Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə28/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

olar.  Nəsr  dilinə  gəlincə,  heç  bir  ağıllı  və  istedadlı  adam  onu 
musiqiyə  salmaz.  Bundan  başqa,  çox  zaman  öz  ictimai 
vəziyyətinə  görə  sultanlar, 
əmirlər  və  əyanların  yanına 
buraxılmaq,  onlarla  danışmaq  imkanından  məhrum  olan  adamlar, 
öz  ehtiyaclarını  qəsidə  və  qitələrdə  izhar  edərək  onları  saraya 
göndərir  və  qiraətçilər  onları  padşahın  hüzurunda  və  əyanların 
toplantısında, padşah da, əyanlar da onu dinləyirdilər.
Poetik  dil  çoxlu  üstünlüklərə  malikdir,  əgər  biz  burada 
onun  üstünlüklərini  saymaq  və  şərh  etməklə  məşğul  osaq,  onda 
əsas  məqsəd  və  vəzifəmizdən  uzaqlaşa  və  yayma  bilərik.  Burada 
mən  deyilənlərlə  məhdudlaşıb,  oxucuların  diqqətini  mənim 
hökmdar  Əbu  Bəkr Niisrətəddin  vəd-Dövlə  ibn  Məhəmmədə  həsr 
etdiyim  “Toplantıların  sevinci”  ndə  olan  şeirlərdə  qısaca  şərh 
olunanlara yönəldirəm.
İncə  zövqə  və  həssas  zəkaya  malik  şair  və  yazıçılar  bu 
əsərə  baxsalar və  onu  diqqətlə  oxusalar,  qoy  onlar məni;  Nə üçün 
müəllif poetik  qəlbə,  gözəl  danışığa  və  incə  zövqə  malik  ola-ola 
bu  əsəri  şeirlə  yazmamışdır?  deyə  qınamasınlar.  Mən  bu 
münasibətlə  öz  subut  və  üzrxahlığımı  bildirirəm.  Buradaca  öz 
zamanında  mən  deyəcəyəm:  hamıya  məlum  olsun  ki,  tamaha 
xidmət  edənlər  çoxdan  bəri  poeziya  (  fani)  müvəqqəti  dünya 
malına  və  sərvət  mənbəyinə  çevirirlər,  xüsusilə  var-dövlətin 
incəsənətdən  yüksəkdə  tutulduğu,  qızıl  və  gümüşün  yüzlərlə 
hikmət xəzinəsindən çox sevildiyi bizim günlərdə də  bu ən böyük 
yolunu azma və qüsurdur.  Şeri qızıl  və yığım xatirinə  şer yazanlar 
böyük  günah  və  səfehlik  edirlər,  çünki,  əsl  poeziyanm  qiyməti 
sədəqə  və  mükafatdan  artmaz  və  onların  dəyəri  bunlarsız  artmaz. 
Öz  şerləri  ilə  alver  edən  şair  ona  oxşayır ki,  bahalı  mirvarisi  olan 
kəs  onu  ucuz  satır,  halbuki,  ucuz  satılan  mirvari  bundan 
pisləşməz.
Axı  Yusif peyğəmbəri  (  Allah ondan razı  olsun)  qardaşları 
onu  lazımsız  on  dirhəmə  satmışlar,  amma  bu  ona  görə  oldu  ki, 
Yusif  yox,  onun  qardaşları  qüsurlu  idilər.  Əgər  həqiqəti  bilmək 
istəyirsənsə  və  gerçəkliyə  cəhd  edirsənsə,  onda  bil  ki,  qiymətli 
daş-qaşların  biliciləri  və  qədrini  bilənlər,  eyni  adamlara  öz
88


incilərini  satmaz.  Şair  də  belə  etməlidir.  Şair  hər  kəs  üçün  şeh 
yazmaz.  Bu səbəbdən öz qəsidələrimin  birində  mən deyirəm:
Sən müsəlman deyil,  nifrətli bir qulsan,
Çünki öz şeirlərini,  arpa çörəyinə satırsan.
Beləliklə,  sözün  şahlığından  uzunömürlü  şahlıq  yoxdur  və 
nə  qədər  ki,  kağızın  səthində  mürəkkəbin  qarası  qurtarmayıb, 
sözün  şöhrəti  həmişə  təzə  olacaq  və  seçilmiş  sadə  adamlar 
arasında sönməz.  Rəşid  Vatvat demişdir:
Bilirsənmi,  Mahmudun qəsrində,
Çox-çox şöhrətli xadimlər.
Hökmlü əmirlər və şahlar,
İgid  comərdlər,  pəhləvanlar toplaşmışlar,
Və yalnız Unsuri onun əməllərini,
Sönməz nağıllarda bizə  çatdırılmışdır.
Böyük  xadimlər  poeziyaya  meyl  etmişlər  və  öz  adlarını 
əbədiləşdirmək  üçün  şairlərə  şeirlər  sifariş  vermişlər,  belə 
demişlər:
“Uzunömürlülük poeziya daxilində mövcuddur”.
Bu  səbəbdən  “Toplantıların  nəşəsi”  əsərində  mən  deyirəm
İndiki və qədim padşahların adlarını,
Yalnız söz daş kitabələrdə saxlayır.
Əməlləri və şöhrəti yalnız söz yaşadır.
Və əsərlərdə adları ədalətlə ucalır.
Mahmud bu yeri çoxdan bəri tərk etsə də 
Onsuz da onun adı “ Şahnamə” də yaşayır.
Bu  kitabın  yazılmasında  iltifatına  görə  mən  Naxçıvan 
atabəyləri,  Eldəniz  tayfasının  hökmdar  və  şahzadələrinə  təşəkkür 
edirəm  və  mənim  yüksək  hakimlərimdən  bəziləri  çox  zaman 
yüksək enerji  sərf etdiklərindən və  zehinləri  yorulduğundan hesab 
edirəm ki,  buna görə  də  nəsr onlar üçün məqbuldur,  yəni  nəsri tez 
mənimsəyirlər.  Ona  görə  də  mən,  bu  kitabın  əsasını  nəsrlə 
qoydum.  Mən  bu  kitabı  nəsrlə  yazdım  və  ümiid  edirəm  ki,  onun 
adı  zamanın  səhifələrində  qalacaqdır.  Əvvəlcə  də  mən  artıq 
dünyadan köçmüş  və  indi  yaşayan  hökmdarlar üçün nəsr  və  şeirlə
89


bir  neçə  kitab  yazmışam.  Bunlardan  öldürülmüş  hökmdar  Qızıl 
Arslana  həsr etdiyim şeirlə  yazdığım  “Sənəm  və  Əcəm”  yenə  ona 
həsr  etdiyim  “Əlfıyyə  və  Şəlfıyyə”  yə  qarşı  etiraz  “Mehr  və 
Müştəri”  şeirlə  yazılmış  “Rahət ər-Ruh”  mərhum  hökmdar  atabəy 
Məhəmmədə  həsr olunmuş  “  Mənur  və  Mərcan”  haqqında  dastanı 
göstərmək olar.  İndi  isə  mən  yeni  kitab  yaratmaq  istəyirəm,  orada 
Naxçıvan  atabəyləri  Eldəniz  tayfasından  olan  bütün  hökmdar  və 
şahzadələrin  adını  incə  ifadələr  və  işarələrlə  çəkmək  istəyirəm  ki, 
bu  kitab  bütün  dünyada  onlar  haqqında  xatirə  qalsın,  yəni  kitabın 
sonuncu  vərəqi  qalıncaya  qədər  oxunsun  və  onlar  haqqında 
xeyirxah  dualar  ağızdan-ağıza  keçərək  səslənsin.  Onlar  mənim 
xidmətlərimi  əvəzini  layiqincə  verdiyinə  və  mənə  xidmətlərim 
üçün  minnətdarlıq  etdiklərinə  görə  onların  yaxşılığının  və 
xeyirxahlığının  əvəzi  olaraq  mən  bu  kitabı  yazmağı  özümə  borc 
bildim,  mən  bunu  etdim  ki.  oxucular  bütün  zamanlar  onları 
xeyirxah  dualarla  xatırlasınlar,  onu  oxucular  hökmdarların 
“Süleyman qəsrlərində”  oxuyarkən qoy məni  də  bir hop-hop  quşu 
kimi  xatırlasınlar.  Mənim  dövlətə  xidmətimdə  əvvəlki  və  indiki 
ciddi cəhdlərim hamıya məlumdur,  mənim şahzadələr tərbiyəsində 
və  onlara  savad  və  hüsnxətt,  ədəbiyyat  və  elmlər.  Quran  və 
rəvayətlər  öyrətməkdəki  əməyim  və  həmçinin  niyyətlərimin 
təmizliyi,  bu  evə  səmimi  məhəbbətimin,  həm  indi,  həm  də 
gələcəkdə  təsvirə,  şərhə,  izahata  və  aydınlaşdırmaya  ehtiyacı 
yoxdur,  çünki  onların  isbatı  və  əlamətləri gün kimi  aydındır.  Bizə 
xidmətçilərə can başla zəhmət çəkmək və öz işinin ən yaxşı yerinə 
yetirmək  üçün  bütün  qüvvələri  sərf  etmək  qalır.  Bu  məqsədlə 
Sanai yaxşı demişdir:
Nemətlər yarat, səxavətli ol.  hamıya kömək et.
Əgər ölüm  bu  işlərini dayandırarsa,  günah səndən getmişdir.
Bu  mülahizələrə  görə  mən  bu  kitabı  şeirlər  boyunbağısı 
kimi  təqdim  etmək,  gücüm  yetdiyi  qədər  öz  məramımı  onun 
yaradılmasına  həsr  etmək  və  onun  ilhamının  imkanı  daxilində 
bitirməkdir,  çünki,  incə  zövqlü  adamlar  və  müdrik  elm  xadimləri 
daha  çox  şerə  meyillidirlər,  lakin  mən  artıq  yuxarıda  bundan 
imtina etməyimin səbəblərini və öz üzürxahlığımı  göstərmişəm.
90


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə