Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə24/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

Naxçıvan  Atabəylər  mühitini  Azərbaycan  yazıçıları  və 
şairləri  arasında  Nizaminin  həmfikiri  və  həmyerlisi  Əbu  Bəkr 
Xosrov  oğlu  müstəsna  maraq  kəsb  edir.  Onun  yaradıcılığı 
indiyədək  öyrənilməmiş,  tədqiqatçıların  və  oxucuların  öhdəsinə 
çatmamışdır.  Yalnız  əsər  1990-cı  ildə  professor  Rüstəm  Əliyev 
tərəfindən  araşdırılaraq,  rus  dilinə  tərcümə  edilmişdir.  Məsələ 
burasındadır  ki,  demək  olar  son  ana  qədər  Əbu  Bəkr  ibn  Xosrov 
əl-Ustadın  mövcud  olması  haqqında  fakt  elmə  məlum  deyildi. 
Çünki,  onun  əsərlərinin  əksəriyyəti  bizə  gəlib  çatmamışdır.  Onun 
baş əsəri  “Munisnamə”nin yeganə  əlyazması Azərbaycanda  Sovet 
hakimiyyətinin  qələbəsi  ərəfəsində'  1920-ci  ilin  aprelində  şairin 
yaşadığı  doğma  Naxçıvan  diyarından  çıxarılaraq  İngiltərəyə 
aparılmışdır  və  orada  Britaniya  muzeyinə  “Min  bir  gecə”  adı 
altında  satılmış,  burada  50  il  toxunulmaz  qalmışdır.  Bu 
əlyazmanın təvsirində  ingilis  alimi  Q.M.Meredit -  Ouns  müəyyən 
etmişdir  ki,  bunun  “Min  bir  gecə”yə  bilavasitə  aidiyyatı  olmayıb, 
“Munisnamə”  (“Qadının  kitabı”)  adlı  orijinal  naməlum  əsərin 
siyahısıdır.  Q.M.Meredit  -   Ouns  “Munisnamə”nin  qısa  izahını 
(təvsirini)  hazırladı  və  onu  1974-cü  ildə  Edinbıırqda  “iran  və 
islam” məcmuəsində nəşr etdirdi.
Hal-hazırda  M.Füzuli  adına  Əlyazmalar  institutunda 
yüksək səviyyədə saxlanılan “Munisnamə” əsərinin Naxçıvana aid 
olan  bir  hissəsi  yenidən  foto  surət  edilərək  AMEA  Naxçıvan 
Bölməsinin Əlyazmalar Fonduna gətirilmişdir.
“Munisnamə”  hələlik  öz  müəllifinin  həyat  və  yaradıcılığı 
haqqında  yeganə  məlumatlar  mənbəyidir.  Bu  məlumatlar  qısaca 
olaraq aşağıdakılardır.
Əbu  Bəkr  Xosrov  oğlu  təxminən  1240-cı  ildə  Gəncədə 
anadan  olmuşdur.  Nizami  kimi  o  da,  təhsilini  doğma  şəhərində 
almış və elmdə böyük nailiyyətlərə çatmışdır.
• •
O, 
qeyri-adi  şair  və  yazıçı  istedadına  malik  idi.  Oz  şeirləri 
ilə,  öz  zamanının  fənnləri  əhatəsində  geniş  biliklərə  malik  olması 
ilə  həmçinin  böyük  pedoqoji  talantma  görə  (O  Gəncənin  baş 
mədrəsəsində  dərs  deyirdi)  Əbu  Bəkr  Naxçıvan  Atabəylərin 
diqqətini  tezliklə  özünə  cəlb  etdi.  Onlar  da  onu  Naxçıvana  dəvət
73


edib,  gənc  şahzadələrinə  (uşaqlarına)  müəllim  və  tərbiyəçi  təyin 
etdilər.  Əbu  Bəkr  tezliklə  Naxçıvan  Atabəylərin  etimadını, 
hörmətini  qazandı,  30  ildən  artıq  ona  etibar  edilmiş  vəzifələri 
müvəffəqiyyətlə  yerinə  yetirdi  və  əl-Ustad  (baş  müəllim,  bilici) 
titulunu  qazandı.  Bir  sıra  faktlar  fikirləşməyə  imkan  verir  ki.  Əbu 
Bəkr Nizami  ilə  yaxşı tanış idi və onunla  dostluq edirdi.  Əbu Bəkr 
6  poema  yazmışdı  və  onların  hamısını  Naxçıvan  Atabəyləri  olan 
Məhəmməd  Cahan  Pəhləvana,  Qızıl  Arslana  və  Əbu  Bəkr 
Nüsrətəddinə  həsr  etmişdir.  Naxçıvan  Atabəylərinə  Nizami  də  öz 
“Xosrov və Şirin'1 və “Isgəndərnamə”sini həsr etmişdir.
“Munisnamə”ni  yaradana  qədər  öz  yaradıcılıq  fəaliyyəti 
haqqında  danışaraq  Ustad  Əbu  Bəkr  yazırdı:  “Buna  qədər 
dünyasını  dəyişən  və  indi  yaşayan  hökmdarlara  həsr  olunmuş  bir 
neçə  mənzum  əsər yazmışam.(2,  s.  228)  Sonra  Ustad  Əbu  Bəkrin 
dediklərindən  bilavasitə  görünür  ki,  “Munisnamə”yə  qədər  o, 
aşağıdakıları yaratmışdır.
1)  “Mənsur və Mərcan” poeması.  Görünür ki,  bu  müəllifin 
Atabəy  Məhəmməd  Cahan  Pəhləvana  həsr  etdiyi  ən  böyük 
mənzum əsəridir.
2)  Qızıl  Arslana  həsr olunan “Sənəm və Əcəm” poeması.
3)  “Mehi-  və  müştəri” poeması.  Bu əsər qurtardıqdan  sonra 
müəllif  “Munisnamə”nin  yaradılmasına  başlamışdır  (təxminən 
1196-97-ci illərdə) və onu heç kəsə həsr edə bilmədi.
Bu  poemaların  adlarından  görünür  ki,  onlardan  birinci 
ikisində  Nizaminin  “Leyli  və  Məcnun”,  “Xosrov  və  Şirin” 
poemalarında  olduğu  kimi  iki  aşiqin  məhəbbət  tarixi  və  macərası 
təsvir olunurdu.
Görünür  ki,  əxlaqi  hekayə  olan  “Mehr  və  müştəri”  istisna 
idi.  Bizə  bu  adda  Azərbaycan  şairi  Əssar  Təbrizinin  XVI  əsrdə 
yazdığı  əsər  gəlib  çatmışdır.  Özünün  eyni  adlı  poemasında  Əssar 
Təbrizi  iki  gəncin  fədakar  dostluğunu  və  onların  payına  düşən 
iztirabları təsvir edir.
4)  Əbu  Bəkrin  “Nakizəye  kitabi  Əlfıyyə  və  Şəlfiyyə 
“adlanan  dördüncü  əsəri  olduqca  maraqlıdır.”  Nakizə”  sözünü 
müxtəlif cür  izah  etmək  olar.  O,  1)  əksilik,  2)  ziddiyyət,  etiraz,
74


tənqid  və  3)  antonim  mənalarını  verir.  Qeyd  edək  ki,  bu  poema 
Qızıl Arslana  həsr  olunmuşdur,  bu  kitab  çox  lazımlı  və  xoşagələn 
bir kitab  oldu.  Bu kitab  müsəlman  cəmiyyətinin  mənəviyyatını  və 
yüksək  əxlaqi  prinsiplərini  şöhrətləndirən  didaktik  poema  ola 
bilən pilləyə yüksələ  bildi.
5)  Ustad  Əbu  Bəkrin  beşinci  poetik  əsəri  “Rahət  əs- 
Sudur”,  başqa  formada  ‘‘Rahət  ər-Ruh”  (“Qəlbin  rahatlığı  üçün’5 
və  ya  “Ruhun  rahatlığı  naminə”  adlanırdı.  O,  bunu  özünün  sabiq 
şagirdinə,  sonra  isə  hökmdar  atabəy  Əbu  Bəkr  Nüsrətəddinə  həsr 
etdi.  Ehtimal etmək olar ki,  “Rahət ər-Ruh” didaktik nəsihət,  öyüd 
və  aforizmilərlə  təchiz  edilmiş  əyləncəli  poetik  novella  və 
nağıllardan ibarət məcmuəni təmsil edirdi.
6)  Əbu  Bəkr  ibn  Xosrov  əl-Ustadm  altıncı  noeması 
«Nüzhət  əl-Məcalis»  (məclislərin  ləzzəti)  əsərin  məzmunu  qızla 
oğlan  arasında  olan  mübahisədən  ibarətdir.  Əsər  mükalimə 
(dialoq)  janrında  yazılmışdır.  Bu  jaıırm  Şərq  ədəbiyyatmda  Ən 
böyük  ustadı  Əsədi  Tusi  sayılır.  Azərbaycan  ədəbiyyatmda  isə 
həmin  janrın  banisi  Əbu  Bəkr  sayılır.  Şair  bu  əsərini  də 
Nüsrətəddinə həsr etmişdir.
Ustad  Əbu  Bəkrin  bütün  göstərilən  əsərləri  ya  bizə  qədər 
gəlib  çatmamış,  ya  da  onların  əlyazmaları,  məzmunu  hələ 
kataloqlaşdırılmamış kitab saxlanılan yerlərdən birindədir.
Xoşbəxtlikdən  indi  bizim  əlimizdə  Ustad  Əbu  Bəkrin 
başlıca  yaradıcılıq  məhsulu  olan  “Munisnamə”  vardır.  Bu  əsər 
nəinki  Azərbaycanın,  həmçinin  bütün  Yaxın  və  Orta  Şərqin 
farsdilli  ədəbiyyatının  qafıyəli  bədii  prozanın  ilk  məşhur 
nümunəsidir.  “Munisnamə”  əyləncəli,  realistliyi  və  qəribə  povest, 
novella,  hekayə,  aforizm  və  kəlamların  məcmusudur  ki,  bunların 
da  məzmununa  müəllifm  özünün  və  digər  şairlərin  əsərlərindən 
sitatlar  və  çoxlu  şeir  parçaları  daxil  edilmişdir.  Əyləncəli  incə 
yumor dolu hekayə və  novellalarda Əbu Bəkr ibn Xosrov əl-Ustad 
öz  müasirlərinin  yüksək  bədii  obrazlarmın  bütöv  qalereyasını 
yaratmış,  orta  əsr  Azərbaycan,  xüsusən  Naxçıvan,  Gəncə, 
Gürcüstan  və  onun  paytaxtı  Tiflis  (Xaraşna)  həmçinin  o  zamanın
75


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə