Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə42/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   38   39   40   41   42   43   44   45   ...   88

gündüz o  yuxu  yatmır və  istirahət etmirdi.  Bir ay  beləcə keçdi.  Bir 
aydan  sonra  iblis  qoca  kişi  surətində  onun  yanma  gəldi  və  dedi: 
“Ey yerlərin yaradıcısı,  sən axtardığın gəncləri  mən Culus dağmın 
təpəsində,  mağarada  tapmışam.  Çoban  və  it  də  onlarladu”.  Bu 
xəbəri eşidərək Dağ  Yunus çox  sevindi  və  carçıya  buyurdu ki,  car 
çəksin.  “Qaçanların  necə  əzabla  cəzalandırıldıqlarını  kim  görmək 
istəyirsə,  Culus  dağına  getsin,  orada  o,  təəccüblü  şeylər 
görəcəkdir”.  Şəhərdə  səs  küy  qalxdı,  qadmlar  və  kişilər,  yaşlılar 
və uşaqlar,  atlılar  və  piyadalılar  dəstə  ilə  mağaraya  yollandı.  “Ey 
möhtərəm  qoca  -   Dağ  Yunus  lənətə  gəlmiş  iblisə  dedi  -   sən 
qaçanların  olduğu  yerə  aparan yolu  bizə  göstər,  bunun  üçün  mən 
sənə dua edərəm sən cənnətə düşərsən”,  iblis qabaqda,  Dağ Yunus 
isə  öz  vəzirləri,  vəkilləri,  saray  adamları  və  əyanlarla  birlikdə 
onların  arxasınca  mağaraya  tərəf gedirdilər.  Bütün  yol  boyu  Dağ 
Yunus onlara hansı  işgəncə  verəcəyini  və  onları  necə əzabla edam 
edəcəyini  fikirləşirdi.
Hamı  dağdakı  mağaraya  çatdıqdan  sonra  Dağ  Yunus  öz 
vəzirlərini  vəkillərini  və  müşavirlərini  çağırdı  və  dedi:  “Bir  halda 
ki,  bu  qanunsuz  doğulmuşlar  (vələdi-zinalar)  pozğun  övladlar, 
xain  yaramazlar  mənim  əleyhimə  üsyan  ediblər,  mən  onlara  elə 
bir işgəncəli  cəza  verməliyəm ki,  bütün dinsiz məlunlar üçün dərs 
olsun.  Deyin  görüm,  siz hansı cəzanı təklif edirsiniz?”
İştirakçıların  hərəsi  bir  cür  cəza  təklif  etdi.  Biri  gəncləri 
suda  batırmaq,  boğmaq,  digəri  onları  tonqalda  yandırmaq  və  s. 
təklif  edirdi.  Növbə  lənətə  gəlmiş  iblisə  çatanda  o  dedi:  “Ey 
yerlərin  allahı  əgər  onlara  elə  cəza  vermək  istəyirsən  ki,  qiyamət 
gününədək yaddan çıxmasın,  onda onları həmin  mağaradaca  saxla 
və əmr  et  qapısını  hörüb  bağlasınlar,  qoy  onları  orada  siçanlar  və 
ilanlar yesin və  işgəncə  ilə  məhv olsunlar”.
İblisin  təklifi  Dağ  Yunusun  çox  xoşuna  gəldi.  Dərhal  əmr 
etdi  ki.  daş  toplamaqla  mağaranın  qapısını  daş  və  əhənglə 
hörsünlər.  Əmri  yerinə  yetirərək  qapını  hörüb  örtməklə  ustalar 
Dağ  Yunusun  əmri  ilə  divarda  yazdılar:  “Burada  yer  allahı  Dağ 
Yunusun  əleyhinə  üsyan  etmiş  yeddi  kimsələr  gizlənmişdir.  Dağ 
Yunus  onları  bu  məhbəsin  məhbuslarma  çevirmişdir  ki,  onlar
131
«


burada  çürüyüb  məhv  olsunlar.  Öz  sahibinin  əleyhinə  üsyan 
etmişlərin  aqibəti  budur’.  Bundan  sonra  Dağ  Yunus  və  onun 
əyanları  şəhərə  qayıtdılar.  Şəhərdə  iblis  Dağ  Yunusa  dedi:  “İndi 
hansı  allahın  onları  qiyamət  gününədək  bu  mağaradan  azad  edə 
biləcəyini  düşün?”  Bunu  deyərək  iblis  qeyb  oldu,  sanki  havada 
əriyib  yox  oldu.  Uca  Tanrı  öz  müqəddəs  sonuncu  səmavi  kitabı 
olan  Qurani-Kərimində  bu  əhvalatı  belə  şərh  edir:  “Bəlkə  sən 
hesab  edirsən  ki,  Mağara-sahibləri  və  Rəqim  bizim  yanımızda 
əcaba bir möcüzədir?” (Kəhf surəsi  9-cu ayə)
Beləliklə,  Dağ  Yunus  öz  hərəkətlərindən  çox  məmnun 
oldu  və  iftixarla  dedi:  “Bu  mağaranın  qabağından  keçən  hər  kəs 
bu yazını oxuyaraq və bundan lazımı dərs götürər”.
Dağ  Yunus  və  onun  adamları  getdikdən  sonra  Uca  Tanrı 
öz mələklərindən birini qapadılmış  Allah  axtaranların qoruyucusu 
təyin  etdi.  Bu  mələk  böyür-böyürə  yatanları  tez-tez  çevirirdi  ki, 
onların  qanı  damarlarında  donmasın  və  torpaq  onları  çürütməsin. 
Qurani-Kərimdə  deyildiyi  kimi:  “  Sən  elə  bilirsən  ki,  onlar 
ayıqdırlar,  amma  onlar  yatırlar  və  Biz  onları  sağa-sola  çeviririk, 
onların  iti  isə  öz  pəncələrini  astanaya  uzatmışdır,  əgər  sən  onları 
görsəydin onda onlardan vahimələnərək  qorxub qaçardın”.  (  Kəhf 
surəsi  18-ciayə)
Bundan sonra Dağ  Yunus  uzun müddət  insanları  onu  allah 
hesab  etməsi  üçün  israr  və  öz  səltənətini  beləcə  idarə  etdi.  Bir 
neçə  ildən  sonra  onun  həyatı  sona  çatdı  və  ölümsüzlük  ona 
yaxınlaşdı;  o  xəstələndi,  tezliklə  öldü.  Bu  dünyadan  birbaşa 
cəhənnəmə  vasil  oldu.  Onun  yerinə  taxta  Qasım  adında  birisi 
oturdu.  O,  cəmi-cümlətanı  iki  il  hökmranlıq  etdi  və  öldü.  Bundan 
sonra  ölkə  rumilərin  əlinə  düşdü,  onlar  da  dörd  il  hökmranlıq 
etdilər.
Dağ  Yunusun ölümündən 20  il  sonra Zəkəriyyə peyğəmbər 
(Allahın salamı ona olsun)  peyğəmbərliyə çatdı.  Allah ona  anadan 
gəlmə  Yəhya  peyğəmbəri  bir  övlad  verdi.  Ondan  sonra  isə  İsa 
peyğəmbərin (Allahın ona salamı  olsun)  bu dünyaya gəlişi  hər bir 
şeyi  tamamladı  və  onun  peyğəmbərliyi  illərində  qəribə  hadisələr 
oldu.
132


4
Mücahidlərin  mağarada  yuxlamasmdan  309  il  (üç  yüz 
doqquz)  il  keçdi.  Müqəddəs  Qurani-Kərimdə  deyildiyi  kimi:  “Və 
onlar mağarada özlərinin  üç  yüz  ilini  keçirtdilər və daha doqquz  il 
də əlavə”.  (Kəhf surəsi  25-ci ayə)
Bundan  sonra  onlar  mağaradan  çıxdılar.  Onlar  haqqında 
rəvayət  Aran  və  Turan  torpaqlarında  geniş  məlum  idi,  çünki 
ağızdan-ağıza keçirdi.  İnsanlar Tövratda oxumuşdular və  bilirdilər 
ki, mağara-sahibləri  bir zaman  mağaradan müəyən edilmiş vaxtda 
çıxacaqlar.  Həmin  vaxt  gəlib  çatdıqda  Uca  Tanrının  iradəsi  ilə 
onlar  sağ  və  salamatlıqda  idilər,  qüdrətli  Allaha  və  onun  elçisinə 
inanırdılar.  Bunu  Yaradanm  müdrik  iradəsi  belə  etmişdi  ki, 
qiyamət  gününə  və  o  dünya  həyatına  inanmayan  insanlar  Uca 
Tanrının  hər  şeyə  qadir  olduğunu  bilsinlər.  Allahın  iradəsi  ilə 
başını  qabaq  pəncələri  üzərinə  qoyub  astanada  yatmış  it  -   onun 
adı  Qitmir  idi  — gözlərini  açdı  və  uca  səslə  insan  dilində  dedi: 
Allahdan  başqa  Allah  yoxdur  və  onun  şəriki  də  olmayacaq! 
Qitmir in  müqəddəs  dediyi  sözlər  yatanların  qulağına çatanda  Uca 
Tanrının  iradəsi  ilə  lıamı  yuxudan  oyandı  və  hamı  bir  yrdə  bu 
sözləri  təkrarladı.  Sonra  onlar  gözlərini  sildilər  və  sanki  adi 
yuxudan  ayılmış  kimi  bir-birinə  baxdılar  və  soruşdular:  “Bəs  biz 
nə  qədər  vaxt  yuxlamışıq?”  Onlardan  biri  dedi:  “  Bir  neçə  dəqiqə 
bundan əvvəl “bir başqası dedi:  “  Yox biz günorta yuxlamışıq”  və 
hər  kəs  bu  tərzdə  öz  fikrini  dedi.  “Qardaşlar,  -  hamıdan  sonra 
Təmleyxa  dilləndi  -   bu  boş  danışıqlar  kimə  gərəkdir?  Necə  olsa 
biz  burada  bütün  gecəni  keçirmişik  və  indi  qalxmaq  vaxtıdır”. 
Hamı  dərhal  sıçrayıb  ayağa  qalxdı  və  bulaq  başında  dua  etmək, 
meyvə  ilə nahar etmək üçün çıxmaq  istədilər.
Çıxışa  yaxmlaşaraq  onlar  gördülər  ki,  mağaraya  giriş 
hörülüb  və  örtülmüşdür,  daşlarm  bəziləri  divardan  tökülərək 
mağaraya  dağılmışdı.  Onlar  buna  təəccübləndilər  və  bir-birindən 
soruşdular,  görəsən  nə  baş  vermişdir?  Onlar  necə  bu  vəziyyətə 
düşmüşlər?  Onlar  bulağa  və  meyvə  ağacına  baxdıqda gördülər ki, 
onlardan əsər-əlamət  belə  yoxdur.  Təəccüblənərək  və  heç  nə  başa 
düşməyərək,  onlar  bir-birlərinə  dedilər:  “Qəribə  işdir,  biz  dünən 
bu mağaranı və  bulağı görmüşük, bu gün isə onlar tamamilə  başqa
133


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə