Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə47/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   43   44   45   46   47   48   49   50   ...   88

Təmleyxa  razılaşdı  və  getməyə  hazırlaşdı.  Qoca  -   nəvə 
onun  əl-ayağmı  öpərək  təkrar  edirdi:  “Mənə  sənin  müqəddəs 
sifətini  görməyim qismət  oldu,  artıq  indiki zamanda Ulu  Tanrıdan 
arzum  mənim  uzun  ömrümə  son  qoyar,  çünki,  mən  artıq  qocalıq 
və zəiflik yükünü daşımaq şorunda deyiləm”.
Eybi  yoxdur  -   Təmleyxa  nəvəsini  sakitləşdirdi  -   ruhdan 
düşmə  sevin,  çünki,  sabah  axşam  mən  və  sənin  atan  göylərdə 
görüşəcəyik”.  Qoca  babası  ilə  xudahafizləşərək  Təmleyxa 
hökmdarla  birlikdə  dağ  tərəfə  yön  aldılar.  Hökmdar  öz 
xidmətçilərinə  öz mətbəxtlərindən  bir  neçə  xəlvər təam və  içməyə 
su  götürməyi  buyurdu  və  yeməklər  qatırlara  yükləndikdən  sonra 
hamı  atla,  piyada  şəhəri  tərk  etdi.  Camaat  Culus  dağına  tərəf 
yollandı.  Təmleyxa  və  hökmdarın  ardınca  böyük  insan  dəstəsi 
gedirdi  -   qadınlar  və  kişilər,  uşaqlar  və  yaşlılar,  qocalar  və 
cavanlar,  yüz  min  ağır  şahidi  olduqları  möcüzələr  haqqında 
əhvalatı təkrar edir və  baş verən hadisədən heyrətlənirdilər.
Dəstə  dağa  tərəf  yaxınlaşanda  Təmleyxa  hökmdara  dedi: 
“Ey  hökmdar,  agah  ol  ki,  mənim  dostlarım  həqiqi  vəziyyət 
haqqında  heç  bir  şey  bilmirlər,  halbuki,  Dağ  Yunusun  dövründən 
üç yüz il keçmişdir.  Onlar elə  bilirlər ki,  Dağ Yunusdan qaçdıqları 
cəmisi  bir  aydır  və  indiyədək  qorxu  içərisindədirlər.  Əgər  bütün 
bu  dəstə  mağaraya  getsə,  onlar  belə  qərara  gələrlər  ki,  bu  onları 
məhv  etmək  üçün  gələn  Dağ  Yunus  və  onun  adamlarıdır, 
qorxudan canlarım tapşırarlar.  Yaxşı  olar ki,  sizin  hamınız  burada 
dağın  ətəyində  dayanasınız,  mən  isə  tək  gedib  onlara  yemək 
verəm,  sonra  isə bizim neçə  il  mağarada keçindiyimizi  onlara  izah 
edim”.
Təmleyxanın  təklifi  hökmdarın  çox  xoşuna  gəldi  və  o 
dəstəyə  dayanmağı  əmr  etdi.  Bu  arada  Təmleyxanın  dostları  onu 
gözləyərək mağaradan çıxıb aşağı  baxırdılar.  Böyük dəstəni görüb 
onlar  çox  qorxdular  və  yenidən  mağaraya  qayıdıb  gizləndilər. 
Təmleyxa  onların  arxasınca  qaçdı  və  çox  çəkmədən  dostlarının 
qarşısında  dayandı.  Gənc  dostlar  öz  yoldaşlarım  qucaqladılar  və 
onu  sorğu-suala  tutdular.  Təmleyxa  onlarla  qabaq-qabağa 
əyləşərək  yeməyi  onların  qarşısına  qoydu.  Hamı  acgözlüklə
146


4
yeməyin  üstünə  cumdular,  sonra  itə  yemək  payı  verməyi  yaddan 
çıxardılar.  Lakin  sonra  yemək  verilsə  də  it  o  yeməyi  yeməkdən 
imtina etdi.
“Mənim qardaşlarım -  Təmleyxa dedi -  necə düşünürsünüz,
Dağ  Yunusdan  qaçdığımız  vaxtdan  biz  mağarada  neçə  müddət
yatmışıq”?  Onlardan  biri  cavab  verdi:  “Bir  gecə”,  digəri  dedi:
“Bir sutka”  üçüncüsü  fərz edərək dedi:  “Cəmisi  bir saat” -  Şəhərə
yola düşməzdən  əvvəl -  Təmleyxa  qeyd  etdi -   mən  də  sizin kimi
düşünürdüm.  Lakin  şəhərdə  olduqdan  sonra  mən  bizim  əsl
vəziyyətimizi 
bildim. 
Bilin  ki, 
bizim  burada, 
mağarada
gizləndiyimiz vaxtdan üç  yüz doqquz il  keçmişdir.  Bəli  belə!  Düz
üç  yiiz  doqquz  il  əvvəl  biz  öz  evimizdən  ayrılıb  alçaq  Dağ
Yunusdan  qaçmışıq.  Bu  müddət  ərzində  Dağ  Yunus  ölmüşdür,
ondan  sonra  isə  bizim  şanlı  Əfsus  şəhərində  daha  dörd  nəfər
___  

hökmdarlıq  edib  və  vəfat  etmişlər.  Ulu  Tanrı  isa  adlı  -   (Allahın 
salamı  ona  olsun)  peyğəmbər  göndərmişdir  -   o  dünyaya  incili 
gətirmiş,  dünya  xalqları  peyğəmbər  və  onun  kitabma  inanmış, 
onun  davamçıları  olmuşlar.  Bütün  mövcudat  İsanın  gətirdiyi 
həmin  İncildə  Uca  Tanrı  tərəfindən  təsvir  edilmişdir.  Bu  kitabda 
o,  bizim  də  haqqımızda  xəbər  vermişdir,  zira  bizim  əhvalatımız 
dünyanın çox nadir möcüzələrindəndir və  bütün nəsi  insanlar üçün 
ibrətamiz  bir  dərsdir.  Sonra  Təmleyxa  şəhərdə  başına  gələnləri 
ətraflı  danışdı  və  axırda  əlavə  etdi:  “Şəhərin  hökmdarı  bütün 
əyanlarla,  dövlət  məmurları  ilə  birlikdə  şəhərin  və  ölkənin 
məşhur,  savadlı  adamları,  atlı  və  piyadalar,  dindar  və  sadə 
adamlar sizinlə  görüşmək üçün bura gəlmişlər.  Onlar bizdən xahiş 
etmək  istəyirlər  ki,  biz  şəhərə  qayıdaq  və  onlar  arasında yaşayaq. 
Budur  indi  hökmdar  bir  neçə  hörmətli  əyanları  ilə  birlikdə  dağa 
qalxmış,  mağaranın  girişi  qarşısında  sizinlə  görüşmək  ümidi  ilə 
dayanmışlar.  İndi  necə  istəyirsinizsə  elə  də  edin”.  Təmleyxa 
bunları  yoldaşlarına  deyənə  qədər  hökmdar,  şəhərin  hakimi  və 
əyanları  dağm  təpəsinə  qalxaraq  mağaranın  girişi  yaxınlığında 
dayanaraq  Təmleyxanın  dostlarını  müşahidə  edir,  onların  nə 
haqda danışıqlarına qulaq asırdılar.
147


Təmleyxanın  dediklərini  dinləyərək  Təmleysa  və  onun 
dostları,  baş  verənlərdən  heyrətlənmiş,  özlərini  itirmiş  və  sonra 
dərin düşüncələrə dalaraq təəccüblə  bir-birinə baxırdılar.  Onlardan 
hər  biri  düşünərək  öz  qərarlarını  verirdilər.  Onlardan  biri  belə 
cavab  verdi:  “Əgər  bizim  işlər  belə  vəziyyətə  gəldisə,  onda 
hökmdara  və  onun  adamlarına  görüşməyin  nə  lüzumu  vardır”? 
ikinci  dedi:  “Biz  dünya  insanlarından  uzaqlaşaraq  Ulu  Tanrıya 
yaxınlaşmışıq.  Biz  onları  heç  görməsək  daha  düzgün  və  yaxşı 
olar”.  Onlardan hər  biri  bu  ruhda  öz  fikirlərini  deyirdi  və  nəhayət 
Təmleyxa  yekun  vurdu:  “Mənim  qardaşlarım,  biz  doğma  evimizi 
və  şəhərimizi,  dövlət  və  ölkəmizi  tərk  etmişik,  icazəli  və 
qadağanlardan məlikəmə və hakimiyyətdən,  qızıl və gümüşdən, öz 
mülkümüz  və  əmlakımızdan  ona  görə  imtina  etmişik  ki,  ətrafın 
dedi-qodularını,  boş  danışıqlarını  çəkmək  gücündə  deyildik. 
Səmimi  qəlblə,  yüksək  fikirlərlə  Ulu  Tanrıya  müraciət  etməklə 
insanlardan  həmişəlik  üz  çevirmişik.  Sən  deyirsən  ki,  biz  üç  yüz 
doqquz  il  bundan  əvvəl  insanları  tərk  etmişik,  əgər  bu  belədirsə, 
onda  təkrarən  insanlara  qayıtmaq  həm  dünya  əhli  üçün,  həm  də 
axirət  dünyası  üçün  faydasız  olar.  Bizimlə  görüşmək  üçün  bura 
gələn  insanlara  gəlincə  isə,  biz  iki  şeydən  birini  etməliyik;  ya 
onları  qarşılamaq,  yaxud  da  onları  mağaraya  buraxmaq.  Bu  da o 
biri  iş  də  başağrısı  və  narahatlıq  gətirəcəkdir,  bizim  isə  necə  olsa 
üç  yüz  otuz  ildən  artıq  yaşımız  var  və  biz  insanlarla  bihudə 
ünsiyyət  etməyə  davam  gətirə  bilmərik,  ona  görə  ki,  bizim 
həyatımız sona yaxınlaşır və  əgər biz,  daha bir qədər yaşasaq  belə 
onsuzda faydası yoxdur”.
İstər yüz yaşa istərsə də daha çox,
Onsuz da tərk edənik dünyanın vəfası yox.
Əgər  məni  dinləyəcəksinizsə,  Ulu  Tanrının  bizi  üç  yüz 
doqquz  il  qoruyub  saxladığını  yada  salsaq  ki,  bununla  da  Tanrı 
özünün  qüdrətini  sübuta  yetirmiş  və  bizim  sirrimizi  bütün  dünya 
əhli  üçün  bəyan edibdir.  Gəlin  adamlar  bizi  əhatə  edənə  qədər və 
nə  qədər  ki,  biz  mühakimə  olunmalı  deyilik,  nə  qədər  ki,  şəhər 
sakinləri  bizi  barmaqla  göstərməyib,  səmimi  qəlblə,  yüksək 
məramla  Allah  qarşısında  təzim  edək,  göz  yaşları  və  yalvarışla
148


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə