Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə73/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   69   70   71   72   73   74   75   76   ...   88

t
tarixini əsaslandıran islam dini  izah edir ki,  Allah  insanı palçıqdan 
yaratmış  və  sonra  ona  ruh  verərək  canlı  hala  gətirmişdir.  Qurani- 
Kərimdə  göstərilir ki,  insan  çox zəif bir  məxluqdur,  çünki  insanın 
ən mühüm və əsas vəzifəsi onu “Yaradam’  (Allah,  Vacibul-vücud) 
ağasına  -   yəni  böyük  olan  Allaha  sözsüz  tabe  olmaqdan,  özünü 
onun  qarşısında  bir  qul  kimi  aparmaqdan  ibarətdir.  Müqəddəs 
İslam  dinində  mövcud  olan  ağa-qul  münasibətləri  nəinki  Allahla 
insan,  eləcədə  Allahla  peyğəmbər  arasındakı  münasibətlərdə  də 
dəyər ləndirüir.
İslam əxlaqı  müsəlmanın Allaha  səcdə etməsini  müvəqqəti 
bir  hal  deyii,  onun  həyatının  məqsəd  və  mənasını  hesab  edir. 
Müqəddəs  Qurani-Kərim  insanlara  təlim  edərək  bildirir  ki,  inam 
və  səcdə  həmişə  və  hər  yerdə  olmalıdır.  Şəriətə  görə  ancaq  əsil 
müsəlman  o  adamdır  ki,  gəzərkən,  oturarkən,  uzanarkən  belə 
ancaq Allah haqqında düşünür.
İslam  dini  əxlaqma  görə  müsəlmanın  itaətkarlığının 
mühüm  şərti  onun  Allahın  varlığına  inanmasıdır.  Qurani-Kərim 
insanlara  təlim  edir  ki,  Allahın  mövcud  olmasına  inananlar  Onun 
köməyini  əldə  edir.  Həqiqətən  də  Allah  ancaq  Ona  inananları 
qaranlıqdan işıqlığa çıxarır,  xoşbəxt  edir və onların o  biri dünyada 
da yaxşı yaşamasını təmin edir.
Bütün dinlər  kimi,  İslam  dini də  Allaha  inamı  əsas  məsələ 
olaraq  irəli  sürərkən həqiqətə uyğun gələn belə  bir fikri təbliğ edir 
ki,  həqiqətən  Allaha  inam  insanları  pis  əməllərdən  çəkindirir, 
onların əxlaqlı olmasını təmin edir.
insanı  bədən  və  ürəkdə  yerləşən  ruhdan  ibarət  hesab  edən 
İslam  dininə  görə  Allaha  inam  o  zaman  həqiqi  inam  ola  bilər  ki, 
insan öz ürəyini Allaha vermiş olsun.  Müsəlman  ilahiyyatçılarmın 
fikrincə  həyatda  baş verən  bədbəxtliklərin,  pis  işlərin hamısı  insan 
ürəyinin  natəmizliyindən,  yəni  insanın  ürəyində  Allaha  inamın 
olmamasmdan irəli gəlir.
İslam  əxlaqı  Allaha  səcdə  edənlərlə  ona  inanmayanlar 
arasında  fərqin  olduğunu  qeyd  edir.  İslam  dini  Allahın  varlığına 
inanmayanları,  ona  şübhə  ilə  yanaşanları  lal,  kar,  gözü  bağlı 
adamlara  oxşadır,  onları kamillik  dərəcəsinə  çatmayan kimi  hesab
229


edərək  göstərir  ki,  Allahın  varlığına  inanan  qul,  Ona  inanmayan 
təkəbbürlü  insandan qiymətlidir.
Qurani-Kərim  təlim  edərək  bildiril'  ki,  Allahın  varlığına 
inanmayan adamlar günahkar olduğundan onlarla  geniş  münasibət 
saxlamaq  məqbul  deyildir.  Müqəddəs  Qurani-Kərimdə  Allahın 
adından  müsəlmana  təkidlə  deyilir  ki,  Allahın  varlığına 
inanmayan  adamlar  atan,  anan,  bacın,  qardaşın  və  s.  yaxm 
qohumun  olsa  belə,  onlarla  zahiri  müdarə  elə.  İslam  dininin 
göstərişlərinə  görə  Allaha  inanmayanlar  bu  və  o  biri  dünyada 
şiddətli  sürətdə  cəzalandırılacaqlar.  İnammdan  dönənlərin  cəzası 
isə  daha  ağır  olacaqdır.  Həqiqətən,  Allahın  varlığına  kor-koranə 
inam İslam dinindəki zəif boşluğun əsas cəhətlərindən biridir.
islamda  müqəddəs  Qurani-Kərimin  “Fussilət”  surəsinin 
33-36-cı  ayələrində  buyurduğuna  görə  “(Xalqı)  Allaha  tərəf 
çağıran, yaxşı iş  görən və:  “Mən  müsəlmanlardanam” -  deyən 
kəsdən  daha  gözəl danışan  kim  ola  bilər?!  Yaxşılıqla  pislik bir 
ola  bilməz!  (Ey  mömin  kimsə!)  Sən  (pisliyi)  yaxşılıqla  dəf et! 
(Qəzəbə  səbirlə,  cəhalətə  elmlə,  xəsisliyə  comərdliklə,  cəzaya 
bağışlanmaqla  cavab  ver!)  Belə  olduqda aranızda  düşmənçilik 
olan  şəxsi,  sanki  yaxm  bir  dost  görərsən!  Bu  (xislət)  yalnız 
(dünyada  məşəqqətlərə)  səbir edənlərə verilir və yalnız  böyük 
qismət  (savab,  fəzilət)  sahiblərinə  əta  olunur!  Əgər  sənə 
şeytandan  (bu  xislətə  mane  olan)  bir  vəsvəsə  gəlsə  (fəsad 
toxunsa),  Allaha  sığın.  Şübhəsiz  ki,  Allah  (hər  şeyi)  eşidəndir, 
biləndir”  (16, s.  479).
Ayələrə  məntiqi  baxımdan  əsaslanaraq  Allaha  tərəf 
çağırışın  dörd  mərhələsini  qeyd  etmək  və  bu  məzmunda  izah 
vermək mümkündür.
1.  Dəvət  edənlər  iman  və  əməl  baxımından  özlərini  islah 
etməlidirlər;
2.  Pisliklər yaxşılıqla aradan qaldırılmalıdır;
3.  Əxlaq qaydalarma əməl olunmalıdır;
4.  Maneələr  aradan  qaldırılmalı,  şeytanın  vəsvəsələri  ilə 
mübarizə aparılmalıdır.
230


в
islam  dini  əxlaqına  görə  Allaha  itaətkarlığın  digər  mühüm 
cəhətini  müsəlmanın  Allahdan  qorxması  təşkil  edir.  Bütün 
dinlərdə  olduğu  kimi  islam dinində  də  Allahdan qorxu  çox  böyük 
və  əsas  yer  tutur.  Müqəddəs  Qurani-Kərimin  çox  hissəsi  Allahın 
qorxunc  və  əzablı  cəzalarının  təsvirinə  həsr  edilmişdir.  Allah 
adından ən dəhşətli  və ən amansız cəza tədbirlərinin sinonimi kimi 
təlqin edilməsi təsadüfü bir hal deyildir; Allaha  “səcdənin” bir çox 
cəhətdən insanın qorxu hissinə əsaslanmasından,  həmçinin də  Ona 
ən yaxın olan sitayiş məqamının olması kimi bildirilir.
İslam  dini  insanlara  bəyan  edir  ki,  aləmdə  mövcud  olan 
bütün  şeylər  Allahın  hökmünə  tabe  olmalı  və  ondan  qorxmalıdır. 
Allahdan qorxmaq  müsəlmanın  əxlaqi  sifətlərindən  biri  olmalıdır, 
çünki  Allahdan  qorxmadan  yaşamaq  belə  mümkün  deyildir.  Adi 
müsəlmanlar  və  din  xadimləri  deyil,  peyğəmbərin  özü  də  Allahın 
verə  biləcəyi  son  dərəcə  ağır  cəzadan  qorxduğunu,  buna  görə  də 
Ona  səcdə  etdiyini  dəfələrlə  Qurani-Kərimdə  iqrar  edir.  Qurani- 
Kərimdə  deyilir  ki,  Allah  Ondan  qorxanların  tərəfini  saxlayır, 
onları  dost  tutur,  ancaq  onlara  xoşbəxt  həyat  verir,  bu  dünyanın, 
həmçinin  o  biri  axirət  dünyanın  əzablarından  onları  azad  edir. 
İslam dini  əxlaqına görə  “Möminlər yalnız o  kəslərdir ki, Allah 
adı  çəkiləndə  (Onun  heybət  və  əzəmətindən)  ürəkləri 
qorxudan  titrəyər,  Allahın  ayələri  oxunduğu  zaman  həmin 
ayələr  onların  imanlarını  daha  da  artırar,  onlar  ancaq 
Rəbbinə  təvəkkül  edər”(16,  s.  176  )  deyə  “Ənfal”  surəsinin  2-ci 
ayəsi mühüm sayılmışdır.
İslam  dini  əxlaqında  Allahdan  qorxmağa  çox  böyük  yer 
verildiyini  belə  bir  fakt  da  sübut  edir  ki,  Qurani-Kərimin  təkcə 
ikinci  sürəsində  Allahm  adından  deyilən  40-dan  çox  “Allahdan 
qorxun” və ya “məndən qorxun” kəlmələrinə rast gəlmək olar.
Müqəddəs  Qurani-Kərim  müsəlmanın  Allaha  daimi 
inarnmı  və  Allahın  qəzəbindən  qorxmasını  onun  əxlaqına  müsbət 
təsir  edən  vasitələr  kimi  tərifləyir,  bunu  müsəlmanların  əxlaqlı 
olmasınm  yeganə  əsası  hesab  edir.  Həqiqətən  də  Allaha  inam  və 
onun  verə  biləcəyi  cəzadan  qorxu  müsəlman  ölkələrində  ictimai 
ədalətsizliyi  aradan  qaldırmış,  istismarçıları  hər  bir  əxlaqsız
231


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə