Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə27/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

Tamahkarlıq bir çoxlarının bəd  qapısın açarıdır, 
Bizə iztirablar gətirən,  iti gedən atlıdır.
Tamahkarlıq yalan,  qüsur,  nöqsan doğurar, 
Cinayət  izlərinin başlanğıcı,  mənşəyini  yoğurar.
Əgər nəyi bilmirsənsə,  soruş ehtiyat etmə,
Lakin bu zaman onları çaşdırıb məzəmmət etmə.
Bilik öyrənmək istəyənin özü alimə bərabərdir, 
Heç nə bilməyən “müdrik” azdırmağa qabildir.
Ölüm dilənçiliyə oxşar yalnız bir dəfə gəlir, 
Zalım dilənçilik isə bizi hər gün tapır.
Əgər dilənçilik öz oxunu sənə də tərəf tuşlarsa, 
Sən döyüşdə səbr qalxanı ilə özünü qoru.
Əgər adam işlərini yerbəyer etməyi bacarırsa, 
Tikanlar edə bilməz ziyafətdə sərxoş olmazsa.
Ağıl-kamal dəryasına sən diqqətlə  baxsan, 
Həqqin işığını,  yalanın yuva saldığını anlayarsan.
Kasıb gündəlik ruzisi ilə doyurub tox olur, 
Varlının tamahı isə  mənəvi kasıblıqdan tox olur.
Kasıb dostun səni hər cür bəlada atmaz,
Lovğa varlı  isə səndən qaçar hali olmaz.
Dünyada yaşayanların hamısının ruzisi vardır, 
Özümüz isə ölüm üçün əsrlərdən bəri təlabatıq.
Tabelikdə olan adamm ümidini üzmə bəlalıdır, 
Çünki ümid onlara zülmətdə nur kimi saçmalıdı.
84


Gör nə qədər cahil və  dəyərsiz müftəxor var. 
Zənginləşib dəbdəbəli həyat keçirmiş olarlar.
Gör nə qədər aqil,  müdrik dilənçidir, zülm çəkir, 
Ona görə ki,  onların sözükeçən ataları yoxdur.
Göy qübbəsi altına nə qədər şər yerləşdirib,
O,  layiqsizləri yüksəldir,  ləyaqətliləri məhv edir.
Kim ki,  xeyirxah zəıhisində toxum səpmişdir,
O, hər iki dünyanın  sirli həqiqətini görmüşdür.
Orta yol seç bu zaman əsla zərər çəkməzsən ,
Nə çox qabağa keç,  nə də arxada vellənmə  sən.
Çox,qorxulu  işə girişmə adamı öldürər,
Əyri qılıncın varsa,  əyri qın axtar.
Əgər taleyin  sənə hər hansı xoşbəxtliyi olmasa, 
Sənə azacıq da olsa xoşbəxtlik göndərməz.
Qaranlıq işıq doğurar,  zəhmət rahatlıq gətirər, 
Onlar bir-biri ilə həm əlaqədardır.
Qoy sənin həyatın yüngül və rahat keçsin, 
Yaddan çıxarma ki,  arxanızca ölüm yaxınlaşır.
Xoşbəxt o  adamdır ki,  özünə xoş yol seçmişdir, 
Öz mömün həyatı üçün tale onu əzizləmişdir.
Heç bir şey bilməyəndən heç nə soruşma,
Zira,  onun bir şey bilməməsi sənə zinət verməz.
%
Taleyin müflis etdiyi insanların püşkü talsiz olar, 
Çünkü dilənçilik insanları quldurluğa sövq edər.


Təkəbbür və dikbaşlıqla  lovğalanma,
Bil ki,Yaradan,təkəbbürlüləri bağışlamır.
istedadlı  insanlara əbəs yerə qara yaxma,
Mömtinə pislik,yamanlıq etməkdən həya saxla.
Kim adamlarla mehriban yola gedə  bilirsə,
O, daş qayanı da yumşaltmağa məcbur edə  bilər.
Kim ki,əliaçıq olmağa cəhd etmirsə,
Əbəs yerə yaşamağa çalışır ölüm ondan yaxşıdır.
O, (adam) hələ ki, zərif libaslarla ehtiraslardadır, 
Dəbdəbəli yaşamaq zəncirinin  əsarət ində dir.
Əbu  Bəkr  ibn  Xosrov  əl-Ustadm  yaradıcılığı  hələlik 
öyrənilməmişdir, 
onun 
bizə 
gəlib 
çatan 
yeganə 
əsəri 
“Munisnamə”  əlyazmasıdır,  ilk  dəfə  olaraq  bu  əsər  tərəfimizdən 
araşdırılaraq  müəyyən  hissəsi  doğma  Azərbaycan  dilinə  tərcümə 
edilmişdir.
Bu  tərcümə  olunan  əsər  XII  əsrdə  Naxçıvan  Atabəylər 
Dövlətinin  sarayında  qələmə  alman  “Munisnamə”dir  ki,  öz 
dövrünün  zəngin  ədəbi  mühitindən  xəbər  verir.  Əsərin  müəyyən 
giriş hissələrini aşağıdakı kimi qiymətləndirmək  mümkündür.
“Böyük hökmdar,  islam padşahı, əzəmətli atabəy  sülhsevər 
Xosrov,  xoşbəxt  rəhbər,  dünyanın  mütləq  Darası,  islam  və 
müsəlmanların  dayağı  Xaqan  Əcəm  Nüsrətəddin  vəd-dövlənin 
Allah  onların  köməkçilərini  xoşbəxt  etsin,  onun  sultanlıq 
hakimiyyətini  əbədi  etsin,  Məhşər  günündə  onu  üzüağ  etsin,  onun 
şöhrətini,  ağ  günlərini  artırsın,  onun  hökmranlığı  və  padşahlığını 
əbədi  etsin.  Dünyanı  bəzəyən  mübarək  əqlindən  gizli  deyil  ki, 
inandırıcı  sübutlar  və  mötəbər  dəlillər  üzvü  və  qeyri-üzvü 
dünyanın 
mövcudluğunun 
mənası 
heyvanlar 
olduğunu, 
heyvənların zirvəsi  və tacınm  isə  insan olduğunu  sübut  edir,  insan 
isə damşabilən bir canlıdır.  İnsan öz nitqi  ilə  (bilinir)  seçilir, çünki
86


insanı-başlanğıc nitqə görədir.  Necə deyərlər; “ Kişi dilinin altında 
gizlənmişdir,  yəni  o,  danışmayınca  onu  heç  kəs  tanıya  bilməz. 
Bütün  dəyanətli  (kişilər)  və  ləyaqətli  müdrüklərin  heç  birinə  sirr 
deyil  ki,  ağıl,  idrak  aləmində  elə  bir  substansiya  (mahiyyət) 
yoxdur  ki,  nitqdən  şərəfli  və  xoşagələn  olsun,  zira  əgər  sözdən 
yaxşı  nəsə  olsaydı,  onda  Böyük  Allah  ən  yaxşını  öz 
peyğəmbərlərinə göndərərdi.
Əgər bu dünyada sözdən yaxşı bir şey olsaydı,
Onda bunu Allah öz peyğəmbərlərinə bəxş edərdi.
Nitqin mükəmməlliyi  isə ondan  ibarətdir ki,  o  məzmunlu və zərif 
olsun,  istər  nəsr,  istərsə  poeziya  olsun  dərin  mətləbləri  və  incə 
mənaları  açıb  göstərsin.  Bütün  Allah  elçilərinin  seyyidi,  ağası 
Məhəmməd  peyğəmbər  (Allahın  Salamı  ona  olsun)  buyurmuşdur: 
“  Həqiqətən  Allah  Təalanın  taxt-tacı  altında  böyük  xəzinələr 
gizlədilmişdir,  onların  açan  isə  şairlərin dili  altındadır”.  Başqa  bir 
yerdə  o  söyləmişdir;  ;4  Şairlər  insan  cinsinin  daimi  şərəfidir”  və 
daha  sonra  “  Dil  təkcə  yalnız  sözün  köməyi  ilə  möcüzə  yarada 
bilər”.  Şair Əscadi (Allah ondan razı olsun) demişdir;
Alim şəxslərə rabitəsiz nitq yaraşmaz,
Sözlər isə  qızıl qum, yaxud xam ipək kimidir, 
Şairlərin  incə  mənalarda  işlətdikləri  sözlər  isə  saf qızıl  və 
ipək parçaya bənzər .
Və əgər dərzi zərgərlə söz bir etsələr,
Öz səyləri ilə qiymətli əsər yarada bilərlər.
Poetik  nitq  daha  mükəmməl  olduğundan  və  nəsr  nitqini 
üstələdiyindən,  o zaman ki,  müdrik,  poetik  istedad verilmiş  layiqli 
xadimlər meydana çıxdılar və mövcud  oldular,  onlar nəsr dilindən 
poetik  dil  yaratdılar  və  yaradırlar,  şeriyyat  istedadına  malik 
adamlar  və  müdriklər  heç  zaman  poeziyanı  nəsrə  çevirməmişlər. 
0, zaman ki,  bütün mövcudatı yaradan  böyük,  qüdrətli  Allah ipək, 
atlas, kiş və kətanı  yaratdı,  heç  bir ağıllı  insan  ipəyi atlas və kətanı 
kişə  çevirmədi,  əksinə  onlar  kətan  və  kişdən  atlas  və  ipək 
yaratmağa  çalışdılar.  Şer  dili,  nəsr  dilindən asan yadda qalır  və  o, 
insanın  canma  daha  tez  hopur.  Ölçülü  nitqi  müxtəlif  ritm  və 
hallara  bölmək  və  xoş  musiqi  sədaları  altında ondan  ləzzət  almaq
87


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə