Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə23/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

qabaqcadan  müəyyən  edilməsi  və  onun  əmələ  gəlməsini  əvvəldən 
bildirən 
əlamətlər, 
nəhayət, 
xəstəliyin 
ölüm 
hadisəsilə 
nəticələnəcəyini müəyyənləşdirmək hallarından danışılır.
Bunlardan  başqa,  bu  bəhsdə  baş  və  beyin,  göz,  qulaq, 
burun,  ağız,  diş,  zökəm,  nüzlə,  ciyərlərin  iltihabı;  ürək,  ciyər, 
mədə,  isal,  qulunc,  məqəd,  dalaq,  sarılıq,  istisqa;  dəri-zöhrəvi 
xəstəlikləri,  qadın  xəstəlikləri,  yel,  isitmə,  yara,  şiş,  sümük 
sınması və zəhərlənmənin müalicəsindən danışılır.
Əsərin  həcmi  heçdə  çox  olmayan  125  vərəq  olmasına 
baxmayaraq cəlbedici və böyük əhəmiyyətə  malikdir.
Həmçinin o  dövr tibb aləmi  üçün qiymətli  sayılan  Əbu  Əli 
ibn  Sina  əsərləri  diqqətdən  kənar  deyildi.  Onun  “Qanun”,  “Əl- 
mücəllidüs-sani min -əl-qanun fı-t-tibb” tibbə aid  olan əsərləri tam 
geniş  mənada  işıqlandırılmış  və  istifadə  edilmişdir.  Azərbaycan 
Atabəylər Dövləti tarixində  böyük nüfuz qazanmış  filosof və təbib 
Nəcməddin  Əhməd  ibn  Əbubəkr  Naxçıvani  məhz  tibb  elminin 
bilicisi  olmuşdur.  O,  Naxçıvanda  fəlsəfənin  və  təbiət  elmlərini 
dərindən  öyrənməklə  mənimsəmişdir.  İbn  Sinanın  əsərləri  ilə 
yaxından  tanış  olan  Naxçıvani  “Tənasüx”  təliminə  güclü  meyl 
göstərmişir.  “Filosofun  “Məntiqin  məğzi  və  fəlsəfənin  xülasəsi” 
(“Lübab əl-məntiq  və  xülasət əl-hikmət”) traktatının  bir əlyazması 
Nəcəf (İraq)  şəhərində  mühafizə  edilir.  Onun  İbn  Sinanın  “Tibb 
qanunu”  (“əl-Qanun  fı-tibb”)  kitabına  yazdığı  şərh  Parisdə, 
“İşarələr  və  qeydlər”  (“əl-İşarət  vət-təlbihat”)  kitabına  yazdığı 
şərh istanbulda saxlanılır” (8,  s.  303).
Naxçıvanın  böyük  tanınmış  filosof  və  təbibi,  həmçinin 
böyük  mütəfəkkir  aliminin  qədim  Naxçıvan  torpağında  dünyaya 
göz  açması  haqqında  Məhəmməd  Baqir  Xansari  yazmışdır.  O 
qeyd  edərək  deyir:  “O,  böyük  şəxsiyyət  Naxçıvan  şəhərindən  idi 
və ibn Sinanın əsərlərinə şərhlər yazırdı” (23, s.  36).
Azərbaycan  Atabəylər  Dövlətinin  hakimiyyəti  dövründə 
ölkədə  bir çox görkəmli  həkimlər  işləyərək  fəaliyyət  göstərirdilər. 
Hətta  bunların  bəziləri  barəsində 
mənbələr  çox  maraqlı 
məlumatlar  mühafizə edib  saxlamışdır.  Onlardan  biri,  islam  dinini 
qəbul  etmiş  Samuil  ibn  Yəhya  ibn  Abbas  əl-Məqribi  əl-
69


Əndəlusidir.  Bağdadda  həkimlik  sənətinə  yiyələnməklə  təbiblik 
edir.  Sonra  isə o, Naxçıvana köçür və  Atabəy  Pəhləvanın  sarayına 
və onun dövlətinin əmirlərinə xidmət göstərir.
O  dövrün  tanınmış  görkəmli  həkimlərindən  biri  də 
Cəlaləddin  Təbib  idi.  O,  dünyanın  misilsiz  həkimlərindən  biri 
olmuşdur.  Naxçıvan atabəyi  Özbək  ibn  Məhəmməd  ibn  Eldənizin 
yanında  layiqli xidmət edir və heç vaxt ondan ayrılmır.
Atabəy  Özbək  onun  haqqmda  deyirdi:  “Mənim  həyatımı 
saxlayan  bu  adamdır.  O,  yalnız  xəstələnənlərin  möcüzəli 
şəfavericisi deyil.  O, xəstəliyi əvvəlcədən təyin  edir və o  dərəcədə 
dava-dərman  hazırlayır  ki,  onlar  tam  mənasında  müalicə  edir. 
Onun  varlığı  insanlara  hədsiz  xeyir  verir  və  sonralar  ona  bənzər 
heç  bir həkim yetişməmişdir” (22, s. 229).
Həmin  dövrün  görkəmli  tanınmış  həkimlərindən  biri  İbn 
Habal  ləqəbi  ilə  məşhur  olmuş  Əli  ibn  Əhməd  Əbdül-Hüseyn 
olmuşdur  ki.  o,  da  öz  növbəsində  Naxçıvana  köçmüş  və  təbiblik 
etmişdir.
Orta  əsr  Azərbaycan  Atabəylər  Dövləti  tarixində  məşhur 
təbibliyi  ilə  tanınan  Naxçıvan  torpağının  yetirməsi  həkim 
Fəxrəddin  Əbu  Abdulla  Əhməd  ibn  Ərəbşah  ibn  Əli  ibn  Cəbrail 
ən-Naxçıvani  fəaliyyət göstərirdi.
Sözsüz ki, Xaqani Şirvanini də  müalicə  etmək üçün atabəy 
Qızıl  Arslan  Naxçıvandan  ona  görkəmli  tanınmış  həkim  Fazil 
Rəşidəddin  Məcd  əl-Hükəma  Şərəf əş-Şirvan  Mahmud  ət-Təbibi 
göndərmişdir.
Həmçinin  Azərbaycan Atabəylər Dövləti tarixində  mühüm 
nəaliyyətlər  əldə 
etmiş, 
tibb 
elminin 
bilicisi, 
görkəmli 
həkimlərdən  biri  də  Mövlana  Cəlaləddin  ər-Ruminin  yaxın  dostu 
və  eyni  zamanda  müalicə  həkimi  Əkmələddin  ən-Naxçıvani  idi. 
Hətta  həkim  Əkmələddin  ən-Naxçıvaııini  orta  əsrlərdə  yazılmış 
əsərlərdən  birinin  müəllifi  onu  “Müdriklərin  ağası,  dünya 
həkimlərinin  rəisi”  (22,  s.  229)  və  bir  çox  başqa  təmtəraqlı 
ləqəblərlə  adlandırmışlar.  Həqiqətən  o,  öz  növbəsində  təbabətin 
sirlərini öyrənmiş və  layiqincə həyata keçirmişdir.
70


Ümumiyyətlə  orta  əsr  tibb  elmi  intibahının  yararlanması 
bir  başa  Azərbaycan  Atabəylər  Dövlətinin  qayğısı  və  diqqəti 
nəticəsində  həyata  keçirilmişdir.  Ona  görə  də  orta  əsr  təbiblərinin 
əsərləri və  xalq  təbabətinə  aid  Azərbaycan,  fars  və  ərəb  dillərində 
təxminən  350-dən  çox  əlyazma  mətnləri  və  çap  kitabları 
mövcuddur  ki,  bunların  əksəriyyətinin yazılış  tarixi  lap  qədimlərə 
gedib  çıxır.  Bu  da  öz  növbəsində  Azərbaycan  Atabəylər  Dövləti 
tarixində orta əsr tibb elminə, təbabətin gerçəkliyinə,  təbii  müalicə 
üsullarının  müxtəlifliyinə  və  təbiblərin  gələcək  inkişafı  naminə 
yaratdığı mühüm əhəmiyyətin olması deməkdir.
71


XII ƏSR NAXÇIVAN ƏDƏBİ MÜHİTİNİN ƏN QİYMƏTLİ
ƏSƏRLƏRİNDƏN OLAN “MUNİSNAMƏ”
Bu yanırıbaşlıqda,  ümummilli  lider  H eydər  Əliyevin  milli- 
mənəvi  dəyərlərimizə  göstərdiyi  qayğının  bariz  nüm unəsi  kimi 
əldə  edilmiş  və  eyni  zamanda  Naxçıvan  üçün  mühüm  əhəmiyyət 
kəsb  edilən  X II əsrdə  Azərbaycan Atabəylər  D övlətinin  sarayında 
qələmə  alınan
 
“Munisnamə ”  əsəri  haqqında  məlum atın  verilməsi, 
müəllifin  əsərə  giriş  yazısı  və  öz  dövrünün  zəngin  ədəbi 
mühitindən  xəbər  verməsi  açıqlanmışdır.  Əsərin  müəyyən  giriş 
hissələrinin  tərcüməsi  verilərək
 
-
 
“Böyük  hökmdar,  islanı  padşahı, 
əzəmətli  atabəy  sülhsevər  Xosrov,  xoşbəxt  rəhbər,  dünyanın  mütləq 
Darası,  islam  və  müsəlmanların  day'ağı Xaqan  Əcəm Niisrətəddin  vəd- 
dövlənin  Allah  onların  köməkçilərini  xoşbəxt  etsin,  onım  sultanlıq 
hakimiyyətini  əbədi  etsin,  Məhşər  günündə  onu  üzüağ  etsin,  onun 
şöhrətini,  ağ günlərini artırsın,  onun  hökmranlığı  və padşahlığım  əbədi 
etsin
  ”  
deyə  mədh  edilir.  Sonra  sözün  şirinliyindən  danışılaraq,  sözləri 
qızıl qımı, yaxud xam  ipək adlandırmışdır.
Sonra  müəllif  Əbıı  Bəkr  ibn  Xosrov  ə!-Ustad  “Bu  kitabın 
yazılmasında  iltifatına  görə
 
-
 
mən  Naxçıvan  atabəyləri,  Eldəniz 
tayfasının  hökmdar  və şahzadələrinə  təşəkkür  edirəm  və  mənim yüksək 
hakimlərimdən  bəziləri  çox  zaman  yüksək  enerji  sərf etdiklərindən  və 
ze hinlər i yorulduğundan hesab  edirəm ki,  buna görə də nəsr onlar  üçün 
məqbuldur,  yəni  nəsri  tez  mənimsəyirlər.  Ona görə  də  mən,  bu  kitabın 
əsasını  nəsrlə  qoydum.  Mən  bu kitabı  nəsrlə yazdım  və  ümüd edirəm  ki, 
onun  adı  zamanın  səhifələrində  qalacaqdır"  deyə  öz  minnətdarlığını 
bildirmişdir.
Milli-mənəvi sərvətimiz olan əlyazma mətnləri  təkcə elmi- 
tədqiqat  sahəsini  əhatə  etməklə  kifayətlənmir,  həmçinin  dini- 
əxlaqi  dəyərlərin  tarixi  mənbəyi  kimi  əsas  tutularaq  istifadə 
olunur.  Ərəb,  fars  və  azərbaycan  dillərində  əski  əlifbası  ilə 
yazılmış  əlyazmalarda  ibrətamiz  kəlamlar  milli  mentalitetimizin 
tarixi  keçmişini  özündə  əks  etdirir.  Bu  əlyazma  mətnlər  tərcümə 
olunduqca bir daha öz zənginliyini biruzə verir.
72


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə