Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə43/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   39   40   41   42   43   44   45   46   ...   88

bir  sifətdədir.  Bu  nə  qarabäsmadır”?  Onlardan  heç  biri  nə  baş 
vrdiyini  anlamadı.  Sonra  hamı  Təmleyxaya  müraciət  edib  dedi: 
“Biz  acından  ölürük,  bir  şey  fikirləş”.  Təmleyxa  cibindən  Dağ 
Yunus  dirhəmlərini  çıxarıb  dedi:  Bu  pullarla  şəhərə  gedib  yemək 
alıb gətirmək lazımdır.
Öz  aralarında  məsləhətləşərək,  Təmleyxa  və  onun 
yoldaşları  çobana  müraciət  edərək  dedilər:  “Sən  bu  dirhəmlərlə 
şəhərə  get  və  oradan  yemək  al  gətir.  Biz  səndən  ona  görə  xahiş 
edirik  ki,  səni  bu  şəhərdə  çox  az tanıyırlar.  Əgər  şəhərə  bizlərdən 
birimiz  getsək,  onda  Dağ  Yunusun  adamları  asanlıqla  bizi  tanıya 
bilər  və  onda  biz  bədbəxtliyə  düçar  olarıq.  Dirhəmləri  götürərək 
çoban  dirhəmin  yazışma  baxdı  və  orada  Dağ  Yunusun  adını 
oxudu.  Sonra  o  çıxışa  yönəldi,  amma  görəndə  ki,  çıxış  daşlarla 
hörülmüş  və  ətrafda  hər  şey  dəyişilmişdir,  onun  ürəyini  vahiməli 
qorxu  bürüdü.  O,  yoldaşlarınm yanma  qayıtdı  və  onlara dedi:  “Ey 
mömin  insanlar,  görünür  ki,  biz  yatdığımız  zaman  hansı 
adamlarsa  mağaraya  girişi  qəsdən  bağlamışlar  ki,  biz  həmişəlik 
burada  qalaq  və  məhv  olaq”.  Mənim  qardaşım  -   Təmleyxa 
dilləndi  -   sən  yəqin  ki,  sadəcə  qorxmusan  gedə  bilmirsən.  Bu 
səfeh  bəhanəni  haradan  fikirləşdin!  Əgər  getmək  istəmirsənsə, 
dirhəmləri  mənə  ver,  mən  özüm  şəhərə  gedərəm  və  yemək  alıb 
gətirərəm.
Çobandan 
dirhəmləri 
alaraq, 
Təmleyxa 
bir 
təhər 
mağaradan  çıxdı.  Ətrafa  baxaraq  o  gördü  ki,  ətraf  tamamilə 
dəyişmişdir.  Təəccüblənərək 
xəyallara  dalaraq  o  bir  möddət 
sağma və soluna baxdı sonra öz ürəyində dedi:  “Qəribə  işdir!
Ya mən həminki deyiləm,  ya da sən dəyişmisən.
Bir gecədə bu qədər dəyişiklik necə baş verə bilər?
Bu  haqda  düşünərək  o  şəhərə  yollandı.  O  qorxudan 
titrəyərək  və  ətrafma  baxaraq  gedirdi.  Hər  an  ciddi  cəhdlə 
təhlükəsizliyə  riayət  edirdi,  çünki  çox  qorxurdu  ki,  Dağ  Yunusun 
adamları  onu  tanıya  bilərlər.  Şəhər  darvazalarına  yetişərək  o, 
gördü  ki,  şəhərin  divarları,  darvazası  və  şəhərin  özü  də  çox 
dəyişmişdir.  Birdən  onun  gözləri  şəhər  darvazaları  üzərində
134


ucaldılmış  bayrağa düşdü.  Bu bayraq  üzərində ki, yazıda deyilirdi: 
“Allah təkdir və onun şəriki yoxdur, isa isə onun ruhundandır”.
Bunu  oxuyaraq  Təmleyxa  təəccübdən  donub  qaldı,  az 
qaldı ki, ağlı  başından çıxsın.
“Qəribə  işdir!  -   o  dilləndi.  -   Biz  bu  yerləri  cəmisi  bir 
gecəliyə  tərk  etmişdik,  bu  müddət  ərzində  ətrafda  hər  şey 
dəyişmiş,  dünya  tamam  başqalaşmışdır”.  Soma  öz  ürəyində 
yoldaşları  ilə  birlikdə  Dağ  Yunusdan  qaçdığı  günləri  hesablaşdı, 
bu  gün  də  daxil  olmaqla  qırx  gün  keçirdi.  Mağaraya  daxil  olub 
orada  yatmaqdan  isə  onun  hesablamalarına  görə  bir  gecə  keçirdi. 
Daha da təəccüblənərək  o  şəhərə  girdi.  Şəhərdə  ilk  qarşısına çıxan 
adamdan  soruşdu:  “Bu  şəhərin  adı  nədir”?  O  qorxurdu  ki,  azıb 
başqa  bir  şəhərə  düşmüş  olsun.  “Bu  şəhər  Naxçıvan  adlanır  -  
yoldan keçən cavab  verdi.  -   “Bəs  bu  şəhərin  hökmdarı  kimdir? -  
Təmleyxa  soruşdu.  “Bu  ölkənin  hökmdarının  adı  Nikofusdur”. 
Təmleyxa  tamamilə  özünü  itirdi  və  dərin  düşüncələrdən  sonra 
yoldan  keçənə  yenə  bir  sual  verdi:  “Şəhər  darvazalarının  yanında 
ucaldılmış  bayrağın  üzərində  yazılan  sözlər  nə  deməkdir?”  -   Bu 
sözlər  o  deməkdir  ki,  “Allah  təkdir  və  isa  onun  ruhundandır”  -  
yolçu  cavab  verdi.  Təmleyxa  başa  düşəndə  ki,  heç  də  hər  şey  o 
fikirləşdiyi  kimi  deyil,  yenə  soruşdu:  -   “Mənim  qardaşım,  mən 
başqa  ölkədən  gəlmişəm  və  heç  zaman  burada  olmamışam.  Mənə 
de  görüm  adı  bayrağın  üzərində  yazılmış  bu  isa  kimdir?”  -   “isa 
Allahın elçisidir -  yoldan keçən cavab verdi.  -  O  göyün dördüncü 
qatma çəkilmişdir”.
“Mən  eşitmişəm  ki,  -  Təmleyxa  davam  etdi,  -  bu  ölkənin 
və  bu  şəhərin  hökmdarı  Dağ  Yunusdur,  o  allahlıq  iddiasında 
olmuş,  -  özünü  yerin  allahı  adlandırmış  və  bütün  qalan  sakinlərin 
onun tərəfindən  yaradıldığını  iddia  etmişdir.  Bəs  indi  Dağ  Yunus 
haradadır?”  -   “Mən  heç  zaman  belə  bir  adam  haqqmda 
eşitməmişəm  və  ümumiyyətlə  buna  oxşar  heç  nə  eşitməmişəm -  
yoldan  keçən  cavab  verdi.  Təmleyxa  özünü  itirdi  və  az  qaldı  ki, 
yenə  bihuş  olsun.  Şübhələr,  təəccüb,  sevinc -   hər  şey  bir -   birinə 
qarışmışdır.  Bir  qədər  özünə  gələrək  o  irəli  getdi,  küçə  və 
bazarlarda  gəzərək  o,  hər  şeyin  nə  qədər  dəyişildiyini  gördü.
135


Yolda  o  çörək  dükanına  rast  gəldi,  oraya  daxil  oldu  və  sahibkarla 
salamlaşdı,  o  incili  oxuyurdu.  Sakitcə  bir  küncə  çəkilərək 
Təmleyxa  onun  oxuduğunu  bir  müddət  dinlədi.  Bu  sözlərin  təsiri 
altında  onun  ürəyi  bu  adama  məhəbbət,  mərhəmət  və  şəfqətlə 
doldu.  Çörəkçi  oxumağını  bitirdikdən  sonra  dirhəmi  onun 
qarşısına  qoyaraq  dedi:  “Lütfən,  mənə  bu  dirhəmin  dəyərində 
çörək  verin”.  Qəribə  pula  baxaraq  çörəkçi  təəccübləndi  və 
Təmleyxadan  soruşdu:  “Sən  bu  dirhəmi  haradan  almısan?  Bunu 
deyərək  çörəkçi  pula  diqqətlə  baxdı,  bir  əli  ilə  onu  havaya  atıb o 
biri  əli  ilə  tutdu  və  alıcıya  çəpinə  nəzər  saldı.  “Məgər  sən  bu 
şəhərdən  deyilsən?  -   Təmleyxa  çörəkçidən  soruşdu.  -   Əgər  sən 
buralısansa, 
onda 
səni 
bizim 
adi 
pulumuz 
niyə 
belə 
təəccübləndirir?”  Sən  nə  deyirsən -  çörəkçi  dilləndi.  — Yaxşı olar 
ki,  düzünü  deyəsən,  bu  pul  səndə  haradandır?  Əgər  deməzsən 
özündən  küs.  Bu  dirhəm  -  qədim  sikkədir  və  sənin  heç  də  xəzinə 
tapdığına  təəccüblənmərəm.  Yaxşı  olar  ki,  xəzinənin  yarısını 
mənə  verəsən,  yoxsa  mən  səni  hökmdara  deyərəm,  dəyənək  və 
işgəncə  ilə  bunu sənin boynuna qoyarlar.
Çörəkçinin  bu  sözləri  Təmleyxanı  gülümsətdi və  o  gülərək 
çörəkçiyə  dedi:  “Səfeh,  mən  bu  şəhərdənəm  və  bu  dirhəm  də  bu 
şəhərin puludur.  Burada mənlik və xəzinəlik nə var ki? Niyə  boş- 
boş  danışırsan?”  Bu  yerdə  çörəkçi  Təmleyxanın  üstünə  atıldı, 
onun  yaxasından  yapışdı,  səs  -   küy  qaldırdı  və  dərhal  onların 
ətrafında şəhərlilərdən  ibarət  dəstə yarandı.  Sikkəyə  baxan  hər kəs 
təəccüblənirdi.  Tezliklə  xəbərçilər  Təmleyxa  və  onun  pulu 
haqqmda  hökmdara  xəbər  verdilər,  onun  əmri  ilə  keşikçilər 
gələrək onu tutub hökmdarm yanına apardılar. 
Təmleyxanın 
üzünə  baxaraq hökmdar gördü ki,  onun  bütün siması  Allah nuruna 
bürünmüşdür.  Hökmdar  Təmleyxaya  dərin  hörmət  və  ehtiramla 
yanaşıb  anladı  ki,  onun  qarşısında  qeyri-adi  bir  insan  durmuşdur. 
Təmleyxa  hökmdarla  ən  hörmətli  ifadələrlə  salamlaşdı.  Hökmdar 
onun salamını  aldı,  sonra  isə yanında əyləşdirib,  ondan  sorğu-sual 
etməyə  başladı:  “Bu  gümüş  səndə  haradandır?  Sən  onu  haradan 
almısan?  “-  Bu  dirhəmi  mənə  bu  şəhərdə  veriblər  -   Təmleyxa 
cavab verdi - axı o  şəhərin ən  işlək puludur.  “Hökmdar çox  dindar
136


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə