Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə69/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   65   66   67   68   69   70   71   72   ...   88

Əlbəttə,  bu  məsələdə  cənnət  düşüncəsinin  özünə  də  aydınlıq 
gətirilməlidir.  Bu  məfhum  altında  nə  nəzərdə  tutulur?  Ərəblərə 
görə  cənnət  necə  olmalıdır?  Başqa  xalqların  düşüncəsində  cənnət 
necə  olmalıdır?  Məsələn,  ərəblər  bağlı-bağatlı,  sulu-çeşməli  bir 
məkana  deyir.  Başqası  isə  elə  bir  təbii  iqlim  şəraitində  yaşayır  və 
cənnətin  belə  təsəvvürünü  qəbul  edə  bilmir.  Onlar  üçün  cənnət 
artıq könül xoşluğunu təmin edə  biləcək bir məkandır.
O  deyirdi:  Allah  ədalətlidir,  ancaq  bu  dünyada  onu 
görmürdü.  O  deyirdi,  Allah  qadirdir,  ancaq  bu  dünyada  bəndənin 
nahaqdan  zillət  içində  yaşamasını  görəndə  ümidi  o  dünyaya 
bağlayırdı.  Bütün bu fəlsəfi düşüncələr olsun ki.  Peyğəmbərin dini 
təliminə güclü reallaşdığı  bir məkanı nəzərdə tuturdu.
Qeyd  etmək  lazımdır  ki,  Məhəmmədin  yaratdığı  dinin 
sonra geniş yayılmasında  xəlifələrin də  böyük xidmətləri oldu.
Məhəmməd  peyğəmbərdən  sonra  xilafətin  başına  uzun 
məsləhətləşmələrdən  sonra  qaynatası,  arvadı  Aişənin  atası  Əbu 
Bəkr  keçir.  “Əbu  Bəkr  Məhəmmədin  yaratdığı  müsəlman 
ümmətinə  iki  ildən  bir  qədər  çox  başçılıq  etdi.  Onun  dövründə 
vergi  vermək  istəməyən  köçərilərin  üsyanı  yatırıldı,  araya  nifaq 
salan,  araqızışdıran  bütün  yalançı  peyğəmbərlər  həm  qadın,  həm
də  kimi  peyğəmbərlər  məhv  edildi.  Fərat  çayının  mənsəbindən
• •
Olü  dənizinə  qədər  artıq  xilafətə  rəhbərlik  etdi”  (56,  s.  94-95). 
Ondan  sonra  Ömər  ikinci  xəlifə  seçildi.  Ömər  də  Məhəmməd 
Peyğəmbərin qaynatası  idi.
“Ömərin  on  illik  xəlifəliyi  islam  tarixinin  qabiliyyətli 
yayılma  möhkəm  təşkilat  dövrü  oldu.  Ömər  öləndə  (644-cü  ildə) 
İraq,  Suriya,  Misir  və  Benqazi  istila  edilərək  ərəb  sərdarları 
tərəfindən  idarə  olunurdu”  (55,  s.  49).  Onun  xəlifəliyi  dövründə 
tarix  hicri  qəməri  tarixinə  çevrildi.  Bununla  belə,  onun  əmri  ilə 
isgəndəriyyə  kitabxanasını  Nil  çayına  atılıb  məhv  edilməsi
bəşəriyyət qarşısında bağışlanılmaz səhv kimi qiymətləndirilir.
• •
Ömərdən  sonra  üçüncü  xəlifə  Osman  (644-656)  oldu.  O, 
Ömərin  xüsusi  himayəsi  ilə  hakimiyyətə  gəldi.  Hakimiyyətə 
gələndə  70  yaşı  var  idi.  Osman  Əməvilərdən  idi.  O,  Məhəmməd 
peyğəmbərin  kürəkəni  idi.  Əvvəl  birinci  qızı  Ruqiyyə  ilə,  o
217


öləndən  sonra  Ümmü  Gülsümlə  evlənmişdi.  İslam  tarixçiləri 
islamiyyətin 
zəifləyib 
yeni 
məzhəblərin 
meydana 
gəlmə 
səbəblərini  onun dövründəki hərci-mərcliklə əlaqələndirirlər.
Onun 
xəlifəliyini 
islamşünas 
Anri 
Masse 
belə 
səciyyələndirir:  ‘‘Yeni-yeni  istilalar  davam  edirdi.  Kiçik  Asiya  və 
Egey  dənizi  adalarına  basqınlar  edilirdi,  İranda  son  hərbi 
əməliyyat  keçirilirdi  və  Şimali  Afrikaya  hücumlar  edilirdi.  Lakin 
bu  uzaq  hərbi səfərlər daha çətin olurdu.  Ələ keçirilən  qənimət  isə 
əvvəlki  qədər  çox  olmurdu.  İtaət  altına  alınan  xalqlar,  İslam 
dinini,  öz  dini  etiqadlarına  görə  deyil,  daha  az  vergi  məqsədilə 
qəbul  edirdilər.  Ərəblərin  özlərində  də  istila edilmiş  ölkələrdə rast 
gəldikləri  zinət  və  cah-cəlal  zövqü  oyanmışdı.  Bütün  bunlar  son 
dərəcə  çətin  maliyyə  vəziyyəti  əmələ  gətirmişdi:  odur  ki,  başlıca 
olaraq  öz  qohum-əqrabasına  torpaq  paylamaqla  məşğul  olan 
Osman  bu  çətin  vəziyyəti  düzəldə  bilmirdi.  Əyalətlərdə  qarışıqlar 
olurdu,  siyasi  həyəcan  və  iğtişaşlar  ilə  dini  çəkişmələr  bir-birinə 
qarışırdı.  Quranın  qəti  mətnlərin  müəyyən  etmək  üçün'Osmanın 
göstərdiyi  bütün ciddi cəhdlər sərt xasiyyətli möminlərin ona qarşı 
duyduğu  ədavəti  azalda  bilmədi.  Peyğəmbərin  ən  etibarlı 
mübarizə  yoldaşlarından  biri  əvvəlcə  əxlaq  düşkünlüyə  qarşı, 
sonra  isə  hətta  Osmana  və  Əməvilərin  əleyhinə  qarşı  xütbələr 
oxumağa  başladı  və  dedi  ki,  ancaq  Əli  və  onun  oğulları 
peyğəmbərin vərəsəsi olmaq  hüququna malikdirlər.  Misirdə dönüb 
müsəlman  olan  yəmənli  bir  yəhudi  də  bu  hüququn  yerinə 
yetirilməsini tələb edirdi.  Eyni zamanda möminlərin  irticası özünü 
göstərdi”  (55,  s.  52).  Xəlifə  həmin  irticanın  qurbanı  oldu.  Onu 
evində  qılınclayıb  öldürdülər.  “Osmanın  xəlifəliyi  vaxtında  bir 
tərəfdən  daxili  müharibə  əmələ  gəldi,  digər  tərəfdən  də  sülalənin 
qanuni  bir şey olduğu  fikri ortaya çıxıb,  Əlinin ailəsində  təcəssüm 
etdi” (55, s.  53).
Osmandan  sonra  Əli  əleyhis-salam  dördüncü  xəlifə  seçildi 
(656-661 -ci  illərdə  xəlifə  olmuş).  Həzrət  Əli  daha  çox  Osmanın 
vaxtında pozulmuş  islami  birliyin  bərpa olunmasına vaxt  sərf etdi. 
Bu  məqsədlə  o  islamın  tarixində  məşhur  olan  “Cəməl”  və 
“Suffın”  döyüşünü  etdi.  Cəməl  döyüşündə  məşhur  Təlhə  və
218


Zübeyrə  (Xədicənin  qardaşı  oğlu)  həlak  oldu  və  Aişə  əsir  düşdü. 
SyfFın  döyüşündə  isə  Həzrət  Əli  ilə  Suriya  hakimi  Müaviyə 
arasında  oldu.  Çox  təssüflər  olsun  ki,  Əli  islamiyyəti  birləşdirib 
sərt  islami  qanunları  bərpa  edə  bilmədi.  Onu  661-ci  ildə  Pamazan 
ayının  19-da  namaz  qılarkən  məcsiddə  zəhərli  qılıncla  yaraladılar 
və ramazan ayının 21-də dünyasını dəyişdi.
Bu  faciədən  sonra  islamiyyətdə  parçalanma  və  təriqətlərin 
yaranma  procsesi  sürətləndi:  “Münsiflər  məhkəməsində  Əlinin 
nümayəndəsi  hörmətli,  lakin  aciz qoca  bir  adam  idi.  Əlinin  yaxın 
adamları  tərəfindən  zorla  onun  boynuna  qoyulan  bu  qoca 
nümayəndə, 
Müaviyənin 
nümayəndəsi  tərəfindən 
işlədilən 
hiylənin  qurbanı  olanda,  Əlidən  ayrılaraq  öz  aralarından  yeni  bir 
xəlifə  seçdilər.  Tarix  onlara  xaricilər  adını  vermişdir.  Əliyə 
sədaqətli olanlar isə  Şiə  adlanırlar” (55, s.  54-55).
Məhz  həmin  məqamdan  islamda  parçalanma  başlamış  və
onun  ilk  tirələri  Cunnilik,  Xaricilik  və  Şiəlik  olmuşdur.  Bu
dövrədək  İslamda  təkamül  procsesi  olmuşdur:  “Ərəb  xilafətinin
ilk  dörd  nümayəndəsi  zamanında,  yəni  “pak  və  təmiz”
adlandırılan  dörd  xəlifə  vaxtmda  xilafətin  necə  təkamül  etdiyini
gözdən  keçirsək  görərik  ki,  Əbu  Bəkrin  zamanında  Ərəbistan
• •
sabitləşib  xarici  istilalar  hazırlanmışdır.  Ömərin  vaxtmda  ərəb 
xilafəti  qalibiyyətli  genişlənmiş  şəkildə  yayılmışdır.  Osmanın 
vaxtında  istilalar  mökhəmləndirilmiş,  zinət  və  cah-cəlahn 
genişlənməsi  nəticəsində  xəlifənin  hakimiyyəti  zəifləmişdir. 
Əlinin  zamanmda  xilafətin  hakimiyyəti  daha  da  zəifləmiş,  daxili 
müharibə  başlayaraq  dini  təfriqə  doğurmuş,  xilafətin  xaricdə 
genişlənib  yayılması  dayanmış  və  bəlkə  də  Bizans  və  İran 
padşahlarını  təqlid  etmək  nəticəsində  islam  dinində  sülalə 
vərəsəliyi fikri kök salıb bərqərar olmuşdur” (55,  s.  56).
İslamın  yayılma  procsesi  sonralar  da  davam  etmişdir. 
Xüsusi  ilə,  qeyd  etməliyik  ki,  türk  futuhatları  zamam  da  islamın 
yayılma  və  cəmiyyətdə  mövqeyinin  möhkəmlənməsi  procsesi 
davam  etdirilmişdir.  Xüsusən  дэ,  Avropada'  -   Balkanlarda  və 
İspaniyada islamı yayanlar türklər olmuşlar.
219


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə