Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə62/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   58   59   60   61   62   63   64   65   ...   88

İslamın  sevimli  peyğəmbəri  həzrəti  Məhəmməd  əleyhis- 
salam  ölüm  haqqında  insanlara  bilgi  verərək  buyurmuşdur:  “Zənn 
etməyin  ölməklə  yox  olacaqsınız.  Ölüm  sizi  bir  evdən  başqa  bo- 
evə götürər” (65, s.  9).
Məşhur  yunan  filosofu  Platon  belə  hesab  edirdi  ki,  ruh 
İlahi mənşəyə malikdir və o,  konkret  insanın doğulmasından əvvəl 
və  ölümündən  sonra  İlahi  -  Aləmdə  daim  mövcud  olmuşdur.  Bu 
baxımdan  həqiqətən də ölməzlik  ideyası  mümkündür.
İslam 
Aləminin 
böyük 
ilahiyyatçı-mütəfəkkiri,  orta 
əsrlərdə 
yazıb 
yaratmış 
mütəkəllim, 
sufizmin 
görkəmli 
nümayəndəsi  Əbu  Həmid  Məhəmməd  ibn  Məhəmməd  Əl  Qəzali 
ruh  haqqmda  deyirdi:  “Ruh  bölünməz  və  əbədidir,  o,  Allahın 
əmrindədir.  Düşünən  nəfs  insani  ruhdur.  Onun  iki  gücü  vardır:  1. 
İdraki  güc  (dərketmə).  2.  Əməli  güc  (tədbiqi  güc).  İnsan  nəfsinin 
iki  cəbhəsi  vardır.  Birincisi,  bədənin  tələbatını  ödəməyə  yönəlmiş 
nəfs;  ikincisi,  İlahi  -   Aləmdən  sərəncam  gözləyən  nəfs”  (20,  s. 
275).
Müsəlman  ilahiyyatçı  Əl  Qəzaliyə  görə  ruh  Allahın 
əmrindən  yarandığı  üçün  insan  bədəninə  yabançıdır  və  İlahi  - 
Aləmə  qayıtmalıdır.  Məkana ehtiyacı  olmayan ruh,  qəlb  ilə  bədən 
ruhun  kiçik  aləmidir.  Bundan  da  belə  nəticəyə  gəlmək  olar  ki, 
bədən  öz  növbəsində  ruhun  zahir  olduğu  yer  kimi  əsas  subyekt 
sayıla bilər.
Bütün  bu  göstərilən dəlillərə  yekun olaraq  onu qeyd  etmək 
olar  ki,  haqqında  danışdığımız  XIX  əsr  Naxçıvan  elmi-ictimai 
mühitinin  görkəmli  nümayəndəsi  Əliqulu  Mirzayi  Naxçıvaninin 
“Əqaide-Fəlsəfə” əsərinin əlyazması olduq qədər  filoloji-tekstoloji 
araşdırmalara  layiqdir  və  onun  müasir  Naxçıvan  ədəbi-elm 
salnaməsi  üçün  çox  böyük  əhəmiyyəti  var.  Əsər  hicri-qəməri 
təqvimi  ilə  1285-ci  il  (1863-cü  il  miladi)  tarixdə  fars  dilində 
nəstəliq-şikəstə  xətt  ilə  517  səhifə  həcmində  yazılmışdır.  Kitabın 
üz qabığı dəridən hazırlanmış cildlə üzləmniş,  içəri  vərəqlərinə isə 
ağ  kağızdan  istifadə  edilmişdir.  Mövzuların  yazılış  xüsusiyyətinə 
görə vərəqlərin  baş  hissəsində  hər hansı  bir  mövzunun adları qeyd 
edilmiş  və  insanı  cəzb  edən  terminlərin  adları  isə  xüsusi  olaraq
194


səhfələrin  kənarında  qara  iri  xətlə  yazılmışdır.  Naxçıvana  dair 
əlyazmaların  əksəriyyətində  olduğu  kimi,  müəllifin  adı  həm 
kitabın  əvvəlində,  həm  də  axırında  yazıldığı  tarixlə  birlikdə 
verilmişdir.  Təsüf ki,  kitabda  müəyyən çatışmamazlıqlar var ki,  bu 
da əvvəlki  saxlanılan  hər  hansısa  yerin  şəraitindən  asılı  olmuşdur. 
Hesab edirik  ki,  XIX  əsr Naxçıvan  fəlsəfi  fikrinin  öyrənilməsində 
əldə  olunan  hər  hansı  bir  əsər  kimi,  Naxçıvana  dair  əlyazma 
mətnləri  sırasında  olan  bu  qiymətli  kitab  da  öz  xüsusiyyətlərinə 
görə ən zəngin mənbə hesab edilə bilər.
195


Ill FƏSİL
q ə d im
 
şə r q
 
m ə d ə n iy y ə t in in
 
s o s ia l
-
siy a si
TƏLİMLƏR SİSTEMİ
Bu  tədqiqatda  əsasən,  Azərbaycan  xalqının  ümummilli  lideri 
Heydər  Əliyevin  Qədim  Şərq  mədəniyyəti  ilə  sıx  bağlı  olduğumuzu 
tərənnüm  etdirən  və  gerçək  şəraitdən  maksimum  dərəcədə  istifadd 
edilməsi sistemi təhlil edilərək  Qədim  Şərq  mədəniyyətinin  sosial-siyasi 
təlimlər  sistemi  geniş  izah  edilmiş  və  onun  Qərb  dünyasına  təsiri 
baxımından  xeyli  qiymətləndirilmişdir.  Təbii  ki,  yaşadığımız  çağdaş 
dünyanın  müxtəlif ölkələrində  Qədim  Şərq  mədəniyyətinə  maraq  son 
dərəcə artıqdır.  Bu da öz növbəsində təsədüfü olan  bir şey deyildir.
Sosial-siyasi təlimlər sistemi hər bir xalqın  ümumi tarixinin  çox 
mühüm  və  ayrılmaz  sahələrindən  biridir.  Bu  elmin  tarix,  fəlsəfd, 
politologiya,  sosiologiya,  hüquq,  dövlət  və  idarəçilik  elmləri  ilə  sıx 
bağlıdı.  Onun  ümumiyyətlə  elmin  inkişafındakı  yerini  bir  daha 
genişləndirir.  Bu  elmin  yaranması,  inkişafı,  nəzəri  elm  sahələrim 
göstərdiyi təsir əsrlər keçdikcə özünü daha çox büruzə verir.
Yaşadığımız  çağdaş  dünyanın  müxtəlif ölkələrində  Qədim 
Şərq  mədəniyyətinə  maraq  son  dərəcə  artıqdır.  Bu  da  öz 
növbəsində  təsadüfü  olan  bir  şey  deyildir.  Belə  ki,  qədim  diinya 
tarixi  öz  ibtidai  başlanğıcmı  məhz  Qədim  Şərq  mədəniyyətindən 
götürmüş  və  müxtəlif  elmə  aid  sahələr,  ədəbiyyat,  fəlsəfi  tikir, 
yazı,  təsviri  incəsənət,  müxtəlif  dövrlərdə  şəklini  dəyişmiş 
formada  bu  günə  qədər  zəruri  olan  əlifba  yazısı  ilk  dəfə  qədim 
Şərqdə  mövcud  olmuşdur.  Qədim  Şərq  mədəniyyətinin  sosial- 
siyasi  təlimləri  dünya  mədəniyyətinə,  ələlxüsus  müasir  Qərb 
mədəniyyətinin  əsasını  təşkil  edən  antik  mədəniyyətə  mühüm 
təsiri inkarolunmaz dəlildir.
Sosial-siyasi  təlimlər  sistemi  hər  bir  xalqın  ümumi 
tarixinin  çox  mühüm  və  ayrılmaz  sahələrindən  biridir.  Bu  elmin 
tarix,  fəlsəfə, politologiya,  sosiologiya,  hüquq, dövlət və  idarəçilik
196


elmləri  ilə  sıx  bağlıdı.  Onun  ümumiyyətlə  elmin  inkişafındakı 
yerini  bir  daha  genişləndirir.  Bu  elmin  yaranması,  inkişafı,  nəzəri 
elm  sahələrinə  göstərdiyi  təsir  əsrlər  keçdikcə  özünü  daha  çox 
büruzə verir.
Tədqiqat prosesində onu da qeyd etmək  lazımdır ki,  sosial- 
siyasi  təlimlər  sisteminin  tarixi  müxtəlif  elmlərin  sintezindən 
əmələ  gələrək  sinkretik  xarakter  daşıyır.  Sosial-siyasi  təlimlər  bu 
fənnin  aparıcı  istiqamətidir.  Sosial-siyasi  təlimlər  sisteminin 
formalaşmasına  ciddi  təsir  göstərən  fəlsəfə,  sosiologiya,  etika, 
tarix,  sosial-psixologiya  və  başqa  bilik  sahələri  arasında  yəqin  ki, 
fəlsəfə və sosiologiya ön planda durur.
Həqiqətən  göründüyü  kimi,  bu  elmin  əhatə dairəsi  olduqca 
geniş  olduğu  üçün  onun  predmeti  və  istifadə  etdiyi  kateqoriyalar 
sistemi  də  çox  mürəkkəbdir.  Müəyyən  elmi  anlayışları,  ideyaları 
və s.  seçmək,  qruplaşdırmaq  və  məntiqi  ardıcıllıqla  şərh etmək elə 
də  asan  məsələ  deyildir.  Lakin  müasir  cəmiyyət  bilməlidir  ki, 
qədim  dövrdən  başlayaraq  indiyədək  davam  edən  ümumdünya 
fikir  tarixində  sosial-siyasi  təlimlər  sisteminin  əsas  cərəyanları, 
böyük  mütəfəkkirlərin  fikirləri  həm  xronoloji,  həm  də  məntiqi 
ardıcıllıqla şərh edilməlidir.
Təbiidir ki,  bütün elmlər və onların tarixi  kimi  sosial-siyasi 
təlimlər  sisteminin  tarixi  də  ilk  başlanğıcda  ümumiyyətlə  elmin 
sinonimi  kimi  qəbul  edilən  fəlsəfə  daxilində  meydana  gəlmişdir. 
Belə  olduqda  bu  elm  sahəsinin  3000  ilədək  tarixi  mövcuddur. 
Lakin  cəmiyyət,  əxlaq,  hakimiyyət,  qanun,  idarəçilik  və  s. 
haqqında ayrı-ayrı  fikirlərin tarixi daha da qədimdir.
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Qədim  Şərq  mədəniyyəti 
xalqlarında  sosial-siyasi  təlimlər  fikri  öz  başlanğıcını  miflərdən 
alır və onun  inkişafının  ilk  mərhələsində  insanın dünyadakı  yerini, 
xarici  aləmə  münasibətini  mifoloji  anlayışlarla  izah  edir.  Qədim 
dövrdə  sosial-siyasi  görüşlər  hələ  ümumi  mifoloji  dünyagörüşün 
tərkib  hissəsi  kimi  çıxış  edirdi.  Bununla  belə  miflər  ilahi 
başlanğıcın  yerdəki  həyat  ilə  əlaqəsinin  müxtəlif üsullarından  və 
xarakterindən  bəhs  edirdi.  “Yer  üzündəki  sosial-siyasi  qaydalarm, 
qanunların,  insani  münasibətlərinin  əsasım  təşkil  edən  ilahi  ədalət
197


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə