Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə51/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   47   48   49   50   51   52   53   54   ...   88

Ə.  bu  haqda  belə  deyirdi:  “Belə  bir  tarixi  təkamül  yolu 
Azərbaycan mətnşünaslığı üçün də səciyyəvidir” (66,  s. 4).
Orta  əsr  yüzilliklərində  mətbəə  üsulu  ilə  kitab  çapı
olmadığına 
görə, 
şair 
və 
yazıçılarımız, 
alim 

mütəfəkkirlərimizin  yaratdıqları  elm  və  ədəbi  abidələri  katib
• •
nüsxələrində  yayılıb,  inkişaf tapmağa  başlayırdı.  Oz zənginliyi  ilə 
bədii  və  elmi  irsə  yiyələnən  Naxçıvan  mədəniyyəti  uzun 
yüzilliklər ərzində  yaradılmış  abidələrin  mətnşünaslıq  baxımından 
araşdırılması  və  onların  elmi-tənqidi  mətnlərinin  tərtibi  sahəsində 
Azərbaycan  alimlərimizin  xidmətləri  olduqca  böyükdür.  Məhz 
onların  gərgin  və  şərəfli  əməyi  sayəsində  Hinduşah  Naxçıvani, 
Məhəmməd  ibn  Hinduşah  Naxçıvani,  Nəcməddin  Əhməd  ibn 
Əbubəkr  Naxçıvani,  Əkmələddin  Naxçıvani,  Məsud  Əmirəddin 
Naxçıvani,  Əcəmi  Əbubəkr  Naxçıvani,  Osman  ibn  Səlman 
Naxçıvani,  Həsən  ibn  Ömər  Naxçıvani  və  neçə-neçə  başqa 
Naxçıvan  və  Azərbaycan  klassikləri  əsərlərinin  dəyərli  elmi- 
tənqidi mətnləri tərtib edilmiş,  onların əsasında mükəmməl kütləvi 
nəşrlər həyata keçirilmişdir.  Lakin  uzun əsrlərdən bəri zəngin elmi 
ənənələr  yaratmış  orta  əsr  Naxçıvan  əlyazma  mətnləri  haqqında 
yalnız Azərbaycanda  deyil,  eyni  zamanda  dünya  şərqşünaslığında 
da indiyədək  heç  bir  monoqrafik  tədqiqat aparılmamış  və  bu  elm 
sahəsi sistemli şəkildə işıqlandırılmamışdı.
Azərbaycan  mətnşünaslığına 
böyük  töhfələr  vermiş 
Naxçıvanın 
məşhur 
alim 
və 
mütəfəkkir 
yetirmələri 
öz 
yaradıcılıqlarında  elmi  ədəbi  mühitə  və  zəngin  tarixi  keçmişə 
malik olan doğma Naxçıvana aid elmi  əsərlər ərməğan etmişlər.
Orta  əsr  Naxçıvan  tibb  elminin  inkişafında  əvəzsiz
xidmətləri  olan  böyük  şəxsiyyət  Nəcməddin  Əhməd  ibn  Əbubəkr
Naxçıvani  olmuşdur.  Yaxın  Şərq  ölkələrində  geniş  tanınmış
məşhur  alim  öz  dövrünün  böyük  filosof və  mütəfəkkiri  olmaqla,
həmdə  tibb  sahəsində  zəngin  biliyə  malik  olmuşdur.  Nəsirəddin
Tusinin  tələbəsi  məşhur  alim  İbn  əl-İbri  (1226-1286)  Nəcməddin
Naxçıvani  barədə  belə  yazır:  “O,  böyük  fəzilət  sahibi,  dəqiq
• •
elmlərin  dərindən  bilicisi  idi.  Oz  vətənində  fəlsəfə  ilə  məşğul 
olurdu.  Ölkələri  səyahətə  çıxdı,  xeyli  gəzib  dolaşdı,  axırda  kiçik
159


Asiyaya  daxil  oldu,  böylik  mənsəblər  tutdu,  sonra  idarəçilik 
narahatçılığı  ilə,  əzab-əziyyətləri  onu  bezdirdi.  Oradan  Suriyaya 
yola düşdü” (23, s.  36).
Mənbələrin  verdiyi  məlumata  görə  böyük  filosof-təbib 
ömrünün axırında guşəneşin  olmuş,  heç  yerə  çıxmamışdır.  Yalnız 
dostları ona baş çəkmişdir.
Naxçıvanın  filosof-təbibi,  həmçinin  böyük  mütəfəkkir 
aliminin 
qədim 
Naxçıvanda 
dünyaya 
gəlməsi 
haqqında 
Məhəmməd  Bağır  Xansari  (1811-1895)  yazır: 
“O,  böyük
şəxsiyyət  Naxçıvan  şəhərindən  idi  və  İbn  Sinanın  əsərlərinə 
şərhlər yazırdı” (23,  s.  36).
Azərbaycan  mədəniyyəti  tarixində  tənqidi  fikrin  inkişaf 
etdirilməsində  görkəmli  şərqşünas  alim  və  filosof  Zakir 
Məmmədovun  xidmətləri  olduqca  böyükdür.  O,  elmin  müxtəlif 
sahələrinə  həsr  edilmiş  abidələr  və  mövzular  üzərində  apardığı 
rəngarəng  araşdırmalar  sayəsində  zəngin  və  çox  şaxəli  elmi  irs 
yaratmışdır.  Zakir  Məmmədov  ədəbiyyat,  tarix,  fəlsəfi  müdriklik 
abidələri mətnlərinin araşdırılmasında həmişə elmi-tənqidi  metoda 
əsaslanmış  və  onlarm  mümkün qədər  həqiqətə uyğun  şəkildə elmi 
mətnlərini  tərtib  etməyə  çalışmış,  bu  metoda  riayət  elməyərək, 
mənbələrin  öyrənilməsində  müəyyən  əyintilərə  yol  verən  alimləri 
tənqid  etmişdir,  istedadlı  alim  Zakir  Məmmədov  öz axtarışlarında 
Naxçıvana  aid  orta  əsr  fəlsəfi,  ədəbi  və  mədəni  irsinin 
nümayəndəsi  olan  filosof  və  həkim  Nəcməddin  Naxçıvani 
haqqında  belə  yazır:  “Naxçıvani 
bir  filosof  kimi  Şərq 
peripatetizminin 
mükəmməl 
bilicisi 
olmuş, 
ancaq 
ardıcıl 
aristotelçi  olmamışdır.  O  ibn  Sinanın  kitablarını  tənqidi  planda 
araşdırmış, onun bəzi  doktrinalarına qarşı öz etirazını  bildirmişdir. 
Mübahisə  doğuran  fəlsəfi  məsələlərdən  biri  nəfsə  dair  idi.  İnsan 
cisminin  məhvindən  sonra  nəfsin  yaşamasına  inanan  Naxçıvani 
Şərq  peripatetiklərinin  əleyhinə  olaraq,  İbn  əl-İbraninin  qeyd 
etdiyi kimi,  “tənəsux  təliminə” güclü meyl etmişdir” (23,  s.  37).
XIII 
əsrdə  yəhudi  filosofu  İbn  Kəmmunə  İsraili  də 
başqaları  kimi  Naxçıvaninin  əsərlərinə  şərh  yazaraq  peripatetik 
fəlsəfə  ilə  ona  qarşı  yönəldilmiş  tənqidi  fikirləri  barışdırmağa  soy
1 6 0


göstərmişdir.  Xucəndi  isə  Naxçıvaninin  ibn  Sina  təliminə  dair 
dediyi tənqidi  fikirləri qəbul etməmişdir.
Filosofun  bir  neçə  tanınmış  məşhur  əsərləri  olmuşdur  ki, 
dünyanın  diqqətini  özünə  cəlb  etdirmişdir.  “Məntiqin  məğzi  və 
fəlsəfənin  xülasəsi  (Lübab  əl-məntiq  və  xülasət  əl-hikmət), 
traktatının  bir  əlyazması  Nəcəf  şəhərində  mühafizə  edilir.  Onun 
İbn  Sinanın  “Tibb  qanunu”  (əl-Qanun  fı-tibb)  kitabına  yazdığı 
şərh  Parisdə,  “işarələr  və  qeydlər”  (əl-Işarət  vət-təlbihat)  kitabma 
yazdığı şərh istanbulda saxlanılır” (8,  s.  303).
Naxçıvan  mədəniyyətinə  dair  tarixi  mənbələr  onu  deməyə 
imkan  verir  ki,  həqiqətən  qədim  Nuh  diyarı  canlı  mətn  abidələri 
ilə  bəzədilmişdir.  Orta  əsr  mənbələrinə  aid  yazılı  abidə  olan  bir 
çox  əlyazma  mətnləri  bu  gün  Naxçıvan  mədəniyyəti  tarixinin 
əsasından xəbər verir.
Naxçıvan  mədəniyyətinə  dair  orta  əsr  əlyazma mətnlərinin 
tarixi  köklərini 
nəzərdən 
keçirən  böyük  tədqiqatçı  alim 
Məmmədov  Z.  öz tədqiqat  əsərində  belə  yazır:  “XI-XII  əsrlərdə
Azərbaycanda  incəsənət  xeyli  inkişaf etmişdi.  Musiqişünaslıq  bir 
fənn kimi riyaziyyat  üstündə  gedirdi.  XI  əsrdə başqa  müasirləri  ilə 
yanaşı  Əbülhəsən  Bəhmənyar  da  musiqişünaslığa  xüsusi  maraq 
göstərmiş,  bu  barədə  ayrıca traktat yazmışdır.  O  dövrdə  memarlıq 
və 
xəttatlıq 
sahəsində 
isdedadlı 
sənətkarlar 
yetişmişdir. 
Naxçıvanda  1162-ci  ildə  Yusif ibn  Quseyrin,  1186-cı  ildə  Atabəy 
Məhəmməd 
Cahan 
Pəhləvanın 
arvadı 
Möminə 
xatmın 
sərdabələrini  tikmiş  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani  XII  əsrin 
böyük  sənətkarlarmdandır.  Başdan-başa  həndəsi  nəqşlər  və 
kitabələrlə  bəzədilmiş  bu  abidələr  təsviri  sənətin  müxtəlif 
növlərini özündə təcəssüm etdirir” (67, s.  57).
Naxçıvan  mədəniyyətinə  dair  əlyazma  mətnlərinə  xüsusi 
bir şirinlik  gətirən  orta  əsr  nümayəndələri  dövrünün tanınmış  elm 
adamları  ilə  yanaşı,  xilafət  başçılarının  da  böyük 
rəğbətini 
qazanmışlar.  Xəlifə  Nasir  li-Dinillah  (1180-1225)  tərəfindən 
yüksək  qiymətləndirilən  elm  adamlarından  biri  də  Hinduşah 
Naxçıvani  olmuşdur.  Naxçıvani  də  öz  növbəsində  ona  qarşı  elmi 
əsərlər  yazmaqla  münasibətini  bildirir.  Tədqiqatçı  alim  bu  haqda
161


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə