Haci səbuhi İbrahimov heydəR ƏLİyev


yaranmır  vo  məhv  edilmir,  hətta  Ondan  xəbərsiz  bir  yarpaq



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə75/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   71   72   73   74   75   76   77   78   ...   88

4
yaranmır  vo  məhv  edilmir,  hətta  Ondan  xəbərsiz  bir  yarpaq 
belə yerə düşmür”  (16,  s.134).
İslam  dini  insanın  bütün  hərəkətlərinin  Allahdan  asılı 
olduğunu  söyləyir.  Ancaq  “faili-muxtar”  yaradıldıqlarına  görə 
edəcəkləri  əməlləri  yaxşı-pis  öz  ixtiyarlarındadır.  Qurani-Kərimdə 
iqrar  olunur  ki,  bu  asılılıq  eyni  ilə  Allahla  peyğəmbər  arasındakı 
münasibətlərə də aiddir.  Allahın vasitəsilə  idarə olunan bir adamın 
əxlaqlı,  başqasmın  isə  əxlaqsız  hərəkətlər  etməsi  və  həmin 
hərəkətlərin  hansına  cəza  verilib-verilməməsi  bütünlüklə  Allahın 
istəyindən  asılıdır.  İslam  dini  əxlaqına  görə  cəmiyyətdə  öz- 
özlüyündə  əxlaqlı  və  əxlaqsız,  yaxşı  və  pis  hərəkət  mövcuddur. 
Bir  hərəkətin  əxlaqlı  və  ya  əxlaqsız  olması  Allahın  onu  qadağan 
edib-etməməsindən  asılıdır.  Allah  adamlar  üçün  əxlaqsız  görünən 
bir hərəkəti əxlaqlı,  əxlaqlı görünən  bir hərəkəti isə əxlaqsız hesab 
edə  bilməz.  Həm də  bu  əxlaqsızlıq  hərəkətə  qarşı  etiraz  etməmək 
çox  böyük  günah  sayılır.  Qurani-Kərimdə  müsəlmana  məsləhət 
görülür  ki,  özbaşına  hərəkət  etməsinlər,  çünki  əqillilik  ancaq 
Allaha  məxsus  bir  sifətdir.  Əqilli  olmağa,  əsl  əsasmda  hərəkət 
etməyə çalışan hər bir insan həmişə,  xoşbəxtliyə rast gələcəkdir.
insanları  iradəli  edən  fatalizm  bəxt,  tale,  qismət  kimi  əsli 
olan 
fikirlərin 
yaranmasına 
səbəb  olmuşdur. 
Bəxt, 
tale 
“nəzəriyyəsini”  irəli  sürən  din  xadimlərinin  fikrincə,  insan 
doğulmamışdan əvvəl onun həyatı,  bu həyatın ən kiçik və  lazımsız 
görünən  cəhətləri  də  daxil  olmaqla,  Allah  tərəfindən  əvvəlcədən 
müəyyən  edilmişdir.  Odur  ki,  insan  həyatında rast  gəldiyi  heç  bir 
hadisədən yaxa qurtara bilmir,  onun  bu  sahədə  etdiyi  hər bir cəhdi 
mənasız  olur,  islam  dini  müsəlmanlara  təlqin  edir  ki,  insanlar 
Allahın  əvvəlcədən  müəyyən  etdiyi  hadisələrin  qarşısım  almağa 
qadir deyildir.
Daha sonra Qurani-Kərimdə  buyurulur ki,  Allah tərəfindən 
müəyyən  edilmiş  hadisələri  dəyişdirməyə  nəinki  ayrı-ayrı 
insanların, hətta bütöv xalqların belə  iqtidarı çatmaz,  çünki onların 
özlərinin  də  müqəddəratı  Allahın  iradəsindən  asılıdır.  Necə  ki, 
varlıqlar  iki  növdür:  “birincisi  -   insanın  şəxsi  iradəsindən  asılı
235


olmayanlar;  ikincisi  -   insanların  fəaliyyət  və  iradəsindən  asılı 
olanlar” (58,  s.  51).
Tamamilə  demokratik  əsaslar  üzərində  qurulan  İslam  dini
insanları  fəaliyyətli  olmağa  vadar  edir,  onlarda  öz  qüvvəsindən
başqa  İlahi  qüvvənin  də  olmasını  yaradır,  onu  fəallığa
həvəsləndirir.  İslam dininin iradə azadlığını qəbul etməsi,  iradənin
%
Allah  tərəfindən  insana  verilməsi,  əslində  insanlara  məxsus 
əxlaqın  olduğunu  qəbul  etmək  deməkdir  ki,  bu  da  axirətə  iymanı 
daha da yüksəldir və  ona olan inamı artırn\
“(Sizə:) Allahın  (ölüləri dirildəcəyi barədəki)  vədi haqdır 
və  o  saata  (qiyamətin  qopmasına)  heç  bir şəkk  — şübhə yoxdur 
deyildiyi  z a m a n buyuran  müqəddəs  Qurani-Kərim  axirətin 
(məad) haqq olmasını bəyan edir.
İslam  dininin  sevimli  peyğəmbəri  həzrəti  Məhəmməd 
əleyhis-salam 
ölüm 
haqqında 
insanlara 
bilgi 
verərək 
buyurmuşdur:  “Zənn  etməyin  ölməklə  yox  olacaqsınız.  Ölüm 
sizi bir evdən  başqa  bir evə götürər”  (65,  s.  9).
XIX  əsrin  qiymətli  əlyazması  olan,  məşhur  mütəfəkkir  -  
filosof  Məhəmmədbaqir  ibn  Məhəmmədtəqi  hicri-qəməri  tarixi 
1288-ci  ildə  yazdığı  “Zadəl-Məad”  (“Axirət-azuqəsi”)  əsərində 
cənnət və cəhənnəmin varlığına  inam İslam dini əxlaqının mühüm 
tərkib  hissəsi  kimi  qiymətləndirmişdir.  İnsanm  ruh  və  candan 
ibarət  olması  və  ruhun  ölməməzliyi  haqqmda  təlim,  o  biri 
dünyanm  -   axirət  dünyasının  varlığına  inam  əsərdə  geniş  şəkildə 
verilmişdir.  İslam  dininə  görə  Allahla  axirət  dünyasının  varlığına 
inanan 
hər 
kəs 
Allah 
tərəfmdən 
mükafatlandırılacaq, 
inanmayanlar isə cəzalandırılacaqdır buyrulmuşdur.
Əsərdə  müqəddəs  İslam  dininin  əxlaqına  görə  insanların 
yaşadığı  bu  həyat  müvəqqəti  və  fanidir,  insanların  bu  həyatdan 
aldığı  ləzzət  isə  çox  cüzidir,  bu  həyatdan  həzz  almaq  isə 
aldadıcıdır.  Müəllifin  izah  etdiyi  mənbələrin  ideya  və  fikrincə  bu 
dünyadakı  həyat  Allahın  istədiyi  kimi  yaşamaqla  axirət  işləri  ilə 
əlləşməkdən  və  zəhmət  çəkməkdən  ibarət  olduğuna  görə  o  həqiqi 
həyatda -  axirət həyatında onun səmərəsin görəcəkdir.
'  
236


Digər  bir  əlyazma  olan  “Mənazil  əl-Axirə”  (“Axirət 
mənzilləri”)  adlı  kitab  İslam  aləminin  görkəmli  mütəfəkkiri  Şeyx 
Abbas  Qummindir  ki,  böyük  fəlsəfi  dərinlikləri  özündə 
cəmləşdirmişdir.  Müəllif  əsərdə  İmam  Həsən  ə ley his-salamdan 
nəql  edərək  buyurur:  “Axirət  yolçuluğuna  hazırlıqlı  ol  və  bu 
yolçuluğun  azuqəsini  əcəl  yetişmədən  əvvəl  hazırla”  (65,  s.  13). 
Əsər  olduqca  mühüm  hesab  edilən  axirət  vastəçisi  hesab  edilən 
ölüm  məfhumu  barədə  izah  verərək  “Ölüm  sərxoşluğu  gerçəkdən 
gəldi.  Ey  insan  indi  bu,  sənin  əvvəldən  bəri  qorxub  qaçdığın  bir 
şeydir”  (65,  s.  15)  yazaraq  dünya  faniliyinin  sonu  axirətdir  deyə 
buyurmuşdur.
İslam  dininə  görə  həqiqi  müsəlman  bu  dünyanın  maddi 
nemətlərindən çox dinin mənəvi paklığını  daha əziz tutmalıdır,  ilk 
öncə  müsəlmanın əsas  vəzifələrindən biri,  bu  dünyanın zövqlərinə 
uymamaqdan  və  öz  nəfsini  öldürməkdən  ibarətdir.  Bunlara  nail 
olmaq  üçün İslanı-fəlsəfi  dünyagörüşünü  öyrənməyə  başlamazdan 
əvvəl  insan cismani təlabatmı (genodik təlabatı)  cilovlamalıdır,  əsl 
həqiqəti öyrənməyi özünə  məqsəd seçməlidir.
Məhsuldar  əməyə  nəinki  əski  dinlər,  o  cümlədən  İslam 
dininin  müsbət  münasibəti  təbiətdə  olan  bütün  şeylərin  Allah 
tərəfindən gözəl  sürətdə  yaradıldığını  sübut  etməsindən  irəli  gəlir. 
İnsanların  istehlak  etdiyi  bütün  şeylər  onların  ictimai-faydalı 
əməyinin  nəticəsi  olmaqla  Allahın  insana  olan  böyük  bir 
bəxşişidir,  insan  həyatının  və  xoşbəxtliyinin  ilk  və  əsas  şərti  olan 
əməyə  İslam  dini  əxlaqının  düzgün  olan  bu  münasibəti  ictimai 
həyatda  və  əməkdə  insanların  fəal  iştirakı  naminə  yönəldilmişdir. 
İslam  dini  haqq  olan  cənnətdəki  xoşbəxt  həyatı  əldə  etmək  üçün 
insanları  mübarizəyə,  ictimai-faydalı  əməyə  çağırır,  həmçinin 
onları  xeyirli  dua  etməyə,  namaz  qılmağa,  oruc  tutmağa,  bol 
məhsul  əldə  etməklə  ondan pay  ayıraraq  xums  və  zəkat  verməklə 
faydalı  və  hər  zaman  əhəmiyyətli  olan  işlərlə  məşğul  olmağa 
dəvət edir.
İslam  dini  əxlaqı  başqa  dinlərə  müsbət  münasibət 
bəsləməyi, 
əsl 
tolerantlığı 
bütün 
müsəlmanların 
mühüm 
vəzifələrindən  biri  hesab  edir.  Digər  dinlərə  müsbət  münasibət
237


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə