Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə48/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   44   45   46   47   48   49   50   51   ...   88

Ondan,  qadir,  qüdrətli  Allahdan  istəyək  ki,  buradaca  bu  mağarada 
O, bizi özü  ilə  qonşu  son  nöqtəyə  -  ideala  çevirsin.  -  Qoy  O,  bizə 
ölüm göndərsin,  və  ya  öz möcüzəsi  ilə  bizi  qeybə  çəksin zira əgər 
biz bir müddət yaşasaq da sonu  birdir.
Yüz min  il yaşasaq da əgər əcəl yetişibsə,
Axır ölüm  bizi də öz yoluna qatacaqdır.
Təmleyxa  öz  nitqini  bitirdikdən  sonra  dostlarının  hamısı 
onun  təklifini  bəyəndilər  və  dərhal  yeddi  -   kimsələr  yerə 
döşənərək  Ulu  Tanrıdan  müqəddəs  ölüm  istədilər.  Böyük  yaradan 
ölüm  mələyinə  (məlekil-mövt)  cənabi  Əzrailə  (ə)  əmr  etdi  ki, 
onların  səcdəyə  getdiyi  zaman  elə  həmin  andaca  canını  alsın. 
Cənabi  Əzrail  (o)  həmin  dəqiqə  öz  işini  yerinə  yetirdi  və  iti  də 
öldürərək  hamısı  bir anda daşa dönərək qeyb oldular.
Hökmdar  və  əyanlar  özlərini  göstərməyərək  müşahidə 
aparır  və  mağaranın  sakinlərinin  Təmleyxa  ilə  söhbətinə  qulaq 
asmaqda  davam  edirdilər.  Lakin  Təmleyxa  və  onun  yoldaşlarının 
Allaha uzun  müddət  səcdə  etdiyini,  səs-səmir gəlmədiyini  görərək 
hökmdar  və  məmurlar  mağaraya  yollandılar.  Dağ  Yunus 
dövründən  qalmış,  yaradılmış  daş  qalağına  çatanda  onlar 
dayandılar;  irəli  getməyə  heç  kimin  cürəti  çatmadı.  Rəvayətdə 
deyilir  ki,  hökmdar  Təmleyxanın  böyük  nəticəsinə  mağaraya 
girməyi  və  nə  baş  verdiyini  öyrənməyi  əmr  etdi.  O,  mağaraya 
girdi  və  yeddi  nəfərin  hamısı  Allaha  səcdə  etdiyi  zaman  həyatla 
vidalaşıb  qeybə  çəkildiklərini  həyacanla  dərk  etdi.  Bu  vahiməli 
möcüzəni  görən  Təmleyxanın  nəticəsi  ucadan  qışqırdı  və  özü  də 
canını  Allaha  tapşırdı.  Qışqırığı  eşidərək  hökmdar  və  onun 
xidmətçiləri  qorxaraq  mağaradan  geri  çəkildilər.  Hökmdar  və 
onun  adamları  bir  müddətdən  sonra  yenə  də  mağaraya  girmək 
qərarına gəldilər,  lakin  giriş  daşlarla  səliqəli  hörülmüş  idi,  belə  ki, 
heç  bir  qüvvə  ilə  oradan  bircə  daş  qoparmaq  nümktin  deyildi. 
Bunu  görərək  qulaqlarında  Təmleyxanın  nəticəsinin  axırıncı 
qışqırığının  hələ  də  səsləndiyi  adamlar  divarı  yarmaq  istədilər. 
Lakin  onlar  heç  nə  edə  bilmədilər.  Birdən  əks-sədası  ətrafa 
yayılan  dəşətli  bir  səs  gəldi.  “Dost  dosta  qovuşdu”.  Yuxarıdan 
gələn  səsi  eşidərək  hökmdar  və  onun  adamları  heyrətlənmiş  halda
149


donub  qaldılar.  Sonra  isə  hər  biri  mağaraya  gedən  yolu  bağlayan 
daşlara  üzü  üstə  döşənərək  Uca  Allahdan  öz  arzularının  yerinə 
yetirilməsini  istədilər.  Nəhayət  istəklərinə  nail  olaraq  mağaraya 
daxil oldular və o  möcüzəni onlar da müşahidə etdilər.
Hökmdar  və  onun  əyanları  düz  bir  ay  mağaranın  ətrafında 
oldular.  Şəhərdən  bütün  lazım  olan  materialları  gətirib  mağaranın 
qarşısında  ziyarətçilər  üçün  böyük  məbəd  və  sığınacaq  tikdilər. 
Hökmdar  məbədin  divarmda  Əshabi-Kəhfın  yeddi  sakininin  -  
mağarada üç yüz doqquz  il yatmış  Əfsus  yeniyetmələrinin  tarixini 
yazmağı  əmr  etdi.  Məbədin  açarları  isə  Təmleyxanm  nəslindən 
olanlara  verildi  və  onlar  haqqmdakı  hekayət  bütün  dünyaya 
məlum  oldu,  indi  dindarlar  hər  zaman  həmin  mağaraya  gedir, 
müqəddəs  məkanı  ziyarət  edərək  Ulu  Tanrıdan  öz  hacətlərin 
istəyirlər.Yeddi  kimsələr  haqqında  hekayət  Allah  Təalanın  son 
səmavi  kitabı  olan  müqəddəs  Qurani-Kərimin  Kəhf  -  surəsində 
ətraflı  şərh  olunmuşdur.  Qurani-Kərimin  əl-Kəhf surəsində  Allah 
Təala onlar  barəsində  fəsahət və  bəlağət  baxımından daha  hikməli 
şəkildə bəyan etmişdir.
Əl-Kəhf surəsi  cəmi  110  ayədir.  Məkkədə  nazil  olmuşdur. 
Ancaq. 28  ayəsi  Mədinədə nazil olması rəvayət edilir.  Surə bu adı, 
içəridə  sözügedən  “Mağara  sahibləri”  mənası  demək  olan 
“Əshabi-Kəhf’dən  almışdır.  Təfsirlərə  görə,  “Kohf’  qədim 
Naxçıvan  torpağının  müqəddəsliyini  əks  etdirən  əzəmətli  dağda 
yerləşən  geniş  mağara  deməkdir.  Surənin  ayələrini  olduğu  kimi 
aşağıda vermək məntiqi yanaşmanın əsasını təşkil  edir.
İJUJÜ UL J$A iLä *  t* >  
L fe 
'
f
y
 
UÜ&  bLs. J e   'JjSİ 
<11 
}
4a2  (jjİLSUa  *  Iİ
a
^
a
  IjaJ 
(ji  Cıl4jC^all 
<
j
İ1
.  { I
j
3
j
 Я1» 
1JİIS üjjJl 
* İJUİ
150


1  -  Həmd  olsun  O  Allaha  ki.  Kitabı  (Quranı  mənasında  və
sözlərində)  heç  bir  əyriliyə  (yanlışlığa  və  ziddiyyətə)  yol
• •
vermədən Oz bəndəsinə (Muhəmmədə)  nazil  etdi!
• •
2  -  (Allah  kafirləri)  Oz  dərgahından  gələcək  şiddətli  bir  əzabla 
qorxutmaq,  yaxşı  əməllər  edən  möminlərə  isə  gözəl  mükafata 
(Cənnətə)  nail  olacaqlan  ilə  müjdə  vermək  üçün  onu  doğru- 
düzgün  (qiyamətə  qədər  bütün bəşəriyyətə  haqq  yolu  göstərən  bir 
nur) olaraq  endirdi.
3 - Onlar orada (Cənnətdə) əbədi  qalacaqlar!
4 - O, həm də (Quranı):  “Allah Özünə övlad götürdü!” -  deyənləri 
qorxutmaq üçün nazil  etdi.
|  Iİ
ajj
İ  CuAaJl  \Ц-} 
jaJ Jı  ‘рл,jlüi Lrl& 
1 ^_i.Lı dltxls
5  -  Bu  barədə  nə  onların  özlərinin,  nə  də  (təqlid  etdikləri) 
atalarının  heç  bir  biliyi yoxdur.  Onlar çox  böyük-böyük danışırlar. 
(Ağızlarından  çıxan  söz  necə  də  böyük  küfrdür).  Onlar  ancaq 
yalan deyirlər!
6  -  (Ya  Rəsulum!)  Yoxsa  (kafirlər)  bu  Qurana  inanmasalar, 
(səndən  üz  döndərib  getdiklərinə  görə)  arxalarınca  təəssüflənib 
özünü həlak edəcəksən?!
L# (jjic-LaJ  Üj j  *   ^L
a
C-  (jj-u-’d 
j)\nt  Ц-1 AJ
j
J  
La  l .ılt
a
  Lil  J
.  {  01*
7  -  Biz  yer  üzündə  olanları  onun  (sakinləri)  üçün  (və  ya  onun 
özünə  məxsus)  bir zinət  yaratdıq  ki,  onlardan  hansının  daha  gözəl 
əməl  sahibi olduğunu yoxlayıb ayırd edək.
8  -  (Bu  da  bir  həqiqətdir  ki)  Biz  yer  üzündə  olan  hər  şeyi  (vaxtı 
gələndə)  məhv  edib  qupquru  bir  torpağa  döndərərik.  (Fani 
dünyaya,  onun cah-cəlalına etibar yoxdur.  Yer üzündə olan heç bir
151


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə