Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə68/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   64   65   66   67   68   69   70   71   ...   88

bir  insanın  hüquq  məsələlərinin  həllində  ciddi  inkişaf prosesinin 
yaranmasına gətirib çıxarmışdn\
632-ci  il  peyğəmbərin  ömrünün  axırıncı  ili  oldu.  Həmin 
ildə  o  birinci  və  axırıncı  dəfə  Məkkəyə  həcc  ziyarətinə  getdi.  O 
əvvəllər  də  olmuşdu,  ancaq  təkmilləşmiş  bir  müsəlman  qanunu 
çərçivəsində  həcc  vaxtı  olmamışdı.  Həmin  il  iyun  ayının  8-də 
Peyğəmbər  dünyasını  dəyişir.  Onu,  özü  vəsiyyət  etdiyi  kimi 
yatdığı yerdə dəfn edirlər.
Belə  bir  adam  haqqında  bir  neçə  sətirlik  bir  fikir  irəli 
sürmək  mümkün  deyildir.  Onun  bütün  həyat  yoluna  nəzər  salsaq 
görərik  ki,  Məhəmməd  səbrli  və  mülayim təbiətli  və  qəlbi  həmişə 
əsrarəngiz həyəcan keçirən bir adam idi.  Sonra onun əsas görüş və 
fikirləri  vahid  Allah  və  axirət  həyatının  reallığı  ətrafında  büllur 
kimi  aydınlaşdı  və  Məhəmməd  bu  imanmı,  özünün  səmimi 
qəlbdən  gələn  möminliyi,  çox  gözəl  bəlağət  qabiliyyəti  və 
mətanəti  sayəsində  öz  ətrafındakılarm  hamısına  təlqin  etdi. 
Sonralar  onu  peyğəmbərlik  qabiliyyətinə  həm  diplomat,.həm  də 
döyüşçü  olan  bir  dövlət  xadiminin  istedadı  əlavə  olundu. 
Məhəmməd  inqilabçı  deyildi.  Əksinə,  o  danışıq  aparmağı,  bir  işi 
yenidən təşkil etməyi,  uyğunlaşdırmağı və  işin axırında onu özünə 
qatmağı  üstün  tuturdu.  “O,  əlverişli  fürsət  gözləməyi  bacaradı: 
odur  ki,  “Zaman  və  mən”  deyə  bilərdi.  Əlbəttə,  Məhəmməd 
öldüyü  zaman  islam  dini  hələ  bütün  Ərəbistanı  əhatə  etməmişdi. 
Lakin Hicazda özünə  möhkəm  yer eləmişdi.  Məhəmməd  insanları 
birləşdirə  bilən  dini  və  siyasi  dühası  sayəsindədir  ki,  ərəblər  öz 
varlıqlarını  dərk  edərək,  cəhalət  və  hərci-mərcilik  vəziyyətindən 
çıxdılar  və  mədəniyyət  tarixində  öz  yerini  qəti  şəkildə  tutmaq 
üçün hazır oldular” (55, s. 46).
Məhəmməd peyğəmbərin böyüklüyündən onun dostları da, 
düşmənləri  də  danışır.  Hətta,  onu  tarixin  birinci  adamı  elan 
edənlər  də  yanılmırlar.  Təsadüfi  deyil  ki,  onun  yaratdığı  dinə  bu 
gün  az  qala  bəşəriyyətin  yarısı  sitayiş  edir.  Bu  dinin  ayin  və 
mərasimləri  elə  müdrikcəsinə  düşünülüb  ki,  hər  bir  insan  bu  dinə 
meyl  edərsə  bu  ayin  və  mərasimlər  az  bir  vaxtda  onda  dərin  dini 
duyğular  yaradır.  İslamın  belə  möhtəşəmliyinə  səbəb  olan
214


amillərdən  biri  də  ərəb  dilinin  əsrarəngizliyidir.  Bu  dilin  xüsusi 
avazı  və  ahəngi  insanda  ilahi  duyğular  yaradır  və  bu  dildə  avazla 
səslənən  əzən  sədaları,  Quran  ayələri,  mərsiyə  və  qəsidələr 
asanlıqla  insanların  ruhunu  cilalayır  və  onlarda  qeyri-adi  ilahi 
duyğular  yaradır.  Olsun  ki,  bu  üstünlüklərinə  görə  peyğəmbər 
əshablarına  buyurmuşdur  ki,  dini  ayinlər  ərəb  dilində  aparılsın. 
Ona  görə  də,  bütün  millətlər  namazı  ərəb  dilində  qılıb,  Quranı  bu 
dildə oxuyurlar.
Peyğəmbərin özünün də  gözəl qiraət  bacarığı olub.  İslamın 
ilk  vaxtlarında  hətta  onu  şair  adlandıranlar  olııb:  “Məhəmməd 
fövqəlbəşəri  aləmlə  təmas  hesab  etdiyi  qəribə  və  cismani  hallar 
keçirərkən  yaratdığı  saf,  məftunedici,  poetik  nəsr  parçalarım 
yaradıcılığının  məhsulu  kimi  qiymətləndirmirdi.  Məhəmməd 
inanırdı  ki,  bunlar  Allahın  ilahi  kəlamlarıdır”  (56.  s.  56-57). 
Təsadüfi  deyil  ki,  Quranın  özü  “poetik  nəsrlə”  yazılmışdır. 
Quranın  poetik  dilini  bizim  qədim  abidəmiz  olan  “Kitabi-Dədə 
Qorqud”  eposunun  dili  ilə  müqayisə  etmək  olar.  Məsələn:  “Hanı 
indi  ərənlər,  dünya  mənim  deyənlər,  əcəl  gəldi,  yer  gizlədi, 
fani  dünya yenə  qaldı.  Gəlimli-gedimli  dünya,  son  ucu  ölümlü 
dünya!”  Belə  bir  poetik  düşüncə  Quranda  da  var:  “Qul 
hüvəllahu  əhəd, Allahus-səməd,  ləm yəlid və ləm yuləd.  Və ləm 
yəkulləhu  küfüvən  əhəd”.  Eposdan  və  Qurandan  gətirələn 
nümunədə  qara  rənglə  verilmiş  sözlərin  həmahəngi iyi  və 
həmqafıyə 
olması 
mətnin 
avazla 
oxunmasını, 
yadda 
saxlanılmasını asanlaşdırır və  insana bədii  zövq verir.
Dini  mətnlərin  poetik  normalar  çərçivəsində  verilməsinin 
xüsusi  tarixi  var.  Bir  sıra  alimlər  bunu  Zərdüşt  peyğəmbərin 
“Avesta”sı  ilə  bağlayırlar  və  iddia edirlər  ki,  ilk  dəfə Zərdüşt  dini 
mətnlərin  “muğamlar”  üzərində  oxunmasını,  şeirlə  və  ya  mənsur 
şerlə yazılmasını dünya praktikasına tətbiq edib.  Təsadüfi deyil  ki, 
Quranda “Avesta”dan gəlmə  bəzi  motivlər var.
Məhəmməd  peyğəmbərin  yaratdığı  yeni  din,  həm  də  yeni 
fəlsəfi  düşüncə  idi.  Bu  mənada onun dərin  fəlsəfi  fikirlərinin  açarı 
bəzən  şəxsi  həyatından  keçən  bir  sıra  faciələrlə  bağlıdır.  Başqa 
peyğəmbərlər  kimi,  O  da  xoşbəxt  ailədə  dünyaya  göz  açıb.
215


xoşbəxt  yaşayan  adamlardan  olmayıb.  Onun  şəxsi  faciələrinə: 
valideynlərini  erkən  itirib  yetim  qalmasına,  başqalarına  möhtac 
olma  əzablarına,  övlad  faciələri  də  əlavə  olmuşdur.  Hələ 
sağlığında  ikən  övladlarının  dünyasını  dəyişməsi  ona  mənəvi 
sarsıntılar  gətirmişdi.  Valideyin  qayğısının  həsrəti  ilə  yaşayıb, 
övlad  həyatının  fərəhini  duymaq  ona  nəsib  olmamışdır.  Olsun  ki, 
bu  həsrət  duyğuları  onu  axirət  haqqında  dərin  düşüncələrə  vadar 
etmiş,  nəticədə  öz  dinində  axirətə  inanmağı  əsas  şərt  kimi  irəli 
sürmüşdür.  Təsadüfi  beyil  ki,  son  nəfəsində  o  demişdir:  “Mənim 
bütün  ali  məsləkdaşlarım  cənnətdədir”  (56,  s.  88).  Görünür 
peyğəmbər  son  nəfəsində  belə  axirətə  inanmış  və  real  həyatda 
itirdiklərini orada tapacağına inanmışdır.
İkinci tərəfdən də,  belə  bir  fəlsəfi  fikir  irəli  sürə  bilərik ki, 
peyğəmbər 
görürdü 
ki, 
bu 
dünyada 
insanların 
istəkləri 
tükənməzdir  və  onları  həyata  keçirib  kam  almaq  qeyri- 
mümkündür.  Hətta,  elə  insanlar  var  ki,  kamillik  zirvəsinə 
çatmadan,  həddi-buluğa  çatmadan  ədalətsizliyin  qurbam  olur  və 
dünyaya  gəlib,  dünyadan  kam  almaq  əvəzinə  burada  zillət  görüb, 
bu aləmi tərk edirlər.
Onun  düşüncəsində  ali  varlıq  olan  Allah  bu  dünyanın 
“memarı”  kimi  bu  qədər  qəddar ola  bilməz.  O  yaratdığını  xoşbəxt 
görmək  istəyir.  Fəqət  o  xoşbəxtlik  nə  vaxt  olacaq?!  Peyğəmbər 
onu  bu  dünyada  görmədiyinə  görə  xəyallarını  axirət  dünyası  ilə 
əlaqələndirib,  ümidləri  o  dünyanın  xoşbəxtliklərinə  bağlayırdı.  Bu 
fəlsəfi  mühakimə  bir  Peyğəmbər  kimi  onun  bir  sıra  suallara  qarşı 
verdiyi  cavab  idi.  Bir  Peyğəmbər  kimi  o,  öz  əshablarına  həmin 
sualların  cavabını  verməli  və  Allahın  ədalətindən  danışanda  onu 
əsaslandırmalı  idi.  Bunu  nəzərə  alan  Peyğəmbər  insan  arzularının 
tükənməzliyini  və  onların  bu  dünyada  həyata  keçib  insanı  kam 
almağa  imkan  verən  fiziki  və  mənəvi  imkanları  görmürdü.  Ona 
görə  də  həmin  istəklərin  məhz  axirətdə  həyata  keçib  insanı 
xoşbəxt edəcəyinə ümid verirdi.
Elə  ateist  düşüncəli  filosoflar  da  bu  fəlsəfi  düçüncəni 
tənqid  edərək  qeyd  edirlər  ki,  peyğəmbərlər  cənnəti  sizə  o 
dünyada  vəd  edirlər,  bizsə  bu  dünyada  sizin  üçün  yaradırıq.
216


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə