Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə64/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   60   61   62   63   64   65   66   67   ...   88

ф
Konfiitsinin  siyasi  təliminin  əsasım  xeyirxahlıq  təşkil  edir 
və  bu  təlim  idarə  işində  iştirak  edən  bütün  insanlar  üçün  zəruri 
sayılır,  idarə  edən yuxarı  dairələr kamil  insanlar  olmalıdır.  Onları 
insanpərvərlik,  vəzifə  və  ədalət  hissi,  biliyə  can  atmaq,  etibarlı 
olmaq,  mülayimlik,  böyüklərə hörmət etmək  fərqləndirir.
Nəzərdən  qaçırmaq  olmaz  ki,  Konfutsinin  sosial-siyasi 
təlimi  sistemi  Çin  tarixində  dinin  spesifik  ekvivalenti  (eyni 
mənalı)  rolunu  oynamışdır.  Onun  yazdığı  və  öyrətdiyi  nə  varsa, 
hamısı müdrik Qədim  Çin adətlərinə əsaslanırdı.
Müəllim  onu  da  qeyd  etməlidir  ki,  Qədim  Çində  sosial 
utopiyalar 
mövcud 
olmuşdur. 
Hələ 
qədim 
dövrdə 
Çin 
mütəfəkkirləri  dünyanın  qeyri-kamil  olduğunu  göstərir  və  ümumi 
bərabərlik  və tərəqqiyə  nail  olmaq  yollarını  tapmağa  can atırdılar. 
Onlar  hesab  edirdilər  ki,  dünya  mükəmməllikdən  çox  uzaqdır, 
burada  ahəngdarlıq  yoxdur,  insanlar  xeyir  və  ədalət  haqqında 
anlayışları  yaddan  çıxarıblar.  Onlar  cəmiyyəti  sülh  və  əmin- 
amanlıq,  ümumi  razılıq  əsasında  yenidən  qurmaq  yolları 
axtarırdılar;  belə  hesab  edirdilər  ki,  qarmaqarışıqlığı,  ədavəti 
aradan  götürmək,  sonra  tədricən,  zəif də  olsa,  adamlar  arasında 
müəyyən  razılığa  nail  olmaq,  sosial  tarazlıq  yaratmaq,  yalnız 
bundan  sonra  elə  vəziyyətə  çatmaq  lazımdır  ki,  yuxarılar 
aşağıların  rifahı  qayğısına  qalsın,  aşağılar  isə  yuxarıları 
yedizdirsin,  geyindirsin;  bir  sözlə,  cəmiyyətdə  heç  bir  mübarizə, 
çəkişmə,  vuruşma  baş  verməsin.  Çin  tarixinin  ən  qədim 
dövrlərində  sosial-siyasi  təlimlər,  xüsusən  utopik  fikir  tarixində 
“Datun”  (“Böyük  həmrəylik”  və  yaxud  “Böyük  ahəngdarlıq”)  və 
“Taypin”  (“Böyük  tarazlıq”  və  yaxud  “Böyük  rahatlıq”)  kimi 
anlayışlar işlənib hazırlanmışdır.
Çində  və  Hindistanda  fəaliyyət  göstərmiş  sosial-siyasi 
tölimlər sistemi ətraf ölkələrə də nüfuz etmişdir.
Qədim  Şərq  mədəniyyətinin  sosial-siyasi  təlimi  sisteminin 
fövqündə  duran  dualist  təlim  olan  zərdüştlük  b.e.ə.  VII-VI 
əsrlərdə  dini-fəlsəfi  sistem  kimi  Qədim  Azərbaycanda  meydana 
gəlib,  sonra  daha  geniş  məkana  yayılmışdır.  Bu  dinin  yaradıcısı 
Zərdüşt  olmuşdur.  O,  həm  də  bu  dinin  müqəddəs  kitabı  olan
201


‘:Avesta”nın  (“QanurTun)  ən  qədim  hissələrinin  müəllifidir. 
“Avesta”  üç  kitabdan  -   Vendidad,  Yasna  və  Vispereddən 
ibarətdir.
Mövzunun 
konkret 
məzmununun 
şərhini 
verməklə 
Zərdüştün  əsas  ideyasını  qısaca  belə  ifadə  etmək  olar:  dünya 
qaydaları  xeyir  və  şərin,  işıq  və  zülmətin,  həyat  və  ölümün 
mübarizəsindən  asılıdır.  Bütün  Kainatda  müsbət  başlanğıcın 
təcəssümü  Ahura  Məzda (Hörmüz),  mənfıninki  isə  Ahura  Maynu 
(Əhriman)  hesab  edilir.  Onlarm  hər  ikisi  "Sonsuz  zamanın”,  yəni 
allah  sayılan  Ervanın  oğullarıdır.  Şər  daimi  deyil,'  ondan  azad 
olmağın,  ruhu  ondan  təmizləməyin  yolu  oda  sitayiş  etməkdir.  Od 
insanı  təmizləyir,  saflaşdırır,  şəri  məhv  edir.  Zərdüşt  Hörmüzü 
müdafiə  edənlərə,  onun  yolu  ilə  gedənlərə  ölümdən  sonra  o 
dünyada  əbədi  xoşbəxtlik  vəd  edir.  Əhrimanın  tərəfdarlarının  isə 
əbədi  olaraq  cəhənnəm  əzabına  düçar  olacaqlarını  göstərir. 
Ölümdən  sonrakı  dünya,  dünyanın  axırı,  sonuncu  məhkəmə, 
ruhun yaşaması,  bakirə qızın  dünyanın  xilaskarını  doğması və sair 
ideyalar sonralar başqa dinlərə  də  (iudaizm,  Mani  dini,  xristianlıq, 
islam)  nüfuz etmişdir.
Deməli,  Azərbaycanın  ən  qədim  müqəddəs  kitabı  olan 
“Avesta”da  dünyanın  yaradılması  haqqında  da  maraqlı  fikirlər 
var.  Burada  göstərilir  ki,  dünya  on  iki  min  ildir  ki,  mövcuddur. 
Dünyanın  inkişafı  hər  biri  üç  min  il  olan  dörd  dövrə  bölünür. 
Birinci  dövr  şeylər  haqqında  ideyaların  yaranması  dövrüdür. 
Hörmüz ideal  aləmin  mücərrəd anlayışlarını yaradır.  İkinci dövrdə 
dünya  yaradılır.  Hörmüz  göyü,  ulduzları,  ayı  və  günəşi  yaradır. 
Elə  həmin  vaxt  Əhriman  yaradılan  Kainata  daxil  olur  və  göy 
cisimlərinin  nizamlı  hərəkətinə  tabe  olmayan kometaları  və  başqa 
cisimləri  yaradır;  o,  ziyankar  heyvanları  dünyaya  gətirir,  suyu 
çirkləndirir,  ilk  insana ölüm gətirir.  Lakin  ilk  insanın kişi və  qadın 
cinsindən  iki  övladı  qalır  ki,  bütün  insan  nəsli  onlardan  başlayır. 
İki zidd  başlanğıcın  toqquşması  nəticəsində  bütün  dünya  hərəkətə 
gəlir:  çaylar axmağa başlayır, dağlar yaranır,  göy cisimləri hərəkət 
edir.  Üçüncü  dövr  Zərdüşt  peyğəmbərin  dünyaya  gəlməsinə 
qədərki  dövrdür.  Bu  dövrdə  “Avesta”nın  qəhrəmanları  fəaliyyət
202


4
göstərir.  Dördüncü  dövr  də  (Zərdüştdən  sonra)  üç  min  ili  əhatə 
edir;  hər  min  ildə  bir  Xilaskar  dünyaya  gələcək.  Deməli,  bu 
dövrdə  üç  Xilaskar  olacaq,  onların  hamısı  Zərdüştün  övladlarıdır. 
Üşüncii  min  ildə  gələn  üçüncü  Xilaskar  bütün  dünyanın  və 
insanlığın  taleyini  həll  edəcək.  O,  ölüləri  dirildəcək,  Əhrimana 
qalib gələcək, dünya saflaşacaq,  orada ədalət bərqərar olacaq.
203


ORTA ƏSRLƏRDƏ ŞƏRQ ƏXLAQININ 
YARANMASI VƏ TƏKMİLLƏŞMƏSİ
“Bizim dövlətimiz dünyəvi dövlətdir.
+
 
*  °
Ancaq  biz dindən ayrı deyilik
"
Heydər Əliyev
Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu
Dünyanın  bütün  dinləri  arasında  müqəddəs  İslam  dininin 
yaranması  və  inkişafı  onu  göstərir  ki,  bəşəriyyətin  tərəqqisi 
naminə  ucalan  və  yenilməz  bu  din  insanlarda  ümid  dolu  inam 
yaratmışdır.  Çünki  Allahın  varlığı  danılmaz  və  real  mövcudatla 
sıx  bağlıdır.  Elə  bu  baxımdan  da  Allaha  inam  dini  etiqadla 
bağlıdır.  Azərbaycan  xalqmm ümummilli  lideri  Heydər Əliyev öz 
dini-fəlsəfi  dünyagörüşündə  formalaşdıran  İlahi  etiqadı  bu  cür 
tərənnüm  etdirərək  demişdir:  “Dini  etiqad  Allahın  varlığı  ih 
əlaqədardır.  Ona  görə  Allahın  insanlar  tərəfindən  qəbul 
edilməsi  ilə  müxtəlif dini  inanclar,  o  cümlədən  tövlıid məsələsi 
də  qəbul edilir.  Bununla  belə Allahın  varlığına  inanmaq  hər bir 
şeyin  mövcudluğuna inanmaq deməkdir” (6, s.  2).
Fəlsəfi  baxımdan  qiymətləndirilən  din  isə  müqəddəs  bir 
fövqəltəbii  qüvvələrin  reallığmı  tərənnüm  etdirir.  “Din  -   ictimai 
şüurun  formalarından  biri;  bir  və  ya  bir  neçə  Allahın, 
“Müqəddəslərin”  -   yəni  fövqəltəbiiliyin  bu  və  ya  digər  növünün 
reallığına  inamı  əsas  götürən  dünyagörüşü,  davranış  və  spesifik 
fəaliyyətdir”(8,  s.  109).
Sosial  yanaşma  baxımından tərif edilən  din  isə  insanlarda 
səmimi  duyğuların  formalaşması  kimi  təzahür  etdirilir.  “Din  -  
müqəddəslik  duyğusunu  yüksək  tutan  mənəviyyat  hadisəsidir.  O, 
dünya  haqqında  təsəvvürləri,  konkret  dəyərləri,  onunla  əlaqədar 
olan mexanizmləri və  göstərişləri,  reaksiyaları,  həyat tərzini  və s.- 
ni  özünə  daxil  edir.  Belə  anlam  daxilində  din  çox  ehtimal  ki,  baş
2 0 4


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə