ideyası 
azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə 
görə  qürür  hissi  keçirməlidir  və 
biz  azərbaycançılığı- 
Azərbaycanın  dilini,  mədəniyyətini,  milli-mənəvi  dəyərlərini, 
adət-ənənələrini yaşatmalıyıq ”.
Müstəqilliyimizin  bizə  verdiyi  müasir  cəmiyyətdə  ictimai 
həyatın  tənzimlənməsində  əsas rol  ictimai  institutlara  aid  olsa  da, 
milli-mənəvi 
dəyərlər, 
dini-əxlaqi  keyfiyyətlər 
cəmiyyətin 
həyatında  mövcud  olub  yaşayır,  milli  birliyi  təmin  edir,  fərdi 
davranışları 
tənzimləyir. 
Xalq 
bayramları, 
ailə-məişət 
münasibətləri,  toy  və  yas  məclisləri,  əmək  vərdişləri,  dini 
mərasimlər,  dini  bayram  və  matəmlər,  böyük- kiçik münasibətləri, 
övlad-valideyn  səmimiyyətləri  və  s.  milli-mənəvi  dəyərlər  və 
onun fəlsəfi tarixinin sisteminə daxildir.
Lakin  milli-mənəvi  dəyərləri  donuq  və  dəyişilməz  bir 
ictimai  qaydalar  toplusu  kimi  qəbul  etmək  səhv  olardı,  ictimai 
həyatın yeniləşməsi ilə əlaqədar olaraq milli-mənəvi dəyərlərdə də
16


müəyyən  əlavələr  və  dəyişikliklər  baş  verir.  Çünki  müəyyən 
prosesdə  inkişaf etmək  istəyən  ölkələrin  iqtisadi  asılılığı  əsasında 
onların  milli-mənəvi  dəyərlərinin  mövcudluğu  sarsılıb  eroziyaya 
uğrayır  və  onlar assimiliyasiya  təhlükəsi  ilə  üzləşir.  “Heç  təsadüfi 
deyil  ki.  milli  mənafelərə  üyğun  gəlməyən  bu  kor  təbii  iqtisadi- 
mədəni  prosesə  qarşı  etiraz  əlaməti  olaraq  antiqlobal  hərəkət 
meydana  çıxmaqdadır”  (11,  s.  83).  Buna  görə  də  qloballaşma 
prosesi kontekstində milli mövcudluğun əsası olan adət-ənənələrin 
milli-mənəvi  dəyərlərin,  eləcədə  milli  mədəniyyətin  və  dini  əxlaq 
normalarının  qopunması  məsələsi  aktuallıq  kəsb  edir.  Hətta 
Nizami  Gəncəvi  yaradıcılığına  nəzər  salanda  görürük  ki,  insan 
xilqəti  şərəfli  yarandığından o  zəngin  mənəviyyatı,  böyük  əməllər 
yolçusu  olmalıdır.  Bunun  üçün  insandan  dərrakə,  bacarıq,  ağıl, 
kamal  və  mərifət  tələb  olunur.  Bunlara  sahib  olmaq  üçün  isə 
insanların təhsil və tərbiyəyə ehtiyacı vardır.  O yazırdı:
Yaxşısan, pis  işə əsla qoşulma,
Vəhşilik eyləmə,  gəl vəhşi olma.
Pis, yaxşı nəyin var demək malındı.
Lakin sənə vacib  olan öz kamalındı (13,  s.  4).
Nizaminin  fıkıincə  insan,  öz  biliyi,  hünəri,  zəhmətkeşliyi,
• •
ədaləti  ilə  seçilməlidir*.  Özünə  zəhmət,  dostlarına  isə  rahatlıq 
axtarmalıdır.  Xalq  uğrunda  zəhmətə  qatlaşmağı  yüksək  insani 
keyfiyyət sayan Nizaminin sözləri ibrətamizdir.
“Gərək  özünü  şam  edib  özgələrin  xatiri  üçün  yanasan”, 
“Səy  et  ki,  xalqın  işinə  yarayasan  ki,  əməlinlə  xalq  geysin  zər­
xara”,  Gül kimi xoş xasiyyətli ol ki,  “Xoş ətrin dünyanı bürüsün”.
Məsələn,  xalqımızın  qədim  tarixi-milli-mənəvi  abidəsi  olan 
“Avesta”dan  xalqın  milli  mənəviyyatına  hopmuş  “hər  kəs  xeyir 
düşünməli,  xeyir  söz  və  xeyir  əməl  sahibi  olmalıdır”  kimi 
xeyirxahlıq  ənənəsi  milli  mentalitetin,  milli  xarakterin  mühüm 
xüsusiyyəti  kimi  həm  də  ümümbəşəri  mənəviyyata  bir  töhfədir. 
Bu 
cəhətdən 
milli 
xarakterlər, 
milli 
mentalitetlər 
özünəməxsusluğu  ilə  seçilir.  Heç  təsadüfi  deyil  ki,  F.Engels 
yazırdı:  “ingilis  milli  xarakteri  həm  alman,  həm  də  fransız  milli 
xarakterindən  əsaslı  surətdə  fərqlənir  (14,  s.  602).  Veliçko
17


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə