Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə31/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

qalmışdı.  “Ulu  Tanrı  dəfinələri  mənə  göndərmişdir  -   deyə  o 
ürəyində  düşündü  -  əgər  bu  belədirsə,  onda  mən  nə  üçün  bunun 
yarısını  ağıldankəm  qocaya  verməliyəm?  Ağıllısı  odur  ki,  mən 
indi  onu  öldürüm  və  basdırım,  sonra  isə  bütün  bu  var-dövlətə  tək 
sahib  olum.  Əgər  mən  bunu  etməsəm,  bu  gicbəsər  qoca 
ağzıboşluq  edib  bu  lağımın  yerini  başqalarına  bildirəcək”.  “Ey 
qoca  -   Dağ  Yunus  dilləndi  -   düşünürəm  ki,  mən  səni  öldürməli, 
bütün  var-dövlətə  sahib  olmalıyam”.  “Ey  nankor  alçaq  -   qoca 
hiddətləndi  -   məgər  sən 
mənimlə 
müqəddəs 
müqavilə 
bağlamadınmı,  hanı  sənin  andların  və  vədlərin?  Sən  mənə  payımı 
verməmək  və  bütün  xəzinəni  mənimsəmək  istəyirsən?  Qoy  olsun, 
mən  heç  nə  istəmirəm.  Onda  imkan  ver  mən  gəldiyim  yolla 
qayıdıb  evimə  gedim:  Ey  dostum,  hesab  et  ki,  heç  nə  olmamış, 
eşşək yıxılmamış və tuluq cırılmamışdır”.
“Sən yanılırsan -  Dağ  Yunus  dedi.  Əgər  mən səni  salamat 
buraxsam,  onda  mən  rahat  və  təhlükəsiz  yaşaya  bilmərəm.  Mən 
səni  öz  rahatlığım  naminə  öldürməliyəm”.  -   “Ey  Dağ  Yunus  -  
qoca  yalvardı  -   Allahdan  qorx  və  ağır  günahı  boynuna  götürmə, 
öz  verdiyin  sözə  etibarlı  ol  və  andları  yadına  sal.  Sən  başa  düş, 
mənim  ölümüm  sənə  müvəffəqiyyət  gətirməyəcək  -   sən  Allahın 
qəzəbinə düçar olacaqsan”.
Lakin  qocanın  bu  yalvarışlarını  Dağ  Yunus  eşitmədi. 
Qılıncını  çıxararaq  o  köməksiz  qocanı  doğradı  və  ordaca  yerə 
basdırdı.
Apara  biləcəyi  qədər  qızıl  və  qiymətli  daş-qaş  götürərək 
Dağ  Yunus  qapıları  bərk  bağladı,  yeraltı  qazıntıdan  çıxdı,  lağımı 
bayırdan  elə  düzəltdi  ki,  o,  gözə  dəyməsin  və  şəhərə  yollandı. 
Bundan sonra o,  xəlvətcə bütün dəfinəni şəhərə daşıdı.
Tezliklə  o,  vətənini  tərk  edərək  Arranın  Naxçıvan
vilayətinə  köçdü.  Orada  özünə  möhtəşəm  eyvanları  və  qüllələri
• •
olan  şah  sarayları  tikdirdi.  Qul  və  qarabaşlar  aldı.  Oz  var-dövləti 
və  təm-təmtəraqlı  həyat tərzi  ilə  şöhrətləndi.  Belə  ki,  bütün  Arran 
ölkəsi  yalnız  ondan  danışırdı.  Adamlar  hər  tərəfdən  oraya 
axışırdılar  və  elə  hesab  edirdilər  ki,  o,  məhşur  sülalədəndir  və 
buraya  xeyirxah  məqsədlərlə  gəlmişdir.  Dağ  Yunusun  şöhrəti
98


bütün Arran ölkəsinə  yayılandan sonra,  görkəmli  dövlət  xadimləri
şahın  şəxsi  qvardiyaçıları  onunla  tanışlıq  yaratdılar.  Sonra  onunla
• •
dostluq  etməyə  başladılar.  Oz  sovqat  və  bəxşişlərilə  Dağ  Yunus 
bütün məmurları və  əyanları ələ  alırdı.  Onlar  bir ağızdan onu  şaha 
tərifləyirdilər.
Dağ  Yunus  haqqmda  çoxlu  məlumatlar  aldıqdan  və 
eşitdikdən sonra  Aran  şahı  onu  yanına  çağırdı.  Dağ  Yunus  özü  ilə 
şaha  layiq  qiymətli  ləl-cəvahirat  götürərək  onun  yanma  yollandı. 
Tezliklə o,  şah  ilə  dil tapdı və  onunla dost oldu.  Hər gün o,  saraya 
gəlir şaha çoxlu hədiyələr gətirirdi.  Nəhayət,  o,  şahın ən etibarlı və 
yaxın  dostu  oldu  və  hətta  şahın  ev  ailəsini  də  idarə  edilməsi  ona 
keçdi.
Bir neçə  müddət beləcə keçdi.  Lakin bir dəfə  düşmən Rum 
hökmdarı Arran ölkəsinə qarşı yürüşə çıxdı.  Arran ölkəsini tutmaq 
və  məhv  etmək  niyyətilə  o,  nəhəng  bir  qoşunla  ölkəyə  soxuldu. 
Arranın  hökmdarı  özünü  itirdi  və  düşmən  təzyiqini  necə  dəf 
etməyi  bacarmadı.  Hökmdarı  narahat  və  köməksiz  görərək  qeyri- 
adi  igidliyə  və  sonsuz  dərəcədə  qorxmazlığa  sahib  olan  Dağ 
Yunus  öz  dostundan  soruşdu:  “Nə  olmuşdur?  Mən  görürəm  ki, 
mənim  hökmdarım  nəyə  görə  isə  məyus  və  rahatsız  olmuşdur?” 
Hökmdar  onun  başına  gələn  bu  bəla  haqqmda  Dağ  Yunusa 
danışdı.  “Allah sənə uzun ömür versin!  Bundan ötrü məyus  olmaq 
və  kədərlənməyə  dəyməz.  Zira  əgər  sən  icazə  versən  mən  sənin 
düşməninə elə  bir dərs verərəm ki,  o heç Rumun özündə  belə  sakit 
yata  bilməz”.  Bu  sözlər  Arran  hökmdarına  çox  xoş  gəldi  və  Dağ 
Yunusu  bunun  əvəzində  təriflədi  və  ona  icazə  verdi.  Hökmdar 
bütün  xəzinəni  və  qoşunu  onun  sərəncamına  verdi.  Dağ  Yunus 
tezliklə  qoşuna  baxış  keçildi  və  aşkar  etdi  ki,  onun  sərəncamında 
yüz min qoşun vardır.
0 , 
onlarm 
hamısına 
maaş 
verdi 
və 
vuruşmaya 
hazırlaşmağa  başladı.  On  iki  min  yaxşı  silahlanmış  döyüşçü 
seçərək  öz  komandanlığı  altında  avanqard  dəstə  təşkil  etdi. 
Bundan  başqa  öz  vəsaiti  hesabına  daha  min  nəfər  gənc  silahlı 
döyüşçü  təşkil  etdi.  Bütün  bu  hazırlığı  bitirdikdən  sonra  Dağ 
Yunus  Arran  hökmdarı  ilə  xudafızləşib  yürüşə  hazırlaşdı.  Tam
99


döyüş  qaydası  ilə  düzülən  qoşunların  nizami  cərgələrini  görən 
Arran hökmdarı səsləndi və onun qəlbində iimid  yarandı.  Çünki o, 
yeni  sərkərdənin  igid,  mərd  və  qorxmaz  olduğuna  inanırdı.  Dağ 
Yunus  hökmdar  xəzinəsindən  başqa  öz  xəzinəsindən  də  min  neçə 
xalvar  qızıl  və  gümüş  götürdü.  Hər  bir  düşərgə  zamanı  o, 
döyüşçüləri  bir-bir  yanına  çağırır  onlara  qızıldan  dağlar  vəd  edir 
və  hədiyələr  paylayırdı.  Bir  sözlə  o,  qoşunun  onu  sevməsi  üçün 
hər  şeyi  edirdi.  Döyüşçülər  tezliklə  həqiqətən  ona  inanır  və 
ürəkdən  bağlanırdılar.  Dağ  Yunus  qoşunla  birlikdə  düşmən 
düşərgəsinə  yaxınlaşanda  Rum  hökmdarı  öz  elçisini  qarşıya 
göndərərək  Arran  hökmdarından  baş  vergisi  ödəməyi  və  qeyri- 
şərtsiz  itaət  etməyi  tələb  etdi.  Buna  cavab  olaraq  Dağ  Yunus  öz 
elçisini  göndərdi  ki,  Rum  hökmdarına  desin:  “Baş  vergisi  və 
ibadət  əvəzinə  özüm  gəlmişəm.  Əgər  sənin  cəsarətin  çatarsa  işə 
başlayaq”.
Bu  kobud  məktubu alaraq Rum  hökmdarı bərk qəzəbləndi. 
O,  qoşuna  baxış  keçftdi  və  gördü  ki,  onun  tabeliyində  yüz  min 
qoşun  vardır.  Dağ  Yunus  düşmənə  birinci  hücum  etdi.  Qoşunlar 
bir-birinə  qarışdıqdan  sonra,  bir  neçə  sutka  davam  edən  qanlı 
döyüşlər  başlandı.  Nəhayət,  Dağ  Yunus  düşməni  əldən  saldı  və 
qalib  gəldi.  Rum  hökmdarını  əsir  tutdu  və  onu  dərhal  öldürdü. 
Bundan  sonra  öz  yenilməz  qoşununu  Rum  sərhəddinə  apardı  və 
bütün Rum dövlətini fəth etdi.
Rumda  möhkəmlənərək  Dağ  Yunus  Arran  hökmdarına 
məktub  göndərib  ona  vəziyyət  haqqında  məlumat  verdi.  Sonra o. 
məktubda  yazdı:  “Ulu  Tanrı  mənə  Rum  üzərində  qələbə  çalmağı 
bəxş  etdi,  bütün  Rum  dövləti  mənə  tabe  oldu  və  mənim 
idarəçiliyim  altına  keçdi.  Mən  Rum  hökmdarını  məhv  etdim,  indi 
bu sənə dərs olsun.  Bu məktubu alan kimi mənə  üç ay öncənin baş 
vergisini  göndər.  Bizim  sağlığımıza  xütbələr  oxut,  üzərində 
mənim  şəklim olan  sikkələr  basdır  və  mənə  sözsüz  xidmət  etmək 
üçün  qul  kəmərini  belinə  bağla.  Əgər  sən  bunu  etməsən  mən 
səninlə Rum hökmdarı ilə etdiyim kimi rəftar edəcəyəm”.
Bu  sözlərlə  Dağ  Yunus məktubu qurtardı onu  çapara verib 
Arran  hökmdarına  göndərdi.  Məktubu  oxuyaraq  Arran  hökmdarı
100


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə