Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə70/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   66   67   68   69   70   71   72   73   ...   88

Bütün  bunlarla  bərabər  islamda  coğrafi  genişlənmə  ilə 
yanaşı,  eyni  zamanda  təriqət  parçalamnaları  da  müşaiət  olunur. 
Bunun da obyektiv və subyektiv səbəbləri var idi.
Nə qədər ki, peyğəmbərimiz sağ  idi bu dinin başqa dinlərlə 
rəqabətində  elə  bir  problem  yox  idi.  Bir  sıra  hüquqi,  mənəvi  və 
əxlaqi  normaları  peyğəmbərimiz  vasitəsilə  asanlıqla  öz  həllini 
tapırdı.  Peyğəmbərimiz  dünyasını  dəyişəndən  sonra  onun 
silahdaşları  bu  vəzifəni  şərəflə  yerinə  yetirirdilər.  Ancaq  onların 
da dünyadan getməsi  ilə  islamda bir böhran başladı.
Şəriətin  bir  sıra  ayinləri  fəqihlər  tərəfindən  müxtəlif  cür 
şərh  edildi  və  nəticədə,  islamın təriqətlərə  parçalanma prosesi  baş 
verdi.  Bu  parçalanmanın  ilk  nümunəsi  Sünni,  Xaricilər  və  Şiə 
məzhəbləri oldu.  Elə  imamiliyin də  əsasını  Şiəlik təşkil edir.
Sünnilər  islamın  idarəçiliyində  sürmə-qanunları  əsas 
götürürdülər.  Şiələr  isə  islamda  imamiliyi -  yəni  islamın  da  başqa 
dinlər  kimi,  bir  adamm  liderliyini  qəbul  edirdilər.  İmamilər  iddia 
edirdilər  ki,  peyğəmbərimizdən  sonra  şəriətin  qanunları  yalnız 
imamlar  tərəfindən  tənzimlənə  bilər.  Yalnız  həmin  imamların- 
rəhbərlərin şərhi islamda qanun kimi qəbul edilməlidir.
İmamlıq isə  hər adama verilmir və yalnız peyğəmbərimizin 
nəslindən  olmalıdır.  Eyni  zamanda  onun  nəslindəki  seçilmiş 
insanlar  imam  elan  edilə  bilər.  Bu  məsələdə  imamın  xələfi  sağ 
ikən imamların özləri tərəfindən elan edilir.
Hətta,  şiələr  deyir  ki,  peyğəmbərimizin  özü  də  sağlığında 
imam Əlini öz yerinə  vəli təyin etmişdir və  onu  şiələr birinci  kimi 
qəbul  edirdilər.  Onun  imam  təyin  edilməsinə  baxmayaraq  Əbu 
Bəkrin,  Ömərin,  Osmamıı,  Müaviyənin  xəlifə  olmasını  və  İslama 
rəhbərlik  etməsini  səhv  addım  hesab  edir,  bunu  islamda 
özbaşınalıq  kimi  şərh  edərək  həmin  adamlara  lənət  yağdırırlar. 
Onlar  iddia  edirlər  ki,  həmin  adamlar  və  onların  davamçıları 
islamın  qanuni  rəhbərləri  olan  imamlara  qarşı  qəddar  mövqe 
tutmuşlar.
Həqiqətən  də  islamda  şiələrin  imam  saydıqları  şəxslər 
müxtəlif  formalarda  əzab-əziyyətlə  öldürülmüşlər.  Hətta,  onların 
faciəli  ölümünü  xristian  tarixindəki  İsa  peyğəmbərin  çarmıxa
220


çəkimləsi  və  əzabla  öldürülməsi  ilə  müqayisə  edirlər.  Bu  motivin
özünü də  həqqə  aparan yolun ilk əlaməti kimi qəbul edirlər.  Əsrlər
keçdikcə  islamda  yeni  dini  icmalar,  fəlsəfi  cərəyanların  meydana

gəlməsi  də  çoxalmışdır,  istər  şiəlikdə  və  istərsə  də  sünnilik 
məzhəbində çoxlu sayda icmalar meydana gəldi.
İndi  isə  ümumiyyətlə  islamın  meydana  gəlməsinin  zəruri 
səbəblərindən danışaq,  islamın meydana gəlməsinin tarixi  zərurəti 
və  sonradan onun  məzhəblərə  parçalanması  bir  sıra  mövcud  tarixi 
reallıqlardan irəli gəlirdi.
Bu  barədə  ətraflı  bəhs  açan  fransız  şərqşünası  Anri  Masse 
yazır:  “İslam  dinindən  əvvəlki  bədəvi  ərəblərin  şüurunun  əsasını 
nəsil ruhu və  ya daha dürüst desək,  ailə dini təşkil  edirdi.  Ailə dini 
elə  bir  duyğu  idi  ki,  helmə  yəni  ağıl  və  əxlaq  əsasında  hərəkət 
edən  insanın  halına  əks  olaraq  “gobudluq"  və  hətta  “vəhşilik” 
mənasına  cahiliyyət  halını  əmələ  gətirmiş  bütün  təmayüllər  bu 
duyğudan  doğurdu.  Büdpərəst  bədəvinin  özünə  görə  əxlaq 
məfhumu  vardı,  lakin  bu  məfhum  eyni  zamanda  həm  cəsarətdən, 
həm  də  alicənablıqdan  ibarət  olan  mürüvvət  formasında  idi. 
Cəsarət  öz qəbiləsini  müdafiə  etmək üçün idi.  Alicənablıq düşmən 
haqqında  (qan  intiqamı  müstəsna  olmaqla)  göstərilirdi.  Onlar  çox 
qonaqpərəst  idilər  (insanı  yemək  və  şəraba  qonaq  edirdilər)  və 
qonaq qalmasını onlardan xahiş edənlərə toxunmurdular.  Nəhayət, 
onlar  verdikləri  sözün  üstündə  sədaqətlə  dururdular.  Lakin 
burasını  da  demək  lazımdır  ki,  bədəvilərin  bəzi  mənzumələrindən 
bizə  məlumdur  ki,  onların  bu  xasiyyətləri  öz borcunu  ödəməz  bir 
borclu olmalarına mane olmurdu.  Lakin çox vaxt  aclıq “kərtənkələ 
və çəyirtkə”  yeyən  bədəvi  ərəbləri  rəhmsizliyə  vadar edirdi.  Onlar 
“artıq  ağız”  hesab  etdikləri  qız  uşaqlarını  diri-diri  torpağa 
basdırırdılar  (lakin,  təxminən  yüz  il  bundan  əvvəl  Çində 
imperatorun  verdiyi  fərmana  baxmayaraq,  qız  uşaqlarını  yenə  də 
aclıq  üzündən  suya  atıb  boğmurdularmı?!)...  Quran  bu  cahiliyyət 
dövrünün  əxlaq  və  ilahiyyat  müəllimlərinin  yerini  tutmağa  cəhd 
edəcəkdir” (55,  s.  27-28).
İslamın  yaranmasına  dair  rus  alimi  M.B.Piotrovski  fikrini 
belə  ifadə  edir:  “İslanım  meydana  gəlməsi  tarixi  bu  dinin  özü
221


üçün  həm  son  vəhy  anı,  həm  də  ilahi  vəsiyyətlərin  öz  gözəl 
təcəssümünü  özündə  ehtiva  edən  ideal  cəmiyyət  həyatının 
nümunəsi  kimi  birinci  dərəcəli  əhəmiyyətə  malikdir.  Məhəmməd 
peyğəmbərin  dövrü  XX  əsrin  əvvəllərindəki  modernistlərdən 
tutmuş  indiki  “fundamentalistləf’ə  qədər  əsrin  əksər  islam  ideya 
cərəyanları  baxımından  rəhbər  tutulması  ən  mühüm  yönüm, 
istinad ediləsi  mütləq  idealdır” (49, s.  6).
Məlum  olduğu  kimi  islam  dini  ərəb  dünyasında  meydana 
gəlmiş və özündən əvvəlki ərəb  inanclarını (Kəbə  əvvəlki dinlərdə 
də  müqəddəs  hesab  edilirdi),  milli-dini  qaynaqlarını  özündə  əks 
etdirmişdir.  İslamın  meydana  gəlməsi  və  yaxın  Şərqdə  geniş 
yayılması  faktiki  olaraq  yeni  sivilizasiyanın  əsasını  qoydu.  Bu 
sivilizasiya  təkcə  ərəb  dünyasını  deyil,  həm  də  bütün  Yaxın  Şərq 
xalqlarını  əhatə  etdi.  Sözün  həqiqi  mənasında  böyük  bir  coğrafi 
ərazidə  dini  birlik  yaratdı  və  dünyada  yeni  əxlaqi  və  dini 
dünyagörüşü formalaşdırdı.
Etiraf  etməliyik  ki,  bu  din  özündən  əvvəlki  dinlərin 
səmərəli  ideyalarını  da  qoruyub  saxladı  və  inkişaf  etdirdi. 
Tövratda  və  İncildə  olan  peyğəmbərlər  sülaləsi  Quranda  da  öz 
əksini  tapdı.  Hətta  qədim  Azərbaycanlıların  dini  kitabı  olan 
Avestamn bir sıra  müddəaları  (Nuh əfsanəsi,  qıl  körpüsü,  qiyamət 
və s.)  bu dində öz yerini tapdı.
islamdan  əvvəl  də  elə  ərəb  dünyasında  yəhudi  və  xristian 
dini  var  idi.  “Xristian  və  yəhudi  icmaları  qədimdən  Yəməndə  və 
xristian  Hicazda  yerləşib  kök  salmışdılar.  Xristian  icmalarının ən 
böyüyü  Nəcran  icması  idi:  yəhudi  tacirlər  və  xüsusilə  yəhudi 
əkinçiləri  Xeyber  və  Yəsribdə  (sonrakı  Mədinə  şəhərində) 
firavanlıq  içində  yaşayırdılar.  Bütün  bu  icmalar  Məkkə  şəhəri  ilə 
əlaqə  saxlayırdılar.  Bu şəhərin böyük əhəmiyyəti var idi.  Çünki, o, 
uzun  sürən  daimi  quraqlıqlar  ölkəsində  həyatın  əsas  şərti  olan  su 
çeşməsinin ətrafında salınmışdı” (55,  s.  29).
Baxmayaraq  ki,  ərəbistanda  müxtəlif  dinlər  mövcud  idi, 
bununla  belə  həmin  dinlər  bütün  ərəb  dünyasını  vahid  ideya 
ətrafmda  birləşdirmirdi.  Əksinə  onları  daha  da  ayırırdı.  Bu 
mənada  islam  sosial  sifariş  idi.  Ərəb  dünyasını  mövcud  dinlərin
222


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə