Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə45/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   41   42   43   44   45   46   47   48   ...   88

“O  zamanlardan  bizim  dövrə  qədər  -   hökmdar  dedi  -  üç 
yüz  doqquz  il  keçmişdir  və  sənin  nəslindən  kimsənin  salamat 
olduğunu  yalnız  Allah  bilir.  Ey  Təmleyxa  sən  bir  təhər  öz  evin? 
yol  tapa,  yaxud  məhəllənin  və  yaşadığın  küçənin  hər  hansı 
əlamətini  göstərə  bilərsənmi?” 
-  Onu  yalnız  Allah  bilir  - 
Təmleyxa  cavab  verdi  -   Mən  elə  bilirdim  mənim  bu  şəhərdən 
getməyimdən  cəmisi  qırx  gün  keçir,  indi  aydın  olur  ki.  yüz  illər 
keçmişdir”.
“Bəlkə  möcüzə  baş  vermişdir!  -   hökmdar  səsləndi -  gəlin 
gedək  sənin  evini  axtaraq.  Kim  bilir,  birdən  olar  ki.  sənin 
nəslindən  biri  sağdır  və  biz  onu  tapdıq”.  Təmleyxa  qalxdı  və 
bütün  şəhərlilər  də  onun  ardınca  qalxdılar.  Hökmdar  qoşun  və 
əyanlarla  birlikdə  Təmleyxanın  ardınca  yola  düşdülər.  Şəhərdə və 
ətrafda  bu  hadisəyə  görə  görünməmiş  səs-küy  düşmüşdü.  Bütün 
qadın  və  kişilər,  uşaqlar  və  yaşlılar  Təmleyxanın  arxasınca 
gedirdilər.  Təmleyxa  isə  diqqətlə  küçələri  və  bazarları  nəzərdən 
keçirərək  gedirdi,  amma  öz  evinin  yolunu  heç  cür  tapa  bilmirdi. 
Nəhayət  o,  yorğun  və  əldən  düşmüş  vəziyyətdə,  çaşmış  halda 
dayandı.  Ətrafda  hər  şey  başqa  idi,  əvvəlki  şəhərdən  əsər-əlamət 
yox idi.
Təmleyxanın  ümidsizliyini  görən  Ulu  Tanrı  cənabi 
Cəbrayıla  (ə)  ona  kömək  etməyi  əmr etdi.  Cənabi  Cəbrayıl  (ə)  bir 
göz  qırpımında  onun  qarşısında  nursaçan  qoca  sifətində  peyda 
oldu  və  ona  dedi:  “Mənim  arxamca  gəl.  mən  səni  öz  evinə 
apararam”  -   “Məgər  sən  mənim  evimə  gedən  yolu  tanıyırsan?” - 
Təmleyxa  qocadan  soruşdu.  “Bəli,  tanıyıram”  -   o  cavab  verdi. 
Bütün  bunlar  Təmleyxaya  təəccüblü  və  qəribə  gəlirdi.  O,  qocanın 
cənabi  Cəbrayılın  (ə)  arxasınca,  hökmdar  və  şəhərlilər  isə  onların 
arxasınca  gedirdilər.  Yolda  Təmleyxa  gözlərini  qoca  sifətində 
olan  cənabi  Cəbrayıldan  (ə)  çəkmir,  ətrafdakılardan  heç  kimlə 
söhbətə  girmir,  yalnız  hərdən  bir  qoca  ilə  bəzi  sözlər  danışırdı. 
Hökmdar  və  şəhərlilər  onların  danışığına  təəccüblənirdilər;  onlar 
görürdülər  ki,  Təmleyxa  kiməsə  suallar  verir  və  kimsə  ona  cavab 
verir,  lakin  onlar  cənabi  Cəbrayılın  (ə)  özünü  görməyib  fəqət 
səsini  eşidirdilər.  Nəhayət,  cənabi  Cəbrayıl  (ə)  Təmleyxanın
140


I
əlindən tutdu  və  bir  evə  apardı.  Evin  qaplan  qarşısında  dayanaraq 
Təmleyxa dedi:  “Bu mənim evimdir”.
Hökmdar evin  sahibini  çağırmağı  əmr  etdi  və  onun yanına 
qədim, taqətdən düşmüş bir qocanı  gətirdilər.  Onun beli  iki qat elə 
əyilmişdi  ki,  başı  dizlərinə  dayanırdı  və  o  demək  olar  ki,  hərəkət 
edə  bilmirdi.  “Bu  evin  sahibi  budur”  -   adamlar  dedilər.  Adamlar 
dəstəsini  görərək  və  ətrafda  hay-küyü  eşidərək  qoca  az  qaldı  ki, 
huşunu itirsin.
Hökmdar  dəstəyə  kənar  çəkilməyi  əmr  etdi  və  qocanın 
qarşısında  oturub Təmleyxaya dedi:  “Bu evin  sahibi  və  yiyəsi  indi 
sənsən.  Bu  evin  onun  əlinə  necə  düşdüyünü  qocadan  soruş”. 
Təmleyxa  diqqətlə  qocaya  baxdı,  kədər  və  iztirab  onun  ürəyinə 
hopdu.  O.  qoca  ilə  ucadan  salamlaşdı  və  qoca  Təmleyxanın 
salamını eyni qayda ilə aldı.
“Möhtərəm  qoca  -   Təmleyxa  başladı  -   sən  kimsən,  adın 
nədir,  sən  lıansı  millət  və  qəbilədənsən?”  “Mən  isanın 
millətindənəm  -   qoca  cavab  verdi  -   mənim  yüz  səksən  yaşım 
vardır”.  “Bu  ev  sənə  kimdən qalmışdır?” -  Təmleyxa  soruşdu.  Ev 
haqqında  eşidərək  qoca  ağladı  və  göz yaşları  gözlərindən sel  kimi 
axdı.  Diqqətlə  Təmleyxaya  baxaraq  qoca  birdən  gözlərini  ona 
dikdi  və  öz  baxışlarını  onun  üzündən  ayıra  bilmədi.  “Bu  ev  -  
nəhayət  o  dedi  -   mənə  atamdan,  atama  isə  atasından  qalmışdır. 
Mənim  atam  indi  sağdır  və  onun  üç  yüzdən  çox  yaşı  vardır.  Sizə 
deməliyəm  ki,  bizim  köhnə  ailəmizin  üzərinə  kölgə  salmaq  və 
bizdən  nəyə  görə  şübhələnmək  yaxşı  deyil”.  “Sən  qoca  kişisən,  - 
Təmleyxa  dedi  -   sənə  yalan  danışmaq  yaraşmır.  Bu  ev  qanuna 
görə mənə məxsusdur və mənim mülkümdür.
Bu  şəhərin  hökmdarı  budur,  hakim  və  əyanlar  da 
buradadırlar.  Mən  onları  bura  gətirmişəm  və  onların  qarşısında 
iddia qaldırıram,  bu evin mənə məxsus olduğunu təsdiq edirəm”.
“Yox,  yox  -   qoca  qışqırdı  -   bu  evin  mənim  ulu 
babalarımın  olması,  mənim  burada  doğulmağım  və  tərbiyə 
olunmağım  və  böyüməyim  haqqında  tutarlı  dəlillərim  vardır. 
Yaxşı  ki,  mənim  atam  sağdır.  Yeri  gəlmişkən  deyirlər  ki,  mənim 
babam  da  sağdır.  İncildə  mənim  babam  haqqında  yazılmışdır.
141


orada deyilir ki.  bir dəfə o,  xalqın  içinə  gələcək  və  onda hamı onu 
görəcəkdir”.
Adamlar  qocanm  hekayəsinə  mat  qaldılar,  onun  atasının 
sağ-salamat  olması  onları  daha  çox  heyrətə  saldı.  “Dünyada 
bundan  heyrətamiz  nə  ola  bilər? -  Onlar  dedilər -   Əgər onun yüz 
səksən  yaşı  vardırsa  ,  onda  onun  atası  təbii  ki,  daha  yaşlı  olacaq. 
Amma  o,  təsdiq  edir  ki,  onun  babası  da  sağdır.  Bütün  bunlar 
sağlam  fikrə  sığmır”.  Qocanın  hekayəsini  dinləyərək,  hökmdar öz 
ürəyində  dedi:  “  Burada  nəsə  bir  sirr  gizlənir”  -   Sən,  -  hökmdar 
Təmleyxaya  dedi  -   “Çox  tutarlı  dəlillər  gətirməlisən  ki,  ev  sənə 
məxsusdur,  yoxsa onu sənə vermək çətin olacaq”.
“Bu  evdə  -  Təmleyxa  cavab  verdi  -   maddi  sübutlar  və 
dəqiq  nişanələr  tapmaq  olar.  Mən  onlar  haqqında  məlumat 
verəcəyəm  və  onlar  mən  deyən  kimi  olsa,  onda  siz  mənim  doğru 
söylədiyimi  bilərsiniz,  olmasa  onda  mənim  bütün  dediklərim 
yalan, uydurmadır”.
“Sənin  əlində  nə  kimi  nişanələr  və  sübutlar  vardır?- 
hökmdar  dedi.  Təmleyxa  cavab  verdi:  Bu  ev  mənim  öz  əlimlə 
tikilib.  Sağ  qanadda  sütunlarından  biri  mərmərdən  olan  örtülü 
eyvan  tikmişəm.  Bu  mərmər  sütunun  altında  nəhəng  yəmən 
damarlı  əqiqi  (on  iks)  vardır,  bunun  altmda  ölçüləri  (10x10) 
bərabər  olan  gizli  yer  düzəltmişəm.  Bura  hər  biri  adi  dirhəmdən 
yüz dəfə  böyük olan Dağ  Yunusun dirhəmləri  ilə  doldurulmuşdur. 
Bu  dirhəmlərin  hər  birində  Dağ  Yunusun  adı  basılmışdır.  Əqiq 
daşmı  qaldırsanız mənim düzgün dediyimin  şahidi  olarsınız.  Əgər 
hər  şey  mənim dediyim kimi  olarsa,  onda  deməli  ev  doğrudan da 
mənimdir, deyilsə,  onda hesab edin ki,  mən yalan danışmışam”.
Hökmdar  dərhal  Təmleyxa  və  hakim  ilə  evə  girib  qocaya 
dedi:  “Biz  nə  etsək  sən  bizə  etiraz  etmə.  Bu  cavan  oğlanın 
iddiasını  yoxlamaq  istəyirik,  baxaq  görək o  doğrumu,  yoxsa yalan 
danışır.
“Mənim  iki  oğlum  vardır  -   qoca  dedi  -   onlardan  birinin 
yüz  yaşı  vardır,  mən  onu  öz  babamm  adı  ilə  adlandırdım,  o 
birisinin  isə  əlli  yaşı  var,  o  mənim  atamın  adını  daşıyır”.  Lütfən 
onları  çağırın  məni  evə  aparsınlar.  Dərhal  adamlar  qocanın
142


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə