Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə54/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   50   51   52   53   54   55   56   57   ...   88

Biz  qətlə  yetirilmiş  İmam  Hüseyn  (ə)  və  onun 
silahdaşlarının  xatirəsi  önündə  baş  əyirik.  Əmin  olduğumu 
bildirirəm  ki,  xalqımız  öz  milli  ənənələrinə,  adətlərinə,  dinin?, 
məsləkinə  lıəmişə  sadiq  qalacaqdır.  Allah  bu  ağır  günlərd? 
xalqımıza  səbr  versin.  Allah  doğma  Azərbaycanımızı  xoşbəxt 
etsin ”.
Azərbaycan  elmi-dünyagörüşündə  özünə  məxsus  yeri  olan 
XIX  əsr  nümayəndələrinin  bir  hissəsi  demək  olar  Naxçıvan 
yetirmələrinin  payına  düşür.  Elm,  təfəkkür  sahibi  olan  bu  ədiblər 
dünya elmi  ilə  yanaşı  İlahi  elmləri də  öyrənir  və  mənimsəyirdilər. 
Dini-fəlsəfi  elmləri  öyrənməklə  öz  yaradıcılığında  tədbiq  edən 
Hacı  Molla  Məhəmməd  Naxçıvani  “Səhabəd-Dümu”  əsərini 
yazmaqla  arada  olan  dini-boşluq  çatışmamazlıqlarm  bir  növ 
qarşısın  almışdır.  “Səhabəd-Dümu”  əsəri  adından  da  göründüyü 
kimi  “Göz  yaşları  buludu”  mənasın  verməklə  çox  dərin  məna 
çalarların  özündə  daşıyan  qiymətli  bir  tarixi,  fəlsəfi  həmçinin  də 
dini  baxımdan  ən  qiymətli  kitabdır.  Azərbaycan  xalqının 
ümummilli  lideri ölməz xatirəsi  həmişə yad olunan Heydər Əliyev 
1998-ci  il  dekabrın  9-da  Bakıda  “İslam  siviliziyası  Qafqazda 
mövzusunda  ilk  Beynəlxalq  simpozium  keçirildiyi  zaman  öz 
füsunkar  çıxışında  dilimizi,  dinimizi,  milli-mənəvi  dəyərlərimizi, 
əxlaq i.  tarixi  və  mədəniyyətimizi  yüksək  qiymətləndirərək 
demişdir:  "...Azərbaycan  öz  müstəqilliyini  bərpa  edəndən  sonra 
tarixi  nöqteyi-nəzərdən  qısa  bir  zamanda  dinin,  o  cümlədən 
islam  dininin  nə  qədər dərin  kökləri olduğunu  daha da çox dərk 
edə bilmişik”(5, s.  37).
Həmçinin  müqəddəs  İslam  dininin  bütün  bəşəriyyətə  bəxş 
etdiyi  nemətlərdən  danışarkən  ilk  olaq  ulu  öndər  Heydər  Əliyev 
demişdi:  "islam 
dininin 
bəşəriyyətə 
bəxş 
etdiyi  bütiin
nemətlərdən  hər  bir  azərbaycanlı  səmərəli  istifadə  etməli  və 
xüsusən,  cəmiyyətdə  davranışda  islam  dininin  tələblərinə  uyğun 
olaraq özünü göstərməlidir”^ ,   s.  12).
Təbii ki,  qədim Naxçıvan əlyazmalarının əksəriyyəti dini- 
əxlaqi,  milli-mənəvi dəyərlərlə sıx  bağlıdır.  Bu da ondan irəli gəlir 
ki,  Naxçıvan  İslam  dünyasının  ayrılmaz  tərkib  hissəsidir.  Bu
170


baxımdan  əlyazma  mətnlərinin  əksəriyyəti  müsəlman  təhsili 
görmüş  böyük  mütəfəkkirlərin  yaratdığı  elm aləmi  bu  gün doğma 
Naxçıvanımızın  keçmişini  və  gələcəyini  yüksək  səviyyədə  təmsil 
edir.  Onların  isə  tədqiq  edilib  öyrənilməsi  günün  ən  aktual 
məsələlərindən 
biridir. 
Çünki 
bunu 
bizdən 
müstəqil 
Azərbaycanımız  və  onun  ayrılmaz  tərkib  hissəsi  olan  doğma 
Naxçıvanımız 
tələb  edir.  Hər  bir  insanın  özünə  məxsus  dini 
baxışları  var  ki,  o  insanı  yaşadır,  ruhlandırır  və  gələcəyə  inamı 
artırır.  Elə  bu  zəmindən  də  tədqiq  etdiyimiz  bu  qiymətli  əsər 
tarixiliyi  özündə  əks  etdirməklə  bir  növ  dini-əxlaqi  dəyərlərin 
mənimsənilməsi  üçün  nə  qədər  zəruri  olduğunu  bəyan  edir. 
Azərbaycanın  əbədi 
sönməz  çırağı  olan, 
dünyada 
insan 
yaşayışının  ikinci  məskəni  sayılan  qədim  Naxçıvan diyarı  özünün 
dahi  şəxsiyyətləri  ilə  öytinməyə  mənəvi  haqqı  var.  Çünki  bu  bir 
həqiqətdir  ki,  Azərbaycam  dünya  səviyyəsində,  xüsusən  Şərq 
aləmində  tanıdan  naxçıvanlı  böyük  şəxsiyyətlər  heç  zaman  tarix 
səhnəsindən  silinmir  və  həmişəyaşar  yaddaşlarda  əbədi  olaraq 
yaşayırlar.  Bunlar  ilə  xalqımız həmişə  qürur hissi keçirmiş  və  fəxr 
etmişdir.  Qədim  Nuh  diyarı  deyilən  müqəddəs  Naxçıvan 
torpağının  yetirdikləri  ziyalıların  əksəriyyəti  XX  əsrə  qədər 
'‘Naxçıvani”  (Naxçıvanlı)  təxəllüsü  ilə  adlarını  dahiləşdirmişlər. 
Əcəmi  Əbu  Bəkr  oğlu  Naxçıvani  (12  əsrin  20-ci  illəri-12  əsrin 
sonu),  Fəxrəddin  Əbu  Abdulla  Əhməd  ibn  Ərəbşah  ibn  Əli  ibn 
Cəbrail  ən-Naxçıvaııi  (?-?)  həkim,  təbib,  Əkmələddin  ən- 
Naxçıvani  (XII  əsr)  həkim,  Hinduşah ibn Səncər Naxçıvani (1245- 
1328),  Məhəmməd  ibn  Hinduşah  Naxçıvani  (1293-1376), 
Hüsaməddin  Naxçıvani  (13-14  əsrlər).  Nəcməddin  ibn  Əhməd 
Naxçıvani (7-1253), Abdulla Naxçıvani  (?-?)  filosof və  ilahiyyatçı 
olmuş  (təxminən  15  əsr),  Əliqulu  Mirzayi  Naxçıvani  (?-?)  filosof 
(XIX  əsr),  Məhəmmədəli  Naxçıvani  (1848-1914)  kimi  böyük 
müctehid,  filosof və  mütəfəkkirlər  bu qəbildəndir ki,  sadalandıqca 
yazılan  tarixin  dərin  səhifələrindən  daha  çox  üzə  çıxır.  O 
cümlədən  haqqmda  danışılacaq  böyük  elm  sahibi  olmuş, 
“Səhabəd-Dümu”  əsərinin  müəllifi  mütəfəkkir-alim  Hacı  Molla 
Məhəmməd Naxçıvanidir.
171


Onun  həmişə  yaşar  əsərlərindən  biri  olan  “Səhabəd- 
Dürnu”  özünün  füsünkarlığı  ilə  başqa  əsərlərindən  geniş  mənada 
seçilir.  Müəllifin yazdığına  görə əsər  beş  babdan  ibarətdir.  Birinci 
babda  sonuncu  Xatəmil-Ənbiya  peyğəmbərin  rehlətindən,  yəni 
dünyadan  köçməsindən  bəhs  edilir.  İkinci  babda  Həzrəti  Əlinin 
şəhadətindən  geniş  danışılır.  Üçüncü  babda  həzrəti  peyğəmbərin 
sevimli  qızı  cənabi  Fatimeyi-Zəhranın  keçirdiyi  məşəqqətli  həyatı 
zikr  olunur.  Dördüncü  babda  imam  Həsən  əl-Müctəbanın  həyatı 
və  necə  şəhadətə  çatması  haqqında  ətraflı  danışılır.  Beşinci  babda 
isə  imam  Hüseyn əleyhis-salamın dünyaya gəlmə  kəraməti,  həyatı 
və  müqəddəs  Kərbəla  torpağında  başına  gələn  müsibət,  həmçinin 
onun 
əhli-beyti 
ilə 
birlikdə 
və 
sair 
insanların 
orada 
qəhrəmancasına  şəhid  olmaları,  müqəddəs  islam  dininin  saflığı 
uğrunda  öz  əziz  canlarını  Allah  yolunda  qurban  verməkləri 
haqqında 
geniş  və  ətraflı  şəkildə  obyektiv  məlumat  verilir. 
Həmçinin  müəllif peyğəmbər  əleyhis-salamın  müqəddəs  kalamın 
əsas  tutaraq  “Innəl  Hüseyni  misbaluıl  hüda  və  səfınətən-nəcaf- 
“Hüseyn  işıqlı  bir  çıraqdır  və  nicat  gəmisidir"  anlamına  daha  da 
geniş  prizmadan  yanaşaraq  imam  Hüseynin  bəzi  Məkkə  və 
Mədinə hadisələri, öz doğma vətənlərini tərk edərək  xaric olmaları 
haqqında  deyilən  ərəb  sözlərini  tərcümə  edərək  Azərbaycan 
dilində vermişdir.
Əlyazmanın  əvvəlində  hadisə  haqqında  və  xüsusən  baş 
verən  müsibət  barədə  bir  neçə  hədis  və  rəvayətlər  verilmişdir  ki. 
bunlardan  bir  neçəsi  də  həzrəti  Məhəmməd  peyğəmbərin  (s) 
buyurduğudur.  Rəsulullah (s) buyurub:
‘‘Qiyamət  giinü  olar  ziynət  verərlər  Pərvərdigari-Aləmin 
ərşinə  cəmi  zinətlər  ilə.  Sonra  iki  minbər  gətirərlər  nurdan  ki. 
tuliləri  (uzunluğu)  yüz  mil  olar,  sonra  o  minbərlərin  birini 
qoyarlar  ərşin  sağ  tərəfmə  birisini  sol  tərəfindən.  Bəs  Həsən  və 
Hüseyn  əleyhuməs-səlamları  gətirərlər  birində  imam  Həsən  durar 
və  birində  imam  Hüseyn.  Zinət  verər  Pərvərdigari-Aləm  onlar  ilə 
öz ərşinə  belə  ki,  zinətləndirir qadını  onun quşvarələri  (sırqaları)“ 
(37, s. 4).
172


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə