Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə58/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   54   55   56   57   58   59   60   61   ...   88

deyən  Dahi  Rəhbərimiz  bu  sözləri  səmimi  əqidə  sahibinin
dinimizə  misilsiz  ehtiramın  təzahürü  kimi,  heç  şübhəsiz  ki,
azərbaycanlıların  mənlik  şüurunun,  dini-əxlaqi  dəyərlərinin  və
milli  mentalitetinin  dərin  qatlarında  humanist  keyfiyyətlərin
• •
köklənməsinə 
psixoloji 
imkan 
yaratmışdır. 
Ümumiyyətlə 
Ümummilli  Liderimiz  dünyada  yaşayan  bütün  azərbaycanlılara 
üzün  tutaraq  demişdir:  “Dünyada  yaşayan  azərbaycanlılar  öz  ana 
dilini,  dinini,  milli  ənənələrini  heç  zaman  unutmamalıdırlar.  Hər 
bir  azərbaycanlı  fəxr  etməlidir  ki,  onun  böyük  tarixə,  qədim 
zəngin mədəniyyətə malik olan Azərbaycan kimi  Vətəni vardır”.
Müstəqil  Azərbaycanda  siyasi  elitanın  idealı  maarifçi 
xarakter  daşımışdır.  XX  əsrin  əvvəllərində  türk  dünyasının 
görkəmli  simaları  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Əfqani  kimilər 
türkçülük,  islamçılıq  və  müasirlik  fikirləri  ilə  milli  ideyanın 
formalaşmasına mühüm ideoloji-fəlsəfi töhfə vermişlər.
Bu  gün  “Zəngin  Azərbaycan  mədəniyyətinin  reallığı  və 
Heydər  Əliyev  fəlsəfəsinin  qaynağı  olan  fəlsəfi  irsimiz  həmişə 
milli ruhun,  onun mənəvi dəyər kimi  saxlanmasının təbii mənbəyi 
olmuşdur” (9, s.  236).
Ürəkaçan və  sevindirici fakt ondan  ibarətdir ki,  ümummilli 
liderimizin 
“Əzəmət 
və 
qüdrətinə, 
namus 
və 
qeyrətinə 
arxalandığım  və  güvəndiyim  Azərbaycan  övladları”  müqəddəs 
kalamı 
bu 
gün 
milli 
təfəkkürümüzün, 
dini-əxlaqi 
dünyagörüşümüzün, 
milli-mənəvi 
dəyərlərimizin 
şərəf  və 
ləyaqətimizin siyasi-mənəvi qaynağına çevrilmişdir.
Bu  baxımdan  da  əsərin  hər  hansı  bir  epizoduna  müraciət 
etsək,  mütləq orda ibrətamiz bir hadisənin  şahidi olarıq,  istər dini- 
əxlaqi,  istərsə  də  sosial-əxlaqi  hərəkət  və  davranışların  nə  qədər 
yüksək  zirvədə  olduğu  hiss  olunur.  Yüksək  tərbiyəvi  xarakterə 
malik  olan  əsər,  ümumdünya  sivilizasiyasına  böyük  bir  örnəkdir. 
Hər  bir  sivil  xalq  öz  milli-mənəvi  dəyərlərin  yüksək  tutmaqla 
ucala  bilir  və  inkişaf edir.  Əsərdə  böyüklərə  hörmət,  qayğı-sayğı 
və  kiçiklərə  izzət,  şəfqət,  mərhəmət  bir  daha  öz  incəliyini 
göstərməkdədir.  Əsərin  baş  qəhrəmanı  İmam  Hüseyn  əleyhis- 
salamın Kərbəlada ən böyük yaş həddində olan Həbib ibn Məzahir
182


(83  yaş)  haqqında  ibrətamiz  kəlamı  insanda  qeyri-adi  mərifət 
düşüncələrinin  yaranmasına  gətirib  çıxara  bilir.  Çünki  İslamda 
ağsaqqala  və  ağbirçəyə  hörmət  bəsləməyin  nə  qədər  müqəddəs 
olduğunu  bəyan  edən  İmam  Hüseyn  əleyhis-salam,  sevimli 
Peyğəmbərimizə  C'əbrayil  vastəsilə  vəhyi  olunmuş  sözü  buyurur: 
“Ya  Rəsuləllah  cahad  vaxtında  əgər  düşmən  içində  ağsaqqal 
olsa  onlara  hörmət  edib  qılınc  çəkməyin”  ibrətamiz  və  olduqca 
müasir cəmiyyətimiz üçün gərəkli olan kəlamdır.
On  dörd  əsr  keçməsinə  baxmayaraq  bu  milli  ruhu  bizdə 
yaradan  və  yaşadan  insanlar  həmişə  düşünərək  bu  amal  uğrunda 
ağıllı  addım  atmışlar.  Milli  mentalitetimizə  uyğun  məqamların 
əsərdə  öz  əksini  tapması  bir  daha  söz  söyləməyə  əsas  verir  ki, 
yüksək  intellektuallığa  malik  olan,  bilik  və  bacarıq  sahibi  Hacı 
Molla  Məhəmməd  Naxçıvani  milli-mənəvi  dəyərlərimizin,  milli 
mədəniyyətimizin,  dini-əxlaqi  dəyərləin  qorunub  saxlanılmasında 
əvəssiz xidmətlər göstərmişdir.
Həqiqətən  milli  ənənələrimizə,  adətlərimizə,  müqəddəs 
dinimizə,  tutduğumuz  ali  məqam  məsləkinə  həmişə  sadiq 
qalmaqla  Azərbaycan  xalqı  və  onun  ayrılmaz  tərkib  hissəsi  olan 
doğma Naxçıvan diyarının əhalisi  bu gün qürur hissi keçirir.  İslam 
tarixində  özünəməxsus  silinməyən  yaddaş  saxlayan  “Kərbəla” 
hadisəsini  yüksək  potensiallıqla  qələmə  alan həmyerlimiz,  yüksək 
ustalıqla tarixi mənbələrə  istinad edərək əsaslı dəlillərlə “Səhabəd- 
Dümu”  əsərini  yazaraq  özünə  və  həmçinin  daşıdığı  “"Naxçıvani” 
ləqəbinə dünyada  böyük şöhrət qazandırmışdır.
183


ƏLİQULU MİRZAYİ NAXÇIVANİNİN 
“ƏQAİDE FƏLSƏFƏ” ƏSƏRİNDƏ ASKETİZM
TƏLİMİ
Bu  fəlsəfi  əsərdə,  XIX  əsrin  tanınmış  görkəmli  filosof- 
mütəfəkkiri  Əliqulu  Mirzayi  Naxçıvanirıin
 
“Əqaide  Fəlsəfə”  əsərində 
Asketzm  təliminin  əsas  xüsusiyyətləri,  İslam  etiqadının  gözəl  qamın- 
qaydaları, 
bu 
dinin 
ehkamlarını 
sevməkdə 
olan 
müsəlman 
zəhmətkeşlərin  onun  göstərici  ibarələri  ilə  Allaha  dua  etmək,  Ondan 
xoşbəxtlik və səadət diləmək,  arzu və niyyətlərinin  həyata keçməsi,  İslam 
dininin  müsəlman  üçün  vəd  etdiyi  səadətə  qovuşmaq  üsulları,  verilən 
nemətlərdən  imkan  dairəsində  az  istifadə  olunması  və  israfçılığa  yol 
verilməməsi,  hər  bir  insan  öləndən  sonra  onun  ruhunun  yaşaması  - 
cənnət  və  ya  cəhənnəm  əhli  olması,  ruhun  ölməzliyinə  əsas  dəlillərin 
göstərilməsi,  bədəndən  ayrılan  ruhun  ölməzliyi  haqq  olaraq  Asketizm 
təliminin  müddəaları  ilə  əsaslandırılaraq  tədqiq  edilmişdir.  Nəticədə, 
insanın  axirət  yaşayışı  əsil  məntiqi  idraka  söykənərək  başa 
düşülmüşdür. 
Eyni  zamanda  Asketizmin  əsas  xüsusiyyəti  olan 
ölümsüzlük  barədə  dini  və fəlsəfi  təlimlər  olduqca  çox  ciddi  şəkildə 
araşdırılmış,  ruhun  İlahi  ilə  qovuşması  və  ruh  İlahi  mənşəyə  malikdir 
və  o,  konkret  insanın  doğulmasından  əvvəl  və  ölümündən  sonra  İlahi - 
Aləmdə daim mövcud olmuşdur ideyası  öz fenomeni ilə izah edilmişdir.
Əsər  Naxçıvana  dair  əlyazmaların fıloloji  —  tekstoloji  tədqiqi 
(XIX  əsrin  axırı  -   X X   əsrin  əvvəlləri)  üçün  çox  böyiik  əhəmiyyətə 
malikdir.
XIX  əsr  Naxçıvan  elm  nümayəndələrindən  biri  də,  öz 
yaradıcılıq  qabiliyyəti  ilə  Şərq  Aləmində  nüfuz  sahibi  olan 
tanınmış  filosof-mütəfəkkir  Əliqulu  Mirzayi  Naxçıvani  olmuşdur. 
Elə  bu  baxımdan da Naxçıvan əlyazmaları  üçün  böyük  əhəmiyyət 
kəsb  edən  Əliqulu  Mirzayi Naxçıvaninin  “Əqaide-Fəlsəfə”  əsəri 
fəlsəfi  funksiyaları  və  təlimləri  özündə  cəmləşdirməklə  yanaşı, 
Asketizm  təliminin  də  əsas  xüsusiyyətlərini  geniş  izah  etmişdir. 
Bu  baxımdan da  dini-asketizm təlimi 
verilən 
dünya nemətlərindən 
im kan 
daxilində 
qənaətlə 
istifadə 
olunm ası 
və 
israfçılığa 
yol 
verilm əm əsi, 
ruhun  ölməzliyi  müddəasına  əsaslanan  “axirət”
184


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə