Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə37/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   33   34   35   36   37   38   39   40   ...   88

bütün  gecəni  gizli  və  açıq  sürətdə  Təmleyxanı  izlədim  və  bütün 
gecəni  o,  bizim  əsl  Allaha  xidmətdə  və  ibadətdə  keçirdi”.  Dağ 
Yunus  zənn  etdi  ki,  “əsl  Allah”  dedikdə  onu  nəzərdə  tutur.  0, 
Təmleysanın  sözlərinə  çox  sevindi  və  Təmleyxanın  sadiqliyinə 
ümidi  artdı.  “Mən  əmin  idim  ki,  -  Dağ  Yunus  dilləndi  -  o  heç 
zaman  layiqsiz  hərəkət  etməz.  İndi  get  mənim  vəzir,  vəkillərimə 
de ki,  onların hamısı səhv etmişlər”.  Buradaca,  öz vəzir vəkillərini 
xatırlayaraq Dağ Yunus hirsləndi və onları söydü.
Bu hadisədən sonra daha bir qədər zaman keçdi.  Təmleyxa 
və  Təmleysa  səhərdən  axşama  kimi  Dağ  Yunusa  xidmət  edir, 
gecələri  isə  ibadətə  sərf  edir,  Böyük  Yaradana  dua  edir  və 
zahidliklə  məşğul  olurdular.  Çox  zaman  onlar  bütün  gecəni 
höccətləşir,  Allahı  dərk  etməyin  əsas  dəlillərini  və  etibarlı 
yollarını axtarırdılar,  bu haqda ucadan zikr edirdilər və  çox zaman 
Böyük  Tanrı  onlara  ruh  verirdi,  çünki  Həqq-təala  haqqında 
düşüncələr  ali  dərəcədə  möminlik  işidir.  Peyğəmbərimiz  həzrəti 
Məhəmməd əleyhis-səlamm -  Allahdan ona salamlar olsun-dediyi 
kimi  “Allah  haqqında  bir  saatlıq  düşünmə,  bir  illik  ibadətə 
bərabərdi”.  Uzun-  uzadı  düşüncələrdən,  zahidlik  etməkdən  və 
ibadətdə  göstərilən  səylərdən  hər  iki  gəncin  rəngi  ağarmış,  onlar 
arıqlamış  və gənclik təravəti onları tərk etmişdi:
Sifətin rəngi mənim məxfi sirrilərimi aşikar etdi.
Vəzirlər,  vəkillər  və  Dağ  Yunusun digər  yaxınları  yenidən 
dediqoduya  başladılar,  hər  kəs  öz  bildiyi  kimi  Təmleyxa  və 
Təmleysaya  qara  yaxmağa  çalışırdı.  Bunu  eşidərək  Təmleyxa 
Təmleysanı  yanına çağırdı  və  dedi:  Mənim qardaşım,  artıq  məndə 
güc  və  səbr qalmamışdır.  Dağ  Yunusun  bu  intriqabaz qulluqçuları 
yenə  də  haqqımızda  dediqoduya  başlamışlar.  Biz  artıq  onların 
arasında  qala  bilmərik.  Biz  elə  bir  yer  axtarmalıyıq  ki,  buradan 
həmin  yerə  gedib  öz  Allahımızı  tapaq  və  ona  xidmət  edək. 
Təmleysa  cavab  verdi:  “  Hər  şeydən  əvvəl  biz  öz  vəziyyətimiz 
haqqında  qalan  dörd  nəfərə  xəbər  verməliyik  ki,  onlar  bizə 
birləşsinlər,  yalnız  bundan  sonra  biz  bu  allahsızlardan  necə  yaxa 
qutarmağı  fikirləşə  bilərik”.  Sən  haqlısan  -   Təmleyxa  razılaşdı, 
dediyin  kimi  də  edərik.  Bundan  sonra  Təmleysa  Təmleyxa  ilə
116


birlikdə Dağ  Yunusun yanına getdilər,  ondan onun şərəfinə ziyafət 
düzəltməyə  icazə  verməsini  və  bu  zaman  qalan  yeniyetmələri  də 
dəvət  etməyi  xahiş  etdilər.  Dağ  Yunus  icazə  verdi,  Təmleyxa  ilə 
Təmleysa qonaqlığı hazırlamq üçün evə gəldilər.
Hər  şeyi  hazırlayıb,  süfrə  açaraq  Təmleyxa  və  Təmleysa
qalan dörd  nəfəri də  dəvət  etdilər və  bildikdə  qonaqlığa  başladılar.
Hamı  yeyib  içdikdən  sonra  Təmleyxa  və  Təmleysa  öz  dostlarına
müraciət  edib  dedilər:  “Ey  qardaşlar,  bilin  və  agah  olun  ki,  Dağ
Yunus  allahlığa  layiq  deyil  və  ola  da  bilməz,-  baxmayaraq  ki,  o
bunda israr edir.  O  da bizim hamımız kimi  bütün insani zəiflikdən
zərər  çəkir,  gücsüzdür  və  milçəyini  qovmağa  və  mığmığın
dişləməsinə  qarşı  müqavimət  göstərməyə  qadir  deyil.  O,  deyir  ki,
güya  yeri,  göyü,  ulduzları  və  günəşi  o  yaratmışdır.  Bütün  bunlar
yalandır.  Biz  sizdən  soruşuruq,  deyin  görək  Dağ  Yunusun  neçə
yaşı  vardır?  Otuz,  qırx  -   gənclər  cavab  verdilər.  “Bəs  yerin  və
göyün  neçə  yaşı  vardır?”  Təmleyxa  soruşdu.  “Bizə  qədər  yüz
minlərlə  insan yaşamışdır -  gənclər cavab verdilər -  onlar yaşamış
və ölmüşlər,  günəş  və  ay  isə  həmişə  mövcud  olmuşdur”.  Əgər  bu
belədirsə  -  Təmleyxa  dilləndi  -  əgər  onun  cəmisi  otuz  yaxud  qırx
yaşı  vardırsa,  onda  o  yüz  min  illər  bundan  qabaq  mövcud  olan
yerləri  və  göyləri  necə  yarada  bilər?  Bəli  sizin  dedikləriniz
doğrudur -  gənclər dilləndilər -  Biz də bu haqda çox düşünmüşük,
Dağ  Yunusun  allahlığına  qarşı  şübhələr  bizim  də  ürəyimizdə
yaranmışdır.  Biz onun  iddialarını etiraf etmirik,  onun həyat tərzini
mühakimə  edirik,  lakin  qorxudan heç  kimə  heç  nə  deyə  bilmədik.
indi  bizə  deyin  görək  bəs  bizim  Yaradanımız  kimdir?  Təmleyxa
və  Təmleysa  cavab  verdilər:  Bizim  Yaradanımız,  göyü  və  onun
üzərindəki  göy  qübbəsini,  ayağımızın  altındakı  sərhədsiz  yerləri
Yaradandır.  Bizim Allahımız  yüz minlərlə  ulduzu  yaradan və  onu
məşəl tək yandırandır.  Dağ  Yunus  isə ağlasığmaz yalanlar danışır.
O,  artıq  çoxdan  bizi  bezdirmişdir  və  biz  qəlbimizdə  ondan  üz
döndərmişik.  Əgər  o  allah  olsaydı  bilməliydi  ki,  biz  ona  nifrət
edirik.  Bütün  bu  dörd  gənc  öz  böyük  yoldaşlarının  dəlilləri  ilə
razılaşdılar  və  dedilər:  Biz  də  Dağ  Yunusa  nifrət  edirik  və  sizin
• •
itaət  etdiyiniz  Allaha  itaət  edirik.  Oz  dostlarından  bu  sözləri
117


eşidərək  Təmleyxa  və  Təmleysa  çox  sevindilər  və  onları 
qucaqlayaraq  bağrılarma  basdılar.  “Biz  bu  adamlardan  qaçıb 
qutarmaq  üçün  üsul  tapmalıyıq  -   onlar  öz  dostlarına  dedilər.  Öz 
uca  Yaradanımızı  axtarmalıyıq”.  “Siz  ayağınızı  qoyduğunuz  yerə 
biz  başımızı  qoyarıq,  siz  hara  getsəniz,  biz  də  sizin  arxanızcayıq” 
-   gənclər  cavab  verdilər.  Bu  qərara  gələrək  onlar  qalxdılar  və 
buradaca  Böyük  Yaradan  onların  ürəyinə  və  ağızlarına  bu  sözləri 
gətirdi.  “Hamımız  şahidik  ki,  bizim  Yaradanımız,  yeri  və  göyləri, 
günəşi  və  ayı,  ulduzları  və  planetləri,  dağları  və  dənizləri 
yaradandır.  Biz  Dağ  Yunusa  nifrət  edir  və  onun  allah  mənsəbinə 
saxta iddialarmı tanımırıq”.
Bunları  deyərək  gənclər  qonaqlıq  süfrələrindən  götürüb 
Dağ  Yunusun  yanına  yollandılar.  Yenə  bir  qədər  vaxt  belə  keçdi. 
Gündən  günə  Dağ  Yunusun  inamı  artırdı,  onlar  isə  xəlvətdə 
qaçmaq  üçün  münasib  fürsət  axtararaq,  xidmətdə  özlərini  daha 
səyli  və  çalışqan  göstərirdilər.  Dağ  Yunusun  adamları  gənclər 
ətrafında,  daha  çox  dediqodu  yaradır,  onları  hər  şeydə 
günahlandırır,  şərləyir  və  satırdılar.  Vəzir  vəkillərin  dediqoduları 
nəhayət,  Dağ  Yunusa çatdı,  və  onları  qəzəblə  yanına çağırdı.  “Siz 
bu  gənclərdən  nə  istəyirsiniz,  -  o  soruşdu-  ümumiyyətlə  siz  onlar 
haqqında  nə  fikirləşirsiniz?”  -   “allahımız  -   vəzir  vəkillər  cavab 
verdi -  biz görürük ki,  onlar  əvvəlki  dindar yollarından sapmışlar. 
Bizdə elə dəqiq  məlumat  var ki,  onlar ayrı Allaha  itaət  edir və  sizi 
etiraf  etmirlər”.  Bu  sözləri  eşidərək  Dağ  Yunus  daha  da 
qəzəbləndi  və  gəncləri  onun  yanına gətirməyi  əmr  etdi.  “Nə  üçün 
insanlar  sizi  belə  mühakimə  edib  günahlandırırlar? -   Dağ  Yunus 
yeniyetmələrdən  soruşdu  -   nə  üçün  onlar  sizin  ətrafınızda  belə 
hay-küy qaldırmışlar?  Onların  sizin  haqqınızda  dediklərinin  zərrə 
qədəri  belə  doğru  çıxarsa,  onda  sizə  ən  əzablı  cəza  verməyi  əmr 
edəcəyəm  ki,  başqalarına  da  dərs  olsun”.  Təmleyxa  və  qalan 
gənclər  ağızlarını  açmadılar,  Allah  onların  ürəyinə  cəsarət  verdi. 
Onlar  cəsarətlə  dedilər:  “Bizim  günahımız  nədir?”  -   “Sizin 
allahınız kimdir -  Dağ  Yunus  soruşdu -  siz kimə  itaət  edirsiniz?” 
Bütün  altı  nəfərin  hamısı  cavab  verdi.  “  Biz  əsil  Allaha  itaət 
edirik,  Allah  yeri,  göyləri  yaradandır  və  bizim  ondan  başqa
118


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə