Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə60/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   56   57   58   59   60   61   62   63   ...   88

ictimai-rifahı 
naminə, 
həm 
də 
özlərinin 
əbədi 
səadətə 
qovuşmasına  nail  olurlar.  İnsan  idrak  etməklə  bilir ki,  dini  əxlaqla 
yanaşı,  sosial əxlaqın tələblərini yerinə yetirməklə  birinci  növbədə 
adamın  özü  üçün  sonra  isə  xalq,  millət,  Vətən  üçün  çox  böyük 
əhəmiyyəti var.
Şərq  fəlsəfi  fikrini  özündə  daha  çox  zənginləşdirən  əsər 
İslam  dininin  saf  amallar  uğrunda  apardığı  mübarizə  öz 
növbəsində  dini  ayin,  mərasim,  mövlud  və  bayramların  geniş 
keçirilməsinə  də  böyük  yer  vermişdir.  Həm  dini  bayramların 
keçirilməsi,  həm  də  sevimli  Peyğəmbərimizin  və  İmamların 
mövlud  günlərinin  bayram  edilməsi  təsədüf  kimi  qəbul 
edilməmişdir.
Bununla  belə,  əziz  bayram  günlərindən  sayılan  “mövlud” 
günləri  bir  qayda  olaraq  xalqımızın  milli  mentalitetinə  uyğun 
olmaqla  yanaşı  sevimli  anlarından  birinə  də  çevrilmişdir.  Bunun 
bariz  nümunəsi  5  sentyabr  1993-cü  il  tarixdə  Təzəpir  məscidində 
sevimli  peyğəmbərimiz  həzrəti  Məhəmməd  əleyhis-salamın 
mövlud  gününü  bir  yerdə  bayram  edən  Azərbaycan  xalqının 
ümummilli  lideri  Heydər  Əliyev  deyirdi:  “Azərbaycan  xalqı  bu 
gün  bayram  edir,  bizini  bu  müqəddəs  dinimizin  banisinə  daimi 
hörmət  və  ehtiramını  və  Qurani-Kərimin  qoyduğu yolla  bundan 
sonra da gedəcəklərini bildirir.
Mən  sizi,  Allah  evinə  -  Təzəpir  məscidinə  toplaşmış 
müsəlman 
qardaşlarımızı, 
sizin 
şəxsinizdə 
istər 
bütirn 
Azərbaycan 
müsəlmanlarını, 
istərsə 
də 
bütün 
dünya 
müsəlmanlarını  bu  müqəddəs  gün  münasibətilə  təbrik  edirəm, 
sizin  hamınıza,  bütün  islam  aləminə  və  bütün  bəşəriyyətdə  olan 
xeyirxah  insanlara  səadət,  xoşbəxtlik  və fəaliyyətinizdə  uğurlar 
diləyirəm” (1, s.  3).
Əsərdə  geniş  və  hərtərəfli  izah  edilən  mövlud  anlamı 
Naxçıvan adət-ənənələrinin qorunub saxlanılmasından xəbər verir. 
Çünki  Naxçıvan  ictimai  mühitində  həmişə  uca  tutulan  bu  əziz 
günlər bu gün də  xatırlanır və  qeyd edilir.  Hər  il olduğu  kimi bu il 
də  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  hörmətli 
Vasif Talıbov  25  yanvar  2013-cü  il  tarixdə  Naxçıvan  şəhərindəki
188


Came  məscidinə  gələrək  həzrəti  Məhəmməd  Peyğəmbərin 
mövludu  gününü  qeyd  edərək  öz  hörmət  və  ehtiramını 
bildirmişdir.
İslam  dininin  yaradıcısı,  onun  təşəkkül  tapmasında  və 
bütün  dünyaya  yayılmasında  böyük  xidmətləri  olan,  daim 
insanları  mənəvi  saflığa  və  yüksək  əxlaqi  dəyərlərə  səsləyən 
böyük bir insanın yad edilməsi  buna  bariz nümunədir.
Həmin 
tədbirdə 
qeyd 
edilmişdi 
ki, 
“xalqımızın 
dünyagörüşünün 
formalaşmasında, 
mənəvi 
dəyərlərinin 
inkişafında  humanizm  və  bəşəri  ideyaların  daşıyıcısı  olan  İslam 
dini  müstəsna  rol  oynamış,  mütərəqqi  islami  dəyərlər  və  ənənələr 
Azərbaycanda  həmişə  uca  tutulmuşdur.  Ümummilli  liderimiz 
Heydər  Əliyev  tərəfindən  islami  dəyərlərin  qorunub  yaşadılması 
istiqamətində  həyata  keçirilən  tədbirlər  bu  gün  Azərbaycan 
Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  davam  etdirilir. 
Naxçıvan  Muxtar  Respublikasında  da  islami  dəyərlər  qorunub 
yaşadılır,  dini  mərasimlər  keçirilir,  yeni  məscid  binaları  tikilərək 
istifadəyə  verilir,  İslamın  digər  bayramları  kimi,  Məhəmməd 
Peyğəmbərin  mövludu  günü  də  hər  il  qeyd  olunur”  (Şərq  qapısı, 
Sayı:  16  (20.670), 26 yanvar 2013-cü il,  şənbə.)
Əlyazmanın  əsas  fəlsəfi  xüsusiyyətlərindən  biri  də  bütün 
bu  dini  bayramların  insanların  mənəvi  aləmini  işıqlandırması  və 
gələcək  üçün  düşünməyi  tövsiyə  etməsidir.  Çünki  həm  mənəvi 
aləm,  həm də  maddi aləm zəminində yaranan bərabərlik anlamı öz 
fəlsəfi mahiyyətini biruzə verir.
Ata-babadan  qalan  müqəddəs  yol  ilə  getmək,  ictimai 
cəmiyyətin  xeyir  və  şər  adət  ənənələrinə  yaramaq,  bu  adətləri 
layiqincə  yerinə  yetirməklə  yanaşı kəsbikarlıq,  elm,  sənət,  bilik və 
bacarıq  əldə  etmək  zərurəti  də  əsərdə  danılmaz  bir  mövqe 
tutmuşdır.
“Əqaide-Fəlsəfə”  əsərində  edilən  tövsiyələr  onu  da  qeyd 
edir  ki,  mütərəqqi  və  əsarətdən  qurtulmaq  dayağı  olan  islam  dini 
öz  ehkamlarını  xalqa  mahiyyət  etibarilə  aşılamaq  üçün  bir  sıra 
bayram  və  mərasimləri,  adət  və  qaydaları  yaratmaqla  onların  ən 
qüvvətli  ünsiyyət  vasitəsi  kimi  xalq  içərisində  intişar  etdirmişdir.
189


Əxlaq  və  dini  dünyagörüş  bu  qayda-qanunların  vasitəsi  ilə 
insanları  cəhalət  və  nadanlığa  son  qoymaq  onlara  itaətkar  və 
kamillik  dünyaşörüşünü  aşılamışdır.  Ona  görə  də  İslam  dininin 
namaz,  oruc,  imam  təziyəsi,  qurban  bayramı,  oruc  bayramı, 
“müqəddəs”  yerləri  ziyarət  etmək  kimi  insan  varlığını  ucaldıb 
kamilləşdirən  adət  və  gözəl  qanun-qaydaları,  Allahı  tanıma 
üsulları,  Peyğəmbərlərin  hansı  zərurətdən  insanlar  arasına  bir elçi
t
olaraq  göndərilməsi  və  onlardan  sonra  imamlara  etiqad  etmək, 
onları  tanımağın  nə  kimi  əhəmiyyəti  olduğunu  və  imamətə  qail 
olmaqla hidayət  olunmanın səbəbləri  Şərq  fəlsəfi  dünyagörüşündə 
əvəzedilməz  yeri  qeyd  edilmişdir.  Məhz  bu  baxımdan  da  müəllif 
əsərin ikinci adın “Hidayət ət-Talibin” adlandmaraq qeyd etmişdir.
İslam  etiqadının  gözəl  qanun-qaydalarını,  bu  dinin 
ehkamlarını  sevməkdə  olan  müsəlman  zəhmətkeşlərin  gecə  və 
gündüz  imkan daxilində  namazlar qılıb  dinin göstərici  ibarələri ilə 
Allaha  dua  etmək,  Ondan  xoşbəxtlik  və  səadət  diləmək  arzu  və 
niyyətlərinin  həyata  keçməsi  məqsəd  olaraq  qiymətləndirilmişdir. 
İslam  dininin  müsəlman  üçün  vəd  etdiyi  səadət  öləndən  sonra 
cənnətə  düşməkdir.  Bunun  üçün  isə  gərək  xeyir-əməl  sahibi 
olasan.
Müəllif əsərdə Asketizmin fəlsəfi  mahiyyətini ondan ibarət 
olduğunu  bildirmişdir  ki,  insan  əsasən  təlabatm  ödənilməsində 
ifrat  qənaətkarlıqla,  nəfsin  öldürülməsi  ilə,  əxlaqi  və  yaxud  dini 
idela  çatmaq  məqsədi  ilə  Yer  üzərində  olan  nemətlərdən  son 
dərəcə  israfçılığa  yol  verməmək  məqsədilə  az  istifadə  etməklə 
xarakterizə olunan davranış prinsipi və  həyat tərzi keçirsin.
ilk  dövrlərdə  Qədim  Yunanıstanda  xeyirxahlıq,  fəzilət 
məşqini  asketizm  adlandırırdılar.  Çünki  yunanca  “askeo  -   məşq 
edirəm”  mənasını  verir.  Asketizm  Qədim  Şərqin  dini  təlimində 
isə, 
xüsusən 
Hindistanda 
elmi-nəzəri 
cəhətdən 
qiymətləndirilmişdir.  Bundan  sonra  isə  Pifaqorda  da  nəzəri 
cəhətdən 
əsaslandırılmışdır. 
Erkən 
xristianlıqda 
həyatını 
tənhalıqda  və  halal-zəhmətlə  keçirən,  pəhriz  və  gözəl  ibadətlə 
məşğul  olan  adamları  asket  adlandırmışlar.  Erkən  xristianlıq  və 
orta  əsr  Asketizm  idealı  Reformasiya  dövründə  dəyişikliyə
190


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə