Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə55/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   51   52   53   54   55   56   57   58   ...   88

İkinci hədisi mərhum Fazil Dərbəndinin “Əsrar əş-Şəlıadə” 
kitabından nəql edərək Rəsulullah (s)  buyurub:
“Vaxtı  ki.  Rəsuli-Xuda  (s)  qızı  Fatiməyə  oğlu  Hüseynin 
şəhadət  xəbərini  verdi,  o  müsibətlər  ki,  varid  olacaydı  məlum 
eylədi.  Həzrəti  Fatimə  çox  şiddətdən  ağladı  və  ərz  etdi  ya  Əbəta 
bu zülmülər  nə  vaxt  və  nə  zaman olacaq?  Rəsulullah  (s)  buyurdu; 
bir vaxt  olar  ki,  nə  mən  olaram  və  nə  sən  olarsan,  nə  atası  Əli  və 
nə  qardaşı  Həsən.  Sonra  Xatun-qiyaməteyn  ağlamağı  şiddət 
eylədi.  Ərz etdi ya Əbəta (ata) bəs kimlər mənim Hüseynimə ağlar 
və  kimlər  əzadar  olarlar?  Buyurdu,  həqiqətən  mənim  ümmətimin 
övrətləri  (qadınları)  ağlar  mənim  əhl i-beytimin  övrətlərinə  və 
kişiləri,  kişilərinə  və  ilbəil  təcdid  (yeniləmə)  əza  edərlər.  Bəs  elə 
ki, qiyamət  günü olur sən övrətlərə  şəfaət  edərsən və  mən kişilərə, 
hər  kəs  ümmətimdən  Hüseyn  müsibətində  ağlaya  tutarıq  əlindən 
behiştə  daxil  edərik.  Ey  Fatimə  cəmi  gözlər  ağlar  qiyamətdə 
məgər  Hüseyn  müsibətində  ağlayan  göz  ağlamaz.  Bəs  həqiqətən 
elə  həmin  onlar  xəndan  (şad)  və  şadan  (məmnun)  olur  və 
müjdələnir behişt nemətləri ilə”(37,  s.  8).
Əsərin  əsas  baş  qəhrəmanı  demək  olar  ki,  imam  Hüseyn 
(ə)  və  onun  başına  cəm  olan  səmimi  mömin  insanlardı.  Müəllif 
kitaba  müəyyən  din  alimlərinin  hər  zaman  qəbul  edilən 
rəvayətlərini  əlavə  etməklə  əsəri  daha  da  zənginləşdirmişdir. 
Əsərdə  mərhum  Fazil  Dərbəndinin  “Əsrar  əş-Şəhadə”  kitabında 
rəvayət  edilən,  o  da  Şeyx  Tərihinin  “Müntəxəb”  kitabmdan,  o  da 
ibn  Abbasdan  rəvayət  edərək  imam  Hüseyn  əleyhis-salamın 
təvəllüd  gününü  belə nəql etmişlər.
“Vaxtı  ki,  Əqdəsi-Sübhani  cəlle-cəlalə  əzəmətəhu  iradə 
eylədi ki,  imam Hüseyn əleyhis-salam Fatimeyi-Zəhra salamullahi 
əleyhadan  mütəvəllid  olsun.  O,  mövlud  səidin  (səadətini)  viladət 
“Kəsiru  əs-Səadətini”  (çox  səadətli  mövludunu)  şəban  ayının 
üçüncü  gecəsində  vaqiə  oldu.  Eyləki  Fatimeyi-Zəhra  salamullahi 
oleyhada  dərde-məxaz  (doğum  sancısı)  zahir  oldu  Xudavənd- 
Aləm behiştdə  Ləya  adlı  bir  huriyyə  (mələy  adı)  xəlq  etmişdi  ona 
bir hüsnü-cahət  (gözəl yer) kəramət etmişdi ki,  behişt əhli  hər vaxt 
ki,  arzu  edələr  bir  göyçək  zada  baxalar  Ləyanın  camalma  baxıb
173


xoşhal  olarlar.  Bu  Ləyanın  'yetmiş  min  kənizi,  yelmiş  min  qəsri, 
yetmiş  min  məqsurəsi,  yetmiş  min  ğurfəsi  (otağı)  ki,  ənvae 
mərcan  və  cəvahirat  ilə  bəzədiliblər  Ləyanm  qəsri  behiştdə  cəmi 
qəsirlərdən  ucadır.  Hər  vaxt  Ləya  öz  qəsrindən  başın  çıxardıb 
behiştə  tamaşa  edəndə  behiştin  cəmi  yerlərin  görür  və  onun 
camalının  nuru  ilə  behişt  münəvvər  olardı.  Eylə  ki,  Seyyid  əş- 
Şühəda  beşinci  ali  əbanın  təvəllüd  gecəsi  oldu  Xudavəndi-Aləm 
həmin Ləyayə vəhyi eylədi ki,  nazil ol yerə mənim  Həbibimin qızı 
Fatimeyi-Zəhraya  munis  ol təvəllüd  halətində  onun oğlu  Hüseynə 
qabiləlik  (mamalıq)  elə  və  əmr-təvəllüdünə  miibaşir  (tapşırığı 
yerinə  yetirən)  ol.  Ondan  sonra  vəhyi  olundu  Malik  cəhənnəmin 
xazeyninə  ki,  o  mövlud  mübarəkin  xatirinə  cəhənnəmin  odlarım 
xamuş  eylə  və  vəhyi  olundu  behiştin  xazine-rizvaninə  ki.  behiştə 
ziynət  verginən  bir  mövludun  kəramətindən  ötrü  ki,  bu  gecə 
mütəvəllid olacaq.  Vəhyi olundu göylərin  məlaikələrinə ki,  səf-səf 
nizamla  durub  təsbih  və  təhlil  edin.  Sonra  Cəbrayıl,  Mikayıl, 
İsrafil  üçün  vəhyi  olundu  ki,  min  “qəbil”  ya  qəndil  (çılçıraqlı, 
nurlu,  işıq  saçan)  məlaikə  götürüb  nazil  olun  yerə  bu  mövlud 
mübarəkin mübarəkbadlığın Həbibimə eyləyin”(37,  s. 478).
ibn  Abbas  öz  rəvayətində  bu  haqda  əsaslı  dəlillərə 
əsaslanaraq  bir  “qəbil” 
dörd  yüz  min  məlaikədən  ibarətdir 
söyləyir.
“Sonra  Cəbrail,  Mikail,  İsrafil  o  qədər  məlaikələr  ilə  yerə 
tərəf  nazil  olub  xülaseyi-kalam  imam  Hüseyn  əleyhis-salamın 
Qabiləsi  Ləyana  qədər  huriyyə  ilə  nazil  olub  xatun  qiyamət 
Fatimə-Zəhra  səlamullahi  əleyha  xidmətinə  şərəfyab  olub 
(şərəflənən)  bəəd  əz  salam  (salamdan  sonra)  ərz  eylədi. 
“Mərhəbən  bik,  ya  binti  Rəsulillah  keyfəl  halik”  yəni;  Salam 
olsun  sənə  ey  Allahın  Rəsulunun  qızı  əhvalın  necədir.  Xanım 
buyurdu:  Əlhəmdulillah  yaxşıyam.  Sonra  Fatimə-Zəhra  (ə) 
Ləyanm  cəlalət  və  şanını  mülahizə  edib  xəcalət  çəkirdi.  Çünki  o, 
banu  xəcileyi  izzətin  evində  zahirən  bir  laiq  fərş  yoxuydu  ki, 
Ləyanm  altına  salsın.  Sonra  Xudavəndi-Aləm  o,  Xatun- 
müəzzəmənin  xəcalətinə  razı  olmuyub  huriyyələrin  birinə  hökm 
eylədi;  Ta  Behişt  fərşlərindən  birin  götürüb  sürətilən  yerə  nazil
174


olub  Ləyanın  altına  saldı.  Ondan  sonra  o  həbibe-yi  nəcibəyə 
dəıde-məxaz  (doğum  sancısı)  ariz  olub  Ləya  nəhayət  əza- 
kəraınilən  onun 
viladət 
əməlinə 
mübaşirət 
və 
qabiləlik 
(mamaçılıq)  edib  tainki  o,  mövlud  məsud-tahir  və  mütəhhər, 
münəvvər anasından sübh vaxtında mütəvəllid  oldu”(37,  s. 478).
O  sübhdə  mütəvəllid  olundu bir mövlud,
Vücudu aləmi  imkanə saldı  nuri vücud.
“Qəd  kutibə  fı  əzuduhil  eyməni  “və  fədeynə  bi  zibhin 
əzimin”  və  fı  əzudihil  eysəri  “qul  la  əs-əlükum  ələyhi  əcrən  illəl- 
müvəddətə  fıl-qurba 
Yəni,  qələm  qüdrətdən  sağ  bazusuna 
(qolun çiyindən dirsəyə  qədər  hissəsi)  bu  ayə yazılıb.  “Biz qurban 
eylədik onu  böyük  zibh olmaqilən” və sol  bazunda bu  ayə yazılıb: 
4iDe  ey  mənim  Həbibim  öz  ümmətivə  ki,  mən  təbliğ  risalətimin 
əvəzində  sizlərdən  bunu  istəyirəm  ki,  mənim  övladıma  və 
qurbalarıma  (yaxınlarıma,  qohumlarıma,  övladlarıma)  dostluq  və 
məhəbbət edəsiniz”(37, s. 478).
Bir  rəvayət  “xülasətul-əxyar”  kitabında  sənədi  mötəbər  ilə 
imam Sadiq əleyhis-salamdandır ki,  o,  buyurur:
“ Vaxtı  ki,  imam Hüseyn  əleyhis-salam  anadan  mütəvəllid 
oldu  Xudavənd-Aləm  bir  məlaikəyə  əmr  etdi  ki,  nazil  olub  bu 
ayeyi-şərifəni  o,  mövlud  mtibarəkin  iki  şəhla  gözlərinin  arasına 
yazsın.  “Və  təmmət  kəlimətu  rəbbikə  sidqən  və  ədlən  la 
mübəddiləl-kəlimatuhu  və  huvəs-səmiul-əlim”.  Yəni;  “Tamam 
oldu sənin Allahının kəlmələri  heysiyyate-sidq və  ədalətdən ki,  bir 
kimsə yoxdu Allahı təğyir və təbdil edə bilə və  O, Allah ki, eşidən 
və  biləndir”.  Sonra  Ləya  o  mövlud  mübarəki  ədəb-təmamilən 
qucağına  alıb  və  nafe-şərifın  (şərafətli  göbəyin)  kəsib  behişt 
məndillərinə  (parçalarına)  büküb  gözlərindən  öpüb  və  ağzının 
liiğabından onun mübarək  damağını  açıb  bir  dolu  göz ilə  mübarək 
camalına  baxıb  dedi:  Ağa  Allah  bu  viladəti  sənə  mübarək  edib 
səni  də  anan  Fatimeyi-Zəhraya  (ə)  mübarək  etsin.  Sonra  cəmi 
nazil  olan  məlaikələr  Cəbrail  əleyhis-salama  mübarəkbadlıq 
verərək  ağan  Hüseynin  viladəti  səbəbinə  gözlərin  rövşən  (işıqlı) 
və  əmr-dayəlik  mübarək  olsun  və  Cəbraildə  (ə)  Rəsulu-Xuda  (s) 
xidmətinə  müşərrəf olub  mübarəkbadlıq  verdi.  Ondan  sonra yeddi
175


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə