Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə65/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   61   62   63   64   65   66   67   68   ...   88

verən hər  şeyə  təsir  edərək və  öz  növbəsində  baş  verən  hər  şey də 
dinə təsir edəcəkdir” (10,  c.  28).
Din  cəmiyyətdə  insanların  mənəviyyatını  kamilləşdirən, 
əxlaqmm  keşiyində  duran  bir  amildir.  Dinsizlik  insanları  mənəvi 
boşluğa  salır.  Onların  həyat  və  ölüm  haqqında  təsəvvürlərini 
məhdudlaşdırır.  Heçlik  və varlıq qarşısında aciz qalan  insan özünə 
mənəvi  dayaq  axtarır.  O,  dayağı  isə  dində  tapır.  Din  bir  tərəfdən 
insanları öz işlərində  fədakar edir,  ikinci tərəfdən də  mutiləşdirir.
insan  Allahın  yaratdığı  ən  xoşbəxt  məxluq  olduğu  kimi, 
həm  də  ən  bədbəxt  məxluqdur.  Çünki  o,  bir  gün  öləcəyini  bilir. 
Onun bədxətliyi  də,  xoşbəxtliyi  də  şüurla bağlı olduğu  kimi,  insan 
bunun gücü  ilə  həm  bədbəxtliyinin  açarını  tapmaq  istəyir,  həm də 
xoşbəxtliyinin.  İnsanın ən  böyük  faciəsi  odur  ki,  o  öz şüuru  ilə  bir 
gün  öləcəyini  bilir.  Bu  isə  onda  vahimə  yaradır.  Bu  vahiməyə 
qalib  gəlmək  üçün  o  İlahi  varlığa  sığmır,  o  dünya  həqiqətlərini 
deynində 
yaradır 
və 
sonra 
yaratdıqlarına 
inanmaq 
məcburiyyətində qalır.
Elə  bir  sıra  dini  mənbələr  də  qeyd  edir  ki,  din  cahilin 
əlində cahilliyə  xidmət  edir.  Aqilin əlində  aqilliyə.  Dini  mənbələr, 
müqəddəs  kitablar elə  bir elmdir ki,  onunla  yalnız müdrik  insanlar 
məşğul olmalıdır ki,  bəşəriyyəti mənəviyyatsızlığa,  əxlaqi böhrana 
apara  bilməsin.  Dünya  ictimaiyyətinin  xoşbəxt  gələcəyini  düzgün 
istiqamətləndirə  bilsin.  İnsanların  varlığına  hakim  real  səbəbləri 
düzgün  göstərə  bilsin  ki,  bəşəriyyət  anormal  mənəvi  durum 
fəlakətlərə düçar olub  məhv olmasın.
Din  həmişə  insanları  mənəvi  paklığa  səsləmişdir.  Mənəvi 
paklığın  meyarlarmı  hərə  özü  bildiyi  kimi  təyin  etdiyindən 
dinlərdə  də  parçalanma  başlamışdır.  Əvvəl  mövcud  dinlər 
arasında,  sonra isə məzhəblərin və təriqətlərin daxilində.
Dinlərdə  və  məzhəblərdəki  mövcud  iddialar  sözün  həqiqi 
mənasında  mənəvi  paklıq  meyarlardır.  Bu  meyarlar  bir  sıra 
ümumi cəhətlərinə  görə  (məsələn,  xeyirxahlığa çağırışları  ilə)  üst- 
üstə düşsə də,  bəzi  parametrlərinə görə  bir-birindən kəskin surətdə 
fərqlənir.  Ona  görə  də,  hər  bir  dinin  və  məzhəbin  özünəməxsus 
məziyyətləri  var.  Bu  məziyyətlər  özünü  daha  çox  fəlsəfi
205


düşüncədə  göstərir.  İnsan  əxlaqına  və  mənəviyyatına  dair  detallar 
demək  olar  ki,  əksər  dinlərdə  və  təriqətlərdə  təqribən  eynidir; 
xeyirxahlıq,  qarşılıqlı  hörmət, pak əxlaq və s.
Bu  milli-mənəvi  dəyərləri  Azərbaycan  xalqının  ruhunda 
yaşadan  ulu  öndər  Heydər  Əliyev  öz  doğma  millətinin  namus  və 
qeyrətinə  inanaraq  cəsarətlə  demişdir:  “Əzəmət  və  qüdrətinə, 
namus  və  qeyrətinə  arxalandığım  və  güvəndiyim  Azerbaycan 
övladları”  (9,  s.  74)  kəlamı  bu  gün  də  milli  düşüncəmizin,  şərəf 
və  ləyaqətimizin,  inam  və  iymammızm,  dini-əxlaqi  qaynağına 
çevrilmişdir.
VII  əsrdə  Məhəmməd  peyğəmbərin  vasitəsilə  bəşər 
tarixinə  daxil  olmuş  islam  dini  də  xeyirxah  məqsədlər  naminə 
yaradılmışdır.  Başqa  dinlər  kimi,  bu  din  də  asanlıqla  insanların 
qəlbinə  yol  tapmadı.  Bu  dinin  saf  mahiyyəti  çox  böyük 
çətinliklərlə  Yaxın Şərqdə  insanlarm düşüncəsinə  daxil  oldu.  Belə 
ki,  qanlı  müharibələr,  illərdən  bəri  aparılan  gərgin  təbliğat, 
minlərlə  islam  fəqihin  və  mötəsiblərinin  təbliği  və  təşviqi 
sayəsində  islam Şərqin aparıcı dininə çevrildi.
is la m ın   m e y d a n a   g ə lm ə s i  M ə h ə m m ə d   p e y ğ ə m b ə r in   həyatı 
ilə  b ağlı  o ld u ğ u n d a n   y a x ş ı  olard ı  ki,  p e y ğ ə m b ə r in   həyatmdaH 
q ısa ca   da  o ls a  danışaq:
Məhəmməd  peyğəmbər  570-ci  il  rəbiəl-əvvəl  ayının  17-də 
Səudiyyə  Ərəbistanın  Məkkə  şəhərində  Qüreyş  tayfasından  olan 
Abdullanın ailəsində  anadan olmuşdur.  Peyğəmbərin anası Aminə 
xatun  Bəni  Zöhrə  şeyxinin  qızıdır.  Elə  peyğəmbərin  atası  da 
nüfuzlu  adamların  nəslindən  idi.  Ulu  babası  Əbdül  Mənaf  və 
babası Əbdül Mütəllib Haşimi nəslinin mötəbər adamları olublar.
Peyğəmbər ana bətnində  iki aylığında  ikən atasını  itirir.  O, 
Şam  şəhərinə  gedərkən  Mədinədə  vəfat  edir.  Peyğəmbərin 
tərbiyəsi  ilə  babası  Əbdül  Mütəllib  və  anası  Aminə  xatun  məşğul 
olmuşlar.  Amma  peyğəmbər  altı  yaşında  olanda  anası,  səkkiz 
yaşmda  olanda  isə  babası vəfat  edir.  Onun tərbiyəsi  ilə  əmisi  Əbu 
Talib  məşğul  olur.  O  həm  Qyreyşi  qəbiləsinin  başçısı,  həm  də 
Kəbənin  rəisi  idi.  Əmisi  peyğəmbərin  tərbiyəsi  ilə  ciddi  məşğul
206


olur,  ona  dünya  hadisələrindən  geniş  məlumat  verir,  hadisələr 
danışır.
Peyğəmbər  təsərrüfat  işlərində  əmisinə  kömək  edirdi. 
Musa  peyğəmbər  kimi,  o  da  sürüləri  otarırdı.  Təklikdə  qalıb 
qaynar  cəmiyyətdən  uzaqda  dərin  düşüncələrə  dalırdı.  O  vaxt 
müxtəlif  qəbilələr  Məkkəyə  gəlib  müxtəlif  bütlərə  sitayiş 
edirdilər.  Müxtəlif  olan  adət-ənənələr  ərəblərə  qarşı  ikrah  hissi 
yaradırdı.  Ərəb  dünyasını  bir  əqidə  ətrafında  birləşdirmək  günün 
vacib tələblərindən idi.
Peyğəmbər  sonra  Məkkədə  ticarət  işləri  ilə  məşğul  olur. 
Bu  işdə  düzlüyünə  görə  ona  “Məhəmmədəmin  -  əməli  saleh” 
ləqəbi  vermişlər.  12  yaşında  olanda  əmisi  ilə  Suriyaya  ticarətə 
gediı- və  ilk xristian dünyasını, onların dini  bildiyini görür.  Xristian 
ölkəsi  olan  Bizans  o  vaxt  ərəb  dünyası  ilə  həmsərhəd  idi.  Sonra 
peyğəmbər  yenə  də  Suriyaya  ticarət  məqsədi  ilə  gəlmişdir. 
Peyğəmbər  tez-tez  rast  gəldiyi  allahaxtaran  həniflərə  də  rəğbətlə 
yanaşırdı.  Xüsusilə,  onu təkallahlıq  ideyası maraqlandırırdı.
Ticarət  işləri  ilə  məşğul  olan  peyğəmbər  maliyyə 
çətinliklərini  hiss  edirdi  və  yeni  bir  iş  görmək  üçün  maliyyə 
imkanlarının  vacibliyini  dərk  edirdi.  Ticarətdə  bir  təmiz  adam 
kimi,  o  varlı  tacir olan Xədicənin diqqətini  cəlb  edirdi.  595-ci  ildə 
Xədicə  xahiş  edir  ki.  Məhəmməd  onun  karvanını  Suriyaya  və 
geriyə  müşayət  etsin.  Bu  səfər  vaxtı  peyğəmbər  bir  ayadək 
Bizansın  əsas  bölgələrindən  sayılan  Suriyada  qaldı.  Apardıqları 
bütün  malları  satıb  Məkkədə  yaxşı  satılan  mallar  aldılar. 
Peyğəmbər  həm  də  bu  çox  millətli  ölkənin  dini  ilə  maraqlanırdı. 
Onların  təkallahlığı  onu  cəlb  edirdi.  Avropa  islamşiinasları  bu 
məqama  xüsusi  əhəmiyyət  verirlər:  “Xədicənin  tapşırığı  ilə 
səfərlərə  çıxan  Məhəmməd  Suriyada  bir  xristian  rahibinə  rast 
gəlir.  Məhəmməd  rahiblərlə  (Sergey,  Bəlıira,  Nestor ilə)  söhbətlər 
etdiyini  göstərən müsəlman  rəvayətləri  az deyildir.  Bu  əfsanələrlə 
müsəlmanlar 
çalışıb 
göstərmək 
istəyirlər 
ki, 
xristianlar 
Məhəmmədin 
peyğəmbərlik  mahiyyətini 
tez 
duyub 
başa 
düşmüşlər.  Lakin Quranda şübhəsiz, xristian təsirindən çox yəhudi 
təsiri daha aydın görünür” (55, s.  34).
207


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə