Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə21/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

yazılaraq  öz  nümunəvi  gözəlliyini  biruzə  vermişdil-.  Azərbaycan 
mətnşünaslıq  elmində  milli-mənəvi  və  dini-əxlaqi  dəyərlərimizi 
zənginləşdirən  əlyazma  mətnlərdə  Naxçıvan  mütəfəkkirlərinin 
əməyi əvəzedilməzdir.
Bütün  bu  mühüm  xüsusiyyətlərin  məntiqi  nəticəsidir  ki, 
milli  dəyərlərimizin  qorunub  saxlanılmasında  böyük  əhəmiyyət 
kəsb  edən  Naxçıvan  əlyazma  mətnləri  və  onlarda  rast  gəlinən, 
milli  dəyərlərimizi  zənginləşdirən  amillərə,  əməyə,  həyata,  təbiətə 
məhəbbəti  göstərən  dini-əxlaqi  dəyərlər  öz  ruhuna,  mahiyyətinə 
uyğun  ənənəvi,  nəcib,  mütərəqqi  xüsusiyyət  və  keyfiyyətləri  ilə 
zənginləşmişdir.  Şübhəsiz  ki,  doğma  Naxçıvanımızın  qoruyub 
saxladığı 
müqəddəs 
düşüncə 
məfkurəsini 
daha 
da 
möhkəmləndirəcək 
dəyərli 
əlyazma 
mətnləri 
dünya 
sivilizasiyasının  başlanğıcı  hesab  edilən  müasir  Naxçıvanda  milli 
təfəkkürümüzün 
və 
milli-mənəvi 
dəyərlərimizin 
parlaq 
təcəssümünə  çevriləcək.  Hesab  edirik  ki,  Hacı  Molla  Məhəmməd 
Naxçıvaninin  “Qürrətul-Əbsar”  əsərinin  tədqiqi  milli-mənəvi 
dəyərlərin  qorunması,  milli  şüurumuzun,  dini-əxlaqi  proseslərin 
qorunub  saxlanılması  və  inkişafı  baxımından  çox  əhəmiyyətlidir. 
Çünki  hər  bir dövlətin  intellekual  səviyyəsi onun  başlıca geosiyasi 
gücünün 
amilidir. 
Bu 
amillər 
isə 
Azərbaycan 
xalqının 
mədəniyyəti,  dini,  elmi  və  təhsilidir  ki,  bu  da  ən  böyük  milli- 
mənəvi dəyərlərdir.
63


ƏLYAZMA MƏTNLƏRDƏ 
NAXÇIVAN ATABƏYLƏR DÖVRÜNÜN TİBB ELMİ
Araşdırılan  əsərlər,  ulu  öndər Heydər  Əliyevin  Naxçıvan  ədəbi 
mühiti  iiçiin  ən  zəruri  hesab  edilən  əlyazma  qaynaqlarının  dərindən 
öyrənilməsi istiqamətində yaratdığı real şəraitin nəticəsində əldə olunan 
mənbələrdən,  xüsusən  Orta  əsr  Azərbaycan  Atabəylər  Dövlətinin 
tarixini  araşdırıb  xəbər  verən  Sədrəddin  Əbul  Həsən  Əli  ibn  Əbul 
Fəvaris  Nasir  ibn  Əli  əl-Hüseyninin  “Səlcuq  əmir  və  hökmdarlarından 
xəbərlər  verən  tarixlərin  qoymağı
  ”  
adlı  əlyazma əsəri  olduqca  maraqlı 
və  Naxçıvan  üçün  əhəmiyyətli  olan  mənbələrdən  istifadə  edilmişdir. 
Həmçinin  Azərbaycan  Atabəylər  Dövlətinin  siyasi  hadisələri  haqqında 
bizə gərəkli olan əsas məlumat qoymağını verən İzzəddin  Əbül Həsən Əli 
ibn  Məhəmməd  ibn  əl-Əsirinin  Şərq  aləmində  məşhur  olan  çoxcildlik 
əsəri
 
-
 
“Mükəmməl  tarix’’  kitabından  müəyyən  qaynaqlar  əldə 
edilmişdir.
Bununla  belə,  Azərbaycan  Atabəylər  Dövlətinin  miihüm 
xüsusiyyətlərindən  biri  də  o  olmuşdur  ki,  tibb  elminin  inkişafı  naminə 
əvəzedilməz  addımlar  atılmış  və  nəticədə  də  lazımı  nəaliyyətlər  əldə 
olunmuşdur.  Buna bariz nümunə olaraq onu qeyd etmək olar ki,  orta əsr 
tibb  etmində  sayılıb  seçilə  bilən  əsərlərdən  biri  məhz
 
“Müxtəsər  tibb” 
əsəridir  ki.  şəxsən  Azərbaycan  Atabəylər  Dövlətinin  hökmdarı  Oızıl 
Arslanın  tapşırığı  ilə  yazılmışdır.  Bu  baxımdan  əlyazma  mətnlərdə 
Naxçıvan  Atabəylər  dövrünün  tibb  elmi  kifcıy’ət  qədər  inkişaf elmiş  və 
böyük təkamül yolu keçdiyi haqqında geniş məlumat verilmişdir.
Məlumdur  ki,  zəngin  dövlətçilik  tarixinə  malik  olan  orta 
əsr  Azərbaycan  Atabəylər  Dövlətinin  əsas  xüsusiyyətlərini  əldə 
etmək  üçün  bəzi  məxəzlərdən  materialların  araşdırılması  və 
onların  tədqiqatı  bir  çox  çətinliklərlə  bağlıdır.  Tarixi  hadisələrin 
cərəyanını  bərpa  etmək  üçün  ərəb,  fars  dillərində  yazmış  orta  əsr 
müəlliflərinin  əlyazma  mətnlərinin  bir  birilə  müqayisə  etmək, 
onları  numizmatika  və  epiqrafikanın  dəlilləri  ilə  yoxlayıb 
dəqiqləşdirmək  lazım  gəlir.  Bu vaxta qədər Azərbaycan  Atabəylər
64


t
Dövlətinin  siyasi  tarixindən  və  tibb  elminə  göstərdiyi  qayğıdan, 
ələlxüsus  o  dövrün  müalicə  üsullarından  və  həmçinin  ayrı-ayrı 
hadisələr  dəqiq  surətdə  öyrənilməmiş,  ümumi  vəsaitlərdə  isə 
oxucu  bu  dövlətin  yalnız  qısa  ümumi  oçerkinə  rast  gələ  bilərdi. 
Ona  görə  də  tədqiqatın  əsas  məqsəd  və  istiqaməti  orta  əsr 
Azərbaycan  Atabəylər  Dövlətinin  tibb  elminə  göstərdiyi  qayğı, 
təbii 
üsullarla 
müalicə 
qaydaları, 
məhz 
həmin 
dövrdə 
Azərbaycanda  mədəni  inkişafın  çoxcəhətli  təzahürünə  yalnız  qısa 
nəzər salmağa  imkan verir.
Orta  əsr  Azərbaycan  Atabəylər  Dövlətinin  tarixini 
araşdırıb  xəbər  verən  Sədrəddin  Əbul  Həsən  Əli  ibn  Əbul  Fəvaris 
Nasir  ibn  Əli  əl-Hüseyninin  “Zubdat  ət-təvarix  fı  əxbar  əl-umara 
vəl-muluk  Əs-Səlcuqiyyə”  (“Səlcuq  əmir  və  hökmdarlarından 
xəbərlər  verən  tarixlərin  qaymağı”)  adlı  əlyazma  əsəri  olduqca 
maraqlı və Naxçıvan üçün əhəmiyyətlidir.
Daha  bir  tədqiqatçı  alim  XII  əsrin  ikinci  yarısında  baş 
verən Azərbaycan Atabəylər  Dövlətinin siyasi  hadisələri  haqqında 
bizə  gərəkli  olan  əsas  məlumat  qaynağını  verən  İzzəddin  Əbül 
Həsən  Əli  ibn  Məhəmməd  ibn  əl-Əsiri  (1160-1233)  olmuşdur. 
Onun Şərq aləmində məşhur olan çoxcildlik əsəri -  “Əl-Kamal fıt- 
tarix” (“Mükəmməl tarix”) olmuşdur.
ibn əl-Əsir tarixi  hadisələri  qiymətləndirərək elmə,  təhsilə, 
mədəniyyətə,  həmçinin  o  dövr  üçün  böyük  əhəmiyyət  kəsb  edən 
təbii  üsulların  müalicəsini  ətraflı  verməklə  və  onları  birmənalı 
düzgün  qiymətləndirməkdə  orta  əsr  ərəbdilli  tarixçilər,  o 
cümlədən öz müasirləri arasında  başqalarından daha çox tanınır.
Şərq  dünyasında  tanınmış  alim  -   adət  ənənələri  dərindən 
bilən,  tarixçi,  Əbül  Fərəc  Əbdürrəhman  ibn  əl-Cövzinin  (1114- 
1200) 
“ 
Əl-Muntəzəm 
fı 
tarix 
əl-muluk 
vali 
umam”
(“Hökmdarların  və  millətlərin  tənzimləşdirilmiş  tarixi”)  əsərində, 
maraqlandığımız  dövrün  hadisələrinin  həddən  artıq  yığcam 
verilməsinə  baxmayaraq,  bizim  üçün  heç  də  az  əhəmiyyət  kəsb 
etmir.  Bu  əsər  əsasən  xilafətin  1179-cu  ilə  qədərki  tarixini  illər 
üzrə  ardıcıl  təqdim  edir.  Hər  ildə  baş  verən  hadisələr  ardıcıl
65


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə