Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə15/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

4
mərkəzi  olmuşdur.  Bu  dövrdə  Naxçıvan  şəhərində  3  came; 
cameyi-Qızıl  Arslan,  cameyi-Məhəmməd  kəndxuda,  cameyi-Şərif 
və  10  məscid;  Ağa  məscidi,  Hacı  Xəlil  məscidi,  Keçəçi  məscidi, 
Molla  Əhməd  məhəlləsinin  məscidi,  Sultan  Mahmud  məscidi, 
Hacı  Sani  məscidi,  Bəsri  məscidi,  Şeyx  Əminəddin  məscidi, 
Ətməlik  məscidi,  İsmayilan  məscidləri  fəaliyyət  göstərirdi.  Son 
zamanlara  qədər  “Mömünə-xatun”  məqbərəsinin  kənarında 
yerləşən Qızıl Arslan camesi sovetlər dönəmində  baxımsız qalaraq 
yerlə  yeksan  edilmişdir.  Ayrı-ayrı  tarixi  sənədlərin  açılmasında 
tərcümə edilən Naxçıvan əlyazma  mətnlərinin əhəmiyyəti olduqca 
böyükdür.  Belə  nəşrlərə  nümunə  olaraq,  Elmira  Seyidbəylinin 
‘TMaxçıvan  torpaq  mülkiyyətinə  aid  XVII-XVIII  əsr  Kəngərli 
arxeoqrafik sənədləri” (38) adlı əsərini göstərmək  mümkündür.
Naxçıvanın  milli-mənəvi  sərvəti  olan  qədim  əlyazma 
mətnlərinin  araşdırılması,  tədqiqi  və  nəşri  günün  ən  mühüm 
mövzularmdan  biridir.  Çünki  Naxçıvanın  tarixi  əvəz  edilməz 
reallıqdır.  Naxçıvan  dünyanın  aynasıdır  ki,  hər  bir  yerdən  şəffaf 
və  aydın  özünü  büruzə  verir.  Naxçıvan  əlyazma  mətnlərinin  ən
böyük  xüsusiyyəti ondan  ibarətdir ki,  bütün reallıqları  özündə  əks
_  _ 
___
etdirir,  istər XII-XIII  əsr Naxçıvan Atabəylər Dövlətinin qiymətli, 
eyni  zamanda  ən  zəngin  əlyazması  olan  “Munisnamə”  əsəri,  istər 
Azərbaycan  mədəniyyəti  tarixində  XIII-XIV  əsrlərdə  çoxcəhətli 
yaradıcılığa  malik  olan  bir  alim,  şair  və  dövlət  xadimi  kimi 
tanınan  Hinduşah  Naxçıvaııinin  “Əs-Sihah  əl-əcəmiyyə”  əsəri  və 
istərsə  də  XIX  əsrin  görkəmli  nümayəndəsi  olan  Hacı  Molla 
Məhəmməd  Naxçıvaninin  “Qürrətul-Əbsar”  (Gözlərin  nuru), 
“Dürrətül-Əbrar”  (Söylənilməmiş  inci  sözlər),  “Kəşkülü-Nur” 
(Nur  Qabı),  “Məzahir  ən-Nur”  (Nurların  zahir  olduğu  yerlər)  və 
“Səhabəd-Dümu” 
(Buludların 
Göz 
yaşları) 
kimi 
böyük 
əhəmiyyətə  malik  olan  əsərləri  Naxçıvan  həqiqətlərinin  bariz 
nümunəsidir ki,  heç zaman tarix səhnəsindən silinməyəcəkdir.
“Munisnamə”  əsəri  XII-XIII  əsr  Naxçıvan  Atabəylər 
Dövlətinin  iqamətgahında  yazılan  nadir  əlyazma  nüsxəsidir  ki, 
əsli  Britaniya  muzeyində  mühafizə  olunur.  Əlyazmanın  foto
45


surətinin  Naxçıvana  aid  hissələri  öz  doğma  dilimizə  tərcümə 
edilərək ilk tədqiqat obyekti olmuşdur.
Son  dövrlərə  qədər  tədqiqatçıların  diqqətindən  yayınmış 
“əs-Sihah 
əl-əcəmiyyə” 
lüğəti 
Azərbaycan 
ərazisində, 
azərbaycanlı  müəlliflər  tərəfindən  tərtib  edilmiş,  ilkin  dövrlərdə 
dilimizin  leksikası  və  nəsri  haqqında  məlumat  verən  qədim  və 
hələlik  yeganə  abidə  kimi  diqqəti  cəlb  edir.  Farsca-türkcə  ikidilli 
lüğət  olan  “əs-Sihah  əl-əcəmiyyə”də  5117  fars  sözünün  müqabili 
kimi  verilmiş  türk  mənşəli  sözlərin  təxmini  sayı  10.000-ə 
yaxındır.  Hinduşah  Naxçıvaninin  bu  qiymətli  əsərinin  orjinalı 
Qərbi  Berlin,  Bratislava,  və  Sank-Peterburq  Şərq  əlyazmaları 
xəzinəsində saxlanılır.
Fəxrəddin  Hinduşah  Naxçıvani  “dövrünün  görkəmli 
tarixçisi,  mütərcimi,  munşisi,  şairi  və dilçisi olmuş,  özündən sonra 
“əl-Sihah  əl-əcəmiyyə”  adlı  farsca-türkcə  lüğətini,  ərəb  dilində 
yazılmış  “Məvarid  əl-ərəb”  adlı  məşhur  tarixi  əsərini  və  bir  sıra 
farsca şerlərini irs qoyub getmişdir” (36,  s.  5).
Milli  mədəniyyətimizin  xəzinəsinə  dastan  kimi  daxil  olan 
məşhur  “Yusif və  Züleyxa”  əsəri  xalqımız  tərəfindən  sevilmiş  və 
indinin özündə  də  böyük  maraqla qarşılanır.  Suli  Fəqih  tərəfindən 
yazılan  “Yusif  və  Züleyxa”  əsərinin  əlyazması  çox  yüksək 
persenajla işlənib oxucuların ixtiyarına verilmişdir.
XIX  əsr  ictimai  mühiti  üçün  səciyyəvi  xarakter  daşıyan 
Hacı  Molla  Məhəmməd  Naxçıvaninin 
“Səhabəd-Dümu”  (37) 
əsəri  fəlsəfi  baxımdan  olduqca  böyük  əhəmiyyət  kəsb  edir.  İstər 
islam  fəsəfi  nöqteyi  nəzərindən,  istər  insanlıq  baxımından,  istərsə 
də  dini  baxımdan  özündə  qeyri-adi  hadisələri  canlandıran  və 
insanları  coşa  gətirən  əsər  böyük  bir  fenomenliyi  ilə  diqqəti  cəlb 
edir.  Bu  baxımdan  da  əsərin  müəyyən  hissələri  tədqiqata  cəlb 
edilmiş  və  nəticədə  I-II  cilddə  “Hacı  Molla  Məhəmməd 
Naxçıvaninin  “Səhabəd-Dümu”  əsərində  fəlsəfi  düşüncələr”  adlı 
monoqrafiya çapdan çıxaraq  ictimaiyyətə çatdırılmışdır.
Naxçıvan əlyazma  mətnlərinin digər  bir  xüsusiyyəti ondan 
ibarətdir  ki,  əlyazmalar  müxtəlif xətlərlə  yazılmış  və  sonralar  isə 
katiblər  tərəfindən  üzü  köçürülmüşdür.  Bu  baxımdan  əsl  yazılma
46


i
tarixlərin  müəyyən  edilməsi  çətinliklərinin  obyektivliyinə  gətirib 
çıxarır  ki,  o  da  öz  növbəsində  işin  aktiv  və  fəal  yerinə 
yetirilməsinə  mane  olur.  Əlyazmalarda  əsasən  müəllifin  admın 
göstərilməsi  mühüm əhəmiyyət  kəsb edir.  Hansı tarixdə yazılması 
və hansı tarixdə çap olunması əsas şərt kimi qəbul  edilir.
Məlum  olduğu  kimi,  Azərbaycan  xalqı  ən  qədim  və  çox 
zəngin  ədəbi-mədəni  ənənələrə  malik  olan  Şərq  xalqlarmdan 
biridir.  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 
1994-cü  ildə  dahi  Azərbaycan  şairi  Məhəmməd  Füzulinin  500 
illiyi  ilə  əlaqədar  Yubiley  üzrə  Dövlət  komissiyasının  iclasında 
söylədiyi  Yekun  sözündə  bu  barədə  demişdir:  “Eyni  zamanda, 
qeyd  etdiyim  kimi,  biz  daim  çalışmışıq  ki,  Azərbaycan  xalqını 
dünyaya  daha yaxın  tanıdaq.  Bilsinlər  ki,  xalqımızın  çoxəsrlik, 
zəngin  tarixi,  mədəniyyəti  var.  Bilsinlər  ki,  Azərbaycanın 
bugünkü  mədəniyyəti  dahi  şəxsiyyətlərimizin  yaratdığı  və 
əsrlərdən-əsrlərə 
keçən 
mədəniyyətimizə, 
elmimizə, 
mənəviyyatımıza  əsaslanır.  Bu  ona  görə  lazımdır  ki,  hamımıza 
məlum  olan  düşmən  qüvvələr  sübut  etməyə  çalışırlar  ki, 
Azərbaycan  xalqının  zəngin  tarixi  olmamışdır,  onun  kökü 
yoxdur.  Şübhəsiz  ki,  bu  cəfəngiyyatdır.  Bəzən  buna  heç  cavab 
vermək  istəmirsən.  Lakin  xalqımıza  düşmən  olan,  qəsd  etmək 
istəyən  dairələr,  qüvvələr,  bəzən  də  millətlər,  respublikamızı 
parçalamaq,  onun  ərazisini  qəsb  etmək  istəyənlər  əvvəllər  də 
çalışmışlar  və  indi  də  çalışırlar  sübut  etsinlər  ki,  guya 
Azərbaycan xalqı tarixi kökə malik olan bir xalq deyildir ” (39, s. 
94-95).
Nəticə  etibarilə  belə  qənaətə  gəlmək  olar  ki,  əsaslı  bu 
yazılı  mənbələr həqiqəti  deməyə  imkan verir ki,  Azərbaycan xalqı 
üçün  lazım  olan  hər  bir yazılı  mənbələrin  milli  mədəniyyətimizin 
fövqündə  duran  hər  hansı  əlyazma  mətnləri  bir  mənəvi  sərvət 
olaraq  bu gün öz bəhrəsini  verir.
47


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə