Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə41/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   37   38   39   40   41   42   43   44   ...   88

bulağın  kənarında duraraq  doyunca meyvələrdən  yedilər  və  içməli 
sudan  doyunca  içdilər,  sonra  dua  etdilər,  əl  üzlərini  yudular,  Uca 
Tanrıya şükr edərək  ibadətə başladılar.
“Mənini  dostlarım  -   Təmleyxa  dostlarına  müraciət  etdi- 
Uca  Tanrı  öz  mərhəmətindən  alicənablıqla  bizə  yemək  göndərdi 
və  ətrafımızı  bolluq,  bərəkətlə  doldurdu.  Gəlin  mağaraya  gedək 
bir  az yataq  və  istirahət  edək,  axı  görün  neçə  gündür  ki,  istirahət 
etmirik,  indi  biz  bir  qədər  dincələk  ki,  yol  yorğunluğu 
bədənimizdən  çıxsın,  sonra  isə  qalxıb  dua  və  ibadətlə  məşğul 
olarıq”.  “Sənin  dediklərin  ağılabatandır”  -   dostları  ona  dedi  və 
bundan  sonra  hamı  qalxıb,  mağaraya  girdilər  və  “Allahdan  başqa 
Allah  yoxdur  və  onin  şəriki  yoxdur”  müqəddəs  sözləri  təkrar 
etdilər.  It  də  onlarla  birlikdə  eyni  sözləri  təkrar  edirdi.  Hər  tərəfə 
dağılaraq  hamı  yatmağa  uzandı,  it  isə  mağaranın  girəcəyinin 
qarşısında,  başmı  pəncələr  arasına  qoyaraq  yuxladı.  Uca  Tanrı 
Cəbrayıl  əleyhis-salama  onlara  yuxu  göndərməyi  əmr  etdi. 
Allahın  müqəddəs  səmavi  kitabında  yazıldığı  kimi:  “Və  biz 
onların qulaqlarını uzun  illər eşitməz etdik”.
Onlar  yatmaqda  olsun,  Dağ  Yunus  haqqında  rəvayətə 
qayıdaq.  Rəvayətçilər  nəql  edirlər  ki,  Dağ  Yunus  ovdan 
qayıtdıqdan  sonra  öz  gənc  qulluqçularını  görmədi.  Bu  arada 
gənclərə  göz  qoyan  ağa  onların  izi  ilə  səhraya  dalaraq  onların 
atlarını,  paltarlarını  və silahlarını  tapdı,  bütün bunları görüb şəhərə 
qayıtdı.
Dağ Yunusa o  şeyləri göstərdi və  hadisə  barəsində  danışdı. 
Dağ  Yunusun  kefi  pozuldu,  qəmləndi,  çünki  uşaqlıqdan  tərbiyə 
etdiyi  bu  gənclərə  çox  bağlı  idi.  Dağ  Yunusun  adamları  arasında 
səs-küy qalxdı,  vəzir, vəkillər,  sadə  cəmaət,  bir sözlə  hər kəs  buna 
bildiyi  kimi  don  geydirirdi,  əyanlar  gəncləri  söyür,  arxasınca 
danışır  və  hətta  öz  allahları  Dağ  Yunusu  günahlandırırdılar  ki. 
vaxtında 
xəbərdarlıq 
etmələrinə 
baxmayaraq, 
onlara 
inanmamışdır.  Dağ  Yunus  kefsiz üç  gün  iqamətgahından  çıxmadı 
və  heç  kimi  qəbul  etmədi.  Üç  gündən  sonra  o,  qəzəbli  və  kinli, 
kefsiz  və  məyus  halda,  vəzir  və  vəkilləri  yanına  çağırıb  onlardan 
bir  neçəsini  amansızlıqla  cəzalandırdı.  “Hər  şeydə  giihahkar
128


sizsiniz deyərək  onların  üstünə  qışqn*dı -  sizin onlara  bəslədiyiniz 
kin  küdrət  və  paxıllıq  üzündən,  sizin  onlara  atdığınız  iftira,  şər 
üzündən  onlar  sizin  təqiblərinizdən  və  böhtanlarınızdan  qaçmağa 
məcbur oldular”.
Vəzir və vəkilləri cəzalandıraraq Dağ  Yunus inandığı saray 
xidmətçilərini  yanına  çağırıb  dedi:  “Mən qorxuram ki,  acığuudan, 
dilxorluğumdan  öləm,  çünki  mən  bu  gənclərə  həmişə  yaxşı 
olmuşam,  ümid  bəsləyirdim  və  heç  zaman düşünmürdüm ki,  onlar 
mənə  qarşı  belə  münasibət  göstərsinlər”.  Xidmətçilər  onu 
sakitləşdirərək və təskinlik verərək deyii'dilər.
Gözlənilməz bədbəxtlik tutarsa gər ətəyindən, 
Müsübət və yamanlığın qapları açılar birdən.
Darıxma,  sakit  ol,  biz onları yerin deşiyindən  də  olsa tapıb 
sənə  gətirərik.  “  Mən  çox  gözəl  bilirəm  ki,  -  Dağ  Yunus  dedi- 
onlar  hara  gedir  getsin,  heç  bir  yerdə  mənim  yanımda  gördükləri 
xoşbəxtlik  və  səadətin  yüzdə  birini  belə  görməyəcəklər.  Lakin 
müdiriklər çoxdan demişlər ki:
ibadətə meyl etməyənin başı kötüyə gələr,
Şirin xurma sevməyənin tikan qisminə gələr.
Mən  bilirəm  ki,  onlar  mənim  səltənətimi  tərk  edib  gedə 
bilməzlər.  Mənim ürəyim indi  narahatdır ki,  onlar paylarına düşən 
məşəqqət  və  əziyyətə  necə  dözürlər.  Axı  onlar  bütün  ömrü  boyu 
bir  addım  belə  piyada  getməmişlər,  öz  günlərini  bolluqla, 
nazınemət  içində,  rahatlıq  və  kefdə  keçirmişlər.  Onların  piyada 
gedərək,  yeməksiz  və  susuz  necə  əziyyət  çəkdiklərini  mən 
təsəvvür edə  bilmirəm.  Düşünürəm ki,  onlar uzağa  gedə  bilməzlər 
və yaxın dağlarda gizlənirlər”.  İştirakçılardan hər  biri  bu  haqda öz 
fərziyyələrini söylədilər,  lakin heç bir yekun  fikrə gələ  bilmədilər.
Onda  Dağ  Yunus  gəncləri  tapşırdığı  adamı  çağırdı  və 
soruşdu:  “Onlar  hansı  darvazalardan  çıxmışdılar,  atları  və 
paltarları  harada  tapmısan?”  Əyan  bütün  onları  Dağ  Yunusa 
danışdı.  “Mən sevinirəm ki,  -  Dağ Yunus  səsləndi -  tezliklə onları 
tutacağam  .  Əgər  onlar  yerdədirsə,  mənim  torpağımdadırlar,  mən 
yerin  allahı  olduğum  üçün  harada  gizlənsələr  onları  tapacağam. 
Onlar  göyə  belə  qalxsalar,  mənim  göy  allahı  ilə  dostluq  və
129


münasibətlərim  vardır  və  göy  allahı  onları  inənə  verəcəkdir.  Hər 
tərəfə  atlılar  göndərməyi  əmr  edirəm,  qoy  onları  harada  olsalar 
tapıb tutsunlar.  Mən onları  ən  əzablı  ölümlə  cəzalandıracağam  ki. 
onların taleyi  bütün mənim rəiyyətim üçün dərs olsun.
Bunu  deyərək  o,  dərhal  adamlarını  hər  tərəfə  göndərdi  və 
carçıya  əmr  etdi  ki,  desin:  “Qaçanlardan  heç  olmasa  birini  tutub 
mənim  yanıma  gətirənə  o  qaçanın  ağırlığı  qədər  qızıl  verəcəyəm. 
Bunu  eşitcək  həm  adlı  -   sanlı,  həm  də  sadə  adamlar  dağlara  və 
səhralara  gedərək  hər  yerdə  itmiş  yeniyetmələri  axtarmağa 
başladılar.  Bu  arada  Dağ  Yunus  adamlarını  Təmleyxanın  arvadı 
və  oğlunun  dalınca  göndərdi,  onları  saraya  gətirdilər.  Dağ  Yunus 
onların qayğısına qaldı və bir anda olsa onları nəzarətsiz qoymadı.
Tək  qaldıqca  o,  Təmleyxanın  ayrılığına  tab  gətirməyib 
hətta ağladı,  iyirmi gün qaçanların axtarışı davam etdi.
Bu  müddət  ərzində  adamlar  ölkənin  hər  yerini  dolandılar, 
lakin  heç  yerdə  yeniyetmələrin  izini  belə  görə  bilmədilər.  Dağ 
Yunus  tamamilə  özünü  itirib  və  ümidsizliyə  qapıldı.  “Şübhə 
yoxdur  ki,  -  o  ürəyində  düşündü  -  yəqin  ki,  qaçanlara  göz  qoyan 
əyan  onları  izləyərək  atlarını  və  qiymətli  paltarlarını  götürmək 
üçün  səhrada  onları  öldürmüşdür.  İndi  isə  qorxudan  etdiyini 
boynuna almaq  istəmir”.
Dağ  Yunus  dedi ki,  dərhal  əyanı  onun yanına  gətirsinlər, o 
gəldikdən  sonra  mehribanlıqla  soruşdu  “Sən  bəlkə  təsədüfən 
onları  qaçan  zaman öldürmüsən”?  Əyan  çox  möhkəm and  içdi  ki, 
danışdıqlarından  başqa  heç  nə  bilmir. 
44  Onlar  çovqan 
meydançasından  çıxandan  sonra  mən  onları  arxasınca  düşdüm, 
onlar  altı  nəfər  idilər  mən  isə  bir  nəfər.  Onlar  məni  əhatə  etdilər.
4
qamçı  və dəyənəklə  döydülər,  başımı yaraladılar,  onlardan  canımı 
qurtarıb  şəhərə  qayıtdım.  Adamları  toplayıb  mən  yenidən  onların 
arxasınca  düşdüm.  İki  üç  fərsəx  (təxminən  15  km  )  getdikdən 
sonra  biz  səhrada  onların  atlarım,  silah  və  paltarlarım  tapdıq, 
amma  özlərinin  heç  bir  izini  tapa  bilmədik.  Mən  onların  bütün 
şeylərini  buraya gətirmişəm və hər şeyi olduğu kimi  nağıl etdim.
Bundan  sonra  Dağ  Yunus  özünü  son  dərəcə  itirdi  və  nə 
düçünməyi  də  bilmədi.  Fikir  və  şübhələr  onu  üzürdü,  gecə  və
1 3 0


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə