Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə44/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   40   41   42   43   44   45   46   47   ...   88

adam  idi.  Təmleyxanm  mərifətli  və  yumşaq  danışığını  dinləyərək 
güldü  və  dedi:  “Oğlum,  bu  dirhəm  köhnə  sikkədir,  yalnız  Allah 
bilir  ki,  kimin  hökmranlığı  zamanında  bu  kəsilmişdir.  Sən  yəqin 
ki,  bu  sikkəni  haradansa  tapmısan,  əgər  səndə  yenə  bundan  varsa 
gətir  yarı  bölək.  Yarısı  sənin,  yarısı  mənim.  Əgər  sən  bunu  öz 
xoşuna etsən,  onda sənə heç  bir zərər gəlməz”.
Təmleyxa  çox  çıxılmaz  vəziyyətdə  qaldı.  “Sevimli  Allah 
xatirinə  -  Təmleyxa  dilləndi  -   siz  hansı  xəzinə  haqqında 
danışırsınız?  Mən  bədbəxt  və  zavallıdan  nə  istəyirsiniz?  Cəmisi 
bir neçə  gün  əvvəl  bu  dirhəmi  götürərək  bu  şəhəri  tərk  etmişəm. 
Bu  şəhərdə  məni  tanımayan  yox  idi.  Nə  üçün  bu  gün  mənə  zor 
etmək  istəyirsiniz?  Mən  heç  bir  xəzinə-fılan  tapmamışam!  Bunu 
deyərək  Təmleyxa  acı-acı  ağladı.  Hökmdarın  ona  yazığı  gəldi, 
lakin  onun  sözləri  hökmdara  çox  həqiqətdənikənar  gəldi.  “Mənim 
oğlum-  hökmdar  Təmleyxaya  dedi:  -  sən  mənasız  şeylər 
söyləyirsən,  sənin  sözlərin  istər-istəməz  hamıda  şübhə  doğurur. 
Əvvəl  sən dedin  ki,  bu  şəhərdənsən  və  onu  bir neçə  gün öncə  tərk 
etmisən,  burada  səndən  hörmətli  adam  olmayıb,  bu  dirhəmi  sən 
buradan,  bu  şəhərdə  almısan.  Sənin  sözlərin  bir-biri  ilə  tutmur  və 
həqiqətə  uyğun  deyil.  Mən  bu  ölkənin  hökmdarıyam  və  dinar 
kəsmə  mənim  sərəncamımdadır,  mənim  xəzinəmdə  isə  bu 
dirhəmə  oxşar  bircə  sikkə  belə  yoxdur.  Boş  yerə  mübahisə  etmə, 
həqiqətdən  başqa  sənə  heç  nə  xeyir  gətirməz.  Sən  deyirsən ki,  bu 
şəhərdənsən,  sən  hörmətli  sayılan  bir  adam  idin,  deyilmi?  Əgər 
sən  ciddi  deyirsənsə,  bu  şəhərdə  sənin  dediklərini  təsdiq  edəcək 
bircə nəfər belə  tanışın varmı,  göstər.  Əgər sən xəzinə tapmısansa, 
mənə  göstər,  vicdanıma  and  içirəm  ki,  onu  öz  aramızda  ədalətlə 
bölərəm.  Əgər sən  bunu etməsən, onda  mən zorla səndən hamısını 
alaram”.  “Ey  hökmdar -  Təmleyxa  yalvardı -  məni  tanıyanları və 
mən  tanıdıqlarımı  mən  sənin  ətrafında  görmürəm.  Başıma 
gələnlərdən  heyrətlənərək  və  təəccüblənərək  köməksiz vəziyyətdə 
qalmışam.  Mən  bu  şəhəri  cəmi-cümlətanı  qırx  gün  bundan  əvvəl 
tərk etmişəm,  bu  müddət  ərzində  o  qədər dəyişiklik  baş  vermişdir 
ki,  mən  buna yalnız matı-məəttəl  qalıram.  Bu  şəhərdə  adamlarım, 
hökmdarın  özünün,  rəiyyətin  zahiri  görkəmi,  qanunlar,  adətlər  və
137


ənənələr  -   hər  şey  tamamilə  başqa  cür  olmuşdur.  Əvvəlki 
şəhərdən,  burada  yaşayan  adamlardan  demək  olar  ki,  heç  nə 
qalmamışdır”.  Qonağın  səmimi  danışdığını  görərək hökmdar fikrə 
getdi  və  öz-özünə  dedi:  “Burada  nəsə  bir  sirr  vardır,  çünki  o 
göründüyü kimi düzgün adamdır və  boş-boşuna danışmaz”.
Sonra  o  Təmleyxaya  müraciət  edərək  dedi:  “  Əgər 
belədirsə,  onda  hesab  et  ki,  mən  sənin  səmimiyyətinə  inandım və 
əgər  sən  hətta  yüz  min  belə  dirhəm  tapsan  da  onların  hamısını 
sənə  verirəm.  Sən  deyirsən ki,  bu  dirhəmi  bu  şəhərdən  aparmısan 
və  şəhəri  qırx  gün  öncə  tərk  etmisən.  Amma  bu  iddia  məndə 
heyrət  və  təəccüb  doğurur.  Yaxşı  olar  ki,  özün  haqqında,  öz 
macəraların  haqqında  əvvəldən  axıra  kimi  danış  ki,  mən  işin  nə 
yerdə olduğunu  bilim”.
“Mən  qorxuram  ki,  -   Təmleyxa  yalvardı  -   sən  məni  bu 
hökmdarlığı  sənə  tapşıranın  əlinə  verəsən”.  Hökmdar  qəh-qəhə 
çəkdi  və  dedi:  “Bu  şəhər  və  hakimiyyət  mənə  ata  -   babamdan 
qalmışdır.  Bəs səncə  bu  hakimiyyət  mənə kimdən  qalmışdır və bu 
şəhəri  kimin  əyaləti  hesab  edirsən?”  -   Şəhər  və  bu  hakimiyyət - 
Təmleyxa  cavab  verdi  -   allahlıq  iddiasında  olan  Dağ  Yunusa 
məxsusdur.  -   “Qorxma  -   hökmdar  mehribanlıqla  dilləndi  -   bu 
yerlərin  hökmdarı  olan  Dağ  Yunusun  dövründən  çox  illər 
keçmişdir,  bu müddətdə dünyaya sənə və mənə oxşar yüz minlərlə 
adam  gəlmiş  və  getmişdir.  Bizim  yaşadığımız  bu  əsrdə  cənab 
Allah  bizə  öz  peyğəmbərini  göndərmişdir,  onun  adı  isadır  və 
bizim  hamımız  ona  inanırıq,  sən  isə  bizə  hökmdar  Dağ  Yunusun 
zamanından  danışırsan,  həm  də  deyirsən  ki,  şəhəri  qnx  günlüyə 
tərk  etmisən.  Sənin  sözlərin  bir-biri  ilə  və  etdiyin  şeylərin  gerçək 
vəziyyəti  ilə  necə  uyğunlaşdırmaq  olar?”  Təmleyxa  təəccübdən 
dondu  və  uzun  fikirdən  sonra  dedi:  “  Ey  hökmdar,  əgər  vəziyyət 
sən  dediyin  kimidirsə,  onda  bil  ki,  mənim  əhvalatım  -   heç  bir 
zaman rast  gəlinməyən  qəribə  möcüzədir.  Əgər  icazə  versən  mən 
sənə hər  şeyi danışaram”.  -  “Bəli,  mən  istəyirəm ki,  sən  mənə hər 
şey  haqqında  məlumat  verəsən”  -   hökmdar  dedi:  “Yaxşı  - 
Təmleyxa  cavab  verdi -  yalnız  sən əmr  ver  bura  şəhərdə  yaşayan 
ən yaşlı  qocalar, dünya görmüş müdriklər toplansın.  Bəlkə onların
138


arasında  məni  görən  və  mənim  haqqımda  eşidən  olar.  Axı  bu 
şəhərdə  mən  öz  evimi,  arvadımı  və  oğlumu  qoyub  getmişəm. 
Hökmdar  dərhal  qonağın  arzusunu  yerinə  yetirməyi  əmr  etdi. 
Hökmdarın  xidmətçiləri  bütün  şəhər  və  kəndlərə  carçılar 
göndərdi,  onlar  hər  yerdə  car  çəkməyə  başladılar:  “Ey  camaat, 
sizin aranızda allahlıq  iddiasında olan Dağ Yunusu  görən varmı?”
Onun  hakimiyyəti  dövründən,  -   adamlar  cavab  verirdilər 
üç  yüz  doqquz  il  keçmişdir.  Bu  haqda  kitablarda  və  tarixi 
əsərlərdə  yazılmışdır  ki,  o  zamanlar  Dağ  Yunusdan  altı  yeni­
yetmə qaçmış və hansısa mağarada gizənmişlər.  Orada yazılmışdır 
ki, onlar  indiyə  qədər  sağdırlar,  vaxtı  gələndə  Allah  onları  oradan 
çıxaracaq  ki,  insanlara  yaxşı  dərs  olsun,  onlar  Allahın  qadir  və 
qüdrətli  olduğu  haqda  gerçəkliyi  dərk  etsinlər.  Biz  bu  əhvalatı 
Incildə  oxumuşuq.  Bu  sözləri  eşidərək  Təmleyxa  qışqırdı:  “Ey 
hökmdar  sən  qocaların  danışdığı  bu  əhvalatın  doğruluğuna 
inanırsanım?”
“Uca  Tanrının  kitablarındakı  bütün  yazılanlar  hökmdar 
dedi - əsl  həqiqətdir və  mən bütün varlığımla onların doğruluğuna, 
düzgünlüyünə  inanıram.  Budur,  artıq  bir  şox  illərdir  ki,  biz  bu 
ibrətli  hekayəni  Incildən  oxumuşuq,  və  bu  bizim  səltənətdə  çox 
məşhurdur”.
“Əgər sən  inanmağa qabilsənsə,  onda bil  ki,  mən o,  Incildə 
oxuduğunuz altı gəncdən biriyəm, qalan beş nəfər,  bir də çoban və 
itləri  daxil  olmaqla  indi  mağarada  məni  gözləyirlər.  Mən  şəhərə 
enmişəm  ki,  o  zamandan  qalmış  bu  dirhəmə  yemək  alıb  onlara 
aparım”.
Təmleyxa  öz  hekayəsini  bitirdikdən  sonra,  hökmdar  və
bütün camaat  təəccübdən  mat  qalmışdılar  və  baş  verən  hadisənin
• •
təsirindən 
nitqləri 
tutulmuşdu. 
Özlərinə 
gələrək 
hamı 
Təmleyxanın  hekayəsinin  doğruluğuna  inandılar  və  onun  əl- 
ayağını  öpməyə,  ziyarət  etməyə  atıldılar.  Camaatı  sakitləşdirərək, 
Təmleyxa  hökmdara  dedi:  “  Bu  şəhərdə  mənim  evim,  əmlakım, 
arvadım  və  oğlum  vardı.  Bilmirəm,  mənim  nəslimdən  kimsə 
sağdırmı?”
139


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə