Haci səbuhi İbrahimov heydəR ƏLİyev


HACI MOLLA MƏHƏMMƏD NAXÇIVANININ



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə19/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

HACI MOLLA MƏHƏMMƏD NAXÇIVANININ
“QÜRRƏTUL-ƏBSAR”ƏSƏRİ
HAQQINDA
Ulu  öndər  Heydər  Əliyevin  AMEA 
Naxçıvan 
Bölməsi 
Əlyazmalar  Fondunu  yaratmaqla  əldə  edilən  tədqiqatlardan  biri  olan 
Hacı  Molla  Məhəmməd  Naxçıvan inin  “Qiirrətul-Əbsar”  əsərinin 
araşdırılması  mövzusu kimi xüsusi  elmi əhəmiyyət daşımağı  ilə  bərabər 
müqəddəs  dinimiz  olan  İslamın  mənəvi paklıq  köklərini,  tarixi  inkişaf 
proseslərini  və  fəlsəfi  dünyagörüşünün  öyrənilməsi  istiqamətində 
aparılan  mühüm  və  olduqca  elmi əhəmiyyət  kəsb  edən  bir sahəni əhatə 
etməsi haqqında geniş  məlumata  malikdir.  Bununla  belə  müasir dövrdə 
milli  dəyərlərin  mənimsənilməsi  istiqamətində  işlərin  aparılması,  milli 
mədəniyyətimizin  öyrənilməsi,  dini-əxlaqi  dəyərlərimizin  qorunması  və 
gənclərimiz  tərəfindən  hər  tə rə f i  təhlil  edilməsi  günün  ən  aktual 
məsələsi kimi böyük əhəmiyyətə malikdir.
Bu  istiqamətdə  apardan  elmi  tədqiqat  işi  göstərmişdir  ki,  on 
dörd əsr keçməsinə baxmayaraq  bu milli ruhu bizdə yaradan  və yaşadan 
insanlar  həmişə  düşünərək  bu  amal  uğrunda  ağıllı  addımlar  atmışlar. 
Milli  mentalitetimizə  uyğun  məqamların  əsərdə  öz  əksini  tapması  bir 
daha  söz  söyləməyə  əsas  verir  ki,  yüksək  intellektual  gücə  malik  olan, 
bilik və bacarıq sahibi,  X IX  əsrin görkəmli alimi və filosofu  Hacı Molla 
Məhəmməd  Ncıxçıvani  əsərdə  milli-mənəvi  dəyərlərimizin, 
milli 
mədəniyyətimizin,  həmçinin  dini  dəyərlərin  qorunub  saxlanılmasında 
geniş  və  hər tərəfi  təhlillərin  aparılması  ilə yanaşı  əxlaq i dəyərlərin  də 
böyük  əhəmiyyət  kəsb  etməsini  qeyd  etmişdir.  M üəllif əsərdə  əsasən 
dörd  mühüm  xüsusiyyət  kəsb  edən  yerlərin,  göylərin,  okeanların, 
çayların,  h ə rf ərin,  mələklərin,  səmtlərin,  səmavi  kitabların  və  s.  başqa 
ünsürlərin  əlamətləri  haqqında  geniş  və  fəlsəfi  mühakimələr  irəli 
sürmüşdür.
Haqqında  danışılacaq  böyük  elm  sahibi,  Naxçıvanın  Şərq 
aləmində  özünəməxsus  yer  tutmasında  xidmətləri  olmuş  görkəmli 
istedad  sahibi  Hacı  Molla  Məhəmməd  Naxçıvaninin  “Qürrətul- 
əbsar”  (Gözlərin  nuru)  əsəridir.  M.  Naxçıvani  bu  əsəri  yazmazdan 
əwəl  öz  dövrünün  tanınmış  görkəmli  alimi,  mütəfəkkiri  olmaqla,
57


eyni  zamanda  bədii  xüsusiyyətlərə  malik  olan  bir  insan  kimi 
tanınmışdır.  O,  dövrünün  yaşadığı  vaxtlarda  yəni,  XIX  əsrin 
yaradıcılıq  intibahında  öz  zəngin  bacarığını  nümayiş  etdirərək 
hicri-qəməri  tarixi  ilə  1318-ci  ildə  (miladi  1897-ci  il)  Naxçıvan 
vadisində,  həzrəti  Məhəmməd  peyğəmbər  əleyhis-salamın  “Əhli- 
beyt”  sevgisini  nəzərə  alaraq  bu  əsəri  qələmə  almışdır.  Dərin 
düşüncə  və  bilik  nümayiş  etdirməklə  yanaşı  yüz  əlli  etibarlı 
mənbələrdən  dəlillər  gətirərək  bu  əsəri  yazaraq  Naxçıvan  əhlinə, 
o  cümlədən  bütün  Azərbaycan  ictimaiyyətinə  böyük  ehtiramla 
təqdim  etmişdir.  O,  əvvəllər  Hacı  Molla  Məhəmməd  Məşhədi 
Baba  oğlu  Naxçıvani  kimi  el  arasında  tanınmışdır.  Onun  həyatı 
demək  olar  ki,  elmə  bağlanmış  və  bu  istiqamətdə  inkişaf edərək 
islam  aləmində  ən  yüksək  elm  adamına  çevrilmişdir.  Dahilər 
vətəni  qədim Naxçıvan şəhərinin  Şihab məhəlləsində dünyaya göz 
açan  Hacı  Molla  Məhəmməd  Məşhədi  Baba  oğlu  Naxçıvani 
yaradıcılıq  illərində  “Qürrətul-Əbsar”  əsərindən  başqa  bir  neçə 
məşhur  əsərlərin  də  müəllifi  olmuşdur.  Bunlardan,  “Səhabəd- 
Dümu”  (Buludların  göz  yaşları)  1309  h.q.,  “Kəşkülü-Nur”  (Nur 
Qabı)  1312  h.q.,  “Dürrətül-Əbrar”  (Söylənilməmiş  inci  sözlər) 
1315  h.q.,  “Məzahir  ən-Nur”  (Nurların  zahir  olduğu  yerlər)  1317 
h.q.  əsərləridir  ki,  istər  ölkə  daxilində,  istərsə  də  Şərq  aləmində 
böyük  oxucu  marağına  çevrilmişdir.  Hələlik  onun  hansı  tarixdə 
anadan olması və vəfat etməsi heç  bir mənbədə göstərilməmişdir.
Müasir  dövrdə  milli-mənəvi  dəyərlərin  mənimsənilməsi 
istiqamətində 
işlərin 
aparılması, 
milli 
mədəniyyətimizin 
öyrənilməsi,  dini-əxlaqi  dəyərlərimizin  qorunması  və  gənclərimiz 
tərəfindən  hər 
tərəfli 
təhlil 
edilməsi 
günün 
ən 
aktual 
məsələlərindəndir.  Bu  istiqamətdə  Hacı  Molla  Məhəmməd 
Naxçıvaninin  “Qürrətul-Əbsar”  əsəri,  tədqiqat  əsəri  kimi  xüsusi 
elmi əhəmiyyət daşımaqla  bərabər müqəddəs dinimiz olan İslamın 
mənəvi  paklıq  köklərini,  tarixi  inkişaf  proseslərini  və  fəlsəfi 
dünyagörüşün  öyrənilməsi  istiqamətində  aparılan  mühüm  və 
olduqca elmi əhəmiyyət kəsb edən bir əsərdir.
On  dörd  əsr  keçməsinə  baxmayaraq  bu  milli  ruhu  bizdə 
yaradan  və  yaşadan  insanlar  həmişə  düşünərək  bu  amal  uğrunda
58


#
ağıllı  addım  atmışlar.  Milli  mentalitetimizə  uyğun  məqamların 
əsərdə  öz  əksini  tapması  bir  daha  yeni  fikir  söyləməyə  əsas  verir 
ki.  yüksək  intellektuallığa  malik olan,  bilik  və  bacarıq  sahibi Hacı 
Molla  Məhəmməd  Naxçıvani  milli-mənəvi  dəyərlərimizin,  milli 
mədəniyyətimizin,  dini-əxlaqi  dəyərlərin qorunub  saxlanılmasında 
əvəz edilməz xidmətlər göstərmişdir.
Həqiqətən  milli  ənənələrimizə,  adətlərimizə,  müqəddəs 
dinimizə,  tutduğumuz  ali  məqam  məsləkinə  həmişə  sadiq 
qalmaqla  Azərbaycan  xalqı  və  onun  ayrılmaz  tərkib  hissəsi  olan 
doğma  Naxçıvan  diyarının  əhalisi  bu  gün  də  qürur  hissi  keçirir. 
İslam  tarixində  özünəməxsus  silinməyən  yaddaş  saxlayan 
Peyğəmbər  əhli-beytinin  başına  gələn  analoqu  olmayan  müsibət 
və  onun tarixi  proseslərini  dərindən  düşünərək  elmi  potensiallıqla 
qələmə  alan  həmyerlimiz,  yüksək  ustalıqla  tarixi  mənbələrə 
istinad  edərək  əsaslı  dəlillərlə  “Qürrətul-Əbsar”  (Gözlərin  nuru) 
əsərini  yazaraq  özünə  və  həmçinin  daşıdığı  “Naxçıvani”  ləqəbinə 
dünyada böyük şöhrət qazandırmışdır.
“Qürrətul-Əbsar”  əsərinin  yazılış  üslubunu  əsasən  üç  qismə 
(azərbaycan,  ərəb  və  fars  )  dillərinə  ayırd  etmək  olar.  Tədqiqat 
olduqca  çox  maraqlı  bir  mövzunu  əhatə  etməklə  yanaşı,  islam 
tarixi  köklərinin  fenomen  incəliklərini  özündə  açıq-aydın  büruzə 
verən əlverişli bir tədqiqat əsəridir.
Əsərin  fıloloji  baxımdan tədqiqi  onu deməyə  əsas  verir ki, 
müəllif apardığı  əsas  elmi  dəlillərlə  kitabm  adm “Qürrətul-Əbsar” 
qoymuşdur.  Lüğət  baxımından  əsərin  “qürrət  -   nur  və  əbsar  - 
gözlər 
(gözlərin  nuru)  mənasını  verməklə  əsas  dörd  mühüm 
adlandırdığı 
kəlmələri, 
dörd 
mühüm 
əlamətlərlə 
qiymətləndirmişdir.
Müəllif dörd  mühüm  əlamətlərin  fəlsəfi  mahiyyətini  təhlil 
etməklə  İslamda  ən  müqəddəs  kəlmə  sayılan  Quran  ayələrindən 
dəlillər  gətirərək  Allahın  hidayətinə,  rəhmətinə,  fəzilətinə  və 
qədərinə  yetişmək  üsullarını  açıq  şəkildə  bəyan  etmişdir.  O, 
göstərmişdir  ki,  həqiqətən  Allah  dörd  sifətin  sahibi  “Əxyar 
(xeyirxah),  Əbrar  (doğruçu),  Qadir  (qüdrət  və  qüvvət  sahibi)  və 
Qəhhar  (yetərincə  güclü)  olmaqla  Ərşi-əzimi  (Allahın  taxt-tacı
59


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə