Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə56/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   52   53   54   55   56   57   58   59   ...   88

gecə-günüz  bu  qərar  ilə  Cəbrail  və  məlaikələr  fövc-fövc  (dəstə- 
dəstə)  nazil  olub  Xatəmi-Ə nbiy ay a  (s)  imam  Hüseyn  əleyhis- 
salamın  təvəllüdü  səbəbinə  mübarəkbadlıq  verirdilər.  Elə  ki, 
yeddinci gün oldu Cəbrail ərz etdi:
Ya  Rəsuləllah!  Oğlunun  qundaq-şərifini  gətirin  ziyarət
edək.
Sonra  Rəsulu-Xuda  imam  Hüseynin  qundaqini  ki,  bir  sarı 
şal  parçaya  büləmişdi  gətirdi  Cəbrailə.  Cəbrail  qundaqi  aldı 
qucağına mübarək üzün açdı  iki  şəhla gözlərindən öpüb öz ağzının 
lüğabından onun ağzına yetirdi və dedi:
“Barəkəllah fıkə  min mövlud  və  barəkəllah fı valədətikə ya 
səriə  Kərbəla  və  nəzərə  iləl-Hüseyn  və  bəki  və  bəkin-Nəbiyyi  və 
yəklul-məlaikəti”.  Yəni;  “Ya  Hüseyn  Allah  bu  viladəti  sənə  və 
anava  mübarək etsin ey  Kərbəla  şəhidi ağa”.  Ondan sonra heyran- 
heyran  ağanın  üzünə  baxıb  ağladı.  Cəbrail  ağlayanda  peyğəmbər 
də ağladı  və cəmi  orda olan məlaikələr də ağladılar.  Sonra  Cəbrail 
Rəsuli-Xudaya  ərz  etdi  ya  Rəsuləllah  mənim  salamımı  qızın 
Fatiməyə  yetir  və  ona  xəbər  ver  ki,  Allah-Təala  özü  bu  mövluda 
Hüseyn  adı  qoyub,  oda  Hüseyn  adı  qoysun.  Həzrət  Rəsuli-Xuda 
səlləlahu əleyhi  və alehi və səlləm buyurdu:
Ya Cəbrail bir tərəfdən mənə  mübarəkbadlıq  edirsən və bir 
tərəfdən ağlayırsan.
Cəbrail ərz etdi:
Bəli  ya  Rəsuləllah  Xudavəndi-Aləm  sənə  bu  mövludun 
şəhadətində əcr və səbr əta etsin.
Allahın Həbibi buyurdu:
Ya Cəbrail mənim  balamı kim şəhid edəcək.
Cəbrail cavab verdi:
Sənin ümmətinin şəriı-raqı (günahkarları).
Sonra  Rəsuli-Xuda  daxil  oldu  evə  Allahın  salanımı  və 
Cəbrailin  ərz etdiyini  təmamən  o  xatun-müəzzəməyə  xəbər  verdi. 
Xatunu-qiyamət  ərz etdi  salam  mənim  Allahımdandır  və  Cəbrailə 
olsun 
mənim 
salamım. 
Sonra 

xatunu-mükərrəməyə 
mübarəkbadlıq edib ağladı.
Xatunu-qiyamət ərz etdi:
176


Ya Əbəta  (ey Ata)  bu halda nə ağlamaqdır?
Buyurdu:
Qızım  bu  mövludun  şəhadətində  Allah  sənə  əcr-səbr
versin.
Xanım  elə  ki,  şəhadət  xəbəri  eşitcək  bir  şəhiqə  (fəryad 
etmək)  vurub  bina  eldi  ağlamağa.  Ləya  kənizlər  ilə  belə  ağlayıb, 
ağlamaq  ilə  o  xatuna  kömək  edirdilər.  Sonra  Fatimə-Zəhra 
salamullahu-əleyha ərz etdi:
Ata  kaş  mən  bu  uşağı  doğmayaydım,  kim  öldürəcək 
mənim balamı,  gözümün  işığını və  qəlbimin meyvəsini?
Buyurdu:
Mənim ümmətimin  şəriri (şər bəndələri).
Ərz etdi harada?
Buyurdu:
Kərbəlada  -  və  nə  qədər  kömək  istəyəcək  bir  nəfər  ona 
kömək  etməyib,  köməksiz  qalacaq.  Allahın  lənəti  və  məlaikələrin 
lənəti o kəslərə olsun ki,  ona kömək etməzlər.
Sonra buyurdu:
Qızım 
bu 
şəhadət 
səbəbinə 
Hüseynin 
sülbündən 
(nəslindən)  doqquz  imam  əmələ  gələcək  və  doqquzuncusu  axırəz- 
zamanda  (dünyanın  sonunda)  zühur  edər  və  Məryəmin  oğlu 
həzrəti  İsa  (ə)  ona  iqtida  edəcək  ki,  onlardı  Allahın  nurani 
çıraqları  və  İslamın  tutacaqları.  Onların  dostları  behiştə  daxil 
olarlar və düşmənləri cəhənnəmə”(37,  s.  479).
Həqiqətən  bu  sözlər  zaman  keçdikcə  öz  yerini  tapır  və  nə 
qədər fəlsəfi düşüncələrə  malik olan fikirlər reallaşır.
“Elə 
ki, 
xanım 
Rəsuli-Xudanın 
bu 
təsəlliamiz 
(təsəlliverici)  sözləri eşitdi ağlamaqdan sakit oldu”(37, s. 479).
“Ondan  sonra  Cəbrail  məlaikələr  ilə  belə  göyə  üruc  (göyə 
qalxma)  etdilər.  Elə  ki,  dördüncü  göyə  yetişdilər,  dördüncü  göydə 
bir  məlaikə  var  idi  Səlsail  adlı  ki,  yetmiş  min  qanadı  var  idi.  Bu 
Səlsail  bir  gün  xəyal  etdi  ki,  aya  Xudavəndi-Aləm  gecə  və 
günüzdə seyr edən məxluqatı və dəryalarda olan  məxluqatı bilir ya 
bilməz?  Xudavəndi-Aləm  onun  xəyalın  bilib  vəhy  etdi  ki,  ey 
Səlsail  dur  öz yerində  rüku  və  siicud  eylə  mənə  bu  sənin  əzabmdı
177


o  xəyal  səbəbinə  ki,  etdin.  Bəs  o  vaxtdan  bu  Səlsail  miiəzzibiydi 
(əzab  verilmiş).  Elə  ki,  Cəbrail  və  o  qədər  məlaikələrin  nüzul  və 
ürucunu (yenib-qalxmasını) gördü dedi:
Ya  Cəbrail  aya  qiyamət  qiyam edib  ki,  bu  qədər  nüzul  və 
üruc edirsiniz.  Cəbrail dedi:
Yox,  lakin  Xudavəndi-Aləm  öz  Rəsulunun  qızı  Fatimeyi- 
Zəhrayə  bir  Hüseyn  adlı  oğul  kəramət  edib  və  bizə  əmr  edib  ki. 
nazil  olub peyğəmbərə və qızı Fatiməyə mübarəkbadlıq  verək.
Səlsail dedi:
Bəs  bu  mövludun  rütbə  və  şanı  Allah  yanında  çox  böyük 
və  əzizdir.  Ey  Cəbrail  nazil  ol  yerə  və  Rəsulu-Xudaya  mənim 
əhvalımı  ərz  eylə  ki,  o  mövludun  xatirinə  mənim  şəfaətimi  Allah 
dərgahına etsin ki, o  sahibi-şəfaətdir.
Sonra Cəbrail  (ə)  nazil  olub Səlsailin ərzhalını  Rəsulu-Xudaya ərz 
etdi.
Rəsulu-Xuda buyurdu:
Balam Hüseynin  qundaqin gətirin.  Soma  Hüseyn ağanın qundaqi- 
şərifıni  gətirdilər.  “Qalə  Allahummə  bihəqqi  mövludi  haza  əleykə 
illa rəziytu ən Səlsail”.  Yəni;  İmam Hüseynin  balaca qundaqini iki 
əlləri üstə  göy tərəfinə  ucaldıb  ərz etdi:  “İlahi  bu  mövludun  Sənin 
yanında  şan  və  rütbəsi  xatirinə  Səlsaildən  razı  ol  və  onu  əvvəlki 
məqamına 
yetir 
və 
təqsirin 
əfv 
buyur”(37, 
s. 
479).
Xuda, gəlib bu  Hüseyn aləmə şəhadət üçün, 
Qəbul edibdi  şəhid olmağı şəfaət üçün.
O vaxtı hörmətinə  Kərbəlada qan  içəcək,
Əliyyi Əkbərinin qəddinə kəfən biçəcək.
Düşüb Dəxil Hüseynə  bu gündə Səlsail,
Hüseyn xatirinə Sən bağışla qoyma zəlil.
Bu tiflin  izzətini bildir əhli afaqə.
Ki,  Sən nişan veribsən bu tazə qundaqə.
“Fəiza ən-nidau  min qibəli əl-ərşi, ya Muhəmməd  (s) qəd 
fəəltə və qəddərəkə və qəddərə  məvludəkə kəbirun əzim”(37, s. 
480).  Yəni; həmən halda ərş tərəfindən xitab olundu, “ya 
Məhəmməd  (s) sənin bu mövluduvu  mənim dərgahıma Səlsailin
178


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə