Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə61/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   57   58   59   60   61   62   63   64   ...   88

uğramışdır.  Xristianlıqda  öz  dəsti-xətti  ilə  seçilən  Protestantizm 
“dünyəvi  asketizm”  tələbini  irəli  sürdü.  Erkən  kəndli  və  proletar 
hərəkatları  insanları  Asketizmə çağırırdı.  Bu.  hakim siniflərin cah- 
cəlalına  və  avara  həyatına  qarşı  etiraz  forması  idi.  Elə  həmin  söz 
də  buradan  meydana  gəlmiş,  (latınca:  protestant  -   protest,  etiraz 
edən,  açıq  şəkildə  sübut  edən)  mənası  daşımışdır.  Protestantizm 
bir-birindən  ehkamçı  və  qanun  xüsusiyyətləri  ilə  fərqlənən 
müstəqil 
və 
müxtəlif 
dinlərin, 
kilsələrin 
məcmusudur. 
“Protestanlarm  təsəvvürünə  görə  insana  firavanlıq,  nemət  Allahın 
köməyi  ilə  nəsib  olur,  kilsədən  yan  keçməklə  «nicat»  yalnız 
insanın  şəxsi  etiqadı  və  Allahın  iradəsi  sayəsində  əldə  edilir”(8,  s. 
345).
Müasir  Protestantizm  əsasən  dünyanm  Skandinaviya 
ölkələrində,  Almaniyada,  İsveçrədə,  Böyük  Britaniyada  və  ABŞ- 
da, Kanadada, Avstraliyada və s.  yayılmışdır.
Əliqulu Mirzayi Naxçıvani “Əqaide-Fəlsəfə” əsərində XIX 
əsrdə  Asketizmin  əsas  prinsip  və  xüsusiyyətlərini  fəlsəfi 
duyğularda daha geniş təzahür etdirməsi  həmin dövr üçün mühüm 
bir  fenomen  tərzini  izah  etdirir.  Ruhun  ölməzliyi  onu  göstərir  ki, 
onun  özünə  məxsus  mühüm  bir  təbiəti  var.  Çünki  ruh  insanın 
xüsusilə  mənəvi  fəaliyyətidir.  O,  özünü  insanın  simasında  ifadə 
edir.  Reallıqda  insan  siması  ruhun  xarici  görüntüsüdür.  Ruh 
özlüyündə  tam  bütöv  bir  fenomendir.  O, özündə  sonsuz hiss, fikir, 
ifadə,  məqsədyönlülük,  arzu,  istək,  kin,  nifrət,  qəzəb,  ehtiras  və  s. 
ifadə  edir.  Şübhəsiz  ki,  ruh  həmdə  duyğudur,  təsəvvürdür, 
anlayışdır,  mühakimədir  və  ənnəhayət  əqli  nəticədir.  Bunlarda 
demək  olar  ki,  ruh  özlüyündə  bütöv  tam  olaraq  qalır.  Məhz 
həyatın  mənasını  da  bu  xüsusiyyətlər  təşkil  edir.  Həyatın 
mənasını,  həyatın  dəyərlərini  başa  düşmək,  anlamaq  tarixi 
xarakter  daşıyır.  Yəni  tarixin  hər  bir  dövründə  insanın  həyatın 
mənası  təyinatını  dəyişmişdir.  Bu  da  təsadüfri  deyildir  ki, 
bəşəriyyətin  qabaqcıl  düşüncəli  mütəfəkkirləri  həyatm  mənasını 
müxtəlif  tərzdə  şərh  etmişlər.  Bəziləri  bu  mənanı  mübarizədə, 
fəaliyyətdə,  bəziləri  isə  cəmiyyəti  və  özünü  kamilləşdirməkdə,
191


cəmiyyətə 
xidmət 
etməkdə, 
bəşəriyyəti 
biliklərlə 
zənginləşdirməkdə görmüşlər.
Həyatın  mənasına  baxışlar  əsərdə  çox  müxtəlif  olaraq
qalır;  a)  Həyatın  mənası  onun  mənəvi-ruhi  əsaslarında,  həyatın
özündədir;  b)  Həyatın  mənası  həyatın  özünün  hüdudlarından
kənardadır;  c)  Həyatın  mənasını  insan  özü  öz  həyatına  gətirir;  d)
• •
Ümumiyyətlə,  həyatın mənası yoxdur.
Belə 
baxanda 
birinci 
nəzəriyyə 
dini 
ehtimalların 
mövcudluğu  ilə  xarakterizə  olunur.  Həyatın  mənası  insana  Allah 
tərəfindən  verilib.  Allah  insanı  özünəbənzər yaradərkən  ona  iradə 
azadlığı  vermişdir.  Həyatın  mənası  İlahiyə  qovuşmaqdır.  Buna 
görə  də  insan  dünyanı  dəyişdirmir,  onu  yaratmır,  İlahinin  iradəsi 
ilə  özünü  kamilləşdirir  və  dünyanı  da  mükəmməlləşdirir.  İnsanın 
həyatının  mənası  özünün  ölməz  ruhunun  saxlanılması  və 
saflaşdırılmasından  ibarətdir  ki, 
bu 
da 
Asketizmin  əsas 
xüsusiyyətlərindən biridir.
insan  həyatının  mənası  ikinci  baxışla  onun  (həyatın 
mənasının) konkret həyatından kənara çıxarılmasını nəzərdə tutur.
insan  həyatının  mənası  üçüncü  baxışa  görə,  həyat  öz- 
özlüyündə  heç  bir  məna  daşımır,  bu  mənanı  həyatına  insan  özü 
gətirir.  İnsan  bir  şüurlu  varlıq  və  iradə  sahibi  olaraq  bu  mənanı 
özü yaradır.
insan  həyatmın  mənasız  olması  fikri  ta  qədimdən 
indiyədək ayrı-ayrı təlimlərdə səslənmiş və səslənməkdədir.
Buradan  da  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  əsərdə  zəruri 
olan  insan  həyatının  mənası  bu  dünyada  ölüm  və  ölməzlik 
xüsusiyyətləri  ilə  zəngindir.  Belə  ki,  yaşamaq  əbədilik  üçün 
yaratmaqdır,  insan  bunu  dərk  edərək  özünün  qabiliyyətini  və 
vaxtmı  tarixi  töhfəyə  sərf  etməlidir.  Bununla  o  gələcəyi 
zənginləşdirir.  Deməli,  ölüm  də  həyat  kimi  müəyyən  məna  kəsb 
edir.  Bu  məna  amillərindən  biri  dünyada  həyat  ölüm  olduğu  üçün 
mənalıdır.  Məna  isə  sonun  olması  ilə  əlaqədardır.  Əgər  insan 
varlığının sonu olmasa idi,  həyatın ağlasığmaz sonluğu da olsa  idi, 
heç  həyatın  mənası  da  olmazdı.  Deməli,  ölməz  və  əbədi  həyata 
ölüm  vasitəsilə  nail  olunur.  Əgər  ölüm  olmasaydı,  insan  əbədilik
192


haqqında  düşünə  də  bilməzdi.  Ölməzlik  ölümün  inkarıdır,  ölüm 
isə  həyatın  inkarıdır.  Deməli,  ölməzlik  inkarı  inkardır,  ikiqat 
inkardır.  Bununla  belə  əbədilik  ölümdən  keçmək  vasitəsilə 
mümkün olur,  ölüm dünyada  bütün  insanların  qismətidir.  O,  vara- 
dövlətə baxmır deyə qeyd edilir.
Asketizm  təliminə  görə  cismən  ölüm 
bizi 
daxili 
emosiyalarla  birləşdirir  və  bizim  son  taleyimizin  eyni  olacağını 
dramatik  qeyd  edir.  Ölümün  hamı  üçün  haqq  olması  bütün 
münaqişələrə  baxmayaraq  insanların  qardaşlığa  ehtiyacını  yada 
salır.  Məhz  əsərdə  də  Asketizmin  əxlaqi-fəlsəfl  xüsusiyyətlərinin 
mühüm  göstəricisinin  mahiyyəti  bununla  bağlıdır.  Çünki  insanın 
öz  həyatının  faniliyini  başa  düşməsi  onu  həyatına  məna  tapmağa 
və  ya  məna  verməyə  məcbur  edir.  Ölümə  məhkumluq  insanda 
xeyirxah  işlərə,  gələcək  nəsillərin  xatirəsində  yaşamağa  həvəs 
yaradır.
Həyatda  hər  bir  insan  ölüm  faciəsindən  keçməlidir. 
Məşhur Avstriya psixoloqu,  psixoanalizmin banisi  Freyd Ziqmund 
göstərirdi ki,  həyatın hər bir cəhdinin son məqsədi  ölümdür.
Eyni  zamanda  Asketizmin  ölməzlik  haqqında  müxtəlif 
motivləri  də  mövcuddur:  bioloji,  gerontoloji,  psixoloji,  dini, 
fəlsəfi  və  s.  Bir  çoxları  ölümsüzlüyü  gerontoloji,  yəni  həyatın 
uzadılması  kimi  başa  düşürlər.  Lakin  ölümsüzlük  yaşanan  illərin 
miqdarı  ilə  deyil,  onun  keyfiyyəti  ilə,  yaşanan  ömrün  insan  və 
cəmiyyət üçün əhəmiyyəti ilə ölçülür.
Hər  halda  qeyd  etdiyimiz  bioloji,  genetik  ölümsüzlük, 
nəsillər  tərəfindən  genlərin  daşınması  kimi  başa  düşülür.  İnsanlar 
anatomik-fızeoloji  əlamətlərlə  yanaşı  öz  nəsli  ardıcıllığına  bir 
əmanət kimi qabiliyyətlərini də ötürürlər.
Asketizmin  əsas  xüsusiyyəti  olan  ölümsüzlük  barədə  dini 
və  fəlsəfi  təlimlər  olduqca  çoxdur.  Dini  baxışlara  görə  ölməzlik 
ıuhun  İlahi  ilə  qovuşmasıdır.  Lakin  ruhun  İlahi  ilə  qovuşması  heç 
də  şəxsin  ölməzliyi  deyildir.  Bu  ideya  şəxsiz  ideyalara  və 
dəyərlərə  məxsusdur,  idealist  təlimlərdə  də  ölməzlik  şəxsə  deyil, 
şəxssiz ideyalara və dəyərlərə aiddir.
193


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə