Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə20/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

olan  9-cu  və  ən  böyük  göy  kürsüsü)  bu  sütünlar  üzərində
9
yerləşdirərək qərar vermiş və ucaltmışdır”(21,  s.  4).  insanı gecə və 
gündüz  Onun  zikrin  etməkdə  ən  gözəl  və  ən  şərafətli  dörd 
təsbihatdan ibarət  olan «“Sübhanəllah”,  “Vəlhəmdulillah”,  və  “La 
ilahə  illəllah”,  “Vəllahu  əkbər”»(21,  s.  4)  deməyi  əsasən 
məqsədəuyğun  hesab  etmişdir.  Müsəlman  aləmində  ən  böyük 
bayramların  “Fitr”  bayramı,  “Qurban”  bayramı,  möminlərin 
“Cümə”  bayramı  və  “Qədr-xumm”  bayramıdır  ki,  dörd  əsas 
seçilmiş  günlər  adlandırmışdır.  Dörd  müsəlman  aylar min  Allah 
yanında  hörmətli  olduğunu  və  bu  ayda  müharibə  etmək,  qan 
tökmək,  savaş  və  münaqişə  yaratmaq  haramdır  ki,  bunlar  Zilqide 
əl-həram,  Zilhiccə  əl-həram,  Mühərrəm  əl-həram  və  Rəcəb  əl- 
mürəccəb  aylarıdır.  Allahın  böyük  adı  çəkilən  «“Bismillahir  -  
rəhmanir  -   rəhim”  kəlməsində  dörd  çeşmənin  və  müxtəlif  dad 
verən  suyun  axması  qeyd  edilir  ki,  birinci;  gözün  ağından  axan 
“mim” çeşməsidir ki,  Allahın “bism” kəlməsinin hərfi olmaqla “su 
çeşməsi” adlanır;  ikincisi, gözün ağından axan “ha” çeşməsidir ki, 
“Allah”  kəlməsinin  hərfi  olmaqla  “süd  çeşməsi”  adlanır; 
üçüncüsü,  gözün  ağından  axan  “mim”  çeşməsidir  ki.  “rəhman” 
kəlməsinin  hərfi  olmaqla  “cənnətdəki  şərab  çeşməsi”  adlanır; 
dördüncüsü,  gözün  ağından  axan  “mim”  çeşməsidir  ki,  “rəhim” 
kəlməsinin  hərfi  olmaqla  “bal  çeşməsi”  adlandırmışdır»(21,  s.  4). 
Həmçinin Allah-Təala insanı ixtiyar sahibi etmişdir dünyanın dörd 
bir  tərəfmə,  Şərq,  Qərb,  Şimal  və  Cənub.  Allah  -   Təala  dünyada 
dörd böyük nəhrləri (çayları)  böyük,  bərəkətli,  xeyirli və mənfəətli 
yaratmışdır  ki,  bunlardan 
Fərat,  mübarək  Nil, 
Ceyhun 
(Amurdərya) və Seyhan (Sırdərya) çaylarıdır.
Müəllif əsərdə  əsasən nəzərdə  tutduğu  əhli-beyt  sevgisinin 
təzahürü  olan  dörd  təziyə  mərasiminin  saxlanılma  əhəmiyyətinin 
Allah  yanında  izzətli  olmasını  qeyd  edərək  Səyyidüş-şühəda, 
“Peyğəmbərin  sevimli  nəvəsi,  həzrət  Əlinin 
gözünün  nuru, 
Fatimeyi-Zəhra  salamullahi  əleyhanın  əziz  balası  və  onun 
övladları,  dostları,  yaxınları  kimi  qiymətləndirilmişdir.  Səyyidüş- 
şühədaya  dörd  məxsus  yer  əza  tərtib  verərlər.  Birincisi,  “Beytüs- 
sərax”dır  ki,  Allahın  öz  Ərşi-əzəmətidir,  ikincisi,  “Beytul-
60


məmurudur 
ki, 
dördüncü 
göydədir. 
Üçüncüsü, 
“Beytul- 
mərməf’dir  ki,  behiştdə  yerləşir.  Dördüncüsü,  göy  qübbəsinin 
altında yerləşən “Kərbəla” toprağıdır”(21,  s.  4).
İmam  Kazım 
əleyhis-salamdan  rəvayət 
olunur  ki, 
müsəlman  gündəlik  dörd  şeyə  möhtacdır.  Birincisi,  kiçik 
canamaza  ki,  onunla  namaz  qılınır.  İkincisi,  üzük  ki,  barmağa 
taxılır.  Üçüncüsü,  misvak  ki,  hər  gün  onunla  dişlər  təmizlənir. 
Dördüncüsü,  İmam  Hüseyn  əleyhis-salamm  türbətindən  (torpaq) 
olan  təsbeh  zikridir  ki,  hər  dənəsinə  qırx  həsənə  (savab)  yazılar. 
Əsərdə Kafi kitabmdan nəql olunur ki,  həzrəti Peyğəmbər əleyhis- 
salam  buyurur:  Şəqavətin  (bədbəxtçiliyin)  dörd  əlaməti  vardır: 
Şorgözlük,  xayin qəlb,  dünyapərəst və  günah etməkdə  israrlı olan. 
Yer üzündə  Şərqdən Qərbə  qədər olan yerlərdən cəmi dörd  məkan 
vardır  ki,  o  yerlərdə  müsafir  (səfərdə  olan)  namazmı  bütün  qılır: 
Məscidül-həram  (Məkkə, 
Kəbə 
evi), 
Peyğəmbər 
məscidi 
(Mədinə),  Kufə  məscidi  (Nəcəfi-əşrəf)  və  Kərbəla  məscidi 
Kərbəla).  Allah  yanında  ən  böyük  miiqərrəb  (yaxın)  olan  dörd 
mələk  vardır  ki,  xüsusi  yer  tuturlar:  Cəbrayil,  Mikayil,  israfil  və 
Əzrayil  əleyhuməs-səlamlardır.  Dörd  şəhər  vardır  ki,  Allah 
Qurani-Kərimdə  onların  adlarına  and  içərək  bəyan  edir:  Beytul- 
miiqəddəs,  Tur  dağının  ətrafında  olan  şəhər,  əminiyyətli  olan 
Məkkə  və  Mədinə  şəhərləri.  Qurani-Kərimdə  dörd  vacibi  səcdə 
vardır ki,  hər  bir  müsəlman onu eşitsə  vacibdir ki,  səcdəyə  düşsün 
və  natəmiz  olan  insan  onu  oxuması  haramdır:  Nəcm  surəsi-62, 
Əla  surəsi-19,  Səcdə  surəsi-15  və  Fussilət  surəsi-37.  Allah-təala 
dünyada  dörd  qadını  ixtiyar  sahibi  edib:  Məryəm  əleyhas-salamı, 
Asiya  əleyhas-salam,  Xədicə  əleyhas-salamı  və  həzrəti  Fatimə 
əleyhas-salamı.  Bütün  mürsəl  peyğəmbərlərin  içində  seçiləcək 
dörd  peyğəmbər  ümmətini  ixtiyar  sahibi  edilmişdir:  Həzrəti 
İbrahim  ümmətini,  Həzrəti  Musa  ümmətini,  Həzrəti  İsa  ümmətini 
və  peyğəmbərlərin  sonuncusu  həzrəti  Məhəmməd  ümmətini. 
Həzrəti  Məhəmməd  əleyhis-salamm  əshablarından  seçilərək  ona 
daha  yaxın  əsas  dörd  səhabəsi  olmuşdur:  Cənabi  Salman  əleyhi 
rəhmə,  Cənabi  Əbazərr  əleyhi  rəhmə,  Cənabi  Miqdad  əleyhi 
rəhmə  və  Cənabi  Əmmar  əleyhi  rəhmə.  Dörd  əsas  səmavi  kitab
61


nazil  olub  dörd  peyğəmbərə:  Tövrat  həzrəti  Musa  əleyhis-salama, 
Incil  həzrəti  isa  əleyhis-salama,  Zəbur  həzrəti  Davud  əleyhis- 
salama və Quran həzrəti Məhəmməd əleyhis-salama”^  1,  s. 4).
Dörd  əlamətlərlə  sadalanıb  məsəl  gətirilən  hər  bir 
kəlmələrin  məntiqi  mahiyyəti  ona  gətirib  çıxarır  ki,  “Qürrətul- 
Əbsar”  kitabı  dörd  babdan  ibarət  olan  hadisələrlə  bağlıdır. 
Müqəddimədən 
sonra 
birinci 
babda 
həzrəti 
Məhəmməd 
peyğəmbərin  həyat  və  yaradıcılığı,  İslam  dininin  yaradıcı 
səbəbkarı,  23  il  Peyğəmbərlik  müddətində  qazandığı  nəaliyətlər 
və apardığı məşəqqətli mübarizəsi özünə geniş yer almışdır.
İkinci  babda  həzrəti  Əli  əleyhis-salamm  fəzilətləri  barədə 
ətraflı  məlumatın  verilməsi,  möcüzəvi  Allah  evində  Kəbədə
*   *  •   •  
• * -  


•  
m
dünyaya  gəlməsi,  Allah  evində  məsciddə  hansı  hal 
ilə 
zərbətlənməsi  və  şəhadətə  yetməsi,  sevimli  peyğəmbərimizin 
layiqli  vəsisi  olması  və  onun  İslamda  olan  qəhrəmanlıq 
salnamələri haqqında geniş və ətraflı məlumat verilmişdir.
Üçüncü  babda  Peyğəmbərin  sevimli  qızı  Fatimeyi-Zəhra 
əlehas-salamın 
atasından 
sonra 
hansı 
müsibətlərə 
düçar 
olmasından  və  başına  gələn  dözülməz  mərhumiyyətlərdən  geniş 
və  hər  tərəfli  danışılmış  və  vəfat  etməyinə  neçə  səbəbin  olması 
qeyd edilmişdir.
Dördüncü  babda  isə  həzrəti  İmam  Həsən  əleyhis-salamın 
şərəfli  həyat  yolu,  fəzilətləri,  başına  gələn  böyük  müsibətləri  bir 
neçə mərhələdə  işıqlandırılmış və geniş şərh olunmuşdur.
Kitab  Hacı  Molla  Məhəmməd  Naxçıvaniniıı  sonuncu 
yaradıcılıq  nümunəsi  olmuş  və  onunla  da  elmi  fəaliyyətinin,  o 
cümlədən  həyat  prosesinin  tamamlanmasına  səbəb  olmuşdur. 
Əsərin yazılış  nümunəsi  XII  əsrdən etibarən  işlədilən  Firdovsinin, 
Sədi  Şirazinin,  Nizami  Gəncəvinin  və  s.  şairlərin  divanların 
yazdıqları  şikəstə  xətti  ilə  yazılmış  və  vərəqlərin  kənarmda  iki 
qara  xətt  dördbucaq  çəkilərək  içərisində  yazılmış  və  kitabın 
ümumi  həcmi  546  səhfədən  ibarətdir.  Hər  bir  səhfənin  yuxarı 
hissəsində  xüsusi  formada  işlənmiş  damaların  içərisində  qara 
nəstəliq  xətti  ilə  hadisələrin  adları  xüsusi  qeyd  edilmiş  və 
səhfələrin kənarlarmda mövzuya aid bəzi cümlə və  ya sözlər əlavə
62


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə