Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə59/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   55   56   57   58   59   60   61   62   ...   88

dünyası  ilə  əlaqədardır.  Bu  təlimə  görə,  insan öləndən  sonra onun 
ruhu  ölməyərək  əbədi  yaşayır  və  adamların  əməllərindən  əməli­
saleh  yaxud  badəmə 1  olmasından  -   asılı  olaraq  cənnətə  və  ya 
cəhənnəmə  düşməsi  prinsipi  irəli  sürülür.  Həqiqətdə  ruh  Allah 
əmrinə  tabe  olan  bir  fenomendir,  onun  mahiyyətinin  hansı 
xüsusiyyətə  və  hansı  keyfiyyətə  malik  olması  yalnız  Yaradan 
qarşısında  acizdir. 
'Səndən  (hər  bir  canlının  həyat  mənbəyi 
olan)  ruh  (un  həqiqəti  və  sifətləri)  barəsində  soruşurlar,  de: 
«Ruh  mənim Rəbbimin  əmrindən  (meydana gəlmiş)dir (və  onun 
hər hansı bir canlıda qalması  və yox olması da  Onun əmri ilədir) 
və sizə  elmdən  (xüsusilə  ruhun  həqiqəti barəsində  olan  elmdən) 
yalnız az (bir miqdar)  verilmişdir» ” (16,  s. 290).
Əsərdə  dini-fəlsəfi  inanc  insanların  qəlbində  bir  daha 
inandırmışdır  ki,  həqiqətən  Ulu  Tanrının  axirətdə  cənnəti  də  var, 
cəhənnəmi  də  və  hər  bəndəsini  Allah-Təala  istəsə  cəhənnəmə  də 
vasil  edər,  istəsə  behiştə  də  daxil  edər.  O  baxır  sənin  əməlinə. 
Əməli  salehlər  cənnətə  və  bədəməllər  cəhənnəmə  daxil  olması 
mümkündür.  Əlyazmada əsas fəlsəfi  xüsusiyyətlər ondan  ibarətdir 
ki,  insan  özü-özünü  dərk  edib  tanıyandan  sonra  Rəbbini  tanımış 
ola.  Müəllif  Şərq  fəlsəfi  fikrində  məşhur  olan  “Mən  ərrəfə 
nəfsəhu, fəqəd ərrəfə  Rəbbə/ıu”  (61,  s.  50)  müqəddəs  kəlamı  ilə 
qeyd  etmişdir.  Yəni;  «Hər  kəs  ki,  Allahı  tanımaq  istəyir  lazımdı 
birinci özün tanısın,  əgər özün tanısa Rbbini də tanıyar».
Müəllif nəfsin  ibarət  olduğu  ruh  və  cism  ilə  əlaqədar  olan 
fəlsəfi  mülahizələrin  geniş  və  hərtərəfli  izah  etməyə  çalışmışdır. 
Ruhun  bədəndə  olan  varlığının  isbatını  təsdiqləyən  10  dəlillə  izah 
etmişdir.  “Birincisi,  ruh  cismə  hərəkət  verir,  ruhsuz  cism 
hərəkətsiz  mümkün  deyil.  Bu  elm  və  əql  baxımdan  müxtəlif 
misallar  üzərində  sübut  edilmişdir.  İkincisi,  ruhun  vəhdətidir  ki, 
bədəni  hərəkətə  gətirməklə  yanaşı  o,  həm  də  onu  tədbir 
etməkdədir.  Üçüncüsü,  ruhun  qüdrətə  malik  olması  və  bunun 
sayəsində  ilahi  qüdrət  ilə  cəsədə  hərəkət  və  tədbirin  verilməsi 
durur.  Dördüncü,  ruhun  bədəndə  olan  hər  şeydən  məlumatlı 
olmasıdır,  necə  ki,  Yaradanın  elmi  bütün  Aləmi  əhatə  edir. 
Beşincisi,  ruh  cəsədin  bütün  üzvlərində  bərabərdir.  Altıncısı,
185


ruhun  cismə  müqəddəm  olması;  yəni  yaradılış  baxımından  ruh 
cismdən  əvvəl  yaradılmış  və  ona  tam  əhatəsi  vardır.  Yeddincisi, 
insan  ruhun keyfiyyətinə  və  xüsusiyyətinə  aid  heç  bir elmi  dəlilin 
olmaması  və  onu  dərk  etməkdə  aciz  qalmasıdır.  Səkkizinci, 
insanda  ruhun  harada  və  necə  yerləşməsi  haqqında  heç  bir 
məlumatın  olmaması,  ruhun  zaman  və  məkan  baxımından  heç  bir 
şəkildə  tanına  bilməməsidir.  Doqquzuncusu,  maddəni  isbat  etmək 
üçün  bütün  təcrübə  üsulları  (yəni;  beş  hissiyat  üzvləri,  lamisə 
üzvləri)  ruhun tanınması  üçün  yetərli  olmasıdır.  Onuncusu,  ruhun 
göz  ilə  görünə  bilməsinin  mümkün  olmaması,  necə  ki,  Allah 
Təalanın  həqiqətini  görmək  və dərk etmək  mümkün deyildir’ (61, 
s.  51-52).
Həmçinin  müəllif  orta  əsr  Şərq  filosofları  kimi  aşağıda 
qeyd  olunan  prinsipləri  nəzərdən  keçirərək  öz  mülahizələrini  beb 
qiymətləndirmişdir.  İnsan  probleminin  əsasında  təbii  elmlər, 
ictimai  elmlər  və  ruhanilik  baxımından  yanaşmalar:  Təbii  və 
sosial  baxımdan  insan  müvəqqəti  yaşayan  maddi  canlı  və  sosial 
varlıqdır.  Ölümü  ilə  hər  şey  bitir.  Ruhanilik  baxımdan  yanaşma 
isə  insanı ölümsüz sayaraq onun ruhən daim yaşamasını  qeyd edir.
Əlyazmada  mütəfəkkir  müqəddəs  Qurani-Kərimin  dini 
əxlaqın:  “Allah  səbr  edən  bəndələrini  sevər”,  “bu  dünyada  nahaq 
yerə  zülmə  məruz  qalanları  Allah-Təala  o  dünyada  zülmə  məruz 
etməz”  kimi  ehkamları  qeyd  edərək  insanları  inandırmış  və  bu 
dünyada  ağır  həyat  şəraitinə  qatlaşaraq  hər  cür  ədalətsizliyə  qarşı 
olmuşlar  axirətdə  cəımət  nemətlərinə  sahib  olacaq  ideyasını  irəli 
sürmüş  və  hər  bir  etiqadın  dəlil  vasitəsi  ilə  qəbul  edilməsini  qeyd 
etmişdir.
Dini  əxlaqa  görə,  insan  özünü  “o  biri  dünya”  üçün 
hazırlamalı,  həmişə  “dünyayi-fanidən”  “dünyayi-baqiyə”  getmək 
haqqında  düşünməlidir,  çünki,  fani  olan “bu dünya” əbədi  olan “o 
biri dünya” üçün hazırlıqdan  ibarətdir.
Beləliklə,  dini-asketik  əxlaq  insanları  fəal  bir  varlığa 
çevirərək,  onları səmərəli həyat tərzi keçirməyə vadar edir,  onların 
diqqətini  fani  dünyadan,  əbədi  dünyaya  yönəldir.  Necə  deyərlər
186


bu  dünya  insan  üçün  əkib  becərmək,  o  dünya  isə  becərdiyin 
nemətlərin  mükafatını almaqla reallaşan bir aləm.
Əsərin  mühüm  xüsusiyyətlərindən  biri  İslamda  mömin 
müsəlmanlar  asketizm  ideyalarının  fəlsəfi  mahiyyətilə  öz  sağlam 
və  azad 
vəziyyətlərinə, 
mənəvi 
saflığa  çatmaqla  bunun 
müqabilində  axirətdə  böyük  olan  Allahın  rəhmətinə  qovuşmağı 
təzahür  etdirir.  Bütün  ömrünü  halal  zəhmətlə  işləyib  keçirən  və 
heç  bir  insana  ehtiyacı  olmayana  din  bu  dünyada  itaət  etmək, 
səxavətli  və  səbrli olmağı öyrədərək,  bunun əvəzində  isə  Allahdan 
mükafat  alacağı  ilə  ona  təlim  edir.  Xeyir  əməl  sahibləri  axirətdə 
sirat  körpüsündən  keçərək  Allahın  izni  ilə  cənnətə  daxil  olmaq 
ümidi  ilə  yaşayıb  yaratmaq,  eləcədə  həmin  cənnətin  bağlarının, 
ağaclarının  altından  nəhrlər  (çaylar)  cari  olan  və  orada  Allahın 
ləzzətli  meyvələri  bitən  nemətlərdən  istifadə  edib  bəhrələnmək 
məsələləri əsas xüsusiyyət  kimi göstərilir.
Həmçinin  din  axirət  dünyasının  bir  həqiqət  olduğunu 
göstərərək  adamları  riyakar  əməllərdən  çəkindirmək,  şeytani 
hisslərdən uzaq  olmaqdan,  yaşadığımız aləm  haqqmda,  fani dünya 
və  onun  nemətlərindən  istifadə  və  Allah  yolunda  necə  paylamaq, 
gerçək  dünyanın  mövcud  gözəlliklərini  Vacibul-vücud  tərəfindən 
yaradıldığmı  dərk  etmək  və  ondan  nəticə  çıxarmaq  zərurətini 
anladır.
Hər  bir  insan  öləndən  sonra  onun  ruhunun  yaşaması  -  
cənnət  və  ya  cəhənnəm  əhli  olması,  ruhun  ölməzliyinə  əsas 
dəlildir.  Bədəndən  ayrılan  ölməz  ruh  həqqdir.  Deməli,  insanın 
axirət yaşayışı əsil məntiqi idraka söykənərək  başa düşülür.
Əsərdə  İslam  dini  və  onun  əxlaq  qaydaları  kamillik  və 
həqiqətin  şöləsində  yaşayan  möminlərin  şüurunu  işıqlandıraraq 
onlara  təlqin  edir  ki,  şəksiz  olan  axirətdə  mizan-tərəzi  qurulan 
vaxt  “yaxşı  imtahan”  vermək,  cəhənnəm əzablarından  uzaqlaşaraq 
behişt  nemətlərinə  sahib  olmaq  üçün  hər  an  Allahla  olmaq,  Onun 
əmrlərinə  itaət etmək olduq qədər zəruridir.
Əsərin  əsas  xüsusiyyəti  “Axirət”  həqiqəti  haqqındakı 
fikirlərdir  ki,  insanlar  üçün  sərfəlidir.  Çünki  onlar  çirkin 
əməllərdən,  əxlaqsız  hərəkətlərdən  çəkinməklə  həm  cəmiyyətin
187


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə