Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə66/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   62   63   64   65   66   67   68   69   ...   88

Avropa  islamşünası  Anre  Torun  da qeyd  edir  ki,  “Quranın 
bir  çox  yerləri  Qədim  Suriya  dini  mətnlərini  xatırladır.  Bundan 
əlavə  Quranda  ən  qədim  dövrə  aid  olub,  axirətdən  bəhs  edən 
ayələr  şərqi  xristian  kilsəsinin  məşhur  xadimlərindən  müqəddəs 
Yefremin  dini  xütbələrinin  bəzi  yerlərinə  qəribə  oxşayır”  (55,  s. 
34).
Məhəmməd  595-ci  ildə 25  yaşında ikən 40 yaşlı Xədicə  ilə 
evləndi.  Onların  3  oğlu  və  4  qızı  oldu.  Ancaq  oğlanları  kiçik 
yaşlarında,  3  qızı  isə  böyük  yaşında,  peyğmbərin  sağlığında 
dünyasını  dəyişdi.  Qızı  Fatimə  isə qohumu Əli  ibn  Əbu  Talibə ərə 
getdi  və  yalnız  ondan  olan  nəvələri  peyğəmbərin  nəmlini  davam 
etdirən  “Əhli-beyt”  oldu.  “Nə  qədər  ki.  Xədicə  sağ  idi, 
Məhəmməd  başqa  arvaq  almamışdı:  bu  da  onun  nəzərində 
Xədicənin nə qədər nüfuzlu olduğunu sübut edir” (55,  s.  35).
Ailə  həyatı Məhəmmədi dini  işlərlə  məşğul olmağına  mane 
olmurdu.  Əksinə,  ona  hardasa  kömək  olurdu:  “Məhəmməd  bir
0
neçə  il  İlahi  həyacan  keçirdikdən  sonra  bir  səs  eşidir  və  əvvəlcə 
belə  güman  edir  ki,  bu  səs  bir  cin  səsidir.  Lakin  bu  səs .getdikcə 
aydınlaşır  və  Məhəmməd  öz  arvadı  xədicənin  köməyi  ilə  yavaş- 
yavaş təskinlik tapır”  (55,  s.  35).  Elə  peyğəmbərə  ilk  iman gətirən 
də arvadı Xədicə olur.
Əlbəttə  Məhəmmədin  yeni  din  yaratmasını  fantastik 
sıçrayış  kimi  qəbul  etmək  də  düzgün  olmazdı.  Həmin  dövrdə 
Məkkənin  ictimai-siyasi  abu-həvası  da  göstərir  ki,  peyğəmbərin 
bu  dini  sosial-siyasi  tələbatdan  irəli  gəlirdi  və  günün  vacib 
məsələlərindən  idi.  “İlk  vaxtlar  yeni  dinin  təbliği  Qüreyişlər 
arasnıda  o  qədər  də  qorxu  doğurmurdu  -   Məkkədə  din  azadlığı 
həddən  artıq  geniş  idi.  Buna  görə  də  təkallahlığa  çağırış  heç  kəsə 
yasaq  olunmurdu.  Məhəmməd  Məkkə  camaatın  içində  açıq-aşkar 
qüdrətli  və  mərhəmmətli  Allahı  mədh  edir  və  Qüreyşdən 
bütpərəstlikdən  əl  çəkməyə  çağırırdı.  Məhəmməd  moizə  üçün 
materialları  müxtəlif  mənbələrdən-qədim  ərəb  rəvayətlərindən, 
xristian  qanunlarından  və  apoqrafık  mətnlərindən,  qədim 
əfsanələrdən,  zərdiiştliyə  yaxın  hekayələrdən  və  s.  götürürdü. 
Lakin  Məhəmməd  bu  rəngarəng  materialı  əsaslı  sürətdə
208


dəyişdirirdi.  O,  bunlardan  yalnız  özünün  yaratdığı  özünəməxsus 
dini  sistemə  uyğun  gələn  və  onun  tələblərinə  cavab  hadisə  və 
faktları  götürürdü.  Moizələrin  əsasında  isə  vəhy  zamanı 
Məhəmməd  Allahdan  aldığı  əmrləri  təşkil  edirdi.  Bunlar  əsasən 
poetik  səpkidə  idi.  Camaat  qarşısında  ilk  moizəsindən  keçən  bir 
neçə  il  ərzində  Məhəmməd  əlliyə  yaxın  surə  yaratdı.  Bu  dini  və 
bədii  yenilik  nə  yəhudilərin,  nə  də  nəsranilərin  müqəddəs 
kitabında  yox  idi.  Hər  şey  ancaq  Allahın  adından  deyilir  və  bir 
dəfə  də  olsun  Allahın  kəlamı  Quranın  əsl  yaradıcısı  olan 
Məhəmmədin  sözləri  ilə  bağlanmırdı”  (56,  s.  55-57).  Etiraf edək 
ki, 
belə 
fəlsəfi 
düşüncə 
sonra 
sufilərin 
vəhdəti-vücud 
konsepsiyasının  əsasını  təşkil  etdi  və  onlar  panteist  düşüncəyə 
əsaslanaraq  “vücudi-külli”  ideyasını  irəli  sürdülər.  Yəni  insanlar 
ilahi  varlığın  zərrələridir.  Peyğəmbərin  sözləri  həm  də  “vücudi- 
külli”nin sözləridir -  fikrini  irəli sürdülər.
Peyğəmbər  artıq  40  yaşına  çatanda  Quranın  ilk  surələri 
nazil  olurdu.  Xüsusilə,  96,  74,  73-cü  surələr:  “Həqiqətən  də  biz 
sənə  ağır  bir  kəlam  vəhy  edəcəyik.  Şübhəsiz  ki,  gecə  qalxmaq 
daha əlverişli və daha  münasibdir.  Çünki gündüz sənin uzun-uzadı 
davam edən  işlərin vardır” (57, s.  575).
Peyğəmbərin  bu  dövrlərdəki  həyatından  danışan  mənbələr 
yazır:  “Məlumdur  ki,  bu  illər,  yəni  Quranın  ilk  surələri  yarandığı 
vaxtlar,  Məhəmmədin  heç  bir  hakimiyyəti yox  idi.  O,  heç  bir kəsi 
özünə  zorla,  qanun  gücünə  inanmağa  məcbur  edə  bilməzdi... 
Adamları  öz  varlığına  inandırmaq  üçün  Məhəmməd  Allaha 
ilhamlı  və vəcdə gətirən andlar  içir.  Öz varlığını və yeni  məzhəbin 
əsas müddəalarını bu andlarla təsdiq  edirdi” (56,  s.  57).

Məhəmmədin  yaratdığı  yeni  dinə  arvadı  Xədicənin  sonra 
ilk  İman  gətirən  peyğəmbərin  əmisi  oğlu,  İmamilərin  birinci 
imamı  10  yaşlı  Əbu  Talib  oğlu  Əli  olmuşdur.  Onun  dininə  iman 
gətirənlərin  sayı  get-gedə  artırdı.  Xüsusilə,  böyük  nüfuz  sahibi 
Əbubəkrin  dönüb  müsəlman olması  bu  dinin  meydana gəlməsində 
xüsusi  rol oynadı.  Sonra  peyğəmbərin oğulluğa  götürdüyü Zeydin 
müsəlman  olması  “peyğəmbər  üçün  etibarlı  dayaq  oldu”  (55,  s. 
37).
209


Məhəmməd  iman  gətirən  kasıb  adamlar  Qureyşilərin 
düşmənçiliyi  ilə  qarşılaşdılar.  Peyğəmbərin  məsləhəti  ilə  onlar 
Efiopiyaya  (Həbəşistan)  getdilər  ki.  lazımi  vaxtı  gözləsinlər. 
Sonra  böyük  nüfuz  sahibi  ömərin  də  müsəlmanlığı  qəbul  etməsi 
Qüreyşilərlə  düşmənçiliyə  son  qoymadı.  Xüsusilə,  Xədicənin  və 
əmisi  Əbu  Talibin  ölümündən  sonra  Məhəmmədin  vəziyyəti 
ağırlaşdı.  O,  həm  qəbiləsi  tərəfindən  tərk  edilmiş,  həm  də 
yaxınlarını  itirmişdi.  Peyğəmbər  istədi  Taifdə  öz  mövqeyini 
bərkitsin  ancaq  buna  da  nail  ola  bilmədi.  Bir  nəfər  qiireyşinin 
himayəsi  ilə Məkkəyə gələ  bildi.
Həmin  vaxt  Məhəmməd  Mədinə  şəhərindən  gəlmiş  bir 
neçə  tacirlə  rastlaşır.  Peyğəmbərin  dini  Mədinədə  geniş 
yayılmışdı.  Mədinəlilər  yəhudilərlə  həmişə  təmasda  olduqlarına 
görə artıq təkallahlığı qəbul etmişlər.  Həmin tacirlərlə Məhəmməd 
ətraflı  söhbət  edir  və  vəziyyəti  öyrənir.  620-ci  ildə  məkkəyə 
qurban  bayramına  gəlmiş  bir  qrup  mədinəli  ilə  tənha  görüşür  və 
onlar Məhəmmədə  biyət  edəcəklərinə  and  içirlər.  621-ci  ildə  yenə 
də  12 nəfər  mədinəli  ilə  müqəddəs  Ərəfat  dağından Mina.vadisinə 
aparan  cığırda  görüşürlər.  '‘Bu  bir  neçə  mədinəliyə  sonralar  ənsar 
(köməkçilər)  adı verildi.  Beləliklə, Məhəmməd eyni zamanda həm 
dini,  həm  də  bir  siyasi  partiyanın  başçısı  oldu”  (55,  s.  38).  Bu 
danışıqlardan  sonra  məsləhət  oldu  ki,  Məhəmməd  Məkkədən 
Mədinəyə  köçsün.  Bu  tarix  622-ci  il  iyul  ayının  26-sına  təsadüf 
edir.  Həmin  tarix  müsəlman  erasının  (hicri-qəməri  tarixinin) 
başlanğıcı  olur.  Bu  tarixdən  etibarən  “Məhəmməd  üçün  əziyyətli 
dövr  bitmiş  oldu”  (55,  s.  38)  və  islam  dininin  reallaşması  üçün 
geniş  imkanlar  açıldı.  Artıq  Məhəmməd  öz  dininin  yaşamasında 
müdafısə mövqeyi yox, hücum taktikası seçdi.
Məhəmməd  istədi Mədinədə  olan ərəbləri  və  yəhudiləri öz 
ətrafında  birləşdirsin.  Hətta,  yəhudilərin  xatirinə  bəzi  güzəştlərə 
getmişdi.  Namaz qılarkən  müsəlmanlar  da yəhudilər kimi  üzlərini 
Yerusəlimə  (Beytülmüqəddəsə)  tuturdular.  Sonra  yəhudilərin 
radikal  mövqeyi  üzündən  Mədinədə  yaranan  “icma”  dağıldı  və 
peyğəmbər  623-cü  ildə  Məkkəni  və  oradakı  müqəddəs  daş  olan 
Kəbəni  qiblə  elan  etdi.  “Məhəmməd  yəhudilərlə  əlaqə  saxlamaq
210


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə