Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə63/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   59   60   61   62   63   64   65   66   ...   88

bir  sıra  qədim  Misir  mənbələrində,  o  cümlədən  “Ptaxotepanın 
nəsihətləri” (b.e.ə.  XXVIII  əsr),  “Ölülərin kitabf’nda (b.e.ə.  XXV- 
XXI  əsrlər)  geniş tərənnüm edilir'  (26,  s.  25).
Qədim 
Şərq 
mədəniyyətinin 
sosial-siyasi 
təlimlər 
sisteminin  əsas  xüsusiyyətlərindən  aləmi  dərk  etmək  bacarığı,  ali 
hakimiyyət,  kütlələri  xalq  halında  birləşdirmək,  onları  müdafiə 
etmək, 
yeri  gələndə 
cəzalandırmaq 
hökmdarın 
vacib
göstəricilərindən 
idi. 
Qədim  Misir 
allahları 
insana  çox 
oxşayırdılar,  insana  lazım olan zəif cəhətlər onlara da aid  idi.
Eradan  əvvəl  Qədim  Misir  hökmdarı  həm  də  Misir 
dövlətinin  rifahı  üçün çalışan allah  hesab  edilirdi.  Ən  böyük  allah 
Pa  ölkəni  idarə  etməyi öz oğlu  olan  hökmdara tapşırmışdı.  Qədim 
misir  xalqları  inanırdılar  ki,  hökmdar  günəş  allahı  Ranın  öz 
bədənindən  əmələ  gələn  cismani  oğlu  idi.  Onu  həm  də  yerdə 
yaşayan qadının oğlu hesab edirdilər.
Onu  da qeyd  etmək  lazımdır ki,  Qədim Misir hökmdarları- 
fironlar  da milli  allah  hesab edilirdi,  başqa  sözlə,  firon özü  dövlət 
demək  idi  və  dövlətin  funksiyalarını  özü  həyata  keçirirdi.  Bu 
funksiyalar  bu  cür  tərənnüm  edilmişdi:  sahib  olmaq,  nəzarət 
etmək, 
idarə  etmək,  cəzalandırmaq  və  mükafatlandırmaq, 
həmçinin  qayğı  göstərmək,  qidalandırmaq,  yaşamaq  üçün  yer 
vermək,  nəhayət,  əhalinin sayını artırmaq üçün şərait yaratmaq.
Qədim  dövrdə  fironların  ölməsi  və  öləndən sonara  onların 
qəbirlərinin  üstündə  möhtəşəm,  piramida  formasında  abidə 
ucaldılırdı.  “Bütün  hallarda  piramidalar  onların  müqəddəs 
cəsədlərini zədələnmədən qorumalı idi” (27,  s.  55).
Firon  hökmdarların  ilahi  keyfiyyətləri  ona  imkan  verirdi 
ki,  daha  sərbəst  şəkildə  ədalətli  hakimiyyəti  həyata  keçirsin. 
Çünki  hesab  edilirdi  ki,  “ölkənin  əminamanlığı  ədalətdədir”  və 
“şəri düzəltməsən,  o,  ikiləşə  bilər” (28,  s.  5-10).
Ümumiyyətlə, 
nəzərə 
almaq 
lazımdır 
ki, 
Misir 
hökmdarlarının  dəbdəyə  olan  marağı,  onlar  öləndən  sonra  da 
həyata  keçirilirdi,  “...qədim  Misir  fironlarının  həyat  dəbdəbəsi, 
yaşayış  təmtərağı  və  yerinə  yetirdikləri  nəhəng  işlər  tarixdə  çox 
böyük  iz  qoymuşdur.  Buna  misal  olaraq  dövrümüzədək  gəlib
198


çatmış  əllidən  artıq  ehramın -   yüz  minlərlə  əsirin  həyatı  bahasına 
və  yüz  illərlə  məşəqqətli  əməyi  sayəsində  yaradılan  abidələrin  -  
adını  çəkmək kifayətdir” (32,  s.  274).
Qədim  Şərq  mədəniyyətinin  sosial-siyasi  təlimlərində 
əsasən  ikiçayarasında  formalaşan  sivilizasiya  antik  mədəniyyətə, 
onun  vasitəsilə  həm  də  orta əsr Avropa və  Şərq  mədəniyyətlərinə, 
sonra  isə  Yeni  və Ən Yeni dövr dünya sivilizasiyasına böyük  təsir 
göstərmişdir.  IX  əsrdə  yaşamış  misirli  ərəb  alimi  Əbdürrəhman 
ibn  Əbdiilhəkəm  “Misirin,  əl-Məqribin  və  əl-Ədəlusun  işğalı” 
(29)  adlı  kitabının  başlanğıc  hissəsini  Misirin  islamaqədərki 
tarixinə həsr edib.
Həmçinin 

dövrdə  Qədim 
Şərq 
mədəniyyətinin
tanınmasında  məşhur  olan  əsərləri,  müsəlman  mədəniyyətinin 
görkəmli  nümayəndəsi  Xarəzmli  Əbu  Reyhan  əl-Biruninin
“Hindistan” (“Əl-Hind”) əsəridir (30).
• •
Ümumiyyətlə  bilmək 
lazımdır 
ki. 
Qədim 
Şərq
mədəniyyətinin  sosial-siyasi  təlimlər  sistemi  haqqında  hansı 
məşhur  alimlər  məlumat  verir.  “Ellinizm  dövrünün  sonlarında 
yaşamış  siciliyalı  Diodorun  (e.ə.  I  əsr)  “Tarixi  kitabxana”,  Roma 
dövrü  yunan  coğrafiyaşünası  Strabonun  (e.ə.  I  -   b.e.  I  əsrləri) 
“Coğrafiya”,  Roma  alimi  Böyük  Plininin  (b.e.  I  əsri)  “Tərbiyyat 
tarixi”,  Misirdə  doğulan  və  fəaliyyət  göstərən yunan  alimi Klavdi 
Ptolomeyin  “Coğrafi  təlimnamə”  əsərlərində  Qədim  Şərqin  tarixi, 
coğrafiyası, təbiəti  və əhalisi  haqqında zəngin məlumatlar toplanıb 
və şərh edilib” (31,  s.  8).
Qədim  Şərq  mədəniyyətinin  yaratdığı  sivilizasiya  öz 
zəngin  xüsusiyyətləri  ilə  orta  əsrlərdə  inkişaf  etdirilmişdir. 
“Hindistan  və  Çində  qədim  ənənələr  orta  əsrlərdə  mövcud  şəraitə 
uyğun  olaraq  davam  etməkdə  idi”  (31,  s.  20).  Maraqlıdır  ki,  o 
dövrdə  Hindistanda  dünyəvi  elmlər  tərəqqi  etmiş  olsa  da  rəsmi 
dairələrdə  dünyagörüşü  elmə  yox,  dinə  əsaslanmışdır.  Əbu 
Reyhan  Biruninin  xəbər  verdiyi  kimi,  brahman  inkivizisiyası  hind 
mütəfəkkirlərini öz kəşflərinə dini  boya verməyə  məcbur edirdi.
Məlum  olmuşdur  ki,  Qədim  Çin  sosial-siyasi  təlimlərinin 
tarixi  eradan  çox-çox  əvvəllərə  gedib  çıxan  müxtəlif  ideya
199


cərəyanlarının təsiri altında  inkişaf etmişdir.  Burada  buddizm VII- 
IX  əsrlərdə  daha  geniş  yayılmış,  konfutsiçiliyi  və  daosizmi 
sıxışdırmışdır.  Budda  monastırları  torpaqlara  və  bir  sıra 
imtiyazlara malik olub,  konfutsiçi feodallara qarşı  çıxırdı.
Qədim  Hind  ədəbiyyatının  ən  zəngin  abidəsi  olan  Ved 
adlanır.  Bu  topluda  (b.e.ə.  I  minilliyin  ortası)  dünya,  insan,  onıın 
əxlaqı,  dünyagörüşü  haqqında  ilk  məlumatlar  verilir.  Vedlər  min 
illər  boyu  hind  mədəniyyətinin  ürəyi,  yüz milyonlarla  hindli  üçün 
müdriklik rəmzi olmuşdur.
Qeyd  etmək  lazımdır  ki,  Vedlər  əsasən  dörd  topludan 
ibarətdir:  1)  “Riqveda”  (himnlər  toplusu),  2)  '  “Samaveda"
(mahnılar  toplusu),  3)  “Yacurveda”  (qurban  vermək qaydaları), 4) 
“Axtarvaveda” (sehrləmə toplusu).
Qədim  Hindistanın  ən  məşhur  və  məzmunlu  siyasi  traktatı 
“Artxaşastra  və  ya  siyasət  Elmi”  (b.e.ə.  IV-III  əsrlər)  hesab edilir. 
Həmin traktatın müəllifi Brahman Kautilyardır.
Tədqiqat  zamanı  əldə  olunan  Qədim  Hind  fəlsəfəsinin, 
sosial-siyasi  təlimlər  sisteminin  Vedlərdən  başqa,  mənbələri  kimi 
caynizm,  buddizm  və  induizmi göstərmək  mümkündür.
Qədim  Çində  isə  siyasi  şüurun  inkişafının  əsşs  nəticəsi 
odur  ki,  hökmdarın  köməkçisi,  saray  əyanları  müstəqil  siyasi 
subyekt  hesab  edilirdi.  Müşavir  və  yaxud  nazirin  dövlət  işlərində 
xidməti  birinci  növbədə  əxlaqi  mövqedən  qiymətləndirilirdi. 
Bununla  əlaqədar  müdriklik,  düzlük,  səmimilik,  aşkarlıq, 
hökmdara  real  münasibət  nümunəvi  əyan  üçün  əsas  keyfiyyət 
sayılırdı.
Əsasən  Qədim  Çində  sosial-siyasi  təlimlər  sistemi  böyük 
mütəfəkkir  Konfutsinin  (551-479)  dediklərində,  daosizmdə, 
leqizmdə  və  başqa  cərəyanlarda  öz  əksini  tapmışdır.  Qədim  Çin
ənənəsinə uyğun olaraq  Konfutsi dövləti böyük ailəyə  bənzədirdi.
• •
Ümumiyyətlə 
qeyd 
olunmalıdır 
ki, 
Qədim 
Çin 
mədəniyyətinin  sosial-siyasi  təlimlər  sisteminin  çıxış  nöqtəsi 
“göy”,  “göyün əmri” (tale)  konsepsiyası  hesab edilir.  Göy təbiətin 
bir  hissəsidir,  lakin  o,  təbiəti  və  insanı  müəyyənləşdirən  ali 
mənəvi qüvvədir.
200


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə