Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə35/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   31   32   33   34   35   36   37   38   ...   88

Amma milçək yenə  bu tikənin  üstünə  qondu.  Bu  yeddi dəfə  təkrar 
olundu.  Digər bir rəvayətə  görə  bu  yetmiş  dəfə  təkrar olunmuşdu. 
Nəhayət,  kefi  pozulmuş  və  köməksiz  hökmdar  acığından  və 
pərtlikdən  qızararaq  süfrənin  arxasından  durub  öz  qəzəbini 
Təmleyxa  və  onun  yoldaşlarmın  üstünə  tökdü  və  onlara  qışqırdı: 
“Nəyə  hamınız  durub  baxırsınız  və  bir  milçəyi  də  kənara  qova 
bilmirsiniz ki,  mən yemək tikəmi udum”.
Nəhayət,  Təmleyxa  milçəyi  qovdu  və  Dağ  Yunus  öz 
tikəsini  birtəhər  uddu.  “Sən  necə  allahsan  ki  -   Təmleyxa  öz 
ürəyində  dedi,  zəif və  kiçik  bir  milçəkdən  gələn  zərəri  özündən 
kənar edə bilmirsən? Mən belə allaha  bu dünyada nifrət  edirəm və 
o dünyada da nifrət edəcəyəm”.
Dağ  Yunus  gününü  birtəhər  təbiətin  qoynunda  keçirib 
səhəri  şəhərə  qayıtdı.  Təmleyxa  isə  baş  verən  hadisə  haqqında 
düşünür,  gecə  və  gündüz  bu  fikirlərdən  əl  çəkə  bilmirdi.  Ertəsi 
gün  Dağ  Yunus  öz  yatağında  uzanıb  uzun  müddət  yatdı. 
Təmleyxa  əlində  yelpik  onun  yatağının  yanında  durub  onu 
yelləyirdi.  Qalan  gənclər  də  orada  idilər.  Onlardan  biri  sərin  su 
bardağını,  digəri  sərinləşdirici  içki  ilə  dolu  bardağı  hazır  tutmuş, 
üçüncü  ətir  çiləyir,  dördüncü  isə  müşk  və  ənbər  yandırırdı.  Bir 
sözlə,  bütün altı  yeniyetmənin  hamısı  adəti  üzrə  hər  hansı  bir  işlə 
məşğul olur və səylə öz ağasma qulluq edirdi.
Birdən  allahın  iradəsilə  dünənki  milçək  peyda  oldu  və 
birbaşa  yatmış  hökmdarın  sifətinə  qondu.  Dağ  Yunus  bundan 
dəhşətə  gələrək  öz  yatağından  göyə  tullandı  və  döşəməyə  düşdü. 
Bu zaman onun başı və üzü əzildi və sifətindən qan fışqırdı.
Öz sahibini  belə vəziyyətdə görərək Təmleyxa bərk qorxdu 
və  qışqırdı:  “Bu  allahın  başına  nə  iş  gəldi  ki,  belə  balaca  və  zəif 
bir  milçəyin  qarşısında  köməksiz  qaldı”?  Ulu  Tanrı  öz 
müdrikliyinə  görə  milçək  kimi  elə  zəif  və  zərərsiz  bir  məxluq 
yaratmışdır.  Lakin  görünür  ki,  bəzən  onun  qarşısında  mənim 
sahibim kimi qüdrətli  hökmdarlar  və  yeni  yaramnış  allahlar əsim- 
əsim  əsirlər.  Axı  Quranda  deyilmişdir  ki,  “Ey  insanlar!  -   ibrətli 
hekayə  deyilir,  ona  qulaq  asm.  Həqiqətdə  allah  kimi  hesab 
etdiyimizin  hamısı  bir  yerə  yığışsa  da  heç  zaman  milçəyi  belə
110


yarada bilməzlər.  Əgər milçək  onlardan nə  isə  oğurlasa,  onlar onu 
ondan  ala  bilməzlər.  Zəif  və  iltimas  edəndir  və  bağışlanandır. 
Bəli,  sanki,  Ulu  Yaradan  milçəyi  bu  dünyanın  qüdrətli  və 
güçlülərini  alçaltmaq  üçün  yaratmışdır  ki,  onlar  öz  zəifliyini, 
gücsüzlüyünü  və  acizliyini  bilsinlər.  Onlar  özlərini  dərk  etsinlər 
və  bilsinlər  ki,  hətta  milçəyi  belə  qova  bilməzlər.  Onlar  hər  şeyə 
qadir 
olmağa 
iddia 
etməsin 
və 
özündən 
zəiflərə 
zor 
göstərməsinlər”.
Alçaldılmış,  didilib  yaralanmış  və  pərt  olmuş  Dağ  Yunus 
qalxdı,  başındakı  və  üzündəki  yaraları  yudu  və  yuxudan  məhrum 
oldu.  Dağ  Yunusun  köməksizliyini  və  acizliyini  görərək 
Təmleyxa öz  ağasının  allahlığını  tanımağı  qəti  olaraq  rədd  etdi  və 
öz  ürəyində  dedi:  “Mən  qorxudan  kiçicik  milçək  qarşısmda 
yuxudan  məhrum  olmuş,  qorxudan  döşəməyə  yıxılan,  başını  və 
üzünü yaralayan  belə  allaha  nifrət  edirəm.  Mən  ona  nifrət  edirəm 
və  nə  yeməyə,  nə  də  yuxuya  ehtiyacı  olmayan  Allah  qarşısında 
baş əyirəm”.
Bütün  günü  Təmleyxa  fikrə  daldı.  Şübhələr  və  quşqular 
onun  qəlbini  doldurmuşdu.  Gecə  düşəndə  o,  Dağ  Yunusun 
yatmağını  gözləyib  yoldaşları  ilə  bildikdə  dama  qalxdı.  Qaranlıq 
göyə və ulduzlara baxaraq Təmleyxa düşünür və  öz-özünə  deyirdi 
“Təəccüblü  işdir!  Bu  nəhəng  göylərin  və  parlaq  ulduzların  öz 
yaradıcısı  vardır  ki,  müqayisə  olunmaz  dərəcədə  aciz  və  yalançı 
Dağ  Yunusdan  qüdrətlidir.  Mənim  Allahım  bu  göyləri,  ulduzları 
və  kainatı  yaradandır”.  Bütün  gecəni  Təmleyxa  fikirlə  keçirdi. 
Səhər açılanda  isə öz adəti üzrə Dağ Yunusa  xidmət etməyə  getdi. 
Daxilən  ona  nifrətlə,  amma  zahirən  bütün  qayda-qanuna  riayət 
edərək o,  öz vəzifəsini  yerinə  yetirirdi.  Lakin  ürəyi  və  fikirləri  ilə 
o,  daim  yer  və  göyün  Allahı  ilə  zaman  və  fəzanm  yaradıcısı  ilə 
birlikdə  idi  və  öz-özünə  deyirdi:  “Mənim  Allahım  bütün  bizləri 
yaradandn*  və  acizlik,  zəiflik  və  həqarətin  nə  olduğunu 
bilməyəndir”.
Təmleyxa  hələ  bir  müddət  də  beləcə  yaşadı.  Qəlbində  o, 
Dağ  Yunusu  allah  kimi  tanımırdı.  Amma  öz  sirrini  heç  kəsə 
açmırdı.  Səhərdən  axşama  o,  Dağ  Yunusa  xidmət  edir,  gecələr
111


səhərə  qədər  isə  o,  öz  Yaradanına  ibadət  edirdi.  O,  gecələr 
yatağında  fikirdən  gözlərini  yuma  bilmirdi.  Yuxusuzluq,  ağır 
düşüncələr  və  fasiləsiz  fikrə  dalmış  o  yerə  göstərdi  ki,  o  çox 
arıqladı.  Üzünün  zərifliyini  və  özünün  mütəhərrikliyini  itirdi. 
Solğun  və  xəstəhal  oldu,  onun  ürəyini  yeyən  kədər  və  şübhələr 
sifətində  əks  olunurdu,  onun  bədəni  zəiflədi  yanaqları  saraldı, 
mənəvi  əzabların  daxili  didişmələrin  ağırlığı  altında  o,  elə  bir 
vəziyyətə  gəlib  çatdı  ki,  onu  içəridən  gəmirirdi.  Dağ  Yunusun 
vəzir  xacibləri  onun  xəstə  halını  görür  və  bir-birinə  deyirdi:  “Bu 
gəncin daha əvvəlki təravəti yoxdur.  Onun gözəlliyindən və zahiri 
görkəmindən  heç  nə  qalmamışdır.  Ona  nə  isə  bir  bədbəxtlik  üz 
vermişdir.  Zira  onun  zahiri  görkəmi  onun  daxili  xəstəliyindən 
xəbər verir və onun qəlbində nə  isə uğursuzluq yaranmışdır.
Sifətin kədərli olanda dostunun,
У
Ağır xəstəlik ürəyini yeyib-tökür yəqin.
Solmuş yanaqlarm saralmış rəngi,
Mənəvi əzabdan xəbər verəndi”.
Biz  bu  rəngin  taleyi  haqqında  yaxşıca  düşünüb  nə  baş 
verdiyini 
aydınlaşdırmalıyıq. 
Bundan 
sonra 
hər  kəs  öz 
mülahizələrini,  fərziyyə  və  gümanını  deməyə  başladı.  Onlardan 
biri  dedi:  “Mənə  elə  gəlir  ki,  bu  gənc  kiməsə  vurulmuşdur”. 
Digəri  ehtimal  etdi  ki,  nəsə  gizli  bir  bədən  xəstəliyi  vardır  və  bu 
xəstəlikdən  getdikcə  əriyir.  Üçüncü  fərz  etdi:  “Yəqin  ki,  o. 
Hansısa  ağır  günah  işlətmiş  qorxudan  xəstələnmişdir.  Vəzirlər  bu 
ruhda  müxtəlif  fikirlər  söylədilər,  amma  müəyyən  bir  fikrə  gələ 
bilmədilər.  Nəhayət  onlardan  ən ağıllısı  dedi:  “Mən  hesab  edirəm 
ki,  o,  gizlincə  başqa  Allaha  itaət  edir  və  biz  gərək  bu  haqda  öz 
allahımız  Dağ  Yunusa  məlumat  verib,  onu  inandıraq.  Biz  təcili 
məlumat verməliyik  bu başqa birisinin  məlumat verməsindən daha 
yaxşı  olar,  yoxsa  Dağ  Yunus  bizi  lənglikdə  və  fərasətsizlikdə 
günahlandırar”.
Hamı  müdrik  vəzirin  bu  sözləri  ilə  razılaşdı,  dərhal  Dağ 
Yunusun  yanına  getdilər  və  öz  şübhələri  barədə  ona  məlumat 
verdilər.  “Bəli  -   Dağ  Yunus  ucadan  dedi-artıq  çoxdandır  ki, 
mənim  ağlıma  eyni  fikirlər  gəlirdi,  indi  mən  onun  qəlbində  hansı
112


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə