Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə57/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   53   54   55   56   57   58   59   60   ...   88

nicatından ötrü şəfi gətirməgivi qəbul etdim ki,  sənin qədrin və 
mövluduvun şanı mənim yanımda əzim və  böyükdür'’(37, s.  480).
İbn  Abbas  deyir:  “And  olsun  O  Allaha  ki,  cənabi 
Məhəmmədi  (s)  həqqilə  nübuvətə  məbus  edib  ki,  Səlsail 
məlaikələrə  fəxr  edir  bununan ki,  o  Hüseyn  azadkərdə  seyyidi  və 
Ləyadə  Hurəl-eynlərə  fəxr  edir  ki,  o  Hüseyn  əleyhis-salamın 
qabiləsiydi.
“Sonra  o  cənabın  qundaqini  götürüb  anası  xatunu- 
qiyamətə  təslim  etdilər.  O  tifli  mübarək  qah-qah  şiddətilə 
ağlayardı”(37, s.  480).
Görəndə Fatiməni çox-çox  ucaldır əfqanın.
Salardı ağzına rəhmət əliylə püstanın.
Südə  baxanda dəxi artırdı naləsi.
Edərdi əşkiylə şərar göz piyaləsini.
Düşərdi  xatirinə artırardı nalə səsini şiri-xar,
Əli Əsğər süd  yerinə  içər qan o  tifli təşnə cigər.
“Bir  gün  Rəsuli-Xuda  Hüseyn  ağanın  qundaqı-şərifıni 
qucağına  alıb  öpürdü,  artıq  mərhəmət  və  nəvaziş  edirdi.  Cənabi 
Fatimeyi-Zəhra  miitəvəccə  oldu  ki,  görsün  atası  Hüseynin 
harasından  artıq  öpür.  Gördü  nə  gül  üzündən  nə  çeşmi  nazindən 
(nazlı  gözündən)  ki,  qovzayır  çiyninə  sinəsini  öpür,  boğazmdan 
öpür.  Görüb  Rəsuli-Xudanı  o  qədər  ağladı  ki,  göz  yaşı  ilə 
Hüseynin  boğazın  islatdı.  Rəsuli-Xuda  gördü  imam  Hüseyn  atası 
Əmirəl  Mömininə  tərəf niyaran-niyaran  baxır.  Buyurdu  ya  Əli  al 
Hüseynin qundaqini ki,  sənə gəlmək meyli görünür”(37,  s.  481). 
Tutub sənə üzünü oğlun iştiyaqından,  (çox  istəməyindən) 
Mən öpmüşəm boğazın səndə öp dodağmdan.
Susuzların sənə çox ehtiyacları vardı,
Sən öp dodağmı çun hovz kövsərin vardı.
“Sonra  cənab  Əmir  alıb  qucağına  onun  mübarək 
dodağından öpdü və ondan sonra verdi anasına.
Rəsuli-Xuda sanki  buyurdu:
Qızım ya Fatimə!
Gözündən öp ki,  o  gözlərdən əşk-ali axacaq,
Sağ soluna öləndə ana deyib  baxacaq.
179


Gözündən öp ki, bu gözlərtək ağlayan olmaz,
Verəndə can gözünü kimsə bağlayan olmaz.
Sonra Fizzə ərz etdi,  xanım ağamın qundaqiııi  bir  iltifat et 
mənə  bir qucağıma alım.  Sanki o  qundaqi aldı qucağına dedi:
Mən öpmərəm nə üzündən nə gül dodağından. 
Kəniziyəm öpərəm mən iki ayaqından.
Ki,  qətligahda əshabə çox köməklik edər,
Verəndə can bu niyyət ilə başı üstə gedər.
Ondan  sonra  Cəbrail  ağanın  qundaqini  alıb  qucağına  0 
şəhla gözlərinə  bir həsrətilə baxıb sanki o  dedi:
Bu göz tək heç göz əşkilə dolmaz.
Ki,  göz yaşı bu  gözdən əskik olmaz.
Çəkir əhli qəbalim ah Dilsuz,
Rəvadır can verəm meydanda yalquz.
Dayan  bir ləlızə qəm dəryası daşsın,
Səkinəm sinəm üstə başın açsın.
O qədri vergilən ey şimri möhlət.
Yaralı Zeynəbə eyləyim vəsiyyət.
Səkinə nazını çəksin ölüncə,
Xərabə Şamidə qəbrə 
q o y u n c a ” ( 3 7 , 
s. 481).
Əsərin demək  olar ki,  əsas  prinsipi  islam  fəlsəfi  düşüncəsi 
mövqeyində  təşəkkül  tapmış,  səbr,  dözüm,  təmkinlik,  igidlik, 
qəhrəmanlıq,  bütün  dünyəvi  çətinliklərə,  əzab-əziyyətlərə  üstün 
gəlmək  və  dinin  saf  amalları  uğrunda  mübarizə  bir  daha  özünü 
açıq  aydın  büruzə  vermişdir.  Hər  il  İmamilər  tərəfindən  yad 
olunan böyük Kərbəla hadisəsi o  insanlarda İslam dininin nə qədər 
mənəvi  saflıq  prinsipləri  üzərində  bərqərar  olduğunu  bir  daha 
düşünərək  dərk  etdirir.  Fəlsəfi  təhlillərə  görə  mənəvi  saflıq  rəmzi 
olan  islam  dini  öz  göstərici  fəaliyyəti  baxmımdan  hər  bir 
müsəlman  bu  dini  göz  bəbəyi  kimi  qoruyaraq  yaşatmalıdır.  Bu 
baxımdan  da  hicrətin  61-ci  ilində  daxili  düşmənlər  tərəfindən 
mənəvi  saflıq prinsipini özündə  yaşadan İslam fəlsəfi düşüncəsinə 
böyük  mənfi  zərbə  vurula  bilən  bir  vaxtda  imam  Hüseyn  (ə) 
Kərbəla  hadisəsində öz şücaətin cahad  etməklə zülmə qarşı  igidlik 
göstərdi  və  buna  son  qoyaraq  öz  şəhadəti  ilə  də  insanların
180


kamilləşmə  ideyasına  bir  daha  köməklik  etdi.  Onun  yüksək 
tərbiyə  görmüş  uşaqları,  oğlan  və  qızları,  qardaş  və  bacıları, 
qohum-əqrəbaları,  sadiq  səhabələri  bu  işdə  daha  da  ona  can-başla 
yardım  etmiş  və  bunu,  bu  fəlsəfi  düşüncəyə  sadiq  qaldıqlarını  bir 
daha  dünyaya  nümayiş  etdirmişlər.  İmam  Hüseyn  (ə)  özü  də 
yüksək  tərbiyə  görmüş  bir  kamil  insan  dərəcəsinə  çatmışdır. 
Həmişə  doğru,  saflıq,  düzgünlük  prinsipi  uğrunda  mübarizə 
aparan böyük  bir şəxsiyyət olmuşdur.  Onu  buna tövsiyə edən atası 
və  babası  peyğəmbər  olmuşdur.  Çünki  Şərqdə  məşhur  olan 
“Oğluma  nəsihət”  həzrəti Əlinin  (ə)  öz oğlu  imam  Hüseynə  etdiyi 
nəsihətlərdə də göstərilir.
Oz dünyəvi  işlərində  sən axıracan,
Hər şeydə Allah tərəfində olacaqsan.
Həm sevinc nəşində,  həm ixtilaflar olanda sakın, 
Doğru danış, düzgünlük olsun dayağın (44,  s.  35).
Həqiqətən  milli  mentalitetimizə  uyğun  olan  doğru  və 
düzgünlük  prinsipi  həmişə  xalqımız  tərəfindən  bir  mənalı 
qarşılanmışdır.  Milli mentalitetimizin formalaşmasında  xalqımızın 
tarixən  mövcud  olmuş  ən  zəngin  ənənələrinə  İslam  dininin  təsiri 
mühüm  əhəmiyyət  kəsb  etmişdir.  Milli  mənlik  şüurunun  əxlaqi 
potensialının  tənzimlənməsində,  mentalitetimizə  təsirində  bir 
tarixi  amil  kimi  İslam  dininin  ideoloji  rolu  danılmazdır.  Bu 
prosesdə,  hər  halda,  dinin  yeni  dəyərlərilə  zənginləşmə  və 
saflaşma  getmişdir.  Ulu  Öndərimiz  “Müstəqilliyimiz  əbədidir” 
konsepsiyasmın  strukturunda  tarixi  ətalət  və  onun  aradan 
qaldırılması  problemləri  özünəlayiq  yer  tutur.  Xalqının  tarixini 
dərindən 
bilən, 
onun 
ənənələrinə  ehtiramla 
yanaşan 
və 
həmvətənlərinə  daim  “tariximizi,  tarixi  ənənələrimizi  yaxşı 
bilmədən,  onlara  hörmət  etmədən  müstəqil  dövlətimizi  gələcəkdə 
qura  bilmərik”  həqiqətini  aşılayan  Ümummilli  Liderimizin 
əsərlərinin  ruhuna  nüfuz  etdikcə  bir  daha  aydın  olur  ki,  tarixi 
ənənəyə,  milli-mənəvi  dəyərlərə  xor  baxmaq  prinsipi  ilə  tarixi 
təcrübənin tənqidi  fenomeni  eyni  şey deyildir.  “İslamın  müqəddəs 
abidələrini,  həzrəti  Məhəmməd  (s)  peyğəmbərin  məscidini  ziyarət 
etdiyim  üçün  bir  müsəlman  kimi  özümü  xoşbəxt  hesab  edirəm”
181


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə